Belarusda Enneagram əsasən marketinq-
də istifadə olunur. Lakin Enneaqram haqqında
məlumatlar bəzi ali təhsil müəssisələrində təq-
dim edilir və Enneaqram diplom işlərinin möv-
zusuna çevrilir. Belarusda Enneagramdan istifa-
də etməklə aparılan üçillik müşahidənin nəticə-
ləri göstərdi ki, istənilən bazarın inkişafı vasitəsi
ilə şirkətlər münasibətlərin daha mürəkkəb sə-
viyyəsinə çatır və şirkət əməkdaşları öz karyera-
larında daha uğurlu olurlar.
1997-ci ildə Helena Makani ilk dəfə En-
neagramı
Danimarkaya gətirdi və bu modelin
Skandinaviyada inkişafına təşəbbüs göstərdi. O,
həmçinin Enneagram haqqında Danimarkada
bestseller olan “Enneaqram: şəxsi inkişaf yolu-
nuz” adlı kitabın müəllifidir. Kitab 2009-cu ildə
danimarka və ingilis dillərində, 2012-ci ildə rus
dilində nəşr olunub. Helena Makani NLP, kou-
çinq və alternativ müalicə üzrə beynəlxalq sə-
viyyədə tanınan təlimçidir.
1990-cı ildən Danimarka, Norveç, Kipr və
Belarusda bir sıra təlim mərkəzləri yaradıb. H.
Makani həm də Beynəlxalq kouç və təlimçilər
Assosiasiyasının (ICTA) təsisçisidir.
1993-cü ildən H. Makani NLP, kouçinq
və Enneagram üzrə seminarlar və peşəkar təlim
proqramları keçirir. O, Avropanın ən təcrübəli
Enneagram və NLP təlimçilərindəndir.
2014-cü ilin aprel ayında Enneagram Bey-
nəlxalq Assosiasiyasının konfransında Enneag-
ram Beynəlxalq Assosiasiyasının
Portuqaliya bölməsinin vitse-prezidenti, Enneagram təlimçi-
si, kouç və biznes təlimçisi Eduardo Torgal tərə-
findən şəxsi transformasiya prosesinə başqa bir
yanaşma təqdim edilmişdir. Bu yanaşma praktik
cəhətdən müxtəlif tətbiqlərə malikdir və ən çox
şirkətlərin və korporativ komandaların təşkilati
inkişafı üçün istifadə olunur.
Enneagram digər ölkələrdə də, məsələn,