Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   45   46   47   48   49   50   51   52   ...   63
Şeyx Məhəmməd Xiyabani
Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, imperializm əvə
despotizmə qarşı çıxan Şeyx Məhəmməd Xiyabani xalqımızın yetirdiyi böyük
şəxsiyyətlərdən biridir. Xalqımızın azadlığını arzulayan, bu yolda can qoyan Xiyabani
öz fəaliyyətinə 1905-1911-ci illər Səttərxan hərəkatı zamanı başlamışdır.
Azərbaycanın görkəmli oğlu, alim, siyasətçi və mütəfəkkir Şeyx Məhəmməd
Xiyabani 1879-cu ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan olmuşdur. O,
Xamnədə məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı
Əbdülhəmidin yanına gedir, bir müddətdən sonra Təbrizə qayıdır. Burada ilahiyyatla
məşğul olur, dini elmləri öyrənməyə başlayır. Gənc Məhəmməd Təbrizin tanınmış
islamşünas alimi, ruhani Əngəcinin yanında oxuyur, onun ən sevimli, görkəmli
tələbələrindən olur və mücdəhidlik dərəcəsinə yüksəlir. Xiyabani həmçinin məşhur
astroloq Mirzə Əbdüləlinin yanında astronomiya və riyaziyyata dair bilgiləri
mənimsəmişdir. Get-gedə islam fəlsəfəsi, tarixi, o cümlədən ədəbiyyata dair savadlı,
mütaliəsini genişləndirən məşhur alim kimi yetişmiş, tanınmış və böyük nüfuz sahibi
olmuşdur.
Şeyx Məhəmməd Xiyabani bəlağətli nitqi, natiqlik məharəti ilə təbrizlilərin
hörmət və məhəbbətini qazanmış, məşhur ruhani və inqilabçı Siqqətülislamın məsləhəti
ilə «Xiyaban» məhəlləsində, «Hacı Kərimxan» məscidində axund, cənublularn təbirincə
imamcümə və vaiz olmuşdur.
Xiyabani çıxışlarında insan haqlarından, azadlıqdan söhbət açaraq təbrizliləri
məlumatlandırır, milli oyanışa səsləyir və dünyagörüşlərini zənginləşdirirdi. Onun
aforizmləşən bir sözü var idi və həmişə çıxışlarında deyirmiş: «Haqqı verməzlər, haqqı


264
almaq lazımdır». Qəlbən, ruhən, varlığı ilə uca yaradana bağlı olan Şeyx minbərdən dini
moizəlrlə bərabər azadlıq və demokratiyanı yaymaq üçün bir təbliğat tribunası kimi
istifadə edirdi.
1908-1909-cu illər Təbriz üsyanı zamanı Xiyabani bir tərəfdən əlinə silah alır, o
biri trəfdən Azərbaycan Vilayət Əncümənindəki çıxışları ilə fəaliyyət göstərir, çoxsaylı
tədbirlərin təşəbbüskarı olurdu. 1909-1911-ci illərdə fəaliyyət göstərən II İran məclisinə
Azərbaycandan seçilən inqilabçılar və ziyalılar arasında yer alır. 1909-cu ildə Tehranda
yaradılmış Demokrat Partiyasının üzvü kimi bu partiyanı məclisdə də təmsil edirdi.
1911-ci ildə parlament buraxıldıqdan sonra Tehranda keçirilən mitinqdə hökumət
əleyhinə çıxış edir.
İran hökumətinin demokratik qüvvələrə qarşı əsaslı tədbirlr görməyə başladığı
zamanlarda Xiyabani İranı tərk edir, müəyyən müddət Vladiqafqaz və Peterburqda
mühacirətdə yaşayır.
Xiyabani Rusiyada olarkən, rus siyasi düşüncəsi ilə tanış olmuş, Qüzey
Azərbaycanda məskunlaşan güneylilərin vəziyyətini yaxından öyrənmiş, Bakıda rus
sosial-demokratları ilə əlaqələr yaratmışdır.
1914-cü ildə Şeyx Məhəmməd doğma şəhəri Təbrizə qayıdır. Bu dövrdə Təbriz
Səməd xanın («Sücaüddövlə» ləqəbli – V.Ə.) əlində idi. Səməd xan Tehranı saya
saymayaraq müstəqil bir üsuli-idarə qurmuşdu. Qacar şahlarından fərqli olaraq Əhməd
şahın Məsirutəyə münasibəti pis deyildi. Əhməd şah Güneydə seçkilərə zəmin yaratdı.
Demokratlarla liberallar arasında rəqabət yarandı. Demokrat partiyasının qələbə
qazanacağı labüd olduğu üçün Sücaüddövlə – Səməd xan Güney Azərbaycanda
seçkilərin keçirilməsinə razılıq vermədi, rusların ona dəstək olacağına ümid edərək
təbrizdə seçkilərə mane oldu. III çağırış məclisdə Güneyin millət vəkili olmadı.
Xiyabaninin fəaliyyətinin əsas hissəsi 1917-ci ildən başlayır. Rusiyadakı
inqilablar Güney Azərbaycana da sirayət etdi, burada gizli təşkilatların sayı çoxaldı.
Şeyx Məhəmməd Xiyabani Demokrat partiyasının Azərbaycan Vilayət Komitəsinə
rəhbərlik edərkən İsmayılNübari, Məhəmməd Əli Badamçı, İsmayıl Əmirxan, Əli Əskər


265
Sərtibzadə, Əhməd Kəsrəvi və başqaları ilə əməkdaşlıq edir. 1917-ci il aprelin 9-da o,
sonralar öz siyasi fəaliyyətinin məramnaməsinə çevrilən «Təcəddüd»  (Yeniləşmə)
qəzeti nəşr etdirir. «Təcəddüd»də o, jurnalist həmkarları, silahdaşları ilə birlikdə xalqda
milli şüurun oyanması, maariflənməsi, dirçəlməsinə yönəlmiş, bu ideyalara, məqsədlər
xidmət edən xüsusi dəyərə malik yazılarla yaradıcılıq və fəaliyyət dairəsini
genişləndirmişdir.
Demokrat Partiyasının Azərbaycan şurasının 1917-ci ilin avqustundakı iclasında
sərbəst fəaliyyət göstərəcək Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması və
onun Mərkəzi Komitəsinin Xiyabaninin başçılığı ilə toplanması qərara alındı. Partiyanın
konfransında Mərkəzi Komitəyə, yerli və əyalət əncümənlərilə keçiriləcək seçkilərə
hazırlaşmaq tapşırıldı. Partiyanın məqsədləri də dəqiq müəyyənləşmişdi:

Konstitusiyaya müəyyən edilmiş hüquqların və azadlıqların həyata keçirilməsi
uğrunda mübarizə aparmaq;

Vilayət və qəza əncümənlərilə keçiriləcək seçkilərdə əhalinin demokratik
təbəqələrindən olan nümayəndələrin seçilməsinə çalışmaq;

İranın tərkibində Cənubi Azərbaycanın muxtariyyəi alması, ölkənin iqtisadi və
mədəni həyatının demokratik əsasda yenidən qurulması uğrunda mübarizə
aparmaq.
Xiyabani rəsmən iqtidarda deyildi, amma Azərbaycanda hər şeyi nəzarətində
saxlayırdı. Bir ilə yaxın davam edən bu dövr ərzində Azərbaycan faktiki olaraq ADP
tərəfindən idarə olunmuşdur.
Osmanlı ordusunun gəlişindən sonra vəziyyət dəyişir. Osmanlı ordusu
Məcdüssəlmənəni Azərbaycana vale təyin edir. Güney Azərbaycanın Osmanlı ordusu
tərəfindən tutulmasına etiraz edən Şeyx Məhəmməd və silahdaşları həbs olunurlar.
Onlar müəyyən müddət Qarsda saxlanıldıqdan sonra fars əyalətlərindən birinə sürgün
edildilər. Osmanlı ordusu tərəfindən ADP dağıdıldı.
1918-ci ildə Osmanlı ordusu Güney Azərbaycanı tərk edir. Xiyabani vətənə
dönərək ADP-ni və «Təcəddüd» qəzetini bərpa edir. Bu dövrdə ADP də yaranır.


266
Xiyabaninin və doktor Zeynalabdin xanın rəhbərlik etdiyi iki bölümə ayrıldı. Bu
bölümlər «Təcəddüdiyun» və «Tənqidiyun» adlanırdı. Xiyabaninin əleyhidarları onun
partiyanı demokratik metodlarla idarə etmədiyini söyləyirdilər. Onlar Mirzə Tağı xan
Rəfətin yenidən partiyaya qəbul olunmasına etiraz edirdilər. Mirzə Rəfət Osmanlı
rodusu Azərbaycanda olduğu dönəmdə «Azərbaycan» qəzetini çıxarmışdı.
«Tənqidçilər» (Tənqidiyun – V.Ə.) belə hesab edirdilər ki, o, osmanlılarla əməkdaşlıq
etdiyinə görə partiya sıralarında ola bilməz. Xiyabani bu etirazları qəbul etmədi və
Mirzə Rəfəti yenidən «Tərəddüd»ün baş redaktoru təyin edir. Xiyabani əleyhidarları
partiyanın yalnız Azərbaycan partiyası olmasına qarşı da çıxırdılar. Əhməd Kəsrəvi də
«Tənqidçilər» qruauna daxil idi.
1919-cu ildə İngiltərə ilə Vüsuqüddövlə arasında 1907-ci il müqaviləsini əvəz
edən bir müqavilə bağlandı. Bəyannamədə deyilirdi:  «İran dövlət başçıları qanunları
ləğv etdilər, xalqın tələbatını qəbul etmirlər». Bəyannamədə xəbərdarlıq edilirdi ki, biz
qiyam odunu bütün İranda yandıracağıq, ADP daha kəskin mövqe tutaraq Tehran
hakimiyyətinə qarşı mübarizəyə başlayır. Sonra tehrandan Təbrizə göndərilmiş Bifinin
yoldaşları geri qaytarılır. Təbriz hakiminin müavini Əminilmülk və maliyyə rəisi
Tərcümanüldövlə Azərbaycandan gedib, Demokrat Partiyası tərəfindən nümayəndələr
təyin edilirlər.
1920-ci ilin may ayında Təbrizdə ADP-nin rəhbərliyi ilə böyük mitinq təşkil
edilir. Mitinqdə imperialistlərin və İran irtica qüvvələrinin əleyhinə mübarizəni daha da
gücləndirməyə çağırışlar səslənir. Mitinqin iştirakçıları təklif edirlər:  «Azərbaycan
bütün İran tarixi boyu həmişə azadlıq uğrunda öncül olmuşdur. Bu münasibətə görə də
«Azərbaycan» əyaləti yerinə «Azadıstan» (azadlıq sevən, azad əyalət – V.Ə.) adlanması
daha düzgündür». Bu təklif mitinq iştirakçıları tərəfindən qəbul edilir.
Mitinqdən sonra qiyamın əks-sədası, istiqlaliyyət dalğası bütün Cənub şəhərlərinə
yayılır, hərəkatın milli coğrafiyası genişlənir: Zəncan, marağa, Miyana, Əhər, Xoy və
daha sonra Ərdəbil də azadlığa səs verir.


267
1920-ci ilin 22 iyununda ADP ümumi səslə milli hökumətin strukturu haqqında
qərar qəbul edir və Şeyx Məhəmməd Xiyabani Milli Hökumətin sədri seçilir. Həmin
gün Xiyabani hökumət başçısı kimi Alaqapıya köçür. Bu, Güney Azərbaycan tarixində
yaranmış ilk demokratik milli hökumət idi.  «Azərbaycan» toponimii dövlət
sənədlərində «Azadıstan əyaləti» kəlməsi ilə əvəzləndi.
Xiyabani «Alaqapı»da Milli Hökumət başçısı olduğu az müddətdə Təbrizdə bir
çox islahatlar aparır. Eləcə də jandarm təşkilatını genişləndirərək öz rəhbərliyi ilə Milli
Qvardiya yaradır. Tanınmış maarifpərvər Əbülqasim Fyuzatı maarif müdiri təyin edir.
Məktəblərdə təhsilin Azərbaycan dilində keçirilməsinə göstəriş verir. Bakıdan
«İddihadiyeyi-İraniyan» məktəbindən müəllimlər dəvət edir. Bütün idarə işləri,
sənədləşmələr, mətbu nümunələr, mitinq və çıxışlar doğma dilimizdə aparılır.
Azadıstan dövlətinin ömrü çox uzun sürmədi. Müstəqillik elan ediləndən altı ay
sonra 1920-ci il sentyabrın əvvəllərində təzəliklə vali təyin edilmiş Hidayət
Müxbirisəltənə Təbrizə tərəf hərəkət edir. Təbrizə girməzdən əvvəl o, mülkədarları öz
tərəfinə çəkir. Hücumdan əvvəl Amerika və İngiltərə konsulluqlarını xəbərdar edir.
Sonra müqavimətsiz Təbrizə soxulub kazak dəstələri ilə birləşir. Kazakların bir dəstəsi
xiyabaninin iqamətgahına hücum çəkir. Döyüşlər dörd gün davam edir. Sentyabrın 14-
də xiyabani öldürülür. Ş.M.Xiyabani öz xalqının və Vətəninin vurğunu idi. O, xalqının
gözəl, müstəqil yaşaması, azadlığı uğrunda canını qurban verdi.
* * *
Qeyd etmək lazımdır ki, Xiyabaninin ictimai, siyasi fəaliyyəti, fəlsəfi görüşləri,
publistikası, ümumiyyətlə, yaradıcılığı layiqincə öyrənilməmiş, ətraflı tədqiq və təhlil
edilməmişdir. Doğrudur, onun həyatı, siyasi fəaliyyəti haqqında müəyyən araşdırmalar
aparılmışdır. Bu sahədə ilk əsər Qulam məmmədlinin 1949-cu ildə çap olunmuş
«Xiyabani» kitabıdır. Q.Məmmədlinin «Xiyabani» kitabında 1917-1920-ci illərdə İran
Azərbaycanının milli azadlıq hərəkatından geniş söhbət açılır. Tədqiqatçı mövzu ilə


268
bağlı zəngin materiallara istinad etmişdir. Əsər haqqında onu deyə bilərik ki,
tədqiqatçının kitab boyu Xiyabani şəxsiyyətinə dərin məhəbbətini görürük.
Q.Məmmədlidən əvvəl rus mətbuatında Xiyabaninin siyasi fəaliyyətini əks etdirən
A.A.Vşineqradovun «Fars Azərbaycanında inqilabi hərəkat», Q.Q.İlyinskinin «Şeyx
Məhəmməd Xiyabani» adlı məqalələri mövcuddur. Lakin ilk dəfə Xiyabaninin keçdiyi
mübarizə yolu, siyasi fəaliyyəti, nitqlərini əks etdirən tədqiqat müəllifliyi
Q.Məmmədliyə nəsib olmuşdur. Bu əsər Xiyabaninin həyatı və şəxsiyyəti, siyasi
fəaliyyəti haqqında yazılmış ilk tədqiqat işi kimi dəyərlidir.
Xiyabaninin tədqiqatçıları sıpasında filologiya elmləri doktoru Qafar Kəndlinin
adını çəkməmək günah olar. 1961-ci ildə «Azərbaycan» ruznaməsinin kimi çap oolunan
Xiyabaninin «Azərbaycan və Azərbaycanın demokratik qüvvələri» adlı kitabına
mərhum alim Qafar Kəndli – Herisçi Şeyx Məhəmmədin həyatı və ictimai fəaliyyətini
əks etdirən «Ön söz» yazmışdır. Deyərdik ki, buy azı Xiyabani haqqında qələmə alınan
ən tutarlı, ən səviyyəli, əhatəli məqallərindən biridir.
Xiyabaninin həyatı onun ictimai fəaliyyəti ilə daha çox əlaqəlidir. Həmin
fəaliyyət isə Azərbaycan xalqının müstəqillik qazanmaq uğrunda mübarizə salnaməsi ilə
sıx bağlıdır. Tirix elmləri doktoru Şövkət Tağıyeva 1956-cı ildə rus dilində sap olunan
«1917-1920-ci illərdə İran Azərbaycanında milli azadlıq hərəkatı» monoqrafiyasında
Güney Azərbaycanda ingilis imperialistlərinə və İran irticaçılarına qarşı aparılan
mübarizənin sosial-iqtisadi köklərini araşdırmış və milli azadlıq hərəkatı və onun
məğlubiyyətinin səbəblərini göstərməyə çalışmışdır. Tədqiqatçı sovet dövrünün ideoloji
çərçivəsindən çıxa bilməsə də, əsər gərgin axtarışların bəhrəsidir. İdeoloji qüsurlarına
baxmayaoaq, Ş.Tağıyeva keçmiş SSRİ arxivlərindən materiallar toplayaraq, bu
məxəzlərə istinadən fundamental bir monoqrafiya ərsəyə gətirmişdir. Burada
Xiyabaninin ictimai-siyasi fəaliyyəti geniş şəkildə əks olunmuşdur. Professor
Ş.Tağıyeva 1990-cı ildə «Təbriz üsyanı» adlı kitab nəşr etdirmişdir. Məlum olduğu kimi
bu əsərdə də Xiyabaninin inqilabi, ictimai-siyasi fəaliyyəti işıqlandırılmışdır.


269
Fars dilində yazılmış İran tarixçilərinin əsərlərində 1917-1920-ci illər hərəkatı, o
cümlədən xiyabaninin fəaliyyəti geniş yer tutur, çox az və qısa məlumat verilir.
Məsələn: Həbibulla Möhtəri «İranın oyanışı haqqında» əsərində İran Azərbaycanında
1917-1920-ci illərdə baş verən milli azadlıq hərəkatı barədə heç bir məlumat verilmir.
Lakin farsdilli ədəbiyyatlarda obyektiv mövqe tutan müəlliflər də var. Xiyabaninin
silahdaşı olmuş Badamçı «Xiyabaninin həyatı və yaradıcılığı», Əli Azərin,
Ş.M.Xiyabaninin «Təbriz üsyanı» kitablarını göstərə bilərik. Badamçı hərəkat zamanı
maliyyə işlərinə baxsa da, o, bu hərəkatın istiqamətini, xarakterini və Xiyabaninin
ictimai fəaliyyətini düzgün qiymətləndirmiş, Əli Azəri isə faktların zənginliyi ilə diqqəti
cəlb edir. Əli Azəri Xiyabanini bir şəxsiyyət kimi ideallaşdırır, onun inqilabi, ictimai-
siyasi fəaliyyəti barədə orijinal fikirlər söyləyir.
Son illərdə fars dilində çap olunan iki kitabı qeyd etmək istəyirik. Birinci 1998-ci
ildə Təbrizdə nəşr olunmuş «Namavaran Azərbaycan»  (Azərbaycanın məşhurları –
V.Ə.) adlı ensiklopedik xarakterli məlumat kitabında Xiyabaninin bir səhifəlik
tərcümeyi-halı da verilmişdir.
İkincisi isə Xiyabaninin keçmiş silahdaşı, sonra ona naxələf çıxmış, əslən
azərbaycanlı, lakin farslara xidmət etmiş məşhur alim, tarixçi Əhməd Kəsrəvinin
«Fiyali Şeyx Məhəmməd Xiyabani» kitabıdır. Tehran «Nəsiri-Mərkəz» nəşriyyatında
1998-ci ildə çap olunan kitabın müqəddiməsi və naşiri Məhəmmədəli Humayun
Katuzyandır. Xatirələrlə tanış olduqda görürük ki, Ə.Kəsrəvi Xiyabani haqda, onun
dərin zəkası, böyük nüfuzu, nurlu siması, savadı barədə ürəkaçan, xoh sözlər də
söyləyir, onun inqilabi fəaliyyətinə düzgün qiymət verir. Bəlkə də bu əsərdə Ə.Kəsrəvi
bağışlanmaz günahlarını, tarixi suçlarını yumaq istəyirmiş. Ə.Kəsrəvi yazır:
«Xiyabaninin iti yaddaşı, bacarığı var idi. Buna görə də gündən-günə onun nüfuzu artır
və çoxlarını öz təsiri altına alırdı. Onlar da onu özlərinə rəhbər seçir və onun sözündən
və göstərişlərindən boyun qaçırmazdılar» (tərcümə – V.Ə.).
Haqqında bəhs etdiyimiz bu araşdırmaların əksəriyyəti Ş.M.Xiyabaninin ictimai-
siyasi fəaliyyətinin şərhi və təhlilinə həsr olunmuşdur. Lakin bu görkəmli tarixi


270
şəxsiyyətin həyatı, mühiti və yaradıcılığının bütövlükdə geniş miqyasda tədqiq
olunmamışdır. Həmin tədqiqatlarda Xiyabaninin həyatı və mühiti ilə bağlı problemlər
sistemli şəkildə qələmə alınmamış, yaradıcılığı, xüsusilə, publisistikası, məqalələri,
çıxışları, dil və üslubu haqqında elmi-nəzəri fikir söylənilməmişdir.
* * *
Ədəbiyyatımızda publisistikanın özünəməxsus salnaməsi var. Publisistika
tarixinin araşdırılması göstərir ki, onun inkişafında tənqidçi, filosof, tarixçi və
ədəbiyyatşünasların xidmətləri böyük olmuşdur. Ədəbiyyatımızda publisistikanın ilk
nümunələrinə hələ M.F.Axundzadə, H.B.Zərdabi və N.B.Vəzirova rast gəlirik. 1905-ci
il inqilabı dövründə və sonra C.Məmmədquluzadə, N.Nərimanov, F.B.Köçərli, Oktyabr
çevrilişi ərəfəsində M.S.Ordubadi, M.S.Pişəvəri, T.Şahbazi və başqaları siyasi
publisistikanın nümunələrini yaratmışdılar.
Tarixi təcrübə göstərir ki, pkblisistika yazıçıların yaradıcılığında mübariz ədəbi
forma kimi geniş yer tutmuşdur. Publisistikaya vətənpərvərlik, xalqlar dostluğu,
qəhrəmanlıq, sədaqət, düşmənə qarşı amansız olmaq motivləri həmişə qüvvətli
olmuşdur.
Xalqın özünüdərkində, dünya miqyasında tanınmasında, milli-bəşəri dəyərlərin
sonrakı nəsillərə çatdırılmasında, xalqın bədii, tarixi dəyərlərə yiyələnməsində onun
ədəbiyyatı, incəsənəti və bunların təbliğində, təhlil və təqdirində mühüm rol oynayan
mətbuat amili, faktor kimi vacib yer tutur.
Azərbaycan vətəndaş-sənətkarlarının böyük bir nəsli məhz buna görə məktəbi,
maarif sistemini xalqın ictimai şüurunun zənginləşməsində başlıca faktorlardan
saymışlar. Bu baxımdan M.F.Axundzadə, C.Məmmədquluzadə, Ə.Haqverdiyev,
.S.Axundov, A.Şaiq, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, M.S.Pişəvəri, N.Nərimanov kimi
ədib, şair və demokrat-publisistlərin obrazlı-ədəbi qənaətləri, nəticə və mülahizələri
arasında ideya yaxınlığı və tipoloji nöqtələr çoxdur. Tarixilik və varislik prinsipindən
yanaşmaya Şeyx Məhəmməd Xiyabaninin dövrünün ictimai-siyasi hadisələrinin təhlili,


271
tarixi problemlərə münasibəti ilə yaxından səsləşir, bir növ onun başqa mühitdə və
tarixi-coğrafi məkanda yenidən ifadəsidir.
Öz atəşli qələmi ilə mübariz publisistikanın gözəl nümunələrini yaratmış
Xiyabaninin də bu sahədəki fəaliyyətinin tədqiqi, şübhəsiz ki, çox faydalıdır.
Ş.M.Xiyabaninin publisistik yazıları mövzu genişliyi ilə, obrazlılığı, çoxmotivliliyi,
zəngin epizodluluğu ilə seçilir.
Xiyabaninin publisistikası Azərbaycan ədəbiyyatının mütərəqqi ənənələrinin
bünövrəsi üzərində yüksəlirdi. İctimai həyat həqiqətlərini əks etdirən, çağdaş həyatın
tələbləri səviyyəsində durmaq onun fəaliyyətinin əsasını təşkil edirdi. Xiyabani publisist
əsərlərində humanizm, azadlığın, demokratiyanın böyük müdafiəçisi kimi çıxış edirdi.
İstedadlı publisist xalq azadlığını, özü də ictimai-siyasi-mənəvi azadlığı yüksək
qiymətləndirir, zülm və istibdad altında yaşayan xalqın məşəqqətli həyatını, onun
mənəvi-əxlaqi paklığını, əqidə saflığını orijinal formalarda ifadə edirdi.
Qeyd etdiyimiz kimi,  «Qəqəddüd» qəzeti 1917-ci il aprelin 9-da nəşrə başladı.
Tədqiqatçı Q.Məmmədlinin göstərdiyi kimi,  «Onun imtiyaz sahibləri və baş
mühərridləri ilk zamanlarda dəyişdirilsə də, siyasi rəhbərliyi əsas etibarilə Xiyabaninin
üzərində qalırdı». Qəzetin 65 nömrəsi, yəni 137-ci nömrəsindən sonra çıxanlar rəsmən
Xiyabaninin və baş mühərrirliyi ilə çap olunmuşdu. Məzmun və mündəricəsi ilə İran
qəzetlərindən fərqlənirdi.
Xiyabani siyasi mübarizəsinin məqsəd və amalı haqqında «Təcəddüd»ün
səhifələrində dərin və əhəmiyyətli məqallər yazırdı. «Azərbaycan» (№24) adlı məqalədə
Azərbaycan azadlığının, istiqlaliyyət və milli varlığı problemini qəlbindən gələn atəşli
sözlərlə ifadə etmişdi:  «…Azərbaycan bəhanə axtaran özglər və kin-küdurətli
özününküləri qarşısında vurdu, vuruldu, öldürdü, öldürüldü, həyatın çətinliklər və çək-
çevirləri içərisində inqilab və təkamül yolunu keçib yaşadı…»
Ucdantutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət
hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdir.


272
Özgələr və «özümüzünkülər» ürəklərində saxladıqları yaramaz fikirlərini həyata
keçirmək məqsədilə bu torpağın yaralı sinəsi üzərində dar ağacları qurdular. Zülm və
vicdansızlığın qara kölgəsini bu qana boyanmış torpağın üzərinə saldılar.
Lakin bu ölkənin qeyrətli cavanları qəhrəman qocaları başlarını rəşadət
səmalarında uca tutub, zülm və ədalətsizliyin dünyasını öz ayaqları altında gördülər.
Öz gənc həyatını həqiqət və azadlıq uğrunda fəda edən Azərbaycan övladları
içərisində elə məsum balalara təsadüf etmək olurdu ki, dar ağacları belə onların zəif
vücudları qarşısında titrəyirdi. Bunların hədəqədən çıxmış gözləri, göyərmiş dodaqları
və sıxılmış boğazları cəlladları qorxudur və rənglərini qaçırırdı…
Xiyabani daha sonra yazırdı: «Hələ də azərbaycanlıların qanı axıdılmaqdadır. Bu
gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna tikilmişdir. Dodaqlardan
eşidilən kəlmələrdə, qələmlərin sözlərə təqdir səsləri və təhsin nəvaları eşidilməkdədir.
Lakin ey qeyrətli Azərbaycan, ey vətən məftunlarının istiqamətli övladları, ey
təriflərə ehtiyacı olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və təqdislər
sənin verdiyin şəhidlərin qanı bahasıdır…
…Ey Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır!
…Ey əziz Azərbaycan, sən bir iti görən gözsən ki, İran səninlə… mədəniyyətə
baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss
edir…
…Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı tut, yaşa, həmişəlik
yaşa…»
«Təcəddüd»ün səhifələrində sədalanan bu vətən yanğılı, alovlu sözlər (ixtisarla
təqdim olunur – V.Ə.) Azərbaycan xalqının ürəyindən xəbər verir, yüzilliklər boyu arzu
və amal olaraq qalan düşüncələr dilə gəlirdi.
Xiyabaninin məqalələri soydaşlarımızı partiya ətrafına, azadlıqsevər qələm
adamlarını isə «əcəddüd»ün səhifələrinə toplayırdı.
«Təcəddüd» qələmi 1917-ci il aprel ayının 9-dan etibarən nəşrə başlamış və
1920-ci il sentyabr ayının 8-dək davam etmişdir. Qəzetin 202 nömrəsi çıxmışdır. 1-13-


273
cü sayları Ə.Fyuzatın baş redaktorluğu, 14-58-ci sayları Ə.Fyuzat imtiyazı ilə Əbülfət
xan Ələvinin redaktorluğu,  59-86 sayları Mirzə tağı xan Rəfətin müdir və baş
redaktorluğu ilə çıxmış (87-136-cı saylar haqqında məlumat yoxdur),  137-202 sayları
isə Xiyabaninin rəhbərliyi və redaktorluğu ilə nəşr edilmişdir.
Xiyabaninin rəhbərliyi ilə çıxan saylarda siyasi, ictimai məzmunlu məqalələr
çoxluq təşkil edirdi. Onun müəllifi olduğu «Bizim qadınlarımız»,  «Dünyanın məşhur
qaınları»,  «Dünya qadınlarının tərəqqisi»,  «Sabahkı analarımız» kimi yazılardı qadın
problemlərinə xüsusi diqqət yetirilirdi.
Şeyx Məhəmməd qəzetin 137-ci sayında «Təcəddüd»ün məramını bəyan edərək
yazırdı:  «Tərəddüd» ruznaməsi (qəzeti – V.Ə.) ibtida qüdrətli bir dövlətin vücuda
gəlməsinə müvafiq və bu yolda var qüvvəsi ilə mübarizə edəcəkdir. Lakin bunu qeyd
etməliyik ki, bu dövlət demokrat müxalifi olan hər dövlətə müxalif olub, hər bir qüvvə
ilə müxalifətdən əl götürməyəcəkdir.
Xiyabani qəzetin bir neçə sayında partiya msələləri, məramnaməsi ilə bağlı
məqalələr də qələmə almışdır.
152-155-ci saylarda İranda mətbuat tarixinə aid verilmiş məqalələr də Şeyx
Məhəmməd Xiyabani qələminin məhsullarıdır.
Xiyabani nitqlərində və «Təcəddüd» qəzeti səhifələrində yazdığı məqalələrdə
Təbriz üsyanı, qiyamın məqsəd və mahiyyəti barədə izahat verib xalqı məlumatlandırır
və demokratik hərəkatın amalını açıqlayırdı. Şeyx Məhəmməd öz elmi məqalələri,
ictimai məzmunlu çıxışları, nitq və müsahibələri ilə güneyliləri milli hərəkatın ideyası,
istiqaməti və tərəqqisi ilə tanış edirdi.
«Şeyx Məhəmməd Xiyabaninin qiyamında azərbaycanlılıq ruhu daha artıq özünü
göstərirdi. Səttar xan inqilabından sonra güclənən irtica və təzyiq, hakim fars dairələri
və istibdadın artan zülmü Azərbaycanı mütiləşdirmir, yatırdıb sakit etmir, əksinə, daha
artıq oyadır və hərəkətə gətirirdi. Getdikcə Azərbaycandakı xalq hərəkatları, daha artıq
milli xasiyyət kəsb etməyə başlayırdı. Şeyx Məhəmməd, Teran hakimlərinin


274
Azərbaycanda yaratdığı zorakılıq və səfalət mənzərəsini xalqın nəzərində
canlandırırdı».
Ş.M.Xiyabani demokratik prinsipləri, demokratiyanın əsas mahiyyətini oxuculara
çatdırmaq üçün müəyyən bir problemi götürür, onu ətraflı təhlil edərək məqalə şəklində
dərc etdirirdi. Bu publisistik yazılarında əxlaq, təşkilat, vəzifə, istiqlal, hökumət,
inqilab, təhsil, iqtisadiyyat, ədəbiyyat və başqa məsələlər haqqında söhbət açmaqla
xalqın hansı amal uğrunda mübarizə etdiyini başa salmağa çalışırdı. Xiyabani qiyamın
məqsəd və məramının izahına məqalələrində xüsusi diqqət yetirirdi:  «Biz nə üçün
qiyam etmirik?
Əgər qiyamdan əvvəlki vəziyyəti nəzərdən keçirəriksə, əgər bu ölkənin acınacaqlı
həyatını, maliyyə işlərindəki, hədsiz-hesabsız oğurluqları, nəzmiyyənin namussuz və
cinayətkar hərəkətlərini göz önünə gətirdikdə qiyamın nə qdər zəruri olduğunu hiss
edərik. Son vaxtlarda Azərbaycanın müxtəlif əyalətlərində bir sıra nizami işlər baş
vermişdir ki, bunlar yalnız rüsvayçılıq olaraq qalmır…»
Xiyabaninin «Təcəddüd» qəzetində dərc edilmiş məqalləri özünün ideyası, aydın
məqsədi, səlis dili, bədiiliyi ilə seçilirdi.
Xiyabaninin publisistikasından söhbət açarkən bir cəhəti qeyd etməliyik ki, biz
burada adi qəzet məqalələrindən deyil, öz bədiiliyi, janrın mənblərinə uyğunluğu ilə
sənət əsəri nümunəsi səviyyəsinə yüksəlmiş publisistikanı nəzərdə tuturuq. Bu
xüsusiyyət onun nitqlərinə də aiddir:  «Şəhidlərimizin qəbri üzərində kimsə ağlamadı,
kimsə yazıqcasına nal əvə fəryad etmədi. Biz hörmətli həşidlərimizin qəbirləri üzərində
açıq üz və şadlıqla diz çökdük. Onlara baxdıq və bu şəhidləri özümüz kimi diri hiss
etdik. Bu o deməkdir ki, biz trəddüd etmədən öz haqqımızı onların ölməz ruhu ilə əvəz
etməyə hazır idikö həmişə şad və şənliklə çalışmalıyıq»  (5 may,  1920-ci il, Təbriz,
«Təcəddüd» səhnəsi).
Ümumiyyətlə, Pişəvərinin publisist yaradıcılıq fəaliyyəti haqqında onu demək
lazımdır ki, bu janrda onun əsərlərində Azərbaycan xalqının milli azadlıq və
istiqlaliyyət mübarizəsi daha geniş və ətraflı yer tutur.


275
Göründüyü kimi, Xiyabani mührridlik peşəsinə də dərindən yiyələnmişdi. Həm
redaktor, həm də müəllim kimi «Təcəddüd» qəzetində ciddi məqallərə üstünlük verirdi.
Çap olunan məqalələrdə soydaşlarımızın düşdüyü bəlaları təsvir etmiş, özünün
mühərrirlik borcuna sadiq qalaraq xalqın hüququnu, haqqını müdafiəyə qalxmışdır.
Alovlu və cəsarətli publisistin məqalələrinin, nitqlərinin xarakterik cəhəti budur ki,
müəllif müxtəlif səciyyəli informasiyaları, problemləri eyni üslubda, bəzn eyni başlıqla
oxucuya çatdırsa da başlıca ideya isə birdir. Motv müxtəlif olsa da, xalqın sosial bəlaları
ümumiləşdirməklə qruplaşdırılaraq təqdim edilir.
Xiyabani öz publisistikasında zəhmətkeşlərin hüquqlarını ardıcıllıqla müdafiyə
edirdi. Əlbəttə, bu da, hər şeydən əvvəl, onun demokratik və zəngin bir dünyagörüşə
dərindən yiyələnməsilə izah olunqmalıdır.
* * *
Xiyabani yaradıcılığında onun ən böyük əsəri «Azərbaycan və Azərbaycanın
demokratik qüvvələri»dir. Fars dilində yazılan bu əsər 1961-ci ildə ismayıl Şəms
tərəfindən dilimiz çevrilərək Balaş Azəroğlunun redaktorluğu ilə Bakıda «Azərbaycan»
ruznaməsinin nəşriyyəsi kimi kitabça şəklində çap olunmuşdur. Kitaba mərhum
filologiya elmləri doktoru Qafar Kəndli geniş «Müqəddimə» yazmışdır. Naşirlər
Xiyabaninin bu əsərinə öz sözlərini epiqraf seçmişlər: «And olsun şrəfimizə, nə qədər
ki, biz diriyik, heç bir xəbər, təhlükə, qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda
bilməyəcəkdir. Rəhmsizcəsinə oda yandırılıb, nəzəriyyəsindən dönməyən, zəhər
bardağını başına çəkərək haqqın isbat edən haqq tərəfdarlarının səbat və mərdliyini biz
qarşımızda qoyduğumuz məqsədi icra etməklə başqalarına isbat edəcəyik. Biz bir çox
səmimiyyətli, sədaqətli yoldaşlarımızla birlikdə bu cür ölməyə, şəhid olmağa özümüzü
hazırlamışıq».
Filologiya elmləri doktoru,ış ədəbiyyatşünas alim Rəhim Əliyevin Xiyabaninin
publisistikası haqda fikirlərini onun bütün məqalələri, eləcə də «Azərbaycan və


276
Azərbaycanın demokratik qüvvələri» əsərinə də şamil etmək olar:  «…Xiyabaninin
siyasi publisistikası Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizələri
tarixində mühüm yer tutdu. O, vahid İran azadlıq hərəkatının deyil, məhz Azərbaycan
istiqlalı hrəkatının böyük hissəsi oldu, özündən sonra məhz bu yöndə ciddi əhəmiyyət
kəsb etdi. Təsadüfi deyil ki, sonrakı demokratik hərəkatlarda onun adı məhz
azərbaycanlı bir lider kimi, Azərbaycan xalqının milli şüurunun güclü ideoloqlarından
və ifadəçilərindən biri kimi qaldı. Çünki, onun siyasi-publisist irsinin mərkəzi msələsi
məhz Azərbaycan xalqının taleyidir».
Xiyabaninin haqqında danışdığımız kitabına vaxtilə «Təcəddüd»də çap edilmiş
üç məqaləsi daxil edilib. Azərbaycanın demokratik qüvvələrini birliyə, milli oyanışa
çağıran kitaba daxil məqalələr bunlardır: «Mütləqiyyəti devirin!», «Qorxu və cəsarət»
və «Əmək və fəhlələr». Ərəb qrafikası çap olunan kitabça ona görə qiymətlidir ki, onun
ölkəmizdə işıq üzü görən ilk və son əsəridir. Əfsuslar olsun ki, Xiyabaninin məqalələri
bütöv halda bugünə kimi çap olunmamışdır. Ona görədir ki, M.F.Axundov adına
«Respublika kitabxanası»nda Xiyabaninin kataloqu yoxdur.
Kitabın «Müqəddimə»sində Q.Kəndli Ş.M.Xiyabaninin publisist irsinə böyük
qiymət verərək yazır:  «Xiyabani öz geniş inqilabi-siyasi fəaliyyətilə birlikdə qiymətli
yaradıcılıq irsinə malikdir. Böyük alimin odlu qələmindən çıxmış məqalləri, mitinqlərdə
söylədiyi nitqləri kütlələri inqilabi mübarizəyə ruhlandırmış, Azərbaycan və bütün
İranda siyasi-bədii publisistikanın inkişafı tarixində yeni bir dövr açmışdır. O, bir çox
elmi-siyasi risallərin müəllifidir. Xiyabaninin əsərləri Azərbaycanda və xaricdə nəşr
olunan bir çox ruznamə (qəzet – V.Ə.) məcmuələrdə dərc olunmuşdur. Ədib əsərlərini
əsas etibarilə Azərbaycan və fars dillərində yazmış, «Təcəddüd» ruznaməsinin təhririylə
heyətinin yerləşdiyi binada və Alaqapıda söylədiyi tarixi nitqlərini doğma Azərbaycan
dilində söyləmişdir. Təəssüf ki, həmin nitqlərin əsl mətni hələlik əldə deyildir. Həmin
nitqlərdən müəyyən parçalar görkmli yazıçı Mirzə Tağı xan Rafət tərəfindən farscaya
tərcümə edilərək Xiyabaninin redaktəsi ilə «Təcəddüd» ruznaməsində dərc olunmuşdur.
Böyük ədibimiz Şeyx Məhəmməd Xiyabani əsərlərinin külliyyatını, ədibin məktub,


277
məqalə, risalə, çıxış və müsahibələrini toplayıb çap etmək vəzifəsi qarşıda
durmaqdadır». 1961-ci ildə deyilən bu sözlərə bu gün də əməl olunmayıb. Xiyabaninin
nə irsi çap olunub, nə də həyat və yaradıcılığı fundamental şəkildə tədqiq olunmayıb.
Tədqiqat göstərir ki, Xiyabani irsinin əsas hissəsini, qeyd etdiyimiz kimi,
publisistik əsərləri, habelə onun tarixi, ictimai, fəlsəfi məzmunlu əsərləri müxtəlif tarixi
hadisə və tədbirlərlə bağlı məqalləri obrazlı təfəkkür sahibi olmasından xəbər verir.
Xiyabaninin publisistikası mübariz publisistikadır. Onun publisistikası yüksək ideyalı
publisistikadır. Müəyyən bir dövrü əhatə edən yaradıcılıq fəaliyyətində ən mürəkkəb
ictimai-siyasi hadisələrlə üz-üzə gələn və öz sağlam mövqeyini qoruyan inqilabçı,
ictimai xadim, alim, ədib, jurnalist olan Şeyx Məhəmməd Xiyabani həmişə cəmiyyətin
ən mütərəqqi qüvvələrinin fikir və arzularını təmsil etmişdir.
Xalqını və Vətənini coşğun hisslərlə sevən publisistin məqalələrinin hər bir
sətrində Azərbaycan xalqının milli varlığını inkar etməyə cəhd edən və beləliklə, öz
təcavüzkarlığına bəraət qazandırmaq istəyən şovinistlərə və hakim millətlərə qarşı
qəzəb və dərin nifrət ifadə olunmuşdur.
Xiyabaninin vətənpərvərliyi yüksək tipli vətənpərvərlikdir. Bu, elə bir
vətənpərvərlikdir ki, öz vətənini və xalqını sevməklə bərabər, başqa xalqların azadlıq və
istiqlaliyyətinə hörmət edir.
Xiyabaninin publisistikası realist publisistikadır. O, həyat həqiqətini heç vaxt
təhrif etməmiş və heç nə uydurmaq fikrində olmamışdır.
Xiyabani publisistikası xüsusiyyətlərindən danışdıqda onun bədiilik chəti ayrıca
qeyd edilməlidir. Xiyabaninin publisistikası yazıçı qələminin məhsulu, bayaq Qafar
Kəndlidən gətirdiyimiz sitatda qeyd olunduğu kimi, bədii publisistikadır. Onun bir çox
məqalələri bədii əsər kimi oxunur:  «Qorxuram» sözü onu deyən adamın öz vicdanı
qarşısında biabırcasına etdiyi etirafdır. «Qorxuram» sözü rəzalətlərin ən alçaq dərəcəsini
və onu deyən adamın ruh düşgünlüyünü andıran bir formul və ifadədən ibarətdir.


278
«Qorxu» insanın təbiətində mövcud ən çirkin bir hiss və uğursuz bir həyəcandır.
«Qorxu» adamı mərdlik tərəfindən və alicənablıq məziyyətindən məhrum edərək onu
miskinliyin ən aşağı dərəcəsinə endirir və ən murdar heyvanlarla bir sırada qoyur…»
Nümunədən göründüyü kimi, Xiyabani izah etmək istədiyi fikri reallığı, obrazlı
və bədii şəkildə təsvir edir. Ona görə də deyə bilərik ki, Xiyabani publisistikası hər
şeydən öncə alovlu inqilabçı bir yazıçının publisistikasıdır.
Xiyabaninin fars, Azərbaycan dilində yazdığı publisistik məqalələri dilinin
səlisliyi, bədiiliyi və obrazlılığı ilə fərqlənir.
Professor Teymur Əhmədovun N.Nərimanovun publisistikası barədə dediyi fikri
Xiyabaninin də publisistikasına şamil etmək olar: «N.Nərimanovun publisist yazılarında
İran milli azadlıq hərəkatının sadcə icmalı deyil, bu hadisələrin xarakteri, mahiyyəti və
istiqaməti obyektiv şəkildə izah edilmişdir. İran inqilabi hadisələrini diqqətlə izləyən
görkəmli ictimai xadimin alovlu sözləri xalqın ölüm-dirim mübarizəsində qətiyyətli,
sərvaxt və həmrəy olmağa ruhlandırır».

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin