Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə56/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   52   53   54   55   56   57   58   59   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
113 
rus knyazıyla gözəl atların belində necə çapdığını gördüm, 
generalsa onların ardınca sarı atın belində gedirdi. O, səhər 
deyirdi ki, ayaqları ağrıyır, amma oturuşu yaxşıydı. Bax, elə 
həmin an beynimə belə bir fikir gəldi ki, tamamilə məhv 
olmuş adamdı. Üstəlik, bütün bunlar mənim işim deyil, miss 
Polinanı yalnız bu yaxınlarda tanımaq şərəfinə nail 
olmuşam. Yeri gəlmişkən (mister Astley qəfildən duruxdu), 
mən artıq dedim ki, sizi səmimi qəlbdən sevdiyimə 
baxmayaraq, bəzi məsələlərə olan hüququnuzu qəbul eləyə 
bilmərəm… 
– Bəsdi, – yerimdən qalxıb dilləndim, – indi mənə gün 
kimi aydındı ki, miss Polinaya da mademoiselle Blanche 
haqqında hər şey məlumdu, lakin fransızından ayrıla bilməz, 
ona görə də mademoiselle Blanche ilə gəzməyə risk eləyir. 
İnanın ki, başqa heç bir təsir onu mademoiselle Blanche ilə 
gəzməyə, mənə yazdığı məktubda barona toxunmamaq üçün 
yalvarmağa məcbur eləyə bilməzdi. Burda məhz qarşısında 
hamının baş əydiyi həmin təsir olmalıdı! Elə özü də məni 
baronun üstünə saldı! Lənət şeytana, burda heç nəyi ayırd 
eləmək olmur. 


www.vivo-book.com 
114 
Siz unudursunuz ki, bu mademoiselle Cominges 
generalın nişanlısıdı, ikincisi isə miss Polinanın – generalın 
qızlığının balaca qardaş-bacısı da var. Onlar həm də 
generalın – bu tamamilə dəli adamın atdığı, üstəlik, deyəsən 
qarət elədiyi uşaqlarıdılar. 
– Hə, hə! Bu belədi! Uşaqları buraxıb getmək – deməli, 
onları tamamilə atmaq, qalmaq – deməli, onların maraqlarını 
qorumaq, bəlkə də elə mülk parçasını xilas eləmək. Hə, hə, 
bütün bunlar həqiqətdi! Amma hər halda, hər halda! Eh, 
başa düşürəm, niyə onların hamısı nənəciyəzlə belə 
maraqlanırlar! 
– Kim barədə? – mister Astley soruşdu. 
– Ölməyi haqqında teleqram gözlədikləri Moskvadakı 
o qara ifritə haqqında. 
– Şübhəsiz, bütün maraqlar onda birləşib. Məsələ 
mirasdadı! Miras peyda olacaq və general evlənəcək; miss 
Polina da sərbəst olacaq, De-Qriyesə… 
– Hə, bəs De-Qriye… 
– De-Qriyeyəsə pul ödənəcək; o yalnız buna görə burda 
yaşayır. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin