www.vivo-book.com
127
– Amma necə ola bilər ki, – general da bu
“goplayırsan” sözünü eşitməməyə çalışıb onun sözünü
tələsik kəsdi və səsini qaldırdı, – amma necə oldu ki, belə
bir səfərə çıxmağı qət elədiniz? Özünüz razılaşın ki, sizin
yaşınızda, sizin səhhətinizdə… hər halda, bu o qədər
gözlənilməzdi ki, bizim təəccübümüz başadüşüləndi. Amma
mən elə şadam… bir də ki, biz hamımız (o mərhəmət və
şəfqətlə gülümsəməyə başladı) var gücümüzlə çalışarıq,
burdakı mövsümü sizdən ötrü ən gözəl əyləncəyə çevirək…
– Yox, canım, bəsdi; boş cəfəngiyatdı; həmişəki kimi
ağzına gələni danışırsan; mən özüm də yaşamağı bacararam.
Bununla belə, sizdən əl çəkməyəcəyəm; kin saxlamıram.
Necə ola bilər, soruşursan. Burda təəccüblü nə var axı? Ən
sadə tərzdə. Onların hamısı da buna təəccüblənirlər. Salam,
Praskovya. Sən burda neyləyirsən?
– Salam, nənə, – Polina ona yaxınlaşıb dilləndi, –
çoxdan yoldasan?
– Hə, bax, bu hamıdan ağıllı sual verdi, yoxsa ki, ah-uf!
Bax, görürsənmi: yatdım-yatdım, müalicə elədilər, elədilər,
www.vivo-book.com
128
mən həkimləri qovdum, Nikoldan ponomarı
48
çağırdım. O
elə bu xəstəlikdən ot ovuntusuyla bir qadını sağaldıb. Hə,
mənə də kömək elədi; üçüncü gün qan-tərə batıb qalxdım.
Sonra mənim almanlarım təzədən yığışdılar, eynəklərini
taxdılar, bəzənməyə başladılar: “Əgər indi, deyirlər, xaricə,
müalicə sularına getsə, kurs götürsə, tutmaları tamam
keçər”. Niyə də yox, fikirləşirəm ki, Zajiginlər ah-uf
elədilər: “Siz hara gedib çıxa bilərsiniz, deyirlər!” Hə, buna
bax, buna nə sözün var! Bir günün içində yığışdım, keçən
həftə cümə günü qızı, Potapıçı da, nökər Fyodoru da
götürdüm.O berlinli Fyodoru da qovdum, ona görə ki,
görürəm, o heç lazım deyil, təkbaşıma da gəlib çıxardım…
Xüsusi vaqon götürərəm, yükçülərsə, bütün stansiyalarda
var, iki qrivnaya
49
hara istəsən, apararlar. Gör, necə mənzil
tutmusunuz! – ətrafa nəzər salıb sözünü tamamladı. – Bunu
hansı pullarla eləyirsən, atam-atam? Axı, sənin hər şeyin
48
aşağı rütbəli keşiş
49
Rusiyada qədim xırda pul
|