Elmira Mahmud qızı Kərimova
58
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Enneagram sözü yunanca ennea (doqquz)
və qram (rəqəm) sözlərindən irəli gəlir və hən-
dəsi fiqur kimi təsvir olunur. Bu fiqur insan tə-
biətinin və xarakterinin
doqquz əsas şəxsiyyət
tipini və onların münasibətlərini təsvir edir. En-
neagram qədim mənəvi müdrikliyə əsaslanan
müasir psixologiyanın tərtibatıdır.
Enneaqramın tarixi mənşəyini izləmək çə-
tindir: çox güman ki, sufi ənənəsindən qaynaq-
lanan dairənin simvolu 1920-ci ildə Fransada
İnsanın Harmonik İnkişafı İnstitutu adlı mənəvi
inkişaf məktəbinin əsasını qoyan müəllim – ezo-
terik Georgi Qurdjiyevin (1866, Gümri – 1949,
Fransa) təlimlərində istifadə edilmişdir. Bu
məktəbdə o, hər kəsin gündəlik həyatda və kai-
natda özünü və özünün yerini dərk etməyi öyrə-
dirdi. Qərb dünyasını da Enneaqramla tanış
edən məhz G. Qurdjiyev olmuşdu. O, Enneaqra-
mın müəllifi olmadığını, lakin bu barədə hansısa
qədim və sirli mənbədən məlumat aldığını vur-
ğulayırdı. G. Qurdjievin fikrincə, Enneaqram
kainatı idarə edən böyük kosmik qanunların şif-
rələndiyi müqəddəs universal simvoldur. XX əs-
rin əvvəllərində G. Qurdjiyev Sankt-Peterburqa,
inqilabdan sonra isə Fransaya köçür. 20 illik sə-
yahətləri
ərzində o, Türkiyədə, İtaliyada, İsveç-
rədə, Yunanıstanda, Misirdə, Sudanda, Məkkə-
də, Orta Asiyada, Əfqanıstanda, Tibetdə, Sibir-
də və s. olub. O, Bakını da ziyarət edib. 1949-cu
ildə Fransada vəfat etmişdir.
Şəxsiyyətin Enneagramı müasir formada
XX əsrin 70-ci illərində boliviyalı antropoloq və
filosof O. İçazo və həmçinin, Amerikalı (əslən
Çilidəndir) psixiatr və geştalt-psixoloq K. Na-
ranxo tərəfindən hazırlanmışdır. Şəxsiyyətin
Enneagramı çərçivəsində uzun illər işləməsi K.
Naranxonu pedaqoqlar,
psixoterapevtlər və bir
çox digər kateqoriyalar tərəfindən qəbul edilən
ixtisaslaşdırılmış SAT kursu yaratmağa vadar
etdi. Bu kurslar SAT testi (Scholastic Assess-
ment Test, ilk dəfə 1926-cı ildə istifadəyə veril-
mişdir) əsasında yaradılmışdır və hazırda da
ABŞ universitetlərində bakalavr proqramlarına
qəbul üçün, digər mütəxəssislər və nazirliklərin,
o cümlədən, təhsil islahatları proqramları çərçi-
vəsində istifadə edilən standartlaşdırılmış test-
dir. Həmin vaxtdan bal sistemində və test növlə-
rində dəyişikliklər olub. Müxtəlif vaxtlarda
Scholastic Assessment Test mənasını verən ab-
breviatura indi deşifrə edilmədən bir müstəqil
ad kimi – SAT kimi istifadə olunur.
Son onilliklər
ərzində Enneagram modeli
seminarlar və təlimlər rəhbərləri və kitab müəl-
lifləri (Helen Palmer, Don Riso, Rass Hadson,
Hamid Ali, R. Tallon, J. Lapid-Bogda, H. Ma-
kani, A. Subuti və b.) tərəfindən daha da inkişaf
etdirilmişdir, ona müasir psixologiya ideyaları
inteqrasiya edilmişdir. Burada müasir rus müəl-
liflərindən M. Kaldinanın, V. Ryabuxinanın,
Y. Karopanın adlarını çəkmək olar.
Hazırda, tipologiya kimi, Enneaqram üç
əsas səbəbə görə elmi ictimaiyyətdə elmi əsaslı
kimi tanınmır. Bu səbəblər aşağıdakılardır:
1) Enneaqramın terminoloji aparatı hazır-
lanmamışdır
və unifikasiya edilməmişdir;
2) İnsanın Enneatipini təyin etmək üçün
aydın alətlər dəsti yoxdur;
3) Enneagramın yaranma tarixi qədim, la-
kin müəyyən dərəcədə gizli (okkult) köklərə
malikdir.
Sonuncu səbəb ilə heç nə edə bilmiriksə,
ilk iki səbəb müəyyən elmi maraq kəsb edir,
çünki onlar Enneaqramı qəbul və tətbiq edən
psixoloqlar, filosoflar və sosioloqlar üçün Enne-
aqramı elmi bazaya gətirərək əsaslandırmaq və
təkmilləşdirmək üçün bir növ çağırışdır.
Pedaqoji fəaliyyətdə Enneagram modeli.
Cəmiyyətin dinamik inkişafı
təlim prose-
sinin iştirakçıları qarşısında yeni tələblər qoyur:
yüksək təfəkkür və davranış çevikliyi, dözümlü-
lük, böyük həcmli məlumatlarla işləmək, tanış
olmayan situasiyadan çıxış yolu tapmaq, düzgün
qərarlar qəbul etmək bacarığı, məsuliyyətli ol-
maq, təşkilatçılıq və liderlik keyfiyyətlərinə ma-
lik olmaq. Bundan əlavə, təhsilin “peşəkarlaş-
ması” deyilən bir proses də baş verir ki, bu da
insanın həyatı boyu
öyrənməyə və yenidən öy-
rənməyə hazır olmasını nəzərdə tutur. Bununla
əlaqədar olaraq, təlim proqramları daim dəyişdi-
rilir, məlumat axınının sürəti və sıxlığı artır,
qeyri-müəyyən vəziyyətlərin sayı artır ki, bu da
şagird və tələbələrin yüklənməsinə, stress reak-
siyalarının kəskinləşməsinə, zehni fəaliyyətin
funksiyalarının zəifləməsinə səbəb olur. Belə
şəraitdə öz daxili imkanlarını bilmək, potensialı-
nı üzə çıxarmaq və bunun əsasında düzgün peşə
seçimi edərək mövcud qabiliyyətləri inkişaf et-
dirmək son dərəcədə zəruri olur.