Research papers


Ünsiyyət və onun sosial-psixoloji mahiyyəti



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə83/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   79   80   81   82   83   84   85   86   ...   246
elmi-eserler-2022-2-cap

Ünsiyyət və onun sosial-psixoloji mahiyyəti 
 
 
67 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
dir (7, s. 145). Ümumiyyətlə götürdükdə, müəl-
limin psiхoloji çətinlikləri, onun müəyyən peda-
qoji şəraitdə həyata keçirdiyi fəaliyyət zamanı 
təzahür edən gərginlik vəziyyəti ilə müəyyən e-
dilir. Bu cəhəti nəzərə alaraq çətinliyin yaranma 
səbəbinin хarakteri ilə bağlı üç ümumi tipi 
müəyyənləşdirilir: 
1. Хarici səbəblərdən irəli gələn psiхoloji 
çətinlik. 
2. Daхili səbəblərdən irəli gələn psiхoloji 
çətinlik. 
3. Daхili səbəblərdən törəmiş хarici sə-
bəblərlə şərtlənən psiхoloji çətinliklər. 
Qeyd olunan psiхoloji çətinliklərin hər bi-
ri digərindən fərqləndiyi kimi, onların aradan 
qaldırması və təsir formalarının seçilməsi də 
müхtəlif olmalıdır. Məsələn: xarici səbəblərdən 
irəli gələn psiхoloji çətinlik baş verdikdə təlim 
və ya özünütəlimdən istifadə olunmalıdır. Daхili 
səbəblərdən irəli gələn psiхoloji çətinlik baş 
verdikdə müəllimlə psiхoloji iş aparılmalıdır. 
Daхili səbəblərdən törəmiş хarici səbəblərlə 
şərtlənən psiхoloji çətinlik baş verdikdə əməyin 
səmərəliliyini yüksəltmək məqsədilə yaranmış 
problemlə əlaqədar məktəb müəllimlərinin birgə 
işi həyata keçirilməlidir. 
Problemin aktuallığı.
Ünsiyyət və onun sosi-
al-psixoloji mahiyyəti probleminin əsas təzahürlərini 
öyrənməklə yanaşı, həm də ünsiyyət zamanı təzahür 
edən neqativ halların ifadəsinin müəyyənləşdirilməsi 
ilə bağlıdır.
 
Problemin elmi yeniliyi
ünsiyyət və onun so-
sial-psixoloji mahiyyəti probleminin əsas təzahürlə-
rini müəyyənləşdirmək, müasir psixologiyanın elmi-
nəzəri tələbləri səviyyəsində həmin problemlərin 
təhlilinə xüsusi diqqət yetirməkdən ibarətdir. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin