Şamil Vəliyev – 50


b) Bədii təsvir vasitələrinin ifadə xüsusiyyətləri



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   48   49   50   51   52   53   54   55   ...   63
b) Bədii təsvir vasitələrinin ifadə xüsusiyyətləri
Dilimizdə idiomatik ifadələrin başqa dillərə eynilə tərcümə oluna bilməmsi
haqqında çoxlu fikir var. S.Cəfərovun «Sabit söz birləşmələrinin əsas
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onları əksər hallarda başqa dilə olduğu kimi
tərcümə etmək olmur» [11, 12, 13, 14] fikrinə istinad edən dilçi alim H.Bayramov belə
nəticə çıxarır ki,  «Frazeoloji vahidlər bəzi hallarda başqa dillərə tərcümə oluna bilir;
çünki müəllif (S.Cəfərov – V.Ə.)  «…əksər hallarda tərcümə olunmur» - deyə yazır»
[15, 2].
Əlbəttə, frazeoloji vahidləri hərfən tərcümə edəndə söz yığını adlanır. Çünki rus
dili ilə Azərbaycan dili geneoloji cəhətdənayrı-ayrı dil qruplarına məxsusdurlar. Əsrin
əvvəllərində də tərcüməçilər rus dilindən tərcümə zamanı rus şair və yazıçılarının
leksikasındakı frazeoloji vahidlərin Azərbaycan dilindəki qarşılığını tapırdılar. Bu
barədə rus ədəbiyyatşünası L.E.Çerkasskinin fikri maraqlıdır:  «Pri perevode
frazeoloqizmom s russkoqo na vostoçnıe əzıki perevodçiki stalkivaötsə s rədom
problem. İli perejde vseqo neobxodimo ustanovitğ smıslovoe znaçenie frazeoloqizma
oriqinala, stepenğ eqo vırazitelğnosti ili stertosti, opredelitğ, k kakomu tipu dannoy


301
frazeoloqizm otnositsə i ne transformirovanı li vo imə stolistiçeskix zadaç eqo glementı,
i tolğko posle vıəsnenii gtix voprosov perevodçiki moqut pristupitğ k poiskam
sottvetstvuöhix frazeoloqiçeskix gkvivalentov, anoloqov v əzıke, na kotorıy
frazeoloqizm perevoditsə, ili oqraniçitğsə nefrazeoloqiçeskim perevodom, kalğkoy»
[16].
Qeyd etdiyimiz kimi, frazeoloji ifadələrin hərfi tərcüməsi mümkün deyil.
Məsələn, L.N.Tolstoyun hekayələrində işlənən «otdat boqu duşu» ifadəsini «Allaha canı
vermək» kimi hərfi tərcümə edilsəydi, düzgün olmazdı. Tolstoyun tərcüməçisi Q.Rəşad
bu ifadəni «rəhmətə getdi» şəklində düzgün vermişdir. Ümumiyyətlə, L.Tolstoyun
dilindəki dini ifadlər əsrin əvvəlindəki mütərcimlər tərəfindən çox düzgün qarşılıqla
verilmişdir. Frazeoloji ifadələr bacarıqsız tərcüməçinin əlinə düşəndə o, söz
birlşmələrini məhv edir.
İdiomatik ifadələr, aforizmlər, frazeoloji ifadələrlə yanaşı, rus atalar sözlərinin
tərcüməsindən danışmaq lazımdır. Məsələn, orijinalda «Na to i perpel, çtobı vseti
popast» - Azərbaycan dilində belə verilib:  «Çox atılıb düşdü, axırda tora düşdü» və
yaxud «Rıba bendenq na to i sozdanı, çtobı v seti popast» - tərcüməsi «Bendenq balığı
ona görə yaranıb ki, tora düşsün». Rus dilindəki «Pletğö obuxa ne pereşibet»  («Başı
divara dəyməyin faydası yoxdur») dilimizdə məşhur «Sonrakı peşimançılıq fayda
verməz» atalar sözü ilə əvəz edilmişdir.
Hansı atalar sözləri və ifadələr beynəlmiləl xarakter alıbsa, onları eyni formada
başqa dillərdə işlətmək mümkündür. Rus əsərlərində işlənən «sbavil spesi» - ifadəsi
Azərbaycan dilində «hündürdən getmə»,  «özündən çıxma»,  «pal duxom» - «ruhdan
düşüb» kimi tərcüm edilirdi.
Uşaq ədəbiyyatı (əsasən uşaq poeziyası) frazeologizmlərlə zəngindir. Bunlar
folklordan uşaq ədəbiyyatına keçmiş sabit ifadələrdir. Uşaq şeirində uşaq həyatına,
onun maraq dairəsinə, məfhumlarla əlaqədar frazeoloji ifadələrin işlədilməsi xüsusi
əhəmiyyət kəsb edir.


302
Məlumdur ki, frazeoloji ifadələr obrazlı olduğu üçün onlar xarici aləmin əşya və
hadisələrini uşaq təsəvvüründə obrazlı canlandırmaqda mühüm rol oynayır.
Xalq dili başdan-başa obrazlıdır. Xalq dilinə daha çox müraciət edən
sənətkarların dili zəngin olur. A.Şaiq orijinal əsərlərində olduğu kimi, tərcümələrdə də
adi danışıq nitqində işlənən ifadələrə üstünlük verməsi ilə fərqlənir. Şairin Krılovun
«Eşşək və bülbül» şeirinin tərcüməsində bir neçə bəndə nəzər salaq:
Bülbülüm açdı öz məharətini,
Vurdu cəh-cəh şağırdadı yenidən.
Ney kimi səs uzaqlara çəkildi,
Qırmadır sanki ormana səpilir.
Dinləyir nəğməni işıq pərisi,
Susdu el, susdu quşların da səsi.
Sürü yatdı, çoban ki dinlərdi,
Arabir zövq alıb gülümsərdi.
…Eşidincə bu hökmü o bülbül,
Batdı dərdə, qəmə, bulandı könül.
Qanad açdı, o yerdən oldu uzaq,
Cahil insan hökm verdi bu sayaq.
Bu parçalarda qeyd olunan bütün ifadələr poetikliyi ilə seçilir.
Ədəbiyyata, o cümlədən uşaq ədəbiyyatına atalar sözü və zərb-məsəllər zənginlik
gətirir. Digər tərəfdən, məlumdur ki, atalar sözü ibrətamiz mahiyyət daşıdığından
didaktik əhəmiyət kəsb edir. Bu bdxımdın inqilaba qədərki uşaq əsərlərinin,
tərcümələrində atalar sözlərinin işlənməsinə haqq qazandırmaq lazım gəlir.
Böyük rus pedaqoqu K.D.Uşinski hələ XIX əsrin II yarısında yazırdı: «…Atalar
sözlərində iki məna vardır: biri onun xarici, gözəl təsviri mənasıdır ki, bunu uşaq
asanlıqla başa düşə bilər; o biri, uşaq üçün anlaşılmaz daxili mənasıdır, belə atalar
sözünün ancaq xarici mənasını uşağa başa salmaq lazımdır» [17, 191].


303
Bu fikir atalar sözü və zərb-məsəllərin tərcümə nümunələrində işlədilməsilə
nəinki haqq qazandırır, həmçinin onu təbliğ edir. Onlar atalar sözünü bir nəsihət kimi
işlədirdilər. M.Ə.Sabir Krıolvun «Qarğa və tülkü» təmsilinin tərcüməsinə orijinalda
olmayan aşağıdakı fikri əlavə edib:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar.
Mütərcimlər tərcümə zamanı orijinaldakının qarşılığı və əlavə etdikləri atalar
sözləri və zərb-məsəllər əsərin əsas məqsədini, mövzusunu daha da əyaniləşdirir,
ümumiləşdirir, nəticədə uşaqlara müxtəlif hadisələr haqqında düzgün fikir yürütməyə
yol göstərir.
Akademik Məmməd Arif idiomatik ifadələr, atalar sözləri tərcüməsinin
çətinliyini qeyd edirdi:  «Tərcüməçilər arasında mübahisəyə səbəb olan çətin
məslələrdən biri idiomatik ifadələrin, atalar sözlərinin, məsəllərin tərcüməsidir. Bu
məsələdə formalist tərcüməçilər ifadəni eyni ilə tərcümə etmək tərəfdarıdırlar. Məsələn,
«Net dıma bez oqnə» məsəlini «odsuz tüstü çıxmaz» şəklində,  «moə xata s kraö»
məsəlini «mənim daxmam kənardadır» tərcümə etmək istəyirlər. Aydındır ki, burada
heç bir yaradıcılıq yoxdur və beləliklə, Azərbaycan ədəbi dili qətiyyən zənginləşməz.
Rus dilində çox işlənən bu atalar sözləri çox məzmunlu olduqları halda, Azərbaycan
dilinə hərfən tərcümə edildikdə, eybəcərləşirlər. Burada, necə deyərlər, bir qədər baş
işltmək lazımdır»[18].

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin