Ġnklüziv təhsildə Ģagirdlərarası münasibətlərin tənzimlənməsi yolları 71
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 daima sosial risk vəziyyəti olur. Bu uşaqların
bəziləri hər an özünə və başqalarına xəta yetirə
bilər və ya evə zərər vura bilərlər. Buna görə də
sağlamlıq imkanları məhdud olan uşaqların ailə-
lərində təhlükəsizlik və onların müdafiəsi əsas
məsələyə çevrilərək, ünsiyyət tələbatını ödə-
məkdən əvvələ keçir. Həmin uşaqlarla birgə so-
sial həyata uyğunlaşma, gərginliklərdən, fərqli-
liklərdən yaranan qeyri-müəyyən hisslərə üstün-
gəlmə də mühüm psixoloji stress halətində mü-
rəkkəb məsələyə çevrilir. İnklüziv təhsil alan şa-
girdlərin valideynləri ilə apardığımız sorğularda
onlar özləri də bunu etiraf edirlər. Keçirdiyimiz
sorğularda respondentlərin verdiyi cavablardan bu
aydın görünür. Onlarda:
– özünə və uşağın təhlükəsiz gələcəyinə
inam hissi az olur;
– digər övladlar üçün yarana biləcək prob-
lemlərə görə narahatlıq olur;
– övladının həyatda özünə layiqli yer tuta
biləcəyinə qəti əminlik olmur;
– övladının yaşamaq üçün maddi təminat
əldə edə biləcəyinə əminlik olmur;
– özünün və övladının həyatı üçün gözlə-
nilməz yeni zərbələr ala biləcəyindən qorxu his-
si olur;
– xəstə övladını itirmək qorxusu olur;
– başına bir iş gələrsə, uşağa kimsənin yar-
dım etməyəcəyi hissi hakim olur;
– işsiz qalmaq, uşağın təhsil xərcini ödəyə,
müalicə edə bilməmək qorxusu yaşanır;
– xəstələnmək, onun qayğısına qala bil-
məmək təhlükəsi olur və s.
Valideynlərin keçirdiyi bu hisslər, xüsusi-
lə ananın emosional vəziyyəti istər-istəməz uşa-
ğın da emosional sahəsinə, o da öz növbəsində
yaşıdlarla qarşılıqlı münasibətlərinə təsir göstə-
rir. Bu məsələni nəzərə alaraq A. Karaca bildirir
ki, “inklüziv siniflərdəki bütün şagirdlərin vali-
deynləri işbirliyinə daxil edilməlidir (3, s. 30).
Yəni, inklüziv siniflərdə təhsil alan bütün şa-
girdlərin valideynləri pedaqoji işə cəlb olunma-
lıdırlar. Onlar həm müəllimlə, həm bir-birləri
ilə, həm də xüsusən sağlamlıq imkanları məh-
dud olan şagirdin valideynləri ilə əməkdaşlıq et-
məlidirlər. İnkluziv təhsildə uğur qazanmanın il-
kin şərtlərindən biri budur.
Türkiyədə ibtidai təhsildə inklüziv qayda-
ların tətbiqi və qiymətləndirilməsi nəticəsində
belə müəyyən edilmişdi ki, ailələr inklüziv təcrü-
bələrin öyrənilməsinə böyük maraq göstərirlər.
Bu səbəbdən sinifdəki bütün valideynlər sinif
müəllimi ilə əməkdaşlıq edirlər. Bəzi ailələr
uşaqlarını inteqrasiya etmək üçün çox istəkli olsa
da, bəzi ailələrin bu prosesə daxilolma qorxusu
vardır. “Ailənin inklüziv prosesə daxiletmənin
uğurla həyata keçirilməsi son dərəcə vacibdir.
Bunun üçün müəllim ailəyə şagirdin həm mək-
təbdə, həm də evdə öyrəndiklərini möhkəmlən-
dirməyə kömək edir. O, ailənin inklüziv təhsil
prosesinə daxil olmasının faydalarına inanmırsa,
valideynin müəllimdən kömək almaq ehtimalı da
az olacaqdır. Məktəbdə və sinifdə normal şagird-
lərin inklüziv şagirdləri qəbul etməsi qarşılıqlı
münasibətlərə müsbət təsir edəcəkdir” (4, s. 30).
Türkiyədə inklüziv təhsil üçün hazırlan-
mış bir vəsaitdə valideynlərlə aparılan işə xüsusi
yer verilir. Bu sahədə ailənin əlilliyə uyğunlaş-
ma mərhələləri, ailə təhsilinin məqsədləri, vali-
deyn – müəllim iş birliyi, valideynin müəllimlə
ünsiyyəti, təlim prosesində valideynlərin iştira-
kı, ailə üçün göstərilən xidmətlər, eləcə də sağ-
lamlıq imkanları məhdud uşaqların valideynləri
üçün ailə təhsili proqramlarının hazırlanması
məsələləri aydınlaşdırılır (5). Mənbədə göstəri-
lən əsas fikirlərdən biri budur ki, sağlamlıq im-
kanları məhdud uşağı olan ailə bunun öhdəsin-
dən tək gələ bilmir. Dəstəksiz və tək qaldıqda
onlar uşaqlarına qarşı laqeyd ola bilərlər.
Sağlamlıq imkanları məhdud olan şagird-
lərin valideynlərinin pedaqoji savadının artırıl-
ması da inklüziv təhsilin keyfiyyətinin artırılma-
sının əsas şərtlərindən biridir. Bu istiqamətdə
Təhsil İnstitutunun əməkdaşlarının hazırladıqla-
rı vəsaitdə valideynlərin pedaqoji prosesə cəlb
edilməsinə xüsusi diqqət yetirilir.
Həmin vəsait-
də qeyd edilir ki,
sağlamlıq imkanları məhdud
olan uşaqların ailədə tərbiyə işinin düzgün qur-
ulması üçün “valideynlərin sinif rəhbəri ilə,
müəllimlərlə, psixoloq və defektoloqlarla birgə
işi mühüm məsələlərdən” biridir. Göstərilir ki,
“bu sahədə ixtisaslaşmış müəllimlər pedaqoji və
psixoloji mövzularda mühazirələr, elmi praktik
konfranslar təşkil etməlidir. Bu işi sistemli hə-
yata keçirmək üçün müəllim öz sinfində atipik
uşaqların sağlamlıq vəziyyətini, psixologiyasını,
ailə vəziyyətini dərindən öyrənməlidir” (6, s. 52).
Bu vəsaitdə təhsil müəssisələrinin, müəllimlərin
və psixoloqların valideynlərə dəstək formaları
da göstərilir. Onlardan bəzilərinə diqqət edək: