Şamil Vəliyev – 50


FAYDALI TƏŞƏBBÜSÜN UĞURLU BƏHRƏSİ



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   23   24   25   26   27   28   29   30   ...   63
FAYDALI TƏŞƏBBÜSÜN UĞURLU BƏHRƏSİ
Yaqub Babayev. «XIII-XIV əsrlər ana dili lirik şeirimizin inkişaf yolu».
Bakı, «Elm və təhsil», 2009
Mən filologiya elmləri namizədi Y.Babayevin orta əsrlər Azərbaycan
ədəbiyyatı ilə bağlı tədqiqatları ilə az-çox tanışam. Filoloq alim uzun illərdir ki,
bu sahə ilə əlaqəli elmi araşdırmalar aparır. Çoxsaylı məqalə və kitabları bunu
aydın şəkildə sübut edir. uzun illər ali məktəbdə «Orta əsrlər Azərbaycan
ədəbiyyatı»nı tədris etməsi də onda həmin dövrün söz sənətini öyrənməyə maraq
və meyli gücləndirir. Müəllifin yenicə işıq üzü görmüş «XIII-XIV əsrlər ana dili
lirik şeirimizin inkişaf yolu»  (Bakı,  «Elm və təhsil»,  2009) adlı monoqrafiyası
onun klassik irsimizin tədqiqi istiqamətində gördüyü işlərin növbəti bəhrəsidir.
Açıq şəkildə etiraf etmək lazım gəlir ki, şərq ədəbiyyatının qədim və orta
əsrlər dövrünü araşdırmaq xeyli dərəcədə çətin və məsuliyyətlidir. Çünki bu
dövrdə ədəbi fikir çox ciddi şəkildə dini və fəlsəfi düşüncə ilə qaynayıb qovuşur.
Çoxlu sayda əsərlərin məna-məzmun və ideya xüsusiyyətlərini tam şəkildə
anlamaq üçün həmin əsərin ifadə etdiyi və ya bağlı olduğu dini-fəlsəfi sistemin
özünə də az-çox bləd olmaq lazımdır. Orta əsrlər Azərbaycan ədəbiyyatında bu


186
çətiniyə bir yenisi də əlavə olunur. Bu da dil faktorudur. Ərəb və fars dillərində
yaranan Azərbaycan ədəbiyyatını öyrənməkdən ötrü həmin dilləri bilmək
lazımdır. Ana dilində yaranan ədəbiyyat isə dövrün və əruz vəzninin tələbi ilə
çoxlu sayda ərəbizim və farsizimlərlə (üstəgəl milli arxaizmlərlə) yükləndiyi
üçün yenə həmin dillərə qismən də olsa, bələd olmaq lazım gəlir. Deməli,
tədqiqatçı bədii mətni daha yaxşı, obyektiv dərk və təhlil etməkdən ötrü xüsusi
hazırlıq və bilik səviyyəsinə malik olmalıdır.
Cəsarətlə deyə bilərik ki, haqqında söhbət açdığımız monoqrafiyada
Y.Babayevin elmi səviyyəsi, problemə bələdliyi, həm nəzəri, həm də bədii
materialı dərindən mənimsədiyi hər sətirdə aydın şəkildə sezilir.
Monoqrafiyada əsas tədqiqat obyekti kimi XIII-XIV əsrlər ana dili lirik
poeziyamız, bu poeziyanı yaradan ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığı
dayanır. Doğrudur, XIII-XIV əsrlər ana dili poeziyamızın bəzi şəxsiyyətləri,
onların həyat və yaradıcılığı müəyyən qədər öyrənilmişdir. Ancaq etiraf etmək
lazımdır ki, Y.Babayevin monoqrafiyası öz orijinallığı və tədqiqatın yeniliyi
ilədiqqəti cəlb edir. burada bir sıra şəxsiyyətlər və əsərlər barədə məlumatlar
tamamilə yenidir. Məsələn, Şeyx Səfiəddin Ərdəbili, H.Naxçıvani, H.Xoyi və s.
ilə bağlı ədəbiyyat tariximizdə elə bir məlumat yoxdur. Monoqrafiyanın «XIII-
XIV əsrlər ana dili Azərbaycan şeirində sənətkarlıq» adlanan III fəsli isə,
ümumiyyətlə, yeni nəfəslə yazılmışdır və tam orijinallığı ilə diqqəti cəlb edir.
Onu da deyək ki, Y.Babayevin keçən il çap olunan monoqrafiyasında
(«Ana dili Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV
əsrlər)»,  (Bakı, ADPU,  2008) XIII-XIV yüzilliklərdə milli dildə yaranan epik
şeirimizin mənzərəsi elmi araşdırmanın predmetinə çevrilmişdi. Müəllifin
səviyyəli təsir bağışlayan, gərgin zəhmətin bəhrəsi olan həmin kitabından sonra
eyni dövrün ana dili lirik şeirini tədqiq etməsi məntiqi cəhətdən qanunauyğun
görünür. Əslində bu tədqiqatlar bir-birinin davamı olmaqla yanaşı həm də bir-
birini tamamlayır.


187
Haqqında söhbət açdığımız monoqrafiya üç fəsildən ibarətdir. Fəsil daxili
bölgü isə doğru olaraq oçerklər prinsipi əsasında müəyyənləşdirilmişdir. I fəsil
poeziyada təriqət meyllərinin təzahürünə və onun əsas simalarının həyat və
yaradıcılığına həsr edilmişdir. Burada bir məsələni xatırlatmaq yerinə düşər.
Belə
ki,
sovet
dönəmində
Azərbaycan
ədəbiyyatşünaslığında
təriqət
ideyalarından danışmaq bir növ yasaq mövzulardan idi. Halbuki buideyaları
nəzərə almadan bizim orta əsrlərə aid çoxlu sayda sənətkarlarımızın
yaradıcılığını düzgün və obyektiv şəkildə təhlil etmək mümkün deyil.
Təqdirəlayiq cəhətdir ki, Yaqub müəllimin müstəqilliyin verdiyi imkandan
maksimum dərəcədə bəhrələnmiş, XIII-XIV yüzilliklərdə təriqət ideyalarının
bədii ədəbiyyata sirayət mexanizmini, onun xüsusiyyətlərini, poeziyadakı inikas
üsullarını dolğun şəkildə şərhetmişdir. Doğrudur, bəzi məsələlərdə müəllimin
fikirləri ilə mübahisə etmək də olar. Lakin ilk təşəbbüs kimi bu mülahizə və
təfsirlər çox maraqlı və faydalı görünür.
Hiss olunur ki, alim araşdırma zamanı özünəqədərki tədqiqatlarla yaxşı
tanış olmuş, nəyin doğru, nəyin yanlış olduğunun təfərrüatına vura bilmişdir.
Yeni nəfəs və yeni qənaətlər bütün monoqrafiya boyunca aşkar şəkildə sezilir.
Məsələn, İ.Nəsiminin doğulduğu yer (yəni nisbəsi) və anadan olduğu il barədə
müəllifin qənaəti ənənəvi tədqiqatlardan tamamilə fərqlidir. Belə ki,
S.Mümtazdan başlayaraq, bir qayda olaraq, Nəsimi «şirvanlı» kimi
təqdimolunursa, Y.Babayev onu «təbrizli» hesab edir. bu mənada onun
qənaətləri gənc tədqiqatçı S.Şıxıyevanın fikirləri ilə uzlaşır. Digər tərəfdən,
müəllif Nəsiminin təvəllüd tarixinin 1369-cu il kimi göstərilməsində də etiraz
edir və müfəkkir şairin ən geci XIV əsrin 50-ci illərinin sonlarında anadan
olması fikrinin daha inandırıcı olduğunu söyləyir. Əlbəttə, bu cür qənaətlərində
tədqiqatçı konkret elmi faktlara istinad edir. ona görə də onun fikirləri inandırıcı
görünür.


188
Monoqrafiyada sənətkarların həyat və yaradıcılığı ümumiləşdirilməklə
yanaşı, bəzi şairlərin yaradıcılığı üçün daha tipik olan müəyyən şeirlər
bütövlükdə təhlilə cəlb edilir. Biz bunu uğurlu bir təşəbbüs kimi
qiymətləndiririk. Çünki beləbir prinsip sənətkarın yaradıcılığı və həmin
nümunənin ərsəyə gəldiyi dövrün ədəbi gerçəkliyi, bədii düşüncə tərzi və s.
barədə təsəvvürü dolğunlaşdırır.
Monoqrafiyanın sənətkarlıq məsələlərinə həsr edilmiş III fəsil xüsusi
maraq doğurur. Bu onunla əlaqədardır ki, həmin fəsildə bəhs olunan məsələlər
çox az öyrənilmişdir. Burada yalnız lirik şeirin yox, ümumiyyətlə, XIII-XIV
əsrlər ana dili poeziyamızın poetikası, dil və üslub, bədii forma, janr, qafiyə və
vəzn xüsusiyyətləri, məcazlar sistemi və s. nəzərdən keçirilir. Alimin söhbət
açılan dövrün ana dili epik bədii örnəklərini də bu məqamda təhlilə cəlb etməsi
problemi dolğunlaşdırır. Ümumiyyətlə, XIII-XIV əsrlərin milli dildə meydana
gələn poetik nümunələri, onların sənətkarlıq məziyyətləri, bəlağət və bədiiyyat
vasitələrinin rolu və mövqeyi bardə tam, əhatəli təsəvvür yaradır. Həcmcə az
olmayan bu fəsildə müəllifin verdiyi və şərh etdiyi çoxlu sayda nümunələr onun
həm yüksək nəzəri biliyini, həm də bəhs olunan dövrün ana dili abidələri
üzərindəzərrə-zərrə iş gördüyünü, onları hədsiz diqqət və təmkinlə izlədiyini
sübut edir. doğrudur, dövrün daha məhsuldar sənətkarları olan Q.Bürhanəddin və
İ.Nəsimi diqqət mərkəzində saxlanılır. Ancaq başqa abidələr də unudulmur.
Hətta H.Xoyinin ikidilli mənzum lüğətində də sənətkarlıq məsələlərinin
izlənilməsi monoqrafiyanın dəyərini daha da artırır.
Monoqrafiyadan yalnız elmi ictimaiyyət deyil, tləbələr, magistrlər,
aspirantlar, ədəbiyyat müəllimləri və s. də faydalana bilərlər.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin