Şamil Vəliyev – 50


a) «Səyavuş» faciəsinin ideya-məfkurə problematikası və



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   30   31   32   33   34   35   36   37   ...   63
a) «Səyavuş» faciəsinin ideya-məfkurə problematikası və


213
əsərdə tarixilik prinsipi
Hüseyn Cavid dram yaradıcılığında 1910-cu ildə yazdığıbirpərdəli mənzum
«Ana» pyesi ilə başlamışdır. Əsərin mövzusu Dağıstan həyatından alınmışdır.
Gənc şair bu əsərində gərgin dramatik konfliktlər, səciyyəvi xarakterlər
yaratmaq yolu ilə feodal adət-ənənələrinə, qadın hüquqsuzluğuna qarşı
çıxmışdır.
Cavid 1912-ciildə özünün ikinci səhnə əsərini – «Maral» faciəsini yazır.
Bu əsərində bizi azərbaycanlı qızı Maralın faciəsi ilə tanış edən dramaturq
ruhaniliyin qadın azadlığının birinci düşməni olduğunu göstərmişdir. Cavid
«Maral» ilə «Ana»ya nisbətən bir dramaturq kimi irəli getmiş, onun həyatı
müşahidələri zənginləşmişdi.
Əsərdən-əsərə inkişaf edən ədib 1914-cü ildə özünün məşhur «Şeyx
Sənan» faciəsini yazır. Müəllif «Şeyx sənan»da dini təəssübkeşliyə qarşı çıxırdı.
Cavid bu faciədə heç bir sərhəd tanımayan ülvi məhəbbəti bütün dinlərdən üstün
tutaraq, fırıldaqçı din xadimlərinin iç üzünü açıb gömtərirdi:
İştə gördünmü din nələr doğurur,
Nə bəlalar, nə fitnələr doğurur?
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olurdu cinsi-bəşər.
Dərvişin dilindən verilmiş bu sözlər əsərin əsas ideyasını təşkil edir. cavid
«Şeyx Sənan»da qəhrəmanı Sənanın dililə fitnə-fəsadlar törədən dinə, din
xadimlərinə qarşı öz etiraz səsini ucaltmışdır.
«Şeyda» faciəsinin süjetini dramaturq yoxsul mətbəə işçilərinin həyatından
almışdır. Əsərin baş qəhrəmanı yoxsul mürəttib Şeydadır. Şeyda üsyankar ruhlu
bir qəhrəmandır. O, öz yoldaşlarını Məcid əfəndilərə qarşı barışmaz olmağa
çağırır:
Arkadaş, göz aç aman,


214
Qalxölüm uyqusundan!
Zülmə çox əydin boyun,
Çox əzildin, qalx, oyan!
«Şeyda» əsəri sübut edirdi ki, dramaturq bəşəriyyətin azadlığını, səadətini
qabarlı əllərdə görür.
1918-ci ildə Cavid, imperialist müharibəsi əleyhinə özünün məşhur «İblis»
faciəsini yazdı. Əsərdə İblis həyati obraz olmayıb, fantastik bir surət kimi
verilmişdir. Dramaturq bu simvolik obrazı müharibə törədənləri ifşa etmək
məqsədilə yaratmışdı.  «Nədir iblis?! Cümlə xəyanətlərə bais!» Bəs iblisləri
harada axtarmaq lazımdır? Əlbəttə, müəllifin fikrincə, göylərdə yox, ruhani donu
geymiş «müqəddəslər» arasında:
…Mən Şərqidə abid oluram, Qərbidə rahib.
Bir Qazı olub gah edirəm fitnələr icad,
Bir Mürşid olub gah edirəm aləmi bərbad.
Bəzən olurım bir papa, cənnət satıram mən,
İsa dirilib gəlsə də qorxar qəzəbimdən.
1920-26-cı illər, dramaturqun yaradıcılığında məfkurəvi tərəddüd illəri
kimi iz buraxmışdır. Bu illər arasında ədib özünün «Peyğəmbər»,  «Topal
Teymur» əsərlərini yazmışdır. Cavid 20-ci illərdə Azərbaycanda sovet
hakimiyyətinin qələbəsini alqışlamaq əvəzinə Allahın elçisi Məhəmməd
Əlehissəlama əsər həsr edirdi. Bunlar o demək deyildir ki, Cavid bir fanatik idi.
O, sadəcə olaraq bir şair, sənətkar kimi bu inqilabın məna və mahiyyətini yaxşı
qavraya bildiyindən onu yaradıcılıq laboratoriyasına yaxın buraxmırdı.
Mehdi Hüseyn gənc bir tənqidçi olaraq dramaturqun yaradıcılığındakı bu
ziddiyyəti onun inqilabı dərk etməməsi ilə izah edir, yazırdı:  «Biz onun –
Cavidin müasir varlığımızdan uzaqlaşmasını inqilaba zidd bir cəbhə tutması ilə
deyil, bəlkə bu inqilabın mürəkkəbliyi və Cavid tərəfindən çox çətinliklə
qavranılması ilə, çətin anlaşılması ilə izah edirik». Buradan da belə alınır ki,


215
guya dramaturq həmin illərdə (1920-26) yeni həyatı, bu həyatın işıqlı mənasını
aydın təsəvvür edə bilməmişdi.
Biz «Səyavuş»dan danışdığımız halda «Peyğəmbər» və «Topal Teymur»
əsərlərinin təhlilini vermək fikrində deyilik. Lakin dramaturqun «Səyavuş»a
qədərki yaradıcılıq yoluna diqqət yetirmək üçün ötəri də olsa bu iki əsəri
(«Peyğəmbər»

«Topal
Teymur»)
nəzərdən
keçirməliyik.
Cavid
«Peyğəmbər»dəki Məhəmməd surətini yaradarkən bir dramaturq kimi sərbəst
hərəkət etmiş, həqiqi tarixi hadisələri öz yaradıcı təxəyyülünün süzgəcindən
keçirərək canlandırmağa çalışmışdır. Əsərdə Allahın elçisi MəhəmmədCavid
tarixi faktlara əsaslanaraq yaratmışdısa, elm, mədəniyyət tərəfdarı, əsarət və
köləlik əleyhinə çıxan, şair təbiətli xeyirxah Məhəmmədi öz arzusuna, ideya-
estetik amalına rəğmən qələmə almışdı. Lakin yeni həyatla «səsləşmədiyi» üçün
əsərin uzun müddət səhnədə yaşamasına imkan verilmədi. «Peyğəmbər» əsərinin
«müvəffəqiyyətsizliyinə» baxmayaraq H.Cavid bu əsərin arxasınca «Topal
Teymur»u yazdı. Bu əsər də əvvəlki kimi ideyaca «qüsurlu» idi. Dramaturq
tarixi şəxsiyyət kimi Teymurun həm müsbət, həm də mənfi cəhətlərini
göstərməklə tamaşaçılarda qan tökən cahangirlərə nifrət hissi oyatmaq istəmişdi.
Çünki müəllif tarixi faktları saf-çürük edərkən onlara «müasir gözlə» baxa
bilməmişdi.
İdeya-məfkurəvi cəhətdən o dövrün ədəbi tənqidinin nəzərində «zədəli»
olan bu iki pyesi ilə Cavid müasir ictimai gerçəkliyə «laqeyd» olduğunu
göstərirdi.  «Beləliklə, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir
neçə il,  1920-26-cı illərdə Cavid yeni həyatdan heç nə yaza bilmədi. Bu illər
şairin ölkədə və beynəlxalq həyatda baş verən böyük tarixi-ictimai hadisələrə
qarşı çox laqeyd olduğu bir dövr idi» (M.Cəfər. Hüseyn Cavid. Azərnəşr,  1960,
səh.179). «Peyğəmbər» və «Topal Teymur»dan fərqli olaraqCavid 1926-cı ildən
çap etdirməyə başladığı «Azər» mənzum dastanı iləöz dünyagörüşündə yaranan


216
dəyişikliyi sübuta yetirməyə başladı. Poemanın «Səlmanın səsi» parçasında şair
yazırdı:
Hər gülşənə vardım, çiçəklər güldü,
Sevdalı bülbüllər səlamə gəldi.
Hər bəzmə umeylər töküldü,
Qədəhlər öpüşüb xürama gəldi.
…Pərişan zülfümü dağıtdım üzə,
Sehr etdi hər teli sanki bir gözə,
Gördülər qarışmış gecə gündüzə,
Ölülər nəşədən qiyamə gəldi.
Səlmanın bu sevincinə qarşı Azər:
Dedi: «Təbrik edəyim gəl səni mən,
Sənə nerdən bu səadət bilsin?
Düşün əvvəlki səfalət dəmini!
İnqilab atəşi parlatdı səni.
İnqilab açdı sənin şəhpərini…»
Göründüyü kimi repressiya xofu Cavidi də idealından döndərmək istəyirdi.
Cavid də dövlət çevrilişini – «şanlı inqilabı» qeyri-səmimi də olsa, alqışlamaq
istəyirdi.
1933-cü ildə dünyanın bütün mədəni xalqları Şərqin dahi şairi, məşhur
«Şahnamə» müəllifi Əbülqasim Firdovsinin 1000 illiyini qeyd etməyə
hazırlaşırdı. Fars ədəbiyyatının görkəmli nümayəndəsi Əbülqasim Firdovsi və
onun «Şahnamə» epopeyası Azərbaycan oxucularına çoxdan tanış idi. Hələ 20-ci
illərdən başlayaraq İranın tarixi keçmişini əks etdirən bu gözəl əsərin ayrı-ayrı
dastanları dilimizə tərcümə edilmişdi. Belə ki, M.Müşfiq və M.Seyidzadə
«Soltan Mahmud haqqında həcv»i, M.M.İbrahimi «Rüstəmin Səd Vəqqasa
məktubu»nu, A.Şaiq «ubad və Məzdək dastanı»nı, Ə.Nəzmi «Səyavuş və
Əfrasiyab dastanı»nı, Azər «Rüstəm və Burza», «Rüstəm və İsfəndiyar», İ.Tahir


217
«Zöhhak və Gavə», «Səyavuş» dastanlarını dilimizə tərcümə edərək Azərbaycan
oxucularını bu ölməz sənət abidəsi ilə tanış etmişdilər. Dünya xalqlarının
Firdovsi yubileyini qeyd etməyə hazırlaşdığı bir vaxtda Cavidin «Şahnamə»yə
müraciət etməsi əsassız deyildi. Şərq ədəbiyyatını dərindən bilən, ona rəğbət
bəsləyən bir sənətkar qəlbən sevdiyi dahi şairin 1000 illik yubileyinə qətiyyən
biganə qala bilməzdi. Buna görə də Cavid həmin ildə «Şahnamə»nin «Səyavuş»
dastanından yaradıcı surətdə istifadə edərək özünün beşpərdəli «Səyavuş»
romantik faciəsini yazdı. Lakin onu da qeyd etmək lazımdır ki, Cavid
«Şahnamə» mövzusunda səhnə əsəri yazan ilk dramaturq deyildi. Cavidə qədər
həmin mövzuda bir sıra maraqlı əsərlər yazılmış və Azərbaycan səhnəsində
tamaşaya qoyularaq özünəlayiq bir yer tutmuşdu. Milli operamızın banisi,
görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən 1908-ci ildə
«Rüstəm və Söhrab» dastanı əsasında yazılmış beşpərdəli operanın librettosu,
həmin ildə Firdovsi dastanlarının tərcüməçisi, şair Azərin eyni dastan əsasında
yazdığı dördpərdəli mənzum dram,  1914-cü ildə müəllim Mirzə Rza tərəfindən
«Səyavuş» dastanı əsasında yazılmış dördpərdəli «Səyavuş» dramı belə
əsərlərdəndir. Bütün bunlara baxmayaraq cəsarətlə demək olar ki, Cavidin
«Səyavuş» faciəsi istər bədii dəyərinə, istərsə də poetikasına görə özünə qədər
«Şahnamə» mövzusunda yazılmış bütün səhnə əsərlərindən üstündür.
«Səyavuş» faciəsi ilə Cavid yaradıcılığında dönüş yarandı. Əgər digər
əsərlərinin ayrı-ayrı parçaları dramaturqun yaradıcılığında yaranmağabaşlayan
dönüşdən xəbər verirdisə, «Səyavuş» bunu tam şəkildə sübuta yetirdi.
Cavid «Səyavuş» faciəsini yazarkən tarixə birinci dəfə müraciət etmirdi.
O, 1933-cü ilə qədər «Peyğəmbər», «Topal Teymur» kimi əsərlərin, özü də sırf
tarixi əsərlərin müəllifi idi. Lakin qeyd etmək lazımdır ki,  «Peyğəmbər» və
«Topal Teymur»dan fərqli olaraq «Səyavuş» faciəsində Cavid ictimai yaraları və
onları doğuran səbəbləri cəsarətlə açıbgöstərə bilmişdir. Artıq bu əsərində
dramaturq yaxşı dərk etmişdi ki, tarixi dəyişə biləcək həqiqi qəhrəmanları yuxarı


218
təbəqələrdə deyil, sadə adamlar, əliqabarlı xalq kütlələri arasında axtarmaq
lazımdır. Bu isə sənətkarın tarixə yeni baxışı idi. Cavid əvvəlki tarixi əsərlərini
(«Peyğəmbər»,  «Topal Teymur») yazarkən müasir həyatdan, cari ictimai
məsələlərdən nə qədər uzaqlaşaraq mücərrəd sənət ideyalarına uymuşdusa,
«Səyavuş» faciəsini yazarkən hazırkı əsərin həqiqi oğlu kimi qləmə sarılmışdı.
«Səyavuş»la Cavid ədəbi ictimaiyyətin nəzərində yeni quruluşu öz ilhamının
rübabında nikbincəsinə tərənnüm edən bir şair-dramaturq kimi yüksəldi.
Vəli Osmanlı 1985-ci ildə «Yazıçı» nəşriyyatı tərəfindən çapdan
buraxılmış «Azərbaycan romantikləri» kitabında yazır:  «…Romantizm dövrü
inqilablar dövrüdür. İnqilablar şəraiti isə hər ölkədə saysız-hesabsız məzlumlar
kütləsi yaratmışdır. Klassik romantizmin yaradıcılıq prinsipində bunun daha
başqa səbəbləri də vardır. Belə ki, romantizm cərəyanının özündən əvvəlki
yaradıcılıq üsuluna – klassizmə ciddi etirazları olmuşdur. Klassizmin həyatdakı,
cəmiyyətdəki bədii-təsvir obyekti əsasən aristokratlar idi. Romantizm-klassizmin
tam əksinə yaradıcılıqda üzünü aşağı təbəqəyə, əzilənlərə tərəf çevirirdi. Bizim
romantiklər də yaradıcılıqlarında həmin prinsipə əməl edirdilər» (V.Osmanlı.
Azərbaycan romantikləri. «Yazıçı», 1985, səh.20).
İlk baxışdan adama elə gəlir ki, faciənin əsasını təkcəbir nəfərin –
Səyavuşun taleyi və ona qarşı çevrilmiş saray intiriqalarından ibarət hadisələr
təşkil edir. sənətşünaslıq doktoru Cəfər Cəfərov da əsərə məhz bu baxımdan
yanaşdığı üçündür ki, onun fikirləri ilə qətiyyən razılaşa bilmirik: «Gah Turanda,
gah İranda baş verən hadisələri göstərməkdə məqsəd tarixin müəyyən
mənzərəsini yaratmaqdan daha çox, Səyavuşun taleyini izləmək, böyük bir
istedadın və ağılın faciəsini verməkdir. Bu mənada «Səyavuş» əsəri bizcə,
əslindəxalq dramı deyil, bir növ monodramdır, yəni bir şəxsin taleyini təsvir
edən əsərdir» (C.Cəfərov. Əsərləri, I cild, Azərnəşr, 1968, səh.252-253).
Biz bu fikirlə birincisi ona görə razılaşa bilmirik ki,  «Səyavuş» sırf
romanitk faciədir, özü də tək bir nəfərin deyil, geniş kütlələrin faciəsidir. Digər


219
tərəfdən, Cavid kimi bütün yaradıcılığı boyu bşəri ideyalarla yaşamış bir snətkarı
bu tarixi mövzunu qələmə alarkən yalnız bir qəhrəmanın taleyi düşündürə
bilməzdi.  «Səyavuş» faciəsini yazarkən dramaturq öz yüksək amalına sadiq
qalmış, əsərin ideya istiqamətini şahların, xaqanların yoxsul kütlələr üzərindəki
amansız, zülmünü, əzilənlərin xaqanlara qarşı ucalan etiraz səsini, ictimai
azadlıq mübarizəsini açıbgöstərməyə yönəltmişdir. Cəfər əfərovdan fərqli olaraq
M.C.Cəfərov «Səyavuş»un ideya xəttini düzgün aydınlaşdırır:  «Feodal dünyası
«Səyavuş» müəllifinin nəzərində ağalar vaəə kölələr dünyası idi. Bütün bunlar
isə öz növbəsində Cavidin tarixə olan yeni baxışını əks elətdirirdi» (M.C.Cəfərov.
Hüseyn Cavid. Azərnəşr, 1960, səh.218).
Faciənin qısa məzmununa nəzər salsaq, bunu aydın görə bilərik: Qanlı
saray mühitindən uzaqda, sadə, təmiz qəlbli kəndlilər arasında azad böyüyüb,
məşhur sərkərdə Zal oğlu Rüstəmdən təlim-tərbiyə almış təmiz qəlbli gənc,
şöhrətli qəhrəman Səyavuş atası Keykavusun təkidilə saraya qayıtmış olur.
əməkçi insanlar arasında gördüklərinin tam əksinə olaraq Səyavuş sarayda ona
qarşı düzəldilən sui-qəsdlərlə, qanlı cinaytlərlə və güclülərin apardıqları
intriqalarla qarşılaşır. Səyavuşa qarşı düzəldilmiş bu intiriqaya Keykavusun baş
hərəmi, Səyavuşun ögey anası, ehtirası nəinki varlığına, hətta sütunlu saraylara
sığışmayan, Suriya kralının qızı Südabə başçılıq edir. ögey oğluna yaxınlıq
etmək istəyən «ehtirasın qara yelkəni» Südabəni Səyavuş «Sən mənim anamsan»
- deyə rədd edir. Bu cavab Südabani qəzəbləndirir, onsuz da alovlu olan
ehtirasını daha da alovlandırır və qəlbində dərin intiqam hissləri oyadır. Bu
hiyləgər qadın çılğın ehtirasları rədd edilib deyə alçaq niyyətlərə əl ataraq
Keykavusun yanında Səyavuşu təqsirləndirir. Səyavuş sarayı tərk etməli olur.
rüstəm ona Turana, dayısı Əfrasiyabın yanına getməyi məsləhət gördükdə, o:
«Saray aləminə məndə yox həvəs, həpsi qanlı məhbəs, parlaq bir qəfəs» deyirsə
də, ölümün pəncəsindəq qurtulmaq məqsədilə Turana gəlir. Burada gənc
qəhrəman dayısı qızı Firəngizə aşiq olur və onunla evlənir. Lakin Səyavuş


220
Turandada saray intriqaları ilə qarşıldaşır. Onu Çin sərhəddinə, baş vermiş
kəndli qiyamını yatırmaq üçün gjöndərirlər. Səyavuş qiyamçılara divan tutmaq
əvəzinə, mahalın azğın valisini həbs etdirir. O, üsyançılara mülayimlik göstərib,
onlara silahla deyil, siyasətlə təsir etməyə çalışır:
Xayır, saqın!.. Onu asmış olsalar,
Zəhərlənir leşə qonan qarğalar.
Məncə, layiq ona bir dəmir qəfəs,
İbrət alsın görüb keçdikcə hər kəs.
Səyavuşun sərkərdəlik məharətinə paxıllıq edən və gözəl Firəngizlə
evlənib onun sayəsində vəliəhd olmağa çalışan Gərşivəz Səyavuşun bir siyasətini
Əfrasiyaba xəyanət kimi qələmə verir. nəticədə Səyavuş xaincəsinə öldürülür.
Faciədəki üsyan səhnələri xüsusilə diqqəti cəlb edir. bu üsyan səhnələri
«Knyaz» əsərindəki üsyan səhnələrindən fərqlənir.  «Knyaz»da bir neçə işçi öz
haqqını tələb edirsə,  «Səyavuş» faciəsində geniş xalq kütlələri - «qaniçən
şahlara və xaqanlara ölüm!» şüarı altındabirləşərək azadlıq tləb edirlər.
«Knyaz»da:
BİRİNCİ İŞÇİ
Yara, başdan-başa hər yer yaradır,
İştə, bunlar sizi, bunlar yaşadır.
Hərb edib, qarpışırsız sizlər için!
Çalaşab-çarpışırız sizlər için!..

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin