Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə28/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   24   25   26   27   28   29   30   31   ...   63
Hara tələsdin, qardaş?


189
Dünyaya göz açandan musiqi eşidib: beşiyi başında lay-lay deyib. Sonralar bu
musiqi ilə pərvəriş tapıb: atası Məmmədəli kişi fəhlə olsa da, muğam həvəskarlı bir
insan idi. Bütün nardaranlılar kimi əruza, muğama yaxşı bələddir. Musiqiyə məhəbbəti,
poeziyaya marağı uşaqlarına da aşılayıb. Şeirə, sənətə bağlı bir ailədə boya-başa çatıb.
Məmmədbağır o illəri belə xatırlayır:
- Elə ki, radioda musiqi səslənərdi, yığışardıq başına, ailəliklə dinlərdik.
Muğamlarımız, onların şöbə və guşələri haqda biliyimizi artırardıq.
Abşeronun bütün kəndlərində, xüsusən, şair Məmməd Aslanın sözlərilə desək,
«əruz, muğam beşiyi Nardaran»da muğamata böyük həvəs göstərirlər. Mübaliğəsiz
demək olar ki, əbədiyaşar sənətimizi – muğamlarımızı həmişəyaşar edən Bakı
kəndlərinin mədəni zövqü olub.
Məmmədbağırın bir ifaçı kimi yetişməsində, doğulub boya-başa çatdığı Nardaran
kəndinin böyük təsiri olub desək, səhv olmaz. Uşaqlıqdan kəndin el şənliklərində Seyid
Şuşinski, Hacıbaba Hüseynov, Yaqub Məmmədov kimi ustad sənətkarların səsini
eşidib, hərəkətlərini izləmiş Məmmədbağır kəndlərindəki muğam bilicisi Hidayət
Nəbiyevdən məsləhətlər alıb. Sonra elə Hidayət kişinin təşəbbüsü ilə «Dilkəş»
özfəaliyyət ansamblını yaradıb. Bədii rəhbəri elə özü olub. Onun sənət aləminə ilk
addımı dərnəkdə atılıb və bir sual məni maraqlandırdı: «Dilkəş»lə ünsiyyətin «tarixi»
qədimdir, ansambılının adı «Dilkəş»dir, ən gözəl, ürəkdən gələn, şirin məlahətlə
«Dilkəş» oxuyursan. Bunun sirri nədir?
İlıq təbəssümlə cavab verdi ki, «Dilkəş»i çox istəyirəm, elə ona görə.
Məmmədbağır gənclik illərində Əzizbəyov rayonu mədəniyyət evi nəzdində
«Bahar» xalq çalğı alətləri özfəaliyyət ansamblında daməşğul olub.
Sonralar Məmmədbağır Yusif Heydərovun idarəsilə «Təranə» gənclik ansamblı
ilə mahnılar üzərində çalışıb. Yaşıdları kimi Məmmədbağır da hərbi xidmətə gedib,
əsgəri borcunu ləyaqətlə başa vurub, kəndlərinə qayıdıb.


190
O, müğənnilik fəaliyyətini Respublikanın Xalq Artisti Əlmbaba Məmmədovun
rəhbərlik etdiyi «Humayun» ansamlında davam etdirib, Azərböaycan Dövlət
Filarmoniyasının solisti olub.
O, musiqiyə uşaqlıq yaşlarından maraq göstərsə də, musiqi təhsilini 25 yaşından
sonra alıb. Atası Məmmədəli kişinin təkidi ilə 1975-ci ildə Asəf Zeynallı adına Bakı
orta ixtisas musiqi məktəbinin muğam şöbəsinə daxil olub, burada oxuduğu müddətdə
o, muğam snətimizin bilicisi, xanəndə Əlibaba Məmmədovdan zəngin xalq musiqimizi
öyrənib, ifaçılıq sənətinin sirlərin yiyələnib.
Musiqi məktəbini bitirdikdən sonra 1980-ci ildə Azərbaycan Dövlət Konsert
Birliyinə dövət olunub. Burada özünün rəhbərlik etdiyi, bu günə kimi fəaliyyət göstərən
«Dilkəş» ansamblını yaradıb.
«Azkonsert» birliyində işlədiyi illərdə Məmmədbağır Bağırzadə saysız-hesabsız
qastrol səfərlərindəolmuş, zəhmətekşlərlə mədəni xidmətdə, həmçinin musiqimizin
təbliği sahəsində xeyli zəhmət çəkib. Onun repertuarı genişdir, rəngarəngdir. İstedadlı
müğənni xalq havalarını, xarici ölkə xalqlarının melodiyalarını aydın və səlis oxuyurdu.
Mahnı onun canıdır, həyatıdır. O, Məhəmməd Füzulini, Əliağa Vahidi hdsiz
dərəcədə sevirdi… Azərbaycan qəzəlinin poetik imkanlarını, bədii-estetik dəyərlərini
yaşatmış bu sənətkarların irsini dərindən mənimsəyir.  «Ey dil, bu qara gözlünü
dindirmə, xətadır» mətləli qəzəlin, «Dilkəş» üstə elə məharətlə oxuyur ki, onun həmin
məqamdakı qeyri-adi anını sözlə ifadə etmək çətindir.
O, danışanda da nəğməsiz keçinə bilmirdi. Söhbət əsnasında ən çox sevdiyi
mahnıları özü də hiss etmədən bəmdən, şirin bir məlahətlə oxumağa başlayanda buna
zərrə qədər şübhə qalmır. Varlığı nəğmə ilə yoğrulub. Onun sənətə bağlılığını, musiqi
ilə nəfəs aldığını müasirləri olan müğənnilər də təsdiq edirlər.
Axıcılıq və şirinlik milli musiqi köklərinə bağlılıq, mahnı mətni ilə musiqinin bir-
birini tamamlaması Məmmədbağır mahnılarına nəinki Azərbaycanda, eləcə də
ümumtürk kontekstində maraq oyatmışdır. Bir faktı da oxuculara çatdırmaq yerinə
düşərdi: onun mahnıları azərbaycanlı müğənnilərlə yanaşı, türk müğənnilərindən Nəclə


191
Akpen, Coşqun Sabah, Nəşə Qaraböcək, Müşərrəf Akay, Özbəkistan müğənnisi Nəsibə
Abdullayevanın repertuarında özünə geniş yer tutub.
Məmmədbağır mahnı bəstələmək üçün şairlərdən Əliağa Vahid, Süleyman
Rüstəm, Məmməd Rahim irsinə, Tofiq Mütəllibov, Sabir Rüstəmxanlı, Hafiz Baxış,
Həmid Abbasın poeziyasına müraciət etmişdir. Onun sözlərinə mahnı bəstələdiyi,
yaradıcılığına müraciət etdiyi sənətkarlardan biri də şairə Zivər Ağayevadır. Zivər
xanım Türkiyədəolarkən Müşərrif Akayın ansamblının konsertmeysteri Əsəd Təkdal
onun vasitəsilə Məmmədbağır üçün fonoqramlar göndərib. Müğənni yüksək məharət,
böyük ehtirasla, türk ahəngində bu mahnıları hazırlayıb.
Müğənni yüksək məharət, böyük ehtirasla, türk ahəngində bu mahnıları
hazırlayıb.
Müasir musiqiçilərin zövqü yüksəkdir, tələbləri hədsizdir. Onları konsert
salonlarına cəlb etmək üçün çox çalışmaq, ən yaxşı mahnıları ustalıqla, məlahətlə
oxumaq lazımdır. Dinləyicilərin başını bayağı, ara mahnıları ilə qatmaqla öz vəzifəsini
bitmiş hesab etmək olmaz - Məmmədbağır bunları yaxşı bilirdi.
Müğənni savadlı olmalı, tələffüz qaydalarını mükəmməl bilməlidir. Get-gedə bu
tələbkarlıq unudulub. Səsi, savadıolmayanlar əlinə mikrofon alıb səhnəyə çıxır, ara
mahnıları, bayağı sözlər oxuyurlar. Qədim sənət abidələrimizi – muğamlarımızı şikəst
edənlərin sayı artıb. Bütün bunlar müğənnini ciddi narahat edirdi. Öz sənət dünyasında
bu və ya digər tələblərə əməl edən M.Bağırzadə konsert proqramını tərtib edərkən
xalqın milli musiqi psixologiyasına əsaslanar, zamanın nəbzini tutan, xalqın zövqünə
uyğun mahnı və təsniflər seçərdi.
Hər sənətkarın, hər bir peşə sahibinin özünəməxsus həyat idealı, sənət prinsipləri
var. Seçdiyi ixtisasın və ya peşənin ağırlığını dərk edib duymaq mühüm cəhətdir:
«Xanəndəlik, müğənnilik çox çətin sənətdir. Dinləyicilər üçün estetik zövq mənbəyi
olan musiqi mənim üçün gərgin, maraqlı və həyəcanla dolu olan bir aləmdir».
Məmmədbağır söhbətinə ani olaraq ara verib: «Əsl sənət fədaisi olan müğənni həyatının
mənasını səhnədə görür - dedi. Müğənninin sənətinə münasibətindən çox şey asılıdır.


192
İstedadlı müğənni zəif mahnını da dirildə bilər. Düzdür, onu dadeyim ki, zəif mahnının
sənətə yol tapmasının əleyhinədir. İstedadsız müğənni kimi təqlid edirsə etsin, dinləyici
ürəyinə yol tapa bilməz.
Repertuarımda 200-dən çox mahnı var. Ürəyimə yatmayan mahnını repertuarıma
daxil etmirəm. Ürəyimcə olan mahnının üzərində, ifa tərzimə uyğunlaşdırana kimi
işləyirəm. Mahnılarla yanaşı muğam da oxumuşam. Uzun illər mahnı janrıyla çıxış
etsəm də, uşaqlıqdan mehrimi saldığım muğamlardır. Bakı muğam məktəbinin özəyində
doğulub boya-başa çatasan, nardaranlı olasan, muğamı bilməyəsən, sevməyəsən!? Bu,
ola bilməz. Bu yaxınlarda «Zabul-segah» muğamını dəsgah şəklində radionun fondu
üçün yazdırmışam.
Bu yanlırda mənə «Respublikanın əməkdar artisti» fəxri adı verilib. Əməyimə
verilən bu mükafat üçün hökumətimizə minnətdarlığımı bildirirəm».
Radionun fondunda onlarca mahnısı saxlanılan müğənninin ifa etdiyi bəstələr
«Melodiya» firması trəfindən vala yazılaraq daha geniş yayılıb.  1979-cuildə Ələkbər
Tağıyevin mahnıları, 1981-ci ildə isə öz bəstələri kütləvi tirajla buraxılıb.
Hər konsertdən, hər səfərdən insan yaddaşında izlər, nişanlar qalır. Bu xatirələr
iki baxımdan maraqlı olur: onların bir qismində müğənninin sənətkarlığına verilən
qiymət əksini tapır, ikinci bir cəhətdən bu xatirələr insanlar, münasibətlər silsiləsindən
dəyərli faktlar sayıla bilər.
Müğənnidən xarici səfərlərilə bağlı bəzi epizodlar söyləməsini xahiş etdim.
Çətinlik çəkdiyini bildirdi. Bir qədər sonra aramla sözə başlayıb bildirdi ki, əhvalat bir
qədər kədərli, bir qədər də məzəlidir:  «İsveçin Sunbusval şəhərində konsert verirdik.
Mən mahnının arasında muğam oxudum, bir az kövrək. Salonda vətəndən didərgin
düşmüş azərbaycanlılar çox idi, oxuduğum qəzəl də yerinə düşdü. Gördüm hamısı
ağlayır, mahnını qurtaranda çoxlu əl çaldılar. Bizimlə gedən məşhur bir səntkar dedi ki,
nə ixtiyarla sən muğam oxudun, qaydanı pozdun. Sonra elə oldu ki, onun ifası yaxşı
qarşılanmadı. Sürəkli alqışlarla… Budəm görkəmli sənətkarımız Habil Əliyev həmişə


193
olduğu kimi zarafatladedi: «Bu əl çalanlar, deyəsən, Nardarandan, Maştağadan gəliblər.
Sənə əl çalmaq üçün».
Musiqi aləmi barədə daha çox bilmək, savadını artırmaq, ali təhsil almaq həvəsi
onu M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Mədəni-maarif
fakültəsinə aparıb çıxarıb. 1987-ci ildə ali təhsilini başa vurub.
1985-ci ildən müğənni Azərbaycan Dövlət Televiziya və Radio verilişləri
şirkətinin solisti, «Dilkəş» instrumental ansamblının rəhbəri idi. Vaxtaşırı gözəl konsert
proqramları ilə çıxış edirdi.
İl üstünə il gəlir, dünən bu gün üçün tarixə çevrilir. Çox şey unudulur; çox təzə
şey sabah köhnəlir. Əbədi olaraq qalan sənət əsərləridir, bədii əsər, musiqi əsərləri,
heykəllər, rəsmlər əsərin dizini qatlayıb bütün zamanlar üçün dəyərli olur.
M.Bağırzadə səntinə məhəbbət azalmır. Onu dinləyicilərə sevdirən budur ki, heç
kəsi təqlid etmir, öz səsi,öz nəfəsi,yüksək səhnə mədəniyyəti, repertuar zənginliyi ilə əsl
Azərbaycan oğlu kimi dinləyicilər tərəfindən doğma bir vətən oğlu tək seviləcək.
40 illiyi münasibətilə radioda «Azərbaycan oğluyam» adlı oçerk hazırlamışdım.
Məmmədbağırla tanışlığımız və dostluğumuz da elə buradan başladı.
Radonun montaj otağında veriliş üzərində səs operatoru ilə iş aparırdıq.
Rəhmətlik özü də prosesi seyr edirdi. Operator otaqdan çıxarkən gördüm o ağlayır.
Dedim:
- Nə olub, Mamed? (Həmişə ona «Mamed» deyə müraciət edirdim – V.Ə.)
Dedi:
- Məni o qədər tərifləmisən, sənətimə böyük qiymət vermisən. Həqiqətən belədir?
- Əlbəttə, - dedim. – Sən bundan da artıq qiymətə layiqsən.
Bir an fasilə verib sonra yenə sözə başladı:
- Yadıma düşdü, ilk dəfə televiziyaya gəlmişdim. İndi səninlə işləyən Nəriman
Rzayev o vaxt televiziyada «Xalq musiqisi» şöbəsinin müdiri idi. Səsimi bəyəndi. Dedi,
gəl çəkim, amma, bala, qaloşla efirə çıxmaq olmaz, bir də pencəyin köhnədir. Təzə


194
geyin. Mən kirayə ayaqqabı və pencəklə çəkildim. İlahi, şükür sənə, - əlini göyə qaldırıb
Allaha şükürlərini bildirdi. Mən də kövrəldim.
Sənətə gəldiyi ilk gündən şöhrət qazandı, sevildi. Ta dünyasını dəyişənəcən
doğma xalqı onu dincəlməyə qoymadı – toy-düyünə dəvət etdi. Gah musiqi yazdı,gah
söz, nəğmələr qoşdu, xarici qastrollar, ailə qayğısı, dövlət tədbirləri, çəkilişlər, uşaqların
anasının itkisi, amansız xəstəlik. Bu da sonu. Dincəlmədi, o, canına qulluq eləmədi. Bu
böyük sənətkar özünü snətə qurban verdi.
Yenidən onu solist kimi işə bərpa elətdirdim. Ərizəsini də sədrin adına özüm
yazdım. Sədrdən xahiş elədim ki, ona haqsızlıq olunub, işdən azad eləyiblər. Sədr
böyük məmnuniyyətlə razılıq verdi.
Mahnını oxudu – «Qardaş» mahnısını. Nəğmə sevildi. Neçə müştərək
mahnılarımız oxunmamış qaldı. Böyük qəzəlxanımız Vahidin poeziyasından
nümunələrlə bəstəldiyi təsnifləri ilk dəfə mənim üçün səsləndirdi. İlk qiyməti, xeyir-
duanı məndən alırdı. Təvazökarlıqdan uzaq olsa da, zövqümü, musiqi savadımı yüksək
qiymətləndirirdi. Tez-tez məni imtahana da çəkərdi:  «Bu şöbə, guşə hansı
muğamdandır?» Mən də bədahətən cavab verərdim. Ləzzət edərdi ona. Gülümsəyib
deyərdi: - Bilirsən, nəsən sən?
2005-ci ilin yayı idi. Ailəmlə İrana səyahətə, həm də ziyarətə gedirdim. Mənə
zəng vurdu. Dedim yol üstəyəm. Dedi gərək 1-2 gün gözləyəsən. Mənim 55 illiyimə bir
veriliş çək, sonra gedərsən, kəndçimsən, qardaşımsan, səndən başqa məni kim sayıb ki?
40, 50 illiyimi də sən çəkmisən, 55-i də gərək sən çəkəsən.
«Niel» restoranında verilişi çəkdim. Sağollaşandadedim, ay Mamed, yoldan
elədin məni. Dedi yox, lazım idi, ölüm-itim dünyasıdır, ürəyimə nəsə damıb. İlk dəfə idi
ki, ona ərklə, kobudcavab verdim ki,  «nə boş-boş danışırsan». Dedi,  «yox, bilirəm».
Ürəyinə dammışdı…
Həmişə mənə «kəndçim» - deyə müraciət edərdi. Yoldaşlarım soruşurdular ki,
bəyəm sən nardaranlısan? Deyirdim yox, doğmalıq bildirmək üçün deyir. Bir gün ANS-
də çıxış eləyirdi. İş otağıma prezidentin köməkçisi zəngvurdu ki, Məmmədbağırın


195
atasının adı nədir? Dedim: - Məmmədəli. Tez yığdım onun Mobil telefonunu. Sevinə-
sevinə dedim, ay Mamed, sənə «Xalq artisti» verəcəklər. Dedi ola bilməz! Dedim
köməkçi soruşurdusa, deməli, hörmətli prezidentimiz Heydər Əliyev sənin çıxışına
baxıb. Elə də oldu. Həmişə mənə təşəkkür edərdi ki, ilk olaraq məlumatı verdiyim
xəbərin sevinci, fəhmim düz çıxdığına görə.
Bir də onu toyda gördüm. Yaxın dostum, texnika elmləri doktoru, Ramiz
Mirzəyevin qızının toyunda. Halı yox idi. Dedim get həkimə, dedi yox. Çox mehriban
olmuşdu. Olduğundan da on qat mehriban, qayğıkeş idi. Toyda ailəvi idik. Habil
Əliyev, Alim Qasımov, Arif Babayev ailəvi bir masa arxasında əyləşmişdik. Toyun
oxuyanı o idi. Amma toyda oxuyan həddən ziyadə idi. İmkan tapan kimi gəlib dayandı
yanımda. Həyətəcən bizi yola saldı. Nə qədər elədim qayıt, qulaq asmadı.
Mərkəzi Klinik Xəstəxananın həyətindəydik. Bizi yaxına buraxmırdılar. Tez-tez
oğlu Rahimlə zəngləşib halını soruşurduq. Dostum Niyaz Moskvada yəhudi həkim də
tapdı. Rahim onunla danışdı. Amma gec idi.
Təzə Pirdə meyit yuyuldu. Bütün müğənniləri oraya topladıq. Azər TAC,
Mədəniyət Nazirliyi xətti ilə Ramiz Mirzəyevin təşəbbüsü ilə nekroloqu göz yaşlarımla
mən yazdım. 4 gün yasında da oldum. Hər dəfə onun lent yazılarına tamaşa edəndə və
qulaq asanda kövrəlirəm. Tez getdin, qardaş, niyə tələsirdin? Hara tələsirdin? Yerin
görünür.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin