Şamil Vəliyev – 50


Öz taleyinin «son zəngi»ni vuracağını duyan şair



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   42   43   44   45   46   47   48   49   ...   63
Öz taleyinin «son zəngi»ni vuracağını duyan şair
Şairlik insanın Tanrı qismətidir, deyənlər səhv etmirlər. Çünki bu Tanrı
qisməti yalnız Tanrıya yaxın olan bəndələrə nəsib olur. əgər elə olmasaydı,
qələmə alınan şeirlər ürəkdən-ürəyə, könüldən-könülə yol tapmazdı, sevilməzdi,
seçilməzdi. Belə olmasaydı, seçilməzliyində sevimliyi, sevimliyində seçimi olan
söz aşiqlərimizdən biri şair Adil Əsgər bu qədər şeir həvəskarını öz şeir
dünyasının sakini edə bilməzdi. Əsgər belə olmasaydı, Adil Əsgər bu gün
ədəbiyyat dünyasında olsa da şeiriyyətimizin əbədiyyət zirvəsində əbədi
dayanmazdı, əbədi məşəl kimi yanmazdı…
Şairin poeziyasında şeirin əbədi, əzəli mövzuları – Ana, Vətən başlığı yer
tutur. İşğalolunmuş torpaqlarımız Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, bir sözlə,
Qarabağ dərdi, ağrısı onun qələmində daha təsirli, yanğılı səslənir. Şairin «Son
zəng» şeirindəki «Son zəngi vurmayın» harayı daha təsirli alınıb. Sanki öz
taleyinin «son zəngi»ni vuracağını duyurmuş kimi, həmin zəngi vurmağa qarşı
qəlbinin fəryadını, ah-naləsini bildirib.
Şairin dili olduqca səlis, rəvan və xalqın ruhuna uyğun bir formadadır.
Ədəbi-bədii dil noralarına riayət edən şair həm də şeirlərində dialekt və şivə
sözlərindən də istifadə edir. Onun dilinin sintaksisində ləhcədən irəli gələn orta
və yaxın yüzilliklərin şeir dilimizə uyğun olan leksik ifadələrdən istifadə olunur.
Bəzi şeirlərdə isə şeir sətrinin sonu Nəsimi, Füzuli dilinə uyğun olan feli
bağlama ilə tamamlanır. Söz seçimi, sözə tələbkarlıq, sözdən dəyərincə və
qədərincə istifadə Adil Əsgər şeirlərini daha yaddaqalan, oxunaqlı edir.
A.Əsgərin şeirlərində təbiətin özü bütün əlvanlığı ilə dil açıb danışır:
Sərdərli bulağı, Qozlu dərəsi,
Murğuzlu yaylası, Babıtürbəsi,


256
İslamın, Mayısın həsrət nəğməsi,
Dönüb qəm selinə sinəmə alır.
Ruhən zəngin, mənəviyyatca həmişə yüksək olan şair öz qəlbinin səsini
dinləməyi bacarıb.
Qanad məndən, mənzil sizdən,
Uçun, uçun, nəğmələrim!
İlim-ilim itin gözdən,
Uçun, uçun, nəğmələrim!
Qanadlı bir quşa çox bənzəyir insan ömrü. Bəzən elə hey qanad çalır…
Bəzənsə həyat öz qəddarlığını, ayrılıq qılıncını çox erkən çapır, ayrılıq hər şeyə
son qoyur. Ürək döyünmür, ancaq qəlb çırpıntıları olan ürəkdən deyilən şair
sözü, şeirlər, nəğmələri o susan ürəyi həmişə dinləndirir. Elə olmasaydı, şair
Adil Əsgərin də ilk şeirlər kitabı əbədiyyət dünyasına qovuşduqdan sonra həyata
vəsiqə almazdı. Deməli, susan ürəkləri dindirməyi bacaran söz hər şeyə qadirdir.
Həmin sözədayaq olanlar isə kitabın təəssübçüsü – mərhum şairin qardaşı Kərim
Əsgərov, sponsoru isə mərhumun böyük qardaşının oğlu Əli Əsgərov oldu. Allah
ürəyinizcə versin.
Ruhun şad olsun, Adil sgər! Üzünü görmədiyin «Uçun, nəğmələrim» adlı
ilk şeirlər kitabın mübarək!

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin