Research papers


Elmira Mahmud qızı Kərimova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə76/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   72   73   74   75   76   77   78   79   ...   246
elmi-eserler-2022-2-cap

Elmira Mahmud qızı Kərimova 
62 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
agram biznesdə tətbiq olunur, xüsusən də iş 
məmnunluğunu artıraraq dəyərli işçilərin sax-
lanmasında, işçilərin seçilməsində köməklik 
göstərir; münaqişələrin idarə edilməsi üzrə işi 
təkmilləşdirməkdə, uğurlu danışıqlar aparmaqda 
və s. istifadə olunur. 
Beləliklə, deyə bilərik ki, Enneagram bila-
vasitə gələcək peşənizi seçmək üçün test və ya 
sorğu deyil. Lakin Enneatypi bilmək sizə gələ-
cəkdə təkcə maliyyə dividendləri və karyera 
yüksəlişi gətirən model deyil. O, həm də seçil-
miş peşədən məmnunluq hissi gətirəcək daha 
uyğun olan fəaliyyət sahəsini seçməkdə faydalı 
ola bilər. Eyni zamanda, qeyd etmək lazımdır 
ki, Enneagram peşə seçimində həlledici amil ola 
bilməz, o, yalnız bu işdə vasitə kimi çıxış edir. 
Enneagram aşağıdakıları müəyyən etməyə im-
kan verir: 
1. İnsanın meylli olduğu fəaliyyətin xa-
rakterini; 
2. İnsanın gizli potensialını; 
3. Hər bir Enneatip üçün fərdi inkişaf yo-
lunu. 
Qloballaşan dünyada fərdlərin digər şəxs-
lərlə rəqabətə davamlı olması üçün, sonradan 
isə uğurlu karyera qurması üçün doğru peşədə 
çalışması çox vacibdir. Gördüyümüz iş bizim 
birbaşa həyatımıza, fəaliyyətimizə təsir edir. 
Buna görə də gələcək işçilərin daha səmərəli və 
motivasiyalı işləməsi üçün doğru peşə seçmələri 
olduqca əhəmiyyətlidir. 
82 saylı ümumtəhsil məktəbi “Partadan iş 
masasına” adlı layihədə iştirak etmişdir (sent-
yabr 2021-fevral 2022). Layihəyə aid “Təhsildə 
inkişaf və innovasiyalar üzrə qrantların məbləği 
və ayrılması şərtləri, o cümlədən vəsaitlərin ve-
rilmə prosedurları, monitorinqin aparılması, he-
sabat və qiymətləndirmə üzrə tələblər”ə 2 nöm-
rəli əlavədə qeyd olunur ki, bir neçə mərhələdən 
ibarət olan layihənin “ən vacib məsələlərindən 
biri peşənin tələb etdiyi şəxsiyyət tipi ilə tələb-
lərin karyera dəyərləri arasında oxşar və fərqli 
cəhətləri araşdırmaqdır. Yəni bu şəxsiyyət tipli 
şagird seçdiyi peşədə nə qədər uğurlu ola bilər.” 
Enneaqram modelinin isə peşə seçimində şa-
girdlərə nə dərəcədə kömək etdiyini bizim bu 
məktəbdə apardığımız monitorinqin nəticələri 
göstərəcək. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin