www.vivo-book.com
277
vaxt fikrini əməlli-başlı izah eləyə bilməmişdi, xidmətini,
rəhmətlik arvadını, malikanəsini xatırlayırdı. Hansısa söz
ağlına batır – bu sözə sevinir, onu gündə yüz dəfə xatırlayır,
amma o söz onun hisslərini, fikirlərini qətiyyən ifadə eləmir,
mən onunla uşaqları barədə söhbət açmağa cəhd göstərdim;
amma o əvvəlki tələskən danışığıyla canını qurtarır, tezcənə
başqa mövzuya keçirdi: “Hə… Hə! Uşaqlar-uşaqlar, siz
haqlısınız, uşaqlar!”
Yalnız bir dəfə hisslərini büruzə verdi: “Bu bədbəxt
uşaqlar!” Bir dəfə Polina haqqında söhbət salanda o hətta
hiddətləndi: “Naşükür qadındı, – qışqırdı, – pis, naşükürdü!
O, ailəni rüsvay elədi! Əgər burda qanun olsaydı, mən onu
qoç buynuzuna soxardım! Hə, hə-ə!” De-Qriyeyə
gəldikdəsə, hətta onun adını eşitmək belə istəmirdi: “O məni
məhv elədi, – deyirdi, – o məni qarət elədi, o məni doğram-
doğram elədi! Bu məndən ötrü iki il davam eləyən
dəhşətiydi! O, aylarla dalbadal yuxuma girirdi! Bu-bu, bu…
Ah, heç vaxt mənə onun haqqında danışmayın!”
www.vivo-book.com
278
Görürdüm ki, onların işi nəsə yaxşı gedir, amma adətim
üzrə susurdum. Birinci Blanche mənə dedi
118
– babouschka
indi artıq doğrudan da, xəstədi və mütləq öləcək. Mister
Astley teleqram göndərib; razılaş ki, o, hər halda onun
varisidi. Əgər hətta belə olmasaydı da, o heç nəyə mane
olmayacaq. Birincisi, onun öz pensionu var, ikincisisə, yan
otaqda yaşayacaq, tamamilə xoşbəxt olacaq. “Mən “madam
de generale” olacam. Mən yaxşı dairələrə girəcəyəm
(Blanche bunu həmişə arzulayırdı), sonralar rus mülkədarı
olacağam, j’aurai un chateau, des moijuks, et puis j’aurai
toujours mon million
119
.
– Yaxşı, bəs əgər o qısqanmağa başlasa, Allah bilir nə
tələb eləsə … – başa düşürsən?
– Ah, yox, non, non, non! O necə gülür! Mən ölçü
götürmüşəm, narahat olma. Mən artıq onu Albertin adına bir
118
Bu ayrılmağımızdan düz bir həftə əvvəl baş verdi: “Je a du
chance” onun bəxti gətirir – frans.
119
Mənim qəsrim, kişilərim, sonrasa, hər halda milyonlarım
olacaq – frans.
|