Şamil Vəliyev – 50


BİR İNSAN HAQQINDA ELEGİYA VƏ



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   21   22   23   24   25   26   27   28   ...   63
BİR İNSAN HAQQINDA ELEGİYA VƏ
YAXUD MƏNZUM MEMUAR


178
Bu ilin yayında Qazaxa gedirdim. Qazax Müəllimlər İnstitutunda «Yenidən
hazırlama və ixtisasdəyişmə» üzrə keçirilən Dövlət İmtahan Komissiyasının sədri
idim. Dostum, sinif yoldaşım Azər Qasımovun «mersedes»i İlə isti avqust ayında
yollara döşənən təzə asfaltlardan, göz oxşayan parklar, meydanlar, ağardılmış
mənzillərin fasadları, ürəkaçan mənəzərələrdən, görülən işlərin heyrətindən söhbət
aça-aça üzü Qazaxa doğru gedirdik.
Üzüm saqqallıydı. Unudulmaz anam
dünyasını
dəyişdiyindən,
qırxı
çıxmadığına görə üzümü qırxmamışdım. Dostum Azərə dedim: - Harda qalaq, səhər
imtahana gecikməyim. Azər bildirdi ki, ancaq Dilcangildə.
Dilcanla mən filologiya fakültəsində bir yerdə oxumuşuq.  42 gün bir yerdə
Beyləqanda pambıq «yığmışdıq». Dünyanın ən yaxşı, saf adamlarındandı Dilcan. Biz
onunla dost, qardaş olmuşuq. Ancaq tale elə gətrmişdi ki, bir-birimizdən ayrı
düşmüşdük.
Ötən il yaşadığım binanın həyətində hamının prokuror dediyi Aqil müəllim
qaranlıqda mənə yaxınlaşdı. - Axşamınız xeyir, Vüqar müəllim.
– Aqibətiniz xeyir: - deyə cavab verdim. Birdən prokuror qayıtdı ki, Dilcanla
aran necədir? Özümü itirdim. O andaca fikirləşdim ki, Dilcandan xəbər var. Aqil
müəllim cib telefonunda nömrə yığıb mənə uzatdı. Dilcanın səsiydi. İyirmi ildən
sonra görüşdük…
… Azərlə Dilicangilə getdik. - Şəmkirin Bayramlı (keçmiş Kolxozkənd)
kəndinə. Çox qonaqpərvərdir bu ellərin camaatı. Qardaşları Xanoğlan (Bəxtiyar),
Səyavuş doktorla tanış olduq. Səyavuş namaz qılan, dindar bir insandır. Böyük
qardaş Xanoğlan Moskvada yaşayır.
Dilicanın atası rəhmətlik Abbasqulu kişi 80-ci illərdə məşhur «pambıq
məsələsi»nin qurbanı olmuşdu. 50-ci illərdə də günahsız o illərin represiyasının, 80-
ci illərdə də sovet quruluşunun, rus şovinizminin qurbanı olmuşdu.
Atası həbs olunandan sonra, yadımdadır, Dilcanın heç vaxt üzü gülməzdi.


179
Abbasqulu İsmayılov faciəli bir ömür yaşamışdı.
Artıq neçə ildir Abbasqulu kişi dünyasını dəyişib. Bütün balaları evlidir, gözəl-
göyçək nəvələri var. Onlar rəhmətlikdən ehtiramla danışır, ruhuna rəhmət oxuyurlar.
Söhbət əsnasında məlum oldu ki, Abbasqulu kişi şair təbli bir insanmış. Çoxlu
əlyazmaları qalıb; iki poeması, yüzlərlə şeiri. Dilcan birdən mənə müraciət elədi ki,
əlyazmaları çap elətdirə bilərsənmi? Dedim, əlbəttə, eləyərəm. Dilcan necə sevindisə
həyətdən evə keçib, əllərini bir-birinə çırpıb, özündən asılı olmayaraq qışqırıqla dedi:
- Ay can, bu da düzəldi, tez səsinin bərk çıxdığını görüb yavaşıtdı, sanki
sevincini gizlətdi.
Mən özümdən asılı olmayaraq kövrəldim. Onların sevinci məni kövrəltdi.
İndi həmin əlyazmalar mənim qarşımdadır. Abbasqulu Məhəmməd oğlu
İsmayılov şair tipli yox, əsil anadangəlmə şair imiş. Şeirlərinə folklor ruhu hakim
kəsilib. Qərb bölgəsinin yazarlarına məxsus aşıq şeiri Abbasqulu İsmayılın da
yaradıcılığında özünü biruzə verir. Aşıq şeir növlərinə müraciət edən müəllif eyni
zamanda aşıq havacatından nümunələri də, şeirlərin də poetik sözlə sadalıyaraq təsvir
edir.
Aşıq Alıya ünvanladığı şeir dediklərimizi təsdiq edir:
Ya «Kərəmi», ya «Dilqəmi»,
Çal yada sal «Şahsənəmi»,
Yəhya bəyi, Xan Kərəmi,
Eşq oduna qalarsanmı?
Könül istər bir «Cəlili»,
«Yurd yeri», «Ağır şərili»,
Baş pərdəyə «Sarıteli»,
Bir «Mixəyi» çalarsanmı?


180
Şeirdən göründüyü kimi müəllif aşıq havacatına da yaxşı bələd olduğu kimi, Baş
pərdədə «Sarıtel» misrasına istinadən söyləyə bilirik ki, həm də saza dərindən
bələdmiş. «Baş pərdə» ifadəsi tonallığı bildirir.
Ustad aşıq Mikayıl Azaflıya, Aşıq Alıya xitabən yazdığı şeirlər, o cümlədən Aşıq
Əlinin ona qoşduğu poetik nümunələr kitabda öz əksini tapıb. Abbasqulu İsmayılın bu
şeirlər toplusu, aşıq ədəbiyyatının nümunələri olmaqla bir el şairinin bizlərə poetik
ərməğanıdır.
Həyatı, ömrü, taleyi
məşəqqətlərlə keçən, quruluşun günahsız
qurbanlarından olan istedadlı şairin canı zindanlarda çürüsə də ruhu, təbi ölməyib.
Yazıb, yaradıb, özü də vətəninə, doğma Azərbaycanına məhəbbət, inamla.
Əsas odur ki, gərək ümid ölməyə, naümid olmayasan nagüman şeytandır -deyirlər.
«Qulu»,  «İsmipünhan» təxəllüsləri ilə şeirlərini qələmə alan müəllif Allaha,
İslama bağlı bir insan olub. Ona görə də bu əzablı yollardan şərəflə, kişi kimi keçib
qayıdıb el-obasına, ailəsinə.
Şeirlərin çoxu qəmlidir. Kədər hopub bu əsərlərin canına, qanına». Çoxsaylı
şerlərə yanaşı kitaba bir poema da daxil etmişik:
«Bir talein nağılı». Bu mənzum roman, qəmli dastan, həm qəhrəmanlıq, həm də
həyata olan sevginin təcəssüm etdirən məhəbbət dastanıdır.
Klassik şeirə, qədim və orta yüzilliklərimizin poemaları səpgisində, folklora
söykənən, məsnəvi üslubunda yazılmışdır. Mən deyərdim bu əsər bir insanın taleyi
haqqında poetik povestdir.
Epizimlə lirizm məzumədə vəhdət tapıb.   «Bir taleyin nağılı» zülm çəkən
canlardan (M. Ə. Sabir) birinin hissləri, duyğuları, əzabları, faciəsi, nəhayət,
tərcümeyi-halını əks etdirən bir elegiyadır. Müəllif sağlığında bu elegiyanı özünə ithaf
edib. Poemanın müqəddiməsində şair gələcək oxucularını uzaqgörənliklə belə
səciyyələndirir.
Allaha and olsun! Olmuş söhbətdir,
Hamısı birbəbir bir həqqətdir.
Yaza biləcəmmi görən mən onu,


181
Necə qurtaracaq nağılın sonu.
Oxuyacaq onu bir çox insanlar,
Ancaq əsəbləri möhkəm olanlar.
Aqillər oxuyub kədərlənəcək,
Nadanlar adicə nağıl biləcək.
Onlara üz tutub deyirəm mən də,
Gülən də sağ olsun, kədərlənən də.
Poemanı başlayarkən yaza biləcəyindən ehtiyat edən şairin bu etirafı onun
poetik təvazökarlığıdır. Şair mövzunun öhdəsindən məharətlə gəlib, ədəbiyyatımız
üçün layiqli bir əsər yaradıb. Əslində əsər müəllifin poetik memuarlarıdır. Əsər
müəllifin gördüyü, şahidi olduğu şəxsən iştirak etdiyi hadisələr haqqında mənzum
xatirələrdir.
Memuar əsasən nəsrlə yazılır. Abbasqulu İsmayılın bu poeması mənzum
memuardır.
Mərhum şairin əsərlərini tərtib edərək, redaktə və «Ön söz» lə Siz oxucuların
ixtiyarına verirəm. Sağlağında qismət olmasa da dünyasını dəyişəndən sonra oğul
balalarının sponsorluğu, dostların naşirliyi ilə bu kitab çapa təqdim olunur.
Mən inanıram istedadlı şair, pak insan olan Abbasqulu İsmayılın «Bir taleyin
nağılı» adlı şeirlər kitabı poeziya sevərlərin masaüstü kitabına çevriləcək, buradakı
poetik nümunələr aşıqlarımızın repertuarına daxil olacaq. Bəstəkarlırımız da bu
şeirlərə nəğmələr qoşacaq.
Sözdən güclü heç nə yoxdur dünyada,
Əgər daş da atsan dindirər səni
Söz var qanad verib göyə qaldırar,
Söz var zirvələrdən endirər səni.


182
Abbasqulu kişi, sən sağlığında da kişi kimi yaşamısan, zirvələrdə olmusan.
Əməlinlə, sözünlə. Bu kitabın, bu sözün sənin ruhunu zirvələrə qaldıracaq. Allah sənə
rəhmət eləsin.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin