www.vivo-book.com
121
səbəbiydi. Rastlaşdığı hər yeni sifəti görəndə, dərhal onu hər
şeyi bilməyə can atan nəzərlərlə süzür, hər kəs barədə
məndən sorğu-sual eləyirdi. Nənə kreslodan qalxmasa da, iri
sümüklüydü,yetərincə hündür hiss olunurdu. Onun kürəyi
taxta kimi düz dayanırdı, kresloya söykənmirdi. Nənənin
dümağ saçları, iri, kəskin cizgiləri olan sifəti dik dururdu;
hətta bir qədər təkəbbürlə, meydan oxuyurmuş kimi baxırdı,
hiss olunurdu ki, onun baxışları və hərəkətləri tamamilə
təbiidi. Yetmiş beş yaşı olmasına baxmayaraq, onun üzü
yetərincə təzə-təriydi, hətta dişləri də bir o qədər xarab
olmamışdı. O, qara ipək paltar geyinmiş, ağ ləçək örtmüşdü.
– O məni həddən artıq maraqlandırır, – mister Astley
mənimlə yanaşı pillələri qalxa-qalxa qulağıma pıçıldadı.
“Teleqramlar barədə bilir, – fikirləşdim, – ona De-Qriye də
məlumdu, amma m-lle Blanche hələ deyəsən, az tanışdı”.
Həmin dəqiqə bu barədə mister Astleyə məlumat verdim.
Günahkar adam! Mənim ilk təəccübüm yenicə ötüb-
keçmişdi ki, bizim indi generala endirəcəyimiz ildırım
zərbəsinə həddən artıq sevindim. Məni elə bil, nə isə
qızışdırmışdı, irəlidə həddən artıq şad görkəmlə gedirdim.
www.vivo-book.com
122
Bizimkilər üçüncü qatda məskən salmışdılar; mən heç
xəbər də göndərmədim, hətta qapını da döymədən, sadəcə,
taybatay açdım, nənəni təntənəylə içəri apardılar. Onların
hamısı elə bil, qəsdən generalın kabinetinə yığışmışdılar.
Saat on ikiydi, görünür, hansısa səfərin layihəsini
hazırlayırdılar, – bəziləri kolyaskayla, başqaları at belində
bütün dəstəylə gəzintiyə hazırlaşırdılar; bundan başqa, hələ
tanışlardan dəvət olunanlar da vardı. Generaldan, Polinayla
uşaqlardan, onların dayəsindən başqa De-Qriye, m-lle
Blanche, yenə də amazonkada
45
, onun anası m-me veuve
Cominges, balaca knyaz, bir də onlarda birinci dəfə
gördüyüm alman, alim-səyyah da kabinetdəydilər. Nənənin
kreslosunu düz otağın ortasında, generalın üç addımlığında
yerə qoydular.
İlahi, heç zaman bu təəssüratı unutmayacağam! Biz
içəri girməmişdən əvvəl general nəsə danışırdı, De-Qriyesə
ona düzəliş verirdi. Qeyd eləmək lazımdı ki, m-lle Blanche
və de-Qriye budu, iki-üç günüydü, nədənsə balaca knyaza
45
ata minmək üçün uzun paltar
|