Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə40/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   36   37   38   39   40   41   42   43   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
80 
– Oo, bu fikri azacıq da olsa, ağlınıza gətirməyin! – 
generala qışqırdım, – mənim hərəkətim, əlbəttə, yaxşı 
hərəkət deyil, bunu sizə çox açıqcasına etiraf eləyirəm. 
Hərəkətimi hətta axmaq, xoşagəlməz, məktəblisayaq da 
saymaq olar, amma bundan artıq yox. Onu da bilirsinizmi
general, mən günahımı tamamilə boynuma alıram. Amma 
burda öz gözlərimdə məni günahdan azad eləyən bir məsələ 
var. Son vaxtlar, təxminən iki, hətta üç həftədi, mən özümü 
pis hiss eləyirəm: xəstə, əsəbi, qəzəbli, fantastik 
vəziyyətdəyəm, bir sıra hallarda da öz üzərimdə nəzarəti 
tamamilə itirirəm. Düzdü, bəzən bir neçə dəfə qəfildən 
markiz de-Qriyeyə müraciət eləməyi dəhşətli dərəcə 
arzulamışam və… Amma, hər halda, adını deməyə ehtiyac 
yoxdu: bəlkə də onun acığı tutacaq. Bir sözlə, bu, xəstəliyin 
əlamətləridi. Bilmirəm, mən ondan üzr istəyəndə, baronessa 
Vurmerhelm bu vəziyyəti nəzərə alarmı (ona görə ki, mən 
ondan üzr istəmək fikrindəyəm)? Güman eləyirəm ki, qəbul 
eləməz.Üstəlik də, eşitdiyimə görə, axır vaxtlar vəkillər 
cinayət prosesləri zamanı öz müştərilərini, caniləri həddən 
artıq tez-tez təmizə çıxarmağa nail olurlar. Guya onlar 


www.vivo-book.com 
81 
cinayəti törədəndə, heç nəyi xatırlamırlarmış, guya bu belə 
bir xəstəlikdi. “Vurub, amma heç nə yadında deyil”. 
Təsəvvür eləyin, general, təbabət onlara tərəf çıxır, – 
doğrudan da, təsdiq eləyir ki, belə bir xəstəlik, bu cür 
müvəqqəti ağıl qarışması olur.Həmin vaxtlarda insan demək 
olar, heç nə xatırlamır, yaxud yarısını, ya da dörddə birini 
xatırlayır. Amma baronla baronessa – köhnə nəslin 
adamlarıdı, üstəlik, pruss yunkeri və mülkədarlarıdı. Onlara, 
ola bilər ki, hüquqi-tibbi aləmdəki bu tərəqqi hələ məlum 
deyil, ona görə də mənim izahatlarımı qəbul eləməyəcəklər. 
Siz necə fikirləşirsiniz, general? 
– Bəsdi, cənab! – general kəskin və ciddi tərzdə, 
hiddətlə dilləndi, – bəsdi! Mən özümü birdəfəlik sizin 
məktəblisayaq hərəkətlərinizdən qurtarmağa çalışıram. Siz 
baronun və baronessanın qarşısında üzr istəməyəcəksiniz. 
Sizinlə hər cür əlaqə, hətta üzr istəmək barəsində yeganə 
xahişiniz olsa da, onlardan ötrü həddən artıq təhqiramiz 
görünəcək. Baron sizin mənim ev adamım olduğunuzu 
öyrənib.Elə vağzaldaca məndən izahat istəyirdi.Etiraf edim 
ki, bir az da keçsəydi, tələbinin yerinə yetirilməsini 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin