Research papers


Ünsiyyət və onun sosial-psixoloji mahiyyəti



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə80/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   76   77   78   79   80   81   82   83   ...   246
elmi-eserler-2022-2-cap

Ünsiyyət və onun sosial-psixoloji mahiyyəti 
 
 
65 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
 
İnsanın hər cür fəaliyyətində ünsiyyət ən 
zəruri şərt hesab olunur. Ünsiyyət olmadan in-
sanların birgə fəaliyyəti həyata keçirilməsi 
mümkün deyildir. Ünsiyyət və onun sosial-psi-
xoloji mahiyyətinin öyrənilməsi məqsədilə apa-
rılan şəxsiyyətlərarası ünsiyyət sistemi problemi 
D. Mayers, V.N. Panferov, S.L. Rubinşteyn, 
L.S. Vıqotski, Y.İ. Kolominski, R.S. Nemov, 
A.A. Leontyev, B.F. Lomov, Ə.S. Bayramov, 
Ə.Ə. Əlizadə, M.Ə. Həmzəyev, R.İ. Əliyev və 
başqalarının araşdırdıqları elmi-tədqiqat sahələ-
rindəndir. 
S.L. Rubinşteyn ünsiyyəti “insanların bir-bi-
rini anlaması və başa düşməsi prosesi”, L.S. Vı-
qotski “fikirlərin və təəssüratların başqalarına ve-
rilməsi prosesi”, Y.L. Kolominski isə “insanların 
başqalarına olan tələbatı” hesab etmişlər (1.s.87). 
Psixoloji-pedaqoji baxımdan
 
insanın özü-
nü dərk etməsi, öz “mən”inə nəzər salması, özü-
nü başqaları ilə müqayisə edərək qiymətləndir-
məsi ünsiyyət prosesinin məhsuludur. İnsan 
bunları yalnız başqaları ilə ünsiyyət prosesində 
dərk edir. 
Müasir pedaqoji-psixoloji ədəbiyyatda ün-
siyyətin üç mühüm cəhəti qeyd olunur: 1) ün-
siyyət informasiya mübadiləsi kimi (ünsiyyətin 
kommunikativ tərəfi); 2) ünsiyyət qarşılıqlı təsir 
prosesi kimi (ünsiyyətin interaktiv tərəfi); 3) ün-
siyyət insanların bir-birini qavraması, anlaması 
kimi (ünsiyyətin perseptiv tərəfi). 
Ünsiyyətin özünəməxsus növləri vardır: 
maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsulları-
nın mübadiləsi); koqnitiv ünsiyyət (bilik mübadi-
ləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziy-
yətin mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təh-
riklərin, motivlərin, maraqların, tələbatların mü-
badiləsi); işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, 
əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi). 
Bioloji ünsiyyət isə orqanizmi mühafizə et-
mək, qorumaq, saxlamaq və inkişaf etdirməklə 
bağlı ünsiyyətdir. Sosial ünsiyyət şəxsiyyətlər-
arası təması, münasibətləri yaratmaq və inkişaf 
etdirmək, fərdin şəxsi yüksəlişini genişləndirmək 
və möhkəmləndirmək məqsədi güdür (2.s.46). 
Ünsiyyət psixologiyasında mütəxəssislərin 
diqqətini cəlb edən prinsipial məsələlərdən biri 
ünsiyyətlə fəaliyyətin vəhdəti məsələsidir. Bu mə-
sələyə psixoloqların yanaşma tərzi müxtəlifdir. 
Bəzən fəaliyyət və ünsiyyətə yanaşı şəkildə möv-
cud olan proses kimi deyil, insanın sosial mövcud-
luğunun, onun həyat tərzinin iki tərəfi kimi baxılır 
(B.F. Lomov). Başqa bir halda ünsiyyət fəaliyyə-
tin müəyyən sahəsi kimi başa düşülür (A.N. Le-
ontyev). Bəziləri isə ünsiyyəti fəaliyyətin xüsusi 
növü kimi şərh edirlər (A.A. Leontyev). 
Psixoloqların fikrinə görə, ünsiyyətin kö-
məyi ilə fəaliyyət təşkil olunaraq zənginləşir. 
Ünsiyyətə girən tərəflər arasında birgə fəaliyyət 
planının tərtibi onların hər birindən fəaliyyətin 
məqsəd və vəzifələrini bilməyi, obyektin spesi-
fikasını, öz imkanlarını aydınlaşdırmağı tələb 
edir. Ünsiyyətin bu prosesə daxil olması onun 
iştirakçılarının “razılıq” və ya “narazılığı” həya-
ta keçirmələrinə imkan verir. Bütün qeyd olu-
nanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə üzvü 
şəkildə vəhdət təşkil etdiyini söyləməyə imkan 
verir (3, s.101). 
İnformasiyanın verilməsini və qəbulunu 
təmin edən
 
vasitələrin düzgün müəyyənləşdiril-
məsi kütləvi informasiya prosesinin əsas şərtlə-
rindən biridir. Bununla əlaqədar olaraq aşağıda-
kı məsələlərin aydınlaşdırılması zəruridir: hansı 
kanallar vasitəsilə verilən məlumatları kimlər 
daha asan, düzgün qavraya bilər, nə tipli məlu-
matlar hansı kanallar vasitəsilə verilsə, daha tə-
sirli olar və sairə.

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin