Research papers


Psixoloqun mənəvi-psixoloji keyfiyyətlərinin xüsusiyyətləri



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə67/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   63   64   65   66   67   68   69   70   ...   246
elmi-eserler-2022-2-cap

Psixoloqun mənəvi-psixoloji keyfiyyətlərinin xüsusiyyətləri 
55 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
sesində müəyyən dinamikaya malik olur, dəyiş-
məyə məruz qalır və peşə fəaliyyəti prosesində 
qanunauyğun şəkildə dəyişir. Peşə fəaliyyətinin 
yalnız texnoloji funksiya ilə daha az bağlı olan, 
ümumi mənəvi dəyərlərdən daha çox asılı olan 
etik əsasları daha çox sübutdur (4, s. 49). 
Psixoloqun şəxsiyyətinin elmi tədqiqi ilə 
paralel olaraq öyrənilən problemlərin mahiyyə-
tini başa düşməyə yalnız mane olan bəzi mütə-
xəssislərin manipulyasiyalarına kömək edən 
gündəlik şüur mifləri mövcuddur. Psixologiyada 
bu miflər aşağıdakı kimi qruplaşdırılır: 
Mif 1. Psixoloq – müdrik, abid, həyat haq-
qında digərlərindən daha çox bilən, həqiqət an-
layışına malik olan ustaddır. Buna görə də onun 
missiyası yolunu azanlara gözlərini açmaq və 
onlara yeni yol göstərmək, yönləndirmək və 
göstəriş verməkdir. 
Mif 2. Psixoloq – peşəsi astroloq, loğman, 
ekstrasens peşəsinə yaxın insandır. Bizim 
maariflənmə dövrümüzdə: ”psixoloq” sözü çox 
vaxt “hipnoz edən”, “təbib”, ekstrasens” sözləri 
ilə assosiasiya edilir. 
Mif 3. Psixoloq – yalnız xəstə insanlarla 
işləyən “psixlər” üzrə mütəxəssisdir. Psixi sağ-
lam insanlar inkişafda müəyyən ləngimələrə və 
ya geriləmələrə malik olan, çətin iş və məişət 
şəraitində psixoloji yardıma ehtiyacı olan, bu 
yalan təsəvvürlərə əsaslanaraq praktik psixoloqa 
müraciət etmirlər və problemlərin digər həlli 
üsullarına üstünlük verirlər. 
Yaddan çıxarmaq olmaz ki, praktik psixo-
loqun vəzifələrindən biri insanlara daha effektiv 
yaşamağa, özünü daha tam gerçəkləşdirməyə 
kömək etməkdir (5, s. 36). Bu miflərin saxlan-
ması yalnız insanların psixoloqlarla münasibət-
lərində fəallığını məhdudlaşdırır, müxtəlif “tə-
bib” və “ekstrasenslərin” işinə yardım edir. Bu 
insanlar çox vaxt psixoloji təhsil haqqında dip-
lomlarının arxasında gizlənir və çəkinmədən öz 
təmənnalı maraqlarında insanların psixoloji sə-
riştəsizliyindən istifadə edir. Belə “mütəxəssis-
lər” kütləvi informasiya vasitərlərindən də isti-
fadə etməyə nail olurlar. 
Buna görə də mütəxəssisə, peşəkara ən 
vacib tələblərdən biri ondan ibarətdir ki, psixo-
loqun peşəkar səriştəliliyini və mənəvi təmizli-
yini birləşdirsin. Peşəkar səriştəlilik özündə aşa-
ğıda sadalananları təzahür etdirir: 
– Psixoloqun ona müraciət edənə təsir ef-
fekti insanın şəxsiyyət kimi mənəvi narahatlığı-
nın ən gizli sirlərini etibar etdiyi psixoloqun 
yüksək əxlaqi şəxsiyyətinin qarşılıqlı təsir faktı-
nın özündən ibarətdir; 
– Yalnız psixoloqun yüksək əxlaqlı şəxsiy-
yəti müştərinin psixikasının resursunu aktuallaş-
dırmağa və onu psixoloji çətinliklərin qarşısının 
alınması üzrə məhsuldar və konstruktiv şəkildə 
fəaliyyət göstərməyə məcbur etməyə qadirdir; 
– Müraciət edənin psixoloji kolliziya situ-
asiyasının yüksək peşəkar qiymətləndirilməsi, 
bu qiymətləndirmənin arxasında sadəcə situativ 
psixoloji yardım göstərmək vərdişi deyil, həm 
də müxtəlif cərəyan və məktəblərin mütəxəssis-
lərinin peşəkar birliyi durur; 
– Peşəkar qarşılıqlı fəaliyyətin bəyan edil-
miş etik prinsiplərinə və qaydalarına səviyyələr-
lə zəmanətli riayət edilməsi; 
– Daimi mənəvi və peşə özünütəkmilləş-
dirməsi, peşəkar yanmanın və davranış qüsurla-
rının qarşısının alınması; 
– Sözün, nümunənin və əqidənin gücünü 
bilmək və məharətlə istifadə etmək. 
Bununla əlaqədar bir çox praktik psixolo-
giya məktəblərində müsbət iş təcrübəsi mövcud-
dur. Belə ki, psixoloqun şəxsiyyətinin istisna 
əhəmiyyəti psixoloji təhlillə ayrılır. Təsadüfi de-
yil ki, psixoanalitikə icbari peşə tələbi şəxsi təh-
lildən keçməlidir (6, s. 101). 
Psixoloqun insan və şəxsiyyət kimi ayrıl-
ması analitik psixoterapiyada ən yüksək səviy-
yəyə çatmışdır. Mahiyyət etibarilə psixoterapevt 
və ona müraciət edən iş prosesində adi peşəkar-
lığın üzərinə qalxır və mənəvi peşəkarlıq səviy-
yəsinə çıxır, bu zaman başlıca meyar artıq psi-
xotexniki alətlər toplusuna yiyələnmək deyil
şəxsi mənəviyyatdır. Bu barədə K. Yunq qeyd 
edir ki, “mənəvi müalicənin nəticəsi üçün həkim 
mütəxəssis kimi danışmasında və fikirləşməsin-
dən daha çox həkimin şəxsiyyəti (həmçinin xəs-
tənin) daha vacibdir”. 
Praktik iş zamanı diqqət qarşılıqlı təsirin 
aşağıdakı şəxsi xüsusiyyətlərinə və peşə vəziy-
yətlərinə yönəldilir: 
– Müraciət edən üzərində üstünlükdən im-
tinaya, xüsusilə onun mənəvi – şəxsi səviyyəsi 
psixoloqdan yüksək olduğu hallarda
– Mənəvi simanın və psixi simanın ba-
lanslaşdırmanın prioriteti (psixoloji tarazlıq); 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin