Research papers


Elmira Mahmud qızı Kərimova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə72/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   68   69   70   71   72   73   74   75   ...   246
elmi-eserler-2022-2-cap

Elmira Mahmud qızı Kərimova 
60 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
XX əsrin 70-ci illərindən başlayaraq En-
neagram haqqında məlumatlar və biliklər əvvəl-
cə Amerikada, sonra isə bütün dünyada sürətlə 
yayılmağa başladı. Bu gün Enneagram modeli 
psixoterapiya və kouçinq, şəxsi inkişaf, özünü 
tanıma, biznes konsaltinqi, sosiologiya, təhsil və 
hətta kino sahəsində uğurla istifadə olunur. 
Enneaqram mövzusuna dair apardığımız 
araşdırmalar göstərdi ki, İnternetdə bu haqda 
material həddindən artıq çoxdur. Lakin bu mate-
riallar əsasən Enneaqramın mahiyyətini, yaran-
ma tarixini, Enneatiplərin tərifini və çoxlu sayda 
müxtəlif Enneaqram sorğularını əhatə edir, En-
neaqramla bağlı saysız-hesabsız ödənişli onlayn
təlimlər təqdim edir. Enneaqramın tətbiqi ilə 
bağlı bir araşdırma keçirdik və əlbəttə ki, ilk 
növbədə, MDB-yə daxil olan 10 respublikaya 
nəzər saldıq. Qeyd edək ki, yalnız Rusiya və 
Belarusda Enneaqramın tətbiqinə və istifadəsinə 
dair məlumat əldə etdik. Bunu o biri dövlətlərdə 
ya Enneaqramın geniş və ya ümumiyyətlə, tət-
biq olunmaması ilə, və ya İnternet məkanında 
bu haqda bölüşməmələri ilə izah edirik. 
Rusiyada
Enneagram yalnız maraqlı olan 
təşkilatlar tərəfindən xüsusi forumlarda və semi-
narlarda tədris olunur. Hal-hazırda, Enneagram 
haqqında rus dilində az miqdarda ədəbiyyat var, 
lakin bu mövzuda kitabların aktiv tərcüməsi ten-
densiyaları var. 
Rusiyada Enneaqram sahəsində çalışan 
Marina Kaldina 2008-ci ildə Don Riso və Rass 
Hadson ilə Enneagram İnstitutu (ABŞ) tərəfin-
dən Enneagram Təlimçisi kimi sertifikatlaşdırıl-
mış və Helen Palmer və David Daniels, Ketrin 
və Devid Fovre, Tom Kondon və Mario Sikora 
kimi beynəlxalq səviyyədə tanınmış Enneagram 
təlimçilərində təlim keçmişdir. Peşəkar kouç
hüquqşünas və arbitrdir. O, Rusiyada 2007-ci il-
də Enneagram üzrə müntəzəm seminarlar keçir-
məyə başlayan, Rusiyada Enneagrama həsr 
olunmuş ilk rusdilli saytı – www.etcen.ru (indi - 
www.enneagramma.ru) yaradanlardan biridir. 
Moskvada Enneagram Klubda daimi internet 
saytı yaratmışdır. Don Riso və Rass Hadsonun 
“Enneagramın müdrikliyi”, “Enneaqrama görə 
transformasiyalar” və “Şəxsiyyət tipinizi müəy-
yənləşdirmək”, Mario Sikora və Robert Tallo-
nun “Fəaliyyətdə zehinlilik” kitablarını rus dili-
nə tərcümə etmiş və Rusiyada nəşr etdirmişdir. 
M. Kaldina həm də “Şəxsiyyətin evolyusiyası” 
kitabının müəllifidir. O, Beynəlxalq Enneagram 
Assosiasiyasının (IEA) akkreditə olunmuş peşə-
kar üzvüdür. 
Burada Eqor Karopa və İrina Karopanı da 
qeyd edək. Onlar bütün Rusiyada treninqlər ke-
çirir, Rusiyada Enneagram və Transformasiya 
kouçinqi İnstitutunun həmtəsisçiləridir. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin