Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə57/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   53   54   55   56   57   58   59   60   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
115 
– Yalnız, yalnız bunu gözləyir? 
– Mən artıq heç nə bilmirəm, – mister Astley inadla 
susdu. 
– Mənsə bilirəm, bilirəm! – qəzəb içində təkrar etdim. – 
O da miras gözləyir, ona görə ki, Polina cehiz alacaq, o 
dəqiqə də boynuna atılacaq. Bütün qadınlar belədi! Onların 
ən qürurlusu da ən iyrənc köləyə dönür! Polina yalnız 
ehtirasla sevməyə qabildi, ayrı heç nəyə! Onun haqqında 
fikrim bax, belədi! O, həyatın bütün dəhşətlərinə
ehtiraslarına qadirdi... O… O… amma… məni çağıran 
kimdi? – qəfildən səsləndim. – Kim qışqırır? Eşitdim, rusca 
“Aleksey İvanoviç!” qışqırdılar. Qadın səsidi, eşidirsinizmi, 
eşidirsinizmi!
Bu vaxt biz otelimizə yaxınlaşırdıq. Artıq çoxdan, ona 
fikir vermədən qəhvənin başını buraxmışdıq. 
– Mən qadın harayı eşitdim, amma bilmirəm, kimi 
çağırırlar; rusca səsləyirlər; indi qışqırığın hardan gəldiyini 
görürəm, – mister Astley göstərdi. – İri kresloda oturan, bir 
belə nökərin eyvana çıxardığı o qadın çığırır. Arxasınca 
çamadanlar aparırlar, deməli, qatar indicə gəlib. 


www.vivo-book.com 
116 
– Bəs o, niyə çığırır? Baxın, yenə qışqırıb bizə əl eləyir. 
– Görürəm, – mister Astley dedi. 
– Aleksey İvanoviç! Aleksey İvanoviç! Ah, ilahi, bu nə 
səfehdi! – otelin eyvanından ümidsiz çığırtılar eşidilirdi. 
Biz, az qala, qaça-qaça girişə yetişdik. Mən meydançaya 
çıxdım və… heyrətdən əllərim yanıma düşdü, ayaqlarımsa 
daşa döndü.
IX FƏSİL
Otelin geniş eyvanının böyük meydançasında pillələrlə 
kresloda gətirilmiş, nökərlərlə, qulluqçularla, otelin çoxsaylı 
quyruqbulayan qətiyyətilə, ali qonağı qarşılamağa çıxmış 
ober-kelnerin özünün iştirakıyla xüsusi qulluqçuları, 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin