Şamil Vəliyev – 50


«Ədalətli padşah, yoxsa «Padşah və dayə»



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   49   50   51   52   53   54   55   56   ...   63
«Ədalətli padşah, yoxsa «Padşah və dayə». Bədii əsərlərin adlarını hərfən
tərcümə etmək olmaz. Əsər adları bəzən bədii nümunələrə verilən fikir, məzmunu əks
etdirmir. Əsər adlarının tərcüməsindən qabaq tərcüməçi trəfindən hmin əsər diqqətlə
oxunmalı, məzmunu mənimsənilməli, tarixi-ictimai şərait nəzərə alınmaqla tərcümə
edilməlidir. Elə əsərlər var ki, adı onun fəlsəfi və sosial mahiyyətini açır: «Smert İvana
İlğiça», «Voyna i mir» və s.


304
«Məktəb» jurnalında çap olunan L.Tolstoyun «Odin üarğ stroil sebe dvoreü»
əsərini Ə.Əliyev «Ədalətli padşah», A.Vəlixanov isə «Padşah və dayə» adı ilə tərcümə
etmişdilər.
Mütərcimlər «çar» sözünün dilimizdə həmin titula uyğun olan «şah»la əvəz
etmiş, bir növ azərbaycanlaşdırmışdır. Ə.Müznibin L.Tolstoydan nəzmlə etdiyi bir çox
iqtibaslar məlumdur. Bunlardan L.Tolstoyun «Bıl u duraka noj oçenğ xoroşo»
hekayəsini mütərcim «Bıçaq və dəli» adı ilə vermişdir. Bu ad məzmunu və mövzunu
əks etdirir.
Yenə də L.Tolstoyun Hacı İbrahimov tərəfindən «Boqu ili Mamonne» əsəri
«Rəhmanmı, yoxsa şeytana sitayiş etməli?» adı ilə verilmişdir. Başlıq düzgün
verilmişdir və məzmunu dolğun əks etdirir.
Tərcüməçi üçün əsərin adı və onun məzmunu, ideyasının vəhdəti zəruri
məsələlərdən biridir. Bu tərcüməçinin yüksək yaradıcılıq məharətini göstərir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin