Şamil Vəliyev – 50


Qarşıda günəşli bir gündüz qalıb



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   44   45   46   47   48   49   50   51   ...   63
Qarşıda günəşli bir gündüz qalıb
Sərdar Zeynal həm dilçi, pedaqoq, həm də şairdir. Ötən ilin sonlarında istedadlı
qələmdaşımızın doqquzuncu kitabı işıq üzü görüb.(Sərdar Zeynal “Dəniz ağladır məni”
Bakı-2008. “Nurlan”). Yeni kitaba müəllifin son illərdə nəşr olunmuş yeni şeirləri ilə
bərabər    əvvəllər  kiril  əlifbası  ilə  çap  olunmuş  bir  sıra  poetik  nümunələri  və  “Hünər
yolu” poeması da daxil edilmişdir. Kitabda annotasiyada qeyd olunduğu kimi insanın-
insana, yurda, Vətənə olan sonsuz məhəbbətini əks etdirən şeirlər əsas yer tutur. Müəllif
“Ön  söz əvəzi”ndə  Allah  vergisi şairliyin    və şairin ədəbi  tərifini verməklə  düzgün
qənaətə gəlir. Sərdar Zeynalın şairliyə və şeirə verdiyi bu ədəbi-bədii tərifi, bu poetik
epiteti “Ədəbiyyatşünasıq terminləri lüğəti”nə daxil ediləcək dərəcədə səlis, dürüst və
elmidir. “Şairlik Allahın insana bəxş etdiyi xüsusi və eyni zamanda fövqəlada qabiliyyət
və istedaddır. Şeir müəyyən qayda-qanunlar əsasında nizamlanan sözlərin toplusu yox,
şair yaşadığı hisslərin sözlərə poetik ifadəsidir.
Sərdar  Zeynalın  yaradıcılığı  şəxsiyyəti  ilə  bir  harmoniya  təşkil  edir;  mehriban,
səmimi  və mərd  bir  insandır.    Və şairin  öz  dünyası  var.  Sərdar  Zeynal  həyatımızın
mənəvi əzabları, ürək çırpıntıları, sıxıntılarla bərabər gələcəyə inamla baxır.
Boğula bilərmi haqq işi qında,
Təməli, təpəri varsa qanında ,
Yolları çətinmiş azadlığın da,
Qarşıda günəşli bir gündüz qalıb.
Sərdar Zeynal klassiklərdən öyrəndiyi kimi, folklordan da bəhrələnmişdir. Onun
poeziyasında  şifahi  xalq ədəbiyyatının  təsiri    duyulur. Şairin  xalq  müdrikliyinin
təzahürü olan atalar sözü, məsəllər, bir sözlə, aforizmlərdən məqamında istifadə etməsi,


261
haqq-ədalət, düzlük, zəhmət,  mərdlik  və  s. keyfiyyətləri  tərənnüm  və təbliğ  etməsi
mühüm bədii məziyyətlərdən sayılır.
Hara döndüm, hara getdim,
Ağır oldu daşım mənim.
“Düzlüyümdən düzdə qaldım”,
Nələr çəkdi başım mənim.
Sən qatığa ağ söyləyib,
Düşmə qorxunc dağa, daşa,
Bataqlığa bulaq söylə,
Öz ömrünü sakit yaşa.
Vətənpərvərlik, milli  qürur  və  fəxarət  Sərdar  Zeynalın  şeirlərinə, onun
yaradıcılığına bədii keyfiyyətlə yanaşı yüksək dəyər, kamillik və məhəbbət gətirir.
Anası yox olmuş bal arısıdır,
Gözəl şəhərlərin yaralısıdır,
Közərən ocaqdır,qaralasıdır,
Bu kəndin sabahı göynədir məni.
“Dəniz  ağladır  məni”kitabını  vərəqlədikcə  bir  məsələnin şahidi  oldum; əqidə
yüksəkliyi, xalqa  bağlılıq, adət-ənənələrə  sədaqət,  mavi  Xəzərdən  “Xaraba  Gilan”a
qədər Vətən məhəbbəti, ümumiyyətlə, bütün türk ellərinə əbədi sevgi...
Bir zaman çiçəklər şeh idi səndə,
De kimlər o zaman şah idi səndə?
Bəlkə də,bu yurdun şəhidi səndə,
Olubdur  şahını taxtından salan.
Xaraba Gilan.
Istedadlı şair Sərdar Zeynal razı qaldığı, qəlbinə yatdığı həyat hadisələrini ilhamla
tərənnüm  etdiyi  kimi,  haqsızlara  da  biganə  qalmır,  poetik  sözün  gücü  ilə  qəzəbini
bildirir.


262
Qanmaza qəniməm,duyanın qulu,
Yarıda atmıram tutduğum yolu,
Sevinc var, axırı göz yaşı olur,
Dadını duymamış qayıtmaq olmur.
Poeziyanın əbədi, əzəli mövzularına  sədaqət gətirən şərəf mövzu rəngarəngliyi
zəngindir. Bütün şeirlər, şübhəsiz, məhəbbətdən doğur. Sərdarın yara olan sevgisindən
tutmuş, qeyd etdiyimiz kimi, Vətənə, onun mərd oğullarına, valideynə, məktəbə, təbiətə
məhəbbətinin  bədii  təzahürü  olan  bu şeirlər, bir  sözlə, uca  Allahın  bizə  bəxş  etdiyi
maddi və mənəvi varidatları tərənnüm edir.
Çiçəklər çəmənə daranıb çıxır,
Dərədə zümzümə, yamacda səsdir,
Gülürəm, gözümə şeh çiçək baxır,
Mənə bu baharın nəfəsi bəsdir.
Haqqında  danışdığımız  kitabın  adı əvvəldə  qeyd  etdiyimiz  kimi  “Dəniz  ağladır
məni”dir.  Hər  bir  yaradıcı  insan  Dənizlə  həmsöhbət, həmdərd  olur. Şübhəsiz,  dənizi
duyanlar.  Gərək  Dəniz  də  onunla  söhbətləşsin.  Ləpələrin  damcıları  onun  qəlbinə
dəysin,üzünə çilənsin. Qəlbdəki lal fəryadla, pıçıltıyla söyləyəndə o səni dinləyir, sənin
də ürəyin boşalır, ağlayırsan da, gülürsən də, xəyallara dalırsan. Dəniz şairi ağladır, şair
isə bu kövrəkliyi poetik tərənnümlə təsvir edir:
Gəlirəm sahilinə,
Doyunca anım səni,
Qəlbimdə bir alovsan,
Bəs necə danım səni?
Həsrətim qəmli istək,
Vaxtsız çağladır məni,
Gedirəm  sahilinə,
Dəniz ağladır məni.


263
Hörmətli Sərdar müəllim,əziz şair qardaşım. Allahdan arzum budur, səni heç nə və heç
kim ağlatmasın. Tale səni ancaq güldürsün. Göz yaşların da  həmişə sevincdən doğsun.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin