Aysel Əli qızı Xəlilova 72
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Sosial və emosional sahələrdə valideyn-
lərə dəstək. Sosial və emosional yardım çərçivə-
sində müəllim və psixoloq valideynlərə tənhalıq
hissindən xilas olmaqda köməklik göstərirlər;
İnklüziv siniflərdə təlimin təşkilində iş-
tirak etmək. Valideynlərə uşaqların davranışı,
uğurları haqqında məlumat verilir. Uğurları ilə
ruhlandırılır. Sağlamlıq imkanları məhdud uşa-
ğın valideyni sağlam uşaqların valideynləri ilə
birgə iclaslarda iştirak edir, övladının inkişafı
haqqında müzakirə aparırlar;
Uşaq və valideynlər arasında qarşılıqlı
münasibətlərin yaxşılaşdırılması. Bu məqsədlə
ümumi tədbirlər keçirilir. Valideynlər üçün psixo-
loji və pedaqoji dəstək xarakterli seminarlar təşkil
edilir. Şagirdlərə valideynləri ilə sosioloji sorğular
keçirmək kimi layihə tipli tapşırıqlar verilir;
Valideynlərlə səmərəli ünsiyyət. Müəl-
limlər valideynlərlə işi planlaşdırır, qarşılıqlı
əlaqələr konkret məsələlərin həllinə yönəldilir;
Konsultasiyalar. Müəllim və psixoloq uşa-
ğın probleminin daha yaxşı həll edilməsində vali-
deynə kömək edir. Onlarla uşağın və ailənin prob-
lemlərinin həlli yolları, uşağı başqaları ilə ünsiyyət
qurmağa alışdırmaq mövzularında iş aparırlar;
Empatiyaya nailolma. Müəllim özünü
valideynin yerinə qoymağa, oxşar vəziyyətlərdə
özünü necə hiss edəcəyini başa düşməyə çalışır.
Səmimiyyəti gözləyir. Onu dinləyir, qayğılarına
şərik olur.
Göründüyü kimi, sağlamlıq imkanları məh-
dud olan uşaqların valideynlərinin ailədə tərbiyə
işinin düzgün qurulması üçün bu vəsaitdə kifayət
qədər geniş səpkili işlər nəzərdə tutulmuşdur. Bu
sağlamlıq imkanları məhdud olan uşaqların ailələ-
rində vəziyyətin kifayət qədər çətin və onlara
məktəbin köməyinin zəruri olduğunu göstərir.
Sağlamlıq imkanları məhdud olan uşaqla-
rın valideynlərinin pedaqoji savadının artırılma-
sının zəruri olduğunu digər tədqiqatçılar da
qeyd edir. Onlar, haqlı olaraq, bu işə pedaqoji
prosesin bir hissəsi kimi yanaşır və onun səmə-
rəli təşkili yollarını axtarırlar. N. Hüseynova və
L. İmanova bu valideynlərlə işin “təşkilatçı
(şəxs və onların valideynləri ilə məşğuliyyətləri
təşkil etmək); maarifləndirici (ailəni tibbi-sosial
yardımın alması ilə bağlı məlumatlandırmaq); psi-
xo-pedaqoji və sosial-məişət adaptasiyasını hə-
yata keçirmək, şəxs və onun ailəsinə dəstək ol-
maq (7, s. 226) funksiyalarını ayırd edirlər. On-
ların fikrincə, “bir çox valideynlər övladlarının
bu və ya digər problemlərini həll etmək üçün ki-
fayət qədər biliklərə malik olmurlar. Buna görə
də valideynlərin öz uşaqları ilə düzgün ünsiyyət
qurmalarını öyrənməsinə zərurət vardır” (7, s.
227-230). Göründüyü kimi, müəlliflər valideyn-
lərin maarifləndirilməsi işini aktuallaşdırır. Bu
gün valideynlərin maarifləndirilməsi üçün çoxlu
forma və üsullar vardır. Ailəni ziyarət, əyani
təbliğat, valideyn iclasları, dəyirmi masa, söhbət
və məsləhətlər, valideynlər üçün treninq (rollu
və işgüzar oyunlar, məşqlər, psixodramalar), se-
minar və konfranslar, açıq qapı günləri və bu ki-
mi yollardan pedaqoji təcrübədə faydalanırlar.
L.M. Əliyeva uşaqların psixi inkişafında va-
lideynlərin maarifləndirilməsinin mühüm əhəmiy-
yət kəsb etdiyini vurğulayır. Onun fikrincə:
– valideynləri ailədəki ünsiyyət çatışmazlığı
üzündən uşaqda yaranan psixoloji problemlər haq-
qında məlumatlandırmaqla, ünsiyyət və münasi-
bətləri tənzimləməyin yollarını öyrətməklə prob-
lemlərin bir qismini (sosial rollara adaptasiya, bir-
gə fəaliyyətə maraq, fəaliyyətin planlaşdırılması
və icra bacarıqlarını) həll etmək mümkündür;
– valideynlərin biliklərlə maarifləndirilməsi,
uşaqların inkişaf yolları ilə bağlı praktik işlərlə ta-
nışlıq onların əməkdaşlıq motivasiyasını artırır,
bu sahədə maraqları birləşdirməyə səy göstərir-
lər (8, s. 140-141).
Deyilənlərdən aydın olur ki, inklüziv
məktəblərdə həyata keçirilən proqramları əsas
tutaraq sağlamlıq imkanları məhdud şagirdlər
üçün məktəblərdə “Ailəyə dəstək” adı altında şa-
girdlərarası münasibətlərin tənzimlənməsi sahə-
sində proqramın tətbiqinə zəruri ehtiyac vardır.
Valideyn-müəllim əməkdaşlığı sağlamlıq
imkanları məhdud olan şagirdlərin yaşadığı ən
vacib iki mühit arasındakı uyğunluğu təmin edir.
Bunu nəzərə alaraq, inklüziv məktəb proqramla-
rında ailə ilə qarşılıqlı münasibətlərin inkişafına
müsbət təsirlər göstərə bilən yollar ayırd edil-
məlidir.
Ailənin inkişafına töhfə vermək məqsədi
ilə ailələrə psixoloji yardım göstərmək inklüziv
təhsildə şagirdlərarası münasibətlərin tənzim-
lənməsi proqramında öz əksini tapmalıdır. Bu
sahədə aparılan psixoloji konsultasiyada metod-
lar eyni olsa da, hər bir şagird və ailə ilə məslə-
hətləşmədə verilən məlumatlar adi məlumatlar-
dan fərqli və fərdi olmalıdır. Burada fərqlilik