Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə44/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   40   41   42   43   44   45   46   47   ...   63
(önünə keçər qızğın)
Yetər çıldırdınız hökumət! – deyə,
Evləri yıxdınız ədalət! – deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
Qanun deyə doğruluqdan çaydınız,
Xalqın namusunu heçə saydınız.
Aldıqları nəfəs zəhərli ahlar,
Qidasız cocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?!
VALİ


247
Kimsə böylə təhqir etməmiş məni,
Sən nəçisin, kimsin? Aşma həddini!
ALTAY
Zülmətləri yaran bir şimşəyim mən,
Doğdum məzlumların diləklərindən.
VALİ
(qafasını salar, acı gülüşlə)
Bildim ki, Altaysın bəlli şöhrətin,
Şübhəsiz böyükdür gücün, qüdrətin.
(camaatı göstərir)
Əfsus, güvəndiyin bu sərsəmlərin
Cümləsi üsyançı, cümləsi xain.
Əsərdəki bu dramatik səhnə mübarizə, döyüş, təkbətək vuruş səhnəsidir.
Hər bir replika, dialoq vasitəsilə icra olunan bu vuruş səhnəsində bir zərbə və ya
əks-zərbə kimi səslənir. «Qarğa-quzğun kimi leşə qondunuz», «Xalqın namusunu
heç sadınız»,  «Qidasız cocuqlar ot yeyib yaşar» deyən Altayın replikaları
qaniçən xaqanların iç üzünü açıb göstərirsə, əməkçi kütlələrə xor baxan hakim
sinfin nümaəndəsi Valinin replikaları xalqa qarşı amansızlığı əks elətdirir.
«Səyavuş» faciəsində sözlər yerli-yerində işlədilmişdir. Cavid bu əsərində
sözləri qənaətlə işlədərək, ritorikadan qaçdığına görədir ki, hər personajın, tipin
fikrini və xasiyyətini daha təsirli təsirli yaradabilmişdir. Məsələn, müəllif
Keykavus hərəmi Südabənin alovlanan ehtiraslarını daha qabarıq vermək üçün
atəş səhnəsindən istifadə etmiş və obrazın öz dilindən:  «Təsir edərmi heç atəş-
atəşə, yanaraq vuruldum mən Səyavuşə» ifadəsini işlədərək onun xarakterini
aydın göstərməyə nail olmuşdur. Xaqanların kəndlilərə etdiyi zülmü göstərmək
üçün verilmiş əmək səhnələri də təsirlidir. İkinci pərdə 1-ci və 2-ci Bənnanın
söylədiyi türkü çox təbiidir:


248
BİRİNCİ BƏNNA
Gəl quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arkadaş, gətir!
BİRİNCİ BƏNNA
Haydı quzum, kərpic at,
Kərpic gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!
və ya:  «Qəlbim çırpınıyor dodaqlarımda, gəl öpəyim səni…»,  «Gözəlliyə qarşı
kordur gözlərin, bax, eyi bax…» misraları Südabənin çılğın ehtiraslarını,
«Ölümdən qorxmayır Keykavus oğlu, xəyanət ləkəsi daha qorxulu!..»,  «Çəkil,
ehtirasın qara yelkəni!»,  «Ləkəm varsa, təmizlərim qanımla» misraları
Səyavuşun təmiz qəlbini, təmizliyini, «Unutma ki, hər gün nazlı bir sona, yavru
bir göyərçin qismətdir mana» misraları isə qan qoxuyan azğın saray şəhvətlərini
qabarıq əks etdirir.
Cavid demək olar ki, ilk qələm təcrübəsi «Ana» istisna olmaqla, bütün
mənzum pyeslərini əruz vəznində yazmışdır.  «Səyavuş» faciəsində də əruzun
həzəc, rəməl, xəfif, kamil, mütəqarib və s. bəhrələrindən məharətlə istifadə
etdiyindəndir ki, dramaturq, yüksək şeiriyyətli bir əsər yarada bilmişdir.
«Səyavuş»u tamaşaya hazırlayan Hidayətzadə əsərə quruluş verməzdən
əvvəl tamaşa ilə əlaqədar demək olar ki, böyük tədqiqat işi aparmış, qədim İran
və Turanın tarixini, məişətini, folklorunu və s. müfəssəl öyrənmiş, buna
əsaslanaraq Cavidi əsər üzərində əlavə iş görməyə razı sala bilmişdir. İkinci
qiymətli cəhəti ondan ibarətdir ki, gözəl aktyor olan Hidayətzadə rejissorun
başlıca vəzifəsini obrazların mükəmməl işlənməsində, dolğun səhnə xarakterləri
yaradılmasında görür və aktyorldarı bu istiqamətdə axtarışlara sövq edə bilirdi.


249
Nəhayət Hidayətzadənin bir rejissor kimi üçüncü qiymətli sifəti ondan ibarət idi
ki, o, tamaşanı küll halında düşünə bilir, onun təşkilatca möhkəmliyinə çalışırdı.
Səliqəli, zinətli, maraqlı, parlaq və temperamentli, atəşli, həqiqi mənada bəzəkli,
əlvan tamaşalar yaratmağı sevirdi. Bütün bu keyfiyyətlər «Səyavuş»da öz əksini
tapmış və nəticədə çox parlaq və əzəmətli tamaşa yaratmışdı ki, öz janrı və
üslubu etibarilə romantik vüsətli xalq-qəhrəmanlıq dramını xatırladır və bu
mənada teatrın yaradıcılığında onun gələcək inkişafı üçün səciyyəvi olan bir yol
açırdı» (C.Cəfərov. Cavid teatrı. Əsərləri I c., Azərnəşr, 1968, səh.251-252).
Əsərdə əsas rolları teatrın görkəmli aktyorları Mərziyə xanım Davudova,
Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Sona xanım, Sidqi Ruhulla, Ağasadıq
Gəraybəyli, Rza Əfqanlı ifa edirdilər. İstər A.M.Şərifzadə, istərsə də
Ü.Rəcəbəzilən kütlələrin müdafiəçisi, təmiz qəlbli, üsyankar ruhlu səyavuşu
məharətlə yaratmışlar. Səyavuş A.M.Şərifzadənin ifasındaböyük insan səadəti,
işıqlı gələcək yolunda əzmlə mübarizə aparan və bu yolda həlak olan bir
qəhərəman idi. Ülvi Rəcəb də dramaturq tərəfindən məharətlə yaradılmış bu
obrazın mübarizəsini öz məzmunlu oyununda qabarıq göstərirdi.  «Ülvi Rəcəbin
Səyavuşu iradəli, romantik bir gənc idi. Saray adamlarının etdikləri
ədalətsizlikləri, zülmü görən Səyavuş – Ülvi hiddətlənirdi, onda daxili etiraz
hissi baş qaldırırdı. Analığının onu sevməsi Səyavuş – Ülvi üçün qəribə idi.
Hökmdar arvadının – Südabənin etirafını eşidəndə, Səyavuş diksinir və başını
aşağı salıb, onun üzünə baxmamağa çalışır. Bu etiraf ona nə qədər dəhşətli
görünür!» (Ə.Əliyeva. «Ülvi Rəcəb». Azərnəşr, 1962, səh.50)
Böyük səhnə ustası Mərziyə xanım Davudova mürəkkəb xarakterli
Keykavus hərəminin obrazını öz gözəl oyunu ilə daha da yüksəklərə
qaldırmışdır. O, xüsusilə Südabənin Səyavuşla ilk görüş səhnəsində çox təbii idi.
Professor Mehdi Məmmədov Mərziyə xanımın Südabə rbrazı haqqındja
yazır:  «Mərziyə xanım müəllifin fikrini olduğu kimi qəbul və tətbiq edirdi. O,
zahirən son dərəcə gözəl və cazibədar idi. İlk görüşdə, ilk baxışda ona rəğbət


250
bəsləməmək, valeh olmamaq çətin idi. Tamaşaçı bugözəlin qəlbində müşeül sirr,
əlacsız dərd olduğunu duyunca ona acıyırdı da.
Aktrisa hadisədən mahiyyətə, şəkildən mündəricəyə doğru yolu tədriclə
keçir, öz obrazını ifşa etməyə tələsmirdi. Yəni əslində, o, belə bir məqsədi heç
güdmürdü də. Əksinə, o, Südabəni müəyyən mənada «doğrultmaq» yolu ilə gedir
və beləliklə obrazı sünilikdən, çılpaq tendensiyadan qoruyurdu» (M.Məmmədov.
Teatrlar, aktyorlar, tamaşalar. Azərnəşr, 1966, səh.135).
«Səyavuş» faciəsi 1936-cıil aprel ayının 17-nə kimi görünməmiş bir
müvəffəqiyyətlə - 100 dəfə göstərilmişdir. Əsərin quruluşçu rejissoru İsmayıl
Hidayətzadə yüzüncü tamaşa münasibətilə «Yeni yol» (İ.Hidayətzadə.  100-cü
tamaşa.  «Kommunist» qəzeti,  17 aprel 1936,  №  90  (4710) və «Kommunist»
(İ.Hidayətzadə. «Səyavuş»un yüzüncü tamaşası. «Yeni yol» qəzeti, 17 aprel 1936, № 89
(3496)
qəzetlərində
dərc
etdirdiyi
məqalələrində
«Səyavuş»un
belə
müvəffəqiyyət qazanmasının əsas səbəblərini izah edərək yazırdı: «Quruluşda ilk
təşəbbüs olsa da, istifadə etdiyim İran xalq folklorunun elementləri, quruluşun
bədii dəyərinin yüksəldilməsinə və tamaşaçılar arasında böyük müvəffəqiyyət
qazanmasına səbəb olmuşdur» (İ.Hidayətzadə.  «Səyavuş»un yüzüncü tamaşası.
«Yeni yol» qəzeti, 17 aprel 1936, № 89 (3496).
Tənqidçi roqivskiy «Rasçvet Tyurkskoqo teatra» məqaləsində o zaman
teatrın repertuarından uzun müddət düşməyən ən yaxşı əsərlər sırasında
«Səyavuş» faciəsinin də adını çəkirdi:  «Etapnımi spektaklyami teatra bıli:
«Nevesta oqnya», «Sevil» - Djabarlı, «Namus» - Şirvanzade, «Qamlet» - Şekspira,
«Çelovek kotorıy smyotsya» - Qyuqo, «Otello» - Şekspira, «Siyavuş» - Djavida»
(V.Roqavskiy. Rassvet Tyurkskoqo teatra. «Zarya Vostoka» qəzeti, 7 noyabr 1935, №
259 (3672).
«Səyavuş» ikinci dəfə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik
Dram Teatrının (indiki Milli Dram Teatrı – V.Ə., Ə.N.) səhnəsində 1963-cü ildə,
Cavidin anadan olmasının 80 illiyi münasibətilə mərhum rejissor Ələsgər Şərifov


251
tərəfindən tamaşaya hazırlanmışdır. Həmin ildə mərkəzi mətbuat səhifələrində
«Səyavuş»un yeni müvəffəqiyyətli quruluşu haqqında resenziyalar dərc
edilmişdir. Filologiya elmləri doktoru M.Əlioğlunun «Səyavuşun faciəsi»
(M.Əlioğlu. Səyavuşun faciəsi.  «Ədəbiyyat və incəsənət» qəzeti, 6 aprel 1963,  №  14
(1215), xalq yazıçısı Mirzə İbrahimovun «Mənalı və gözəl səhnə sənəti uğrunda»
(M.İbrahimov. Mənalı və gözəl səhnə sənəti uğrunda. «Kommunist» qəzeti, 7 aprel
1963,  №  66856) məqalələrində teatrın yaradıcı truppasının böyük əməyi qeyd
edilir.
M.İbrahimov
rejissor
Ə.Şərifovun
quruluşundakı
üstün
cəhətləri
göstərməklə yanaşı, çatışmayan bəzi cəhətləri də qeyd edirdi:  «Tamaşada
gözümüzə dəyən qüsurlu cəhətləri də qeyd etmək istərdik. Bizcə, rejissor ədəbi
mətnin əsarətindən tamamilə qurtara bilmədiindən, arabir aktyor oyununda
şairanəlik ritorika ilə əvəz olunur. Cavid şeirini təbii danışıq dilinə yaxın
səsləndirmək aktyordan xeyli güc və səy tələb edir. kollektiv buna meyl
göstərmişdir, lakin hər zaman nail ola bilməmişdir. Bir də ki, qulağımıza yabançı
dəyən, fikrin anlayışını çətinləşdirən arı-ayrı misraları və sözləri rahatca
sadələşdirmək olardı» (Mirzə İbrahimov).
«Səyavuş»un yeni quruluşunda əsas rolları Hökumə Qurbanova – Südabə,
Ağadadaş Qurbanov – Səyavuş, Ələskər Ələkbərov – Rüstəm, Nəcibə Məlikova –
Firəngiz, Fateh Fətullayev – Altay, Məcid Şamxalov – Piran, Bürcəli Əskərov –
Bəhram, Leyla Bədirbəyli – Dürdanə, Eldəniz Zeynalov – Yalçın, Sofya Bəşirzadə
– Rübabə ifa edirdilər. Hökumə Qurbanovanın Südabəsinə yüksək qiymət verən
Məsud Əlioğlu yazır: «Hökumə Qurbanova duyğuları ağlına, ehtirasları fikrinə və
istəkləri mühakimələrinə qələbə çalan məkrli afətin surətini böütün mürəkkəbliyi
və incəliyi ilə tamaşaçının nəzərində canlandıra bilir. Südabə fitnə-fəsad
təcəssümü, qansız və qəddar bir hərəm, kinli, azğın və çılğın qadın kimi də
H.Qurbanovanın ifasındaözünün real, dolğun ifadəsini tapmışdır. H.Qurbanova
oynadığı bu surətin üzərində hərtərəfli yaradıcılıq işi aparmış, bu surətin psixoloji


252
xüsusiyyətlərini, xarakterinin bütün incəliklərini dərindən duymuş və tamaşada
xüsusi bir qabarıqlıqla nəzərə çarpan, uzun müddət yaddan çıxmayan, qüvvətli bir
surət yaratmışdır».
1
Faciə elə həmin il Milli Teatrımızın mühüm bir qolu sayılan Cəlil
Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının da səhnəsində
canlandırıldı. Quruluşun təbii çıxması üçün mərhum xalq artisti, rejissor İbrahim
Həmzəyev incə ştrixlərdən və maraqlı səhnə mizanlarından istifadə etmişdi. Baş
rollarda xalq artistləri İsa Musayev – Səyavuş, Zəroş Həmzəyeva – Südabə,
Məmməd Quliyev – Rüstəm, İbrahim Bənəniyarlı – Altay və başqaları onlara
tapşırılan surətləri məharətlə ifa etmişlər. Teatrın istedadlı kollektivinin ifasında
«Səyavuş» Culfa, Ordubad, şərur, Şahbuz rayonlarının zəhmətkeşlərinə də
göstərilmişdi.
«Səyavuş» bir qiymətli səhnə əsəri kimi bundan sonra da Azərbaycan
teatrlarının repertüarlarını bəzəyəcək və öz müəllifinin şöhrətini daha da
artıracaqdır. Cavid ədəbi irsi xalqımız üçün qiymətli və əzizdir.  «Şeyx sənan»,
«İblis»,  «Azər»,  «Səyavuş»,  «Xəyyam» kimi dəyərli əsərləri hələ sağlığında
müəllifinə qəlblərdə heykəl ucaltmışdır. Bu isə tək-tək sənətkarlara nəsib olan
xoşbəxtlikdir. Cavid – ədəbi deməkdir! Cavid - ölməz deməkdir! Sənətkarı isə
əbədiyyətə onun yaratdığı ölməz əsərlər qovuşdurur:
Səyavuş ürəkli, Rüstəm cüssəli,
Neçəsi qarşında gəlib əydi baş.
Sənantək neçəsi oldu qüssəli,
Kimi Keykavustək durub qaldı çaş.
Neçə surətin var, neçə sözün var,
Onları saymaqla qurtaran deyil.
Sənət dünyasından getməz izin var.
1
М.Ялиоьлу. Тянгидчинин дцшцнъяляри. Азярняшр, 1968, сящ.173.


253
Ötsə də min fəsil,
Ötsə də min il.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin