Şamil Vəliyev – 50


Hüseyn Cavid dünən, bu gün və sabah



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   29   30   31   32   33   34   35   36   ...   63
Hüseyn Cavid dünən, bu gün və sabah
XX əsr Azərbaycan romantizminin ən görkəmli nümayəndələrindən biri də
Hüseyn Cavid Rasizadədir. Cavid ədəbiyyat aləminə özünün aşiqanə-lirik
şeirlərilə gəlsə də, bir dramaturq olaraq romantik faciələrilə parlamış,
dramaturgiyamızın tarixində faciə janrının yaradıcısı kimi şöhrətlənmişdir. O,
ədəbiyyatımızın zəngin xəzinəsinə «Şeyx Sənan», «İblis», «Knyaz», «Səyavuş»,
«Xəyyam», «Azər» kimi qiymətli incilər bəxş etmişdir. Cavid sənəti ilə yaxından
tanış olduqda hiss edirsən ki, böyük humanisti bütün yaradıcılığı boyu insan
mənəviyyatı, əxlaq və ədalət, xeyir və şər problemi, bəşərin taleyi
düşündürmüşdür. Cavid sənətinin fəlsəfi-estetik mənasını düzgün qiymətləndirən


207
filologiya elmləri doktoru Məsud Əlioğlu haqlı olaraq yazır: «Əgər belə bir sual
verilsə ki, Cavid yaradıcılığının başlıca poetik mənası, Cavid sənətinin fəlsəfi-
estetik mənası nədən ibarətdir?» Həmin suala daha dəqiq və doğru cavab bu ola
bilər: insanları birləşdirənyaxın və doğma edən mənəvi amillərin təsdiqi və
bunun əksinə, onları bir-birindən ayıran, yadlaşdıran qorxunc ehtirasların
inkarı».
Dramaturqun yaradıcılığının sovet dövrü də qiymətlidir. Qiymətlidir ona
görə ki, yaradıcılığının olduqca məhsuldar olan bu dövründə (1912-1936) Cavid
bir-birinin ardınca özünün «Peyğəmbər»  (1922),  «Topal Teymur»  (1925),
«Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), «İblisin intiqamı» (1936)
kimi məşhur tarixi dramlarını yazmışdır. Cavid sənəti ziddiyyətli, maraqlı və
zəngin bir yaradıcılıq sahəsidir. Lakin Azərbaycanda 28 Aprel çevrilişinə qədər
Hüseyn Cavidin ədəbi irsi geniş tədqiq olunmamışdır. Azərbaycandabolşevik
istismarından sonra ədəbi tənqidimiz bu zəngin irsə biganə qalmadı. Hənəfi
Zeynallı, Mustafa Quliyev, Əmin Abid, Cəfər Cabbarlı, Mehdi Hüseyn və
Azərbaycanın digər tənqidçiləri Cavid yaradıcılığını diqqətlə izləyərək, bu bədii
irsə obyektiv surətdə, məhəbbətlə və geniş ürəklə yanaşdılar. Bu cəhətdən Hənəfi
Zeynallının 1923-26-cı illər arasında yazdığı «Şeyda» xüsusunda qısa bir
mülahizə,  «Şeyx Sənan» haqqında mülahizələrim», Cavidin «Peyğəmbər»i
haqqında mülahizələrim», Mustafa Quliyevin «Hüseyn Cavidin «Uçurum»u»,
Mehdi Hüseynin Cavid yaradıcılığına həsr edilmiş tənqidi məqalələri böyük
dramaturqun ədəbi irsinə göstərilən qayğı və məhəbbətin təcəssümüdür. Cavid
yaradıcılığı bu gün belə ədəbiyyatşünaslıq elmimizin diqqət mərkəzindədir60-cı
illərdən
üzü
bəri
mərhum
alimlərimizdən
M.C.Cəfərov,
Ə.Sultanlı,
M.Məmmədov,
M.Əlioğlu

başqalarının
monoqrafiyaları,
çağdaş
tədqiqatçılardan Yaşar Qarayev, Vəli Osmanlı, Teymurçin Əfəndiyev və Yusif
Günaydının araşdırmaları təqdirəlayiq və qiymətlidir.


208
Cavidin yaradıcılığı ilə maraqlanan ilk Azərbaycan tənqidçisi Hənəfi
Zeynallı onun yaradıcılığındakı müsbət cəhətləri göstərməklə yanaşı, dramaturqu
kəskin tənqid edir, onu yeni sovet quruluşundan, bu quruluşun gözəl
cəhətlərindən yazmağa sövq edirdi.
Mustafa Quliyev Cavid yaradıcılığına mürəkkəb və ziddiyyətli bir
yaradıcılıq kimi yanaşan ilk tənqidçilərdəndir.  1920-26-cı illərdə H.Cavidin
sosialist gerçəkliyindən heç nə yazmaması,  «Peyğəmbər» və «Topal Teymur»
kimi dövrlə bağlanmayan əsərlər qələmə alması tənqidçini çox narahat edirdi. Bu
illərdə «Hüseyn Cavid burjuaziyasının şeypur çalanıdır» deyə dramaturqun
yaradıcılığını düzgün qiymətləndirməyən İ.Cahangirov kimi üzdəniraq
tənqidçilərə qarşı da M.Quliyev barışmaz idi. Buna görə də o, Cavidin yeni
həyata açıq gözlə baxması, müasir cəmiyyətə məxsus işıqlı idealların mənasını
vaxtında qavraması üçün çox çalışırdı. Ədəbi tənqidin Cavid uğrunda apardığı
mübarizə hədər idi. Sosializmin puç və əhəmiyyətsiz quruluş olduğunu duyan və
bunu yaradıcılığı ilə təzahür etdirən dahi dramaturqu amalından və idealından
döndərmək çətin idi. H.Cavid bütün yaradıcılığı boyu romantizm ədəbi
cərəyanına sadiq qaldı. Ədəbi tənqid «Azər» poemasını sosialist realizmi
yaradıcılıq metodunda yaranan əsər kimi qiymətləndirsə də, Cavid öz yaradıcılıq
metoduna tam sadiq qalmışdır.
«Səyavuş» faciəsinin ilk tədqiqatçısı, xalq yazıçısı, tənqidçi Mehdi Hüseyn
dövrün ədəbi tələböinə uyğun olaraq hələ 1934-cü ildə «Səyavuş»a yazdığı
müqəddimədə dramaturqun yaradıcılığında əmələ gələn ciddi ideya dönüşünü
alqışlayırdı: «Cavid «Səyavuş» əsərində böyük inqilabi bir addım atmışdır. Fəqət
bu əsər tənqidimizə «Səyavuş» müəllifi olaraq, Cavidin simasında artıq burjua
təmayülündən bəhs etməyə qətiyyən haqq vermir. Zira, Cavid burada, keçmiş
əsərlərində bədii şəkildə sistemləşdirdiyi ideyalarının çoxusuna ağır və sarsıdıcı
bir zərbə endirmişdir. Bu nöqteyi-nəzərdən «Səyavuş»un bir çox odlu misraları
bizim üçün qiymətli və yüksəkdir». Mehdi Hüseyn əsərə marksist-leninçi


209
tənqidin tələblərinöqteyi-nəzərindən yanaşaraq «Səyavuş»u Cavidin tarixi
mövzuda yazdığı digər əsərlər ilə («Peyğəmbər»,  «Topal Teymur») müqayisə
edir və onun üstünlüklərini göstərirdi.
Mehdi Hüseyn də başqa tənqidçilərin yolu ilə gedərək Cavidin
«Səyavuş»unu marksist-leninçi aspektdən alqışlamaqla subyektivizmə varırda.
Qeyd etdiyimiz kimi, Cavid yaradıcılıqda dönməz idi və «səyavuş»u yazmaqla
hansısa quruluşa, yad metodologiyaya qulluq eləmirdi.
Başda Altay olmaqla Çin və Turan yoxsullarının qudurğan şahlara və
xaqanlara qarşı üsyanları Cavidin «Səyavuş» faciəsi ilə birdən-birə nə qədər irəli
getdiyini çox aydın göstərirdi. Mehdi Hüseyn dramaturqun yaradıcılığındakı bu
inamlı addımı belə xarakterizə edirdi: «Bu gün Cavid, Firdovsi dastanlarının bir
parçasını öz bədii laboratoriyasından keçirərək, xaqanlar hakimiyyəti əleyhinə
üsyan bayrağı qaldıran Çin məzlumlarına şərəfli nəğmələr oxuyur». Cavid bu
əsərində «Şahnamə» motivlərindən istifadə etsə də, ona müasir baxımdan
yanaşmış, tam və orijinal bir əsər yaratmışdır.
Görkəmli əruzşünas alim, mərhum professor Əkrəm Cəfər dramaturqun
anadan olmasının 100 illiyi münasibətilə «Yazıçı» nəşriyyatının çap etdiyi dörd
cildliyə (1981-ci il) yazdığı müqəddimədə bu əsəri orijinalbir əsər kimi
səciyyələndirir.  «Səyavuş»  «Şahnamə»nin müəyyən motivlərini xatırlatsa da,
tamamilə müstəqil süjet və orijinal xarakterə malik bir əsərdir. Dramaturq tarixi
mövzuda yazdığı bu faciədə zəhmətkeş kəndlilərin feodal özbaşınalığına qarşı
mübarizəsini ön planda göstərməyə çalışırdı. Zahirdə əsərin qəhrəmanı
Səyavuşdursa da, əslində dramaturq daha çox üsyançı kəndli və köllərin başçısı
Altaya və onu əhatə edən üsyançı kəndlilərə rəğbət bəsləyir». Tarixi faktlara
əsaslanaraq yazdığı «Topal Teymur»dan fərqli olaraq, dramaturq «Səyavuş»da
şah və xaqanların yoxsul xalq kütlələrinə qarşı amansızlığını, bu rəzalətlərə qarşı
xalq kütlələrinin azadlıq mübarizəsini göstərməyə müvəffəq olmuşdur.


210
Hüseyn Cavid yaradıcılığını uzun illər, yorulmadan və sevə-sevə tədqiq
edən alimlərdən biri də professor M.C.Cəfərov olmuşdur.M.Cəfər demək olar ki,
dramaturqun bütün yaradıcılığını tədqiq etmişdir. Özünə qədər Cavid yaradıcılığı
ilə məşğul olan Hənəfi Zeynallı, Mustafa Quliyev, Mehdi Hüseyn kimi
tənqidçilərin məqalələrini o, tənqidi şəkildə nəzərdən keçirmiş, məqalələrdə
qiymətli cəhətlərlə yanaşı düzgün olmayan cəhətləri də aşkara çıxarmışdır.
Mərhum alim özünün «Hüseyn Cavid» monoqrafiyasının «Cavid yaradıcılığının
yeni dövrü» adlandırdığı dördüncü fəslində «Səyavuş» faciəsindən bəhs edərək
yazır:  «Feodal dünyası «Səyavuş» müəllifinin nəzərində ağalar və kölələr
dünyası idi. Bütün bunlar isə öz növbəsində Cavidin tarixə olan yeni baxışını əks
etdirirdi. Sənətkarlıq, dil, üslub cəhətdən bu əsərdə bir çox yeniliklər var idi…»
M.C.Cəfərov Mehdi Hüseynin «Səyavuş» haqqındakı mülahizələri ilə
tamamilə razılaşır və yeri gəlmişkən onun (M.Hüseynin – V.Ə., Ə.N.)  «Ədəbi
qeydlər»,  «Səyavuş»a müqəddimə» məqalələrindən sitatlar gətirir. Tənqidçi
Cavidin «Səyavuş» faciəsini «Şahnamə»nin «Səyavuş» dastanı ilə müqayisə
edərək dramaturqun tarixə müasir baxışını alqışlayır:  «Firdovsinin «Səyavuş»
dastanında xalq üsyanlarını göstərən kiçik bir epizod olmadığıhalda, Cavid xalq
üsyanlarını göstərməyə xüsusi fikir vermiş və Altay kimi bir üsyançı qəhrəman
surətini yaratmışdır; Yalçın və olnunla əlaqədar hadisələrlə hakimlərin xalqa
olmazın əzab-əziyyətini verdiklərini göstərmişdir». Yeri gəlmişkən onu da qeyd
etmək lazımdır ki, Cavid yaradıcılığını ilk dəfə tam şəkildə M.C.Cəfərov tədqiq
etmişdir.
Azərbaycan dramaturgiyasının ilk sistemli, elmi tarixini əhatə edən
qiymətli bir əsər yaratmış professor Əli Sultanlı da Cavidin ədəbi irsinə biganə
qalmamışdır. Onun 1971-ci ildə Azərnəşr tərəfindən çapdan buraxılmış
«məqalələr» kitabının böyük bir hissəsi Cavid yaradıcılığına həsr edilmişdir.
Professor dramaturqun yaradıcılığındakı ziddiyyətləri tənqidi şəkildə açıb
göstərməklə yanaşı, sovet dövründə Cavid yaradıcılığındakı bədii-məfkurəvi


211
yüksəlişə böyük qiymət verir. lakin təəssüflə qeyd etməliyik ki, mərhum tənqidçi
dramaturqun yaradıcılığına həsr etdiyi 60 səhifəlik yazıda «Səyavuş» faciəsi
haqqında müxtəsər də olsa danışmamışdır. Halbuki, Cavidin yaradıcılığında
ciddi dönüş yaradan bu əsər onun ən qiymətli əsərlərindən biridir. Bundan başqa,
Əli Sultanlı «Səyavuş» faciəsinin yazılma tarixi kimi 1934-cü ili qəbul edir.
məlum faktdır ki, faciə 1933-cü ildə yazılmış və nəsrlə işlənmiş ilk variantı
«Südabə» adlandırılmışdır.
Filologiya elmləri doktoru Yaşar Qarayev də «Faciə və qəhrəman»
əsərində görkəmli Azərbaycan romantikinin yaradıcxılığına geniş yer vermişdir.
O, bədii ədəbiyyatda Şərqin uzaq tarixi keçmişinə «sinfi döyüşlər və mübarizələr
keçmişi» kimi yanaşmaq ənənələrinə toxunaraq yazır:  «Səyavuş»da Cavid ilk
dəfə olaraq Şərqin qəhrəmanlıq keçmişinə sinfi döyüşlər və mübarizələr keçmişi
kimi nəzər salırdı».
Filologiya elmləri doktoru Məsud Əlioğlu uzun illər Cavid əsərlərinin
tədqiqi ilə məşğul olmuşdur. Onun görkəmli Azərbaycan dramaturqunun
yaradıcılığına həsr etdiyi məqalələrdə tənqidçi müşahidələrinin obyektivliyi
diqqəti cəlb edir. M.Əlioğlu «Səyavuş» xüsusunda yazır:  «Hüseyn Cavid
hökmdarların, cahangirləroin və hərb əjdahalarının icad etdikləri, uydurduqları
qanunların fəlakət, ölüm və zülmətdən başqa heç nəyə qadir olmadığını, bütün
bunların sayəsindəbəşər həyatında az-çox mövcud olan səadətin bütünlükdə
qeybə çəkildiyini söyləyirdi».
Cəfər
Cəfərov,
Mehdi
Məmmədov,
Ədilə
Əliyeva

başqa
sənətşünaslarımız, Mərziyə Davudova, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb,
smayıl Hidayətzadə, Sidqi Ruhulla kimi görkəmli səhnə fədailərinin
yaradıcılığından danışarkən «Səyavuş»un əhəmiyyətini xüsusilə qeyd etmişlər.
Cəfər Cəfərov «Səyavuş» faciəsinin Azərbaycan teatrının inkişafında oynadığı
mühüm roldan bəhs edərək yazır: «Bu tamaşa yalnız Cavidin deyil, ümumiyyətlə
teatrın inkişafında çox qiymətli hadisə idi.  «Səyavuş»gənc Azərbaycan


212
rejissorluğunun bir qələbəsi idi, heç bir tamaşada milli Azərbaycan rejissorluğu
bu qədər istedadlı şəkildə özünü göstərə bilməmişdi. Hələ tamaşa göstərilməzdən
xeyli qabaq bu barədə qızğın söhbətlər gedir, müzakirələr keçirilir, rəylər
söylənilirdi. İlk dəfə quruluş verən gənc İsmayıl Hidayətzadəyə inananlar da var
idi, inanmayanlar da. Tamaşa sübut etdi ki, müqtədir bir aktyor olan Hidayətzadə
eyni zamanda yaxşı rejissordur».
Professor Mehdi Məmmdov da Hüseyn Cavidin ölməz səhnə əsərlərinə öz
münasibətini bildirmişdir. O, Azərnəşrin 1968-ci ildə çapdan buraxdığı «Azəri
dramaturgiyasının estetik problemləri» əsərində faciə problemlərindən
danışarkən «Səyavuş»u 30-cu illərdə yaranmış ən gözəl faciə adlandırır. Mehdi
Məmmədov «teatrlar, aktyorlar, tamaşalar» kitabında H.Cavidin «İblis» və
«Şeyx Sənan» əsərlərinin 20-ci illərdə, «Knyaz» və «Səyavuş» əsərlərinin isə 30-
cu illərdə Azərbaycan Dövlət (Türk) Bədaye teatrının repertuarında özünə
möhkəm yer tutduğunu qeyd etdikdən sonra yazır:  «Uçurum»,  «Topal Teymur»
«Peyğəmbər» kimi ideyaca məhdud və zədəli pyeslərdən fərqli olaraq bu dörd
əsərdə («İblis»,  «Şeyx Sənan»,  «Knyaz»,  «Səyavuş» - V.Ə., Ə.N.) Cavid
yaradıcılığının ən mütərəqqi, ən qiymətli cəhətləri diqqəti cəlb etmişdir. Bu
əsərlərin müəllifi əsl faciənəvisidir». Cavid yaradıcılığı bu gün belə
tənqidçilərimizin diqqət mərkəzindədir. Bu qiymətli ədəbi irsə onlarca dəyərli
tədqiqat əsəri həsr edilmişdir.
Bug ün müstəqil Azərbaycanın orta ümumtəhsil məktəblərində «Səyavuş»
faciəsi tədris olunur. Bundan əlavə «Səyavuş» ali məktəblərin filologiya
fakültələrinin tədris planına daxil edilib. Bizə belə gəlir ki, H.Cavidin ətraflı
şəkildə tədqiq olunmamış «Səyavuş»u haqqında tədqiqat olduqca aktual və
vacibdir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin