Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə66/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   62   63   64   65   66   67   68   69   ...   246
elmi-eserler-2022-2-cap

 
Резюме.
Изменения требований к профессиям в современных условиях, а также появление но-
вых профессий привели к изменению требований к психологическим характеристикам, морально-
этическим качествам той или иной профессии. Новый взгляд на требования, принципы, нормы и яр-
лыки, регулирующие профессиональную деятельность специалистов, работающих в конкретных сфе-
рах деятельности, применительно к разным профессиям, имеет большое значение в подготовке спе-
циалистов и выборе профессии. 
Ключевые слова:
профессиональные области, принцип, этикет, нравственный компонент, 
практический психолог, специалист, личностные характеристики 
Summary. 
Changes in the requirements for professions in modern conditions, as well as the 
emergence of new professions, have led to changes in the requirements for the psychological characteristics, 
moral and ethical qualities of a particular profession. A new look at the requirements, principles, norms and 
labels governing the professional activities of professionals working in specific fields of activity, given to 
different professions, is of great importance in specialist training and career choice. 
Key words:
professional areas, principle, etiquette, moral component, practical psychologist, 
specialist, personal characteristics 


Qızxanım Nizaməddin qızı Qəhrəmanova 
54 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Müxtəlif peşə sahəsində çalışan insanların 
fəaliyyətini peşə prinsipləri və kodeksi ilə yana-
şı bir sıra psixoloji mexanizmlər tənzimləyir. 
Çünki insan amilinin mövcud olduğu bütün sa-
hələrdə onun fəaliyyət və davranışı konkret psi-
xoloji qanunauyğunluqlara tabe olur. Mövcud 
qanunauyğunluqların nəzərə alınmaması istər 
peşə sahəsində, istərsə də konkret fəaliyyət nö-
vündə özünəməxsus çatışmazlıqlar ortaya çıxa-
rır. Başqa bir tərəfdən peşə keyfiyyətləri ilə psi-
xoloji keyfiyyətlərin eyniləşdirilməsi, həmçinin 
bu sahədə yeniliklərin olmaması peşə seçimində 
və peşə etikasında konkret mütəxəssisin hansı 
prinsiplərə üstünlük verməsinə kifayət qədər çə-
tinlik törədir, nəzəri biliklərdən profilaktikaya 
gedən yolda problem və çətinliklər yaradır. 
Peşə etikasının bir elm kimi formalaşma-
sının kökləri qədimdir. Bu, ilkin əmək bölgü-
sündən başlayaraq, yeni peşələrin ortaya çıxma-
sına qədər uzun bir yol keçmişdir. Bu yolun çə-
tinliyi yaranan yeni peşələrə verilən tələblərin 
işlənib hazırlanmasında və onun konkret pers-
pektivlərinin istiqamətlərinin aydınlaşdırılma-
sında özünü göstərir. Bu gün hər bir peşənin pe-
şə etikası və psixologiyası vardır. Bu iki cəhətin 
vəhdətdə nəzərə alınmaması çox zaman yalnız 
peşə etikasının birtərəfli qaydada inkişafına, ay-
rıca götürülmüş mütəxəssisin psixoloji keyfiy-
yətlərinin nəzərə alınmamasına yol açır. Digər 
tərəfdən isə peşə etiketlərinə verilən tələblər hə-
min peşəyə verilən psixoloji tələbləri üstələyir 
və unudulur ki, əsl peşəkarın və ya mütəxəssisin 
üstünlük dərəcəsi bilik, bacarıq və vərdişlərin 
formalaşması psixoloji mexanizmlərdən kənar-
da mümkün deyildir. 
Müasir dövrümüzdə praktik psixologiya 
sahəsində psixoloqun şəxsi keyfiyyətlərinin ma-
hiyyəti və strukturu, onun peşə etikası və peşə 
əhəmiyyətli keyfiyyətləri aktual mövzulardan 
birinə çevrilmişdir. Bütünlükdə psixoloqun şəx-
siyyəti və onun əxlaq komponenti haqda elmi 
təsəvvürlər aşağıdakılarla səciyyələnir (1, 79): 
1. Səmərəli praktik psixoloqun portretini 
təşkil edən əsas şəxsiyyət keyfiyyətlərinin başa 
düşülməsində fikir vəhdətinin olmaması; 
2. Şəxsi keyfiyyətlər məcmusunun spesifi-
kasının elmi əsaslandırma olmadan geniş və dar 
izahının müxtəlif qarşıdurmalarının bolluğu; 
3. Psixoloqun peşə qabiliyyətlərinin məz-
mununun və onun fəaliyyətinin peşəkar səviy-
yələrinin başa düşülməsində ziddiyyətlər; 
4. Vacib peşə keyfiyyətlərinin strukturlaş-
dırılmasının və onların insanlara psixoloji yar-
dım göstərilməsinin etik aspektləri ilə əlaqəsinin 
əsaslandırılması; 
5. Vacib peşə keyfiyyətlərinin “kortəbii” 
xarakter daşıyan etik zənginliklə ayrılması, 
məzmununa görə müxtəliflik, bəzən isə ziddiy-
yət təşkil etməsi. 
Təsadüfi deyil ki, aparıcı peşə mütəxəssis-
lərindən olan V.A. Klimov peşə əhəmiyyətli 
keyfiyyətlər haqqında danışarkən dəqiqləşdirirdi 
ki, bütün insanlar öz şəxsi keyfiyyətlərinə görə 
bir-birlərindən fərqlənirlər (2, s. 94). Onların 
arasında elə keyfiyyətlər var ki, peşə əhəmiyyət-
li adlanır. Peşə əhəmiyyətli keyfiyyətlər tamlıq, 
sistem yaradır. Əsası ondan ibarətdir ki, insan 
praktik olaraq peşə hazırlığına və müvafiq əmək 
fəaliyyətinə qoşulana qədər peşə yararlığına ta-
mamilə hazır ola bilməz. Buna əsaslanaraq əsas 
peşə əhəmiyyətli keyfiyyətlər və onların başlan-
ğıcı yalnız sonradan fəaliyyət prosesində forma-
laşır və orada təkmilləşir. 
Rus tədqiqatçısı V.D. Şadrikov peşə etika-
sı ilə bağlı fərqli konsepsiya təklif etmişdir. 
Konkret peşə fəaliyyəti üçün xüsusiyyətlər spe-
sifik funksional sistemdə təşkil edilir. İnsan 
fəaliyyətin bir növünü yerinə yetirənə qədər bu 
funksional sistem və xüsusiyyətlərinin məcmusu 
saxlanır, bu funksional sistemə “işləyən” qabi-
liyyətlər və vacib peşə keyfiyyətləri eynidir, in-
kişaf etməyə və təkmilləşməyə davam edir. 
Funksional sistemin daxilindəki keyfiyyət-
lər arasında ayrı-ayrı, tək-tək əlaqələr artır, onun 
əsasında şəxsiyyətin psixi, psixomotor proseslə-
rin, fiziki keyfiyyətlərin və xassələrinin qarşılıqlı 
təsirinin mürəkkəb sisteminə malik olan konkret 
peşə üçün bütöv sabit xassələr strukturu formala-
şır (3, s. 305). Doğrudur, bu funksional sistemdə 
peşə etikasının komponenti zəif əks olunur. La-
kin peşəkar üçün vacib keyfiyyətlərin sabit siste-
mi diqqət mərkəzinə gətirilir. 
Bundan başqa, peşənin mənimsənilməsi 
prosesində əsas keyfiyyətlərin əvəz olunması 
baş verir. Yəni, peşəkara çevrilmənin müxtəlif 
mərhələlərində müxtəlif keyfiyyətlər maksimum 
(minimum) inkişaf səviyyəsinə malik olmalıdır. 
Peşəkarlıq zamanı bu keyfiyyətlərin strukturu-
nun komponentləri dəyişir. Bu və digər keyfiy-
yətlər qeyri-bərabər inkişafa malik olur. Beləlik-
lə, vacib peşə keyfiyyətləri peşə fəaliyyəti pro-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin