Şamil Vəliyev – 50


XX əsrin əvvəllərində rus uşaq ədəbiyyatının



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   47   48   49   50   51   52   53   54   ...   63
XX əsrin əvvəllərində rus uşaq ədəbiyyatının
Azərbaycan dilində ifadəsi
a) Bədii tərcümənin leksik-frazeoloji xüsusiyyətləri
Rus ədəbiyyatının başqa dillərə tərcüməsinə milli ədəbiyyatların qarşılıqlı
əlaqəsinin nəzəriyyəsi və praktikası kontekstində baxılmalıdır. Çünki bədii tərcümə-
ədəbiyyatların qarşılıqlı təsirinin ən mürəkkəb forması əlaqəsinin ən özək zənciridir.
Məlum olduğu kimi, əsərlərin orijinaldan daha çox tərcüməsi oxunur, geniş oxucu
kütləsinə yol tapır. Burada, əlbəttə, yüksək bədii nümunələrdən söhbət gedir.
Bədii ədəbiyyat dünya ədəbi prosesinə tərcümə vasitəsilə daxil olur. Dünya ədəbi
prosesin inkişafı hökmən ora gətirib çıxarır ki, orijinal ilə tərcümənin dinamikasının


291
bütöv, kompleks şəkildə tədqiq edilməklə hər hansı ədəbi əsərin dünya ədəbiyyatında
tutduğu yeri aydınlaşdırmaq olar. Yalnız belə vəziyyətdə biz L.N.Tolstoyun,
A.P.Çexovun, A.M.Qorkinin əsərlərinin ümumbəşəri mənası və dəyərini qiymətləndirə
bilərik.
Rus uşaq əsərlərinin dilimizə edilən tərcümələrinin tədqiqi və öyrənilməsi onun
tarixi, poetik və üslubi xüsusiyyətləri, ümumbəşəri və milli məzmunu barədə zəngin
fikir hasil edir.
XX əsrin əvvəllərində bədii tərcümənin dili (rus uşaq ədəbiyyatından edilmiş
tərcümələrin dili) ədəbi dilin milli məzmuna yiyələnməsində xeyli iş görürdü. Bu
dövrdə tərcümədə bir qayda olaraq ana dilinə söykənir, bununla yanaşı əcnəbiçiliyə də
meyl hiss olunur. görkəmli ictimai xadim, ədib Əlibəy Hüseynzadənin Götenin «Faust»
əsərindən tərcümələri onun yaratmaq istədiyi ədəbi dil normalarına tabe idi.
Ənzari-şəbabımdı pədidər olan, ey zill,
Ey zilli-tüluat yenə peyda,
Bir cilvəyi-mövhumeyi-amali bədii,
Eylərmi yenə könlümü bir şövqilə ehya?
Bu misraların, şübhəsiz, yenidən tərcüməyə ehtiyacı var. Birbaşa alman dilindən
türk dilinə çevrilmiş bu parçada Azəri türkcəsində başa düşülən ifadə çox azdır.
Bədii tərcümədə belə yol tutanlar ana dilinin xəlqiliyi uğrunda mübarizə aparan
mollanəsrəddinçilərin kəskin tənqidinə məruz qalırdılar. Bu baxımdan Mirzə Cəlilin
«Abirin və kilab» felyetonu maraqlıdır. Ədib Krılovun təmsilini «Abirin və kilab» kimi
çevirənlərə belə gülürdü: «Bir neçə gün bundan əvvəl türk («Azərbaycan – V.Ə.»)
qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov «Abirin və kilab» adında bir
təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini
mübtəda məktəblərində oxudular, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim
yoxdur. Açdım Krılovun məcmuəsini vərəqləyib «Abirin və kilab» adında bir təmsil
tapa bilmədim. Sonra öz-özümə fikirləşdim ki, görəsən «Abirin və kilab» nə deməkdir?


292
Axırı ərəbi bilənlərdən birisi məni başa saldı ki,  «abirin» - yəni ərəbcə keçənlər,
yolçular; «kilab»- yəni itlər» [1].
Doğrudan da maraqlı hadisədir ki, rus sözləri ərəb dili lüğət tərkibi və morfoloji
qaydası ilə çevrilir və Azərbaycan dilinə tərcümə hesab edilir. Azərbaycanlı üçün
«abirin»,  «kilab» sözləri ilə «proxojie»,  «sobaki» sözləri anlaşma baxımından eyni
səviyyədədir.
Azərbaycan dilinə tərcümələrin dilini korlayan ərəbcə-farsca ünsürlər belcə etiraz
doğururdu. Çünki anlaşılmaz dil hər cür tərcümə əsərini gərəksizləşdirir. Səməd Vurğun
Puşkinin «Yevgeni Onegin» əsərinin tərcüməsindən danışaraq yazırdı:  «Yevgeni
Onegin»in tərcüməsində mən həmçinin Azərbaycan dilinin saflığını, əlvanlığını,
ahəngdarlığını və orijinallığını qoruyub saxlamağa çalışmışam, əsrlər boyu bu dili
zibilləyən ərəb-fars sözlərini və ifadələrini rədd etmişəm» [2].
Rus uşaq ədəbiyyatının Azərbaycan dilinə tərcümə materiallarında diqqəti cəlb
edən əsas amillərdən biri dil və ifadə tərzinin aydınlığıdır. Bu, uşaqlara təqdim olunan
əsərlər üçün daha ciddi hesab oluna bilən xüsusiyyətdir. Mütərcimlər bu cəhətə fikir
verir, anlaşıqlı dil ilə çatdırmağa çalışırdılar.
Tərcümə nümunələrində konkret tarixi şəraitin ədəbi dil və norma xüsusiyyətləri
istər leksik-frazeoloji, istərsə də təhkiyə və ifadə tərzi baxımından öz əksini tapmışdır.
Tərcümə uşaq əsərlərinin tərcümə dilinin leksik-frazeoloji və bədii təsvir
vasitələrində bədii keyfiyyətindən danışdıqda A.Səhhətin adını çəkmək lazım gəlir.
a.Səhhət peşəkar tərcüməçi idi. O, Azərbaycan tərcümə mədəniyyəti tarixində mərhələ
təşkil edir, həm də tərcümə təsiri ilə bədii dilin, eyni zamanda ədəbi dilin gedişi və
inkişafına müdaxilə edirdi.
A.Səhhət tərcümələrində orijinalın dil təcrübəsindən bəhrələnirdi. Onun tərcümə
dili poetikliyi, səlisliyi və bədii keyfiyyəti ilə orijinal əsərlərinin dili ilə eyni səviyyədə
dururdu.
A.Səhhətin tərcümələri içərisində A.Puşkinin «Qafqaz» şeiri xüsusi yer tutur.
Mütərcim təkcə çevirdiyi əsərin üslub əlvanlığını saxlamaqla kifayətlənmir, orijinalda


293
işlədilmiş sözlərin tərcümə olunan dildə daha münasib qarşılığını tapmağa çalışmışdır.
Son dərəcə orijinal poetik nümunə olan «Qafqaz» şeirinin tərcüməsində A.Səhhət böyük
ustalıq göstərmişdir. Şeirdən aşağıdakı misralara diqqət yetirək:
İqraet i voet, kak zverğ molodoy
Zavidevşiy pişu iz kletki jeleznoy.
İ bğetsə o bereq v vrajde bespoleznoy.
İ lijet utesı qolodnoy volnoy…
Votğhe! Net ni pihi emu, ni otradı:
Tesnət eqo qrozno nemıe qromadı [3, 229].
Orijinaldan qismən yayınmasını hərfi tərcüməyə meyl etməməsi ilə izah
olunmalıdır. Terekin təlatümünü, qayalı sahilləri gəmirdiyini təsvir etmək üçün şair onu
ov görərkən dəmir qəfəsdə çırpınan yırtıcı, vəhşi heyvanla müqayisə edir. Səhhət bu
bənzətməni saxlamaq üçün «molodoy zver» ifadəsini azərbaycanca «gənc heyvan» kimi
verməyərək, düzgün yolla Azərbaycan dili üçün xarakterik
olan vəhşi heyvan
timsalında nağıllarımızda baş surət olan «şir» sözü ilə əvəz etmişdir. Rus dilindən
arxaikləşərək çıxmış «votşe» sözünü isə şeirin ruhuna uyğun olaraq «leyk» və «əfsus»
sözləri əvəz etmişdir. Dediklərimizə nəzər salmaq üçün şeirin azərbaycanca
tərcüməsindən son misralara diqqət yetirək:
Oynayır, cəng eləyir, daz qayalar döyüşür,
Acımış dalğaları, daşları çeynər, ötüşür.
Təmə görmüş qəfəsi-ahən içində sən şir
Çırpınır, cərriş edir, sahili guya gəmirir,
Leyk, əfsus! Nə var təmə onunçun, nə sürur,
Onu müdhiş qayalar hər iki yandan sıxıyor. [4, 229]


294
A.Səhhət tərcümələrinin dilində «səs-səmir toxdadı»,  «belədən-belə»,  «kar
aşmaz» kimi adi danışıq ifadələri ilə yanaşı, bədii dilimiz üçün yeni sayılan söz
birləşmələri işlənir. Məsələn: dağda yapılmış, qərar tutmuşam, ən müdhiş, qorxulu
uçqunlar, laqeyd təbiət... ruhani təşnəlik, müzlüm qayalar, sürücünün şərqisi, vətən
səsi…  (Puşkindən), uşaqlıq xəyalları (İ.S.Nikitindən), müqəddəs məhəbbət
(İ.İ.Kozlovdan), günəş ziyası (B.B.Hofmandan), düşkün ömür, fərq verdim, qəti
surətdə, allaha möhtac, qədim rəvayət (Lermantovdan) və s.
Əsrin əvvəllərində tərcümə dilinin leksik-frazeoloji xüsusiyyətlərini nəzərdən
keçirmək üçün Səhhətin poetik tərcümələri münasibdir. A.Puşkinin «Qış yolu»
(«Zimnaə doroqa») şeiri bu baxımdan zəngin material verir:
Skvozğ volnistıe tumanı
Probiraetsə luna
Na peçalğnıe polənı
Lğet peçalğno svet ona.
Po doroqe zimney, skuçnoy
Troyka borzaə bejit
Kolokolğçik odnozvuçnıy
Utomitelğno qremit.
Çto-to smışitsə rodnoe
V dolqix pesnəx əmhika:
To razqulğe udaloe
To serdeçnaə toska… [3, 387]
Dalğalanan dumanların arasından ay çıxır,
Qəmli yatan səhralara qəmli-qəmli nur saçır.


295
Qış səfəri, tək yol könlü darıxdırır, can sıxır,
Arabanı sürükləyir harın atlar tünd qaçır.
Tək çalınan zınqırovlar uzun-uzun kuvuldar,
Usandıran bir ss ilə vıyıldar…
Sürücünün şərqisindən vətən səsi dinlənir.
Gah ruhuma behcət verir, gah qəlbimə qəm gəlir. [5, 139]
Qarşılıqlara nəzər salaq:  «skvozğ volnistıe tumanı» - «dalğalanan dumanların
arasından»,  «probiraetsə luna» - «ay çıxır»,  «na peçalğnıe polənı» - «qəmli yatan
səhralar», «peçalğno lğet svet» - «qəmli-qəmli gur saçır», «po doroqe zimney, skuçay» -
«qış səfəri, tək yol könlü darıxdırır, can sıxır», «troyka borzaə bej» - «arabanı sürükləyir
harın atlar tünd qaçır»,  «kolokolğçik odnozvuçnıy» - «tək çalınan zınqırovlar»,
«utomitelğno qremit» - «uzun guvuldar, usandıran bir səs ilə vıyıldar», «çto-to smışitsə
rodnoe»,  «V dolqix pesnəx əmhika»,  «sürücünün şərqisində vətən səsi dinlənir»,  «to
razqulğe udalosğ» - «gah ruhuma behcət verir», «to serdeçnaə toska» - «gah qəlbimə
qəm gəlir».
Tərcümənin üç bəndinə fikir verəndə görürük ki, A.Puşkin «peçalğno» deyir.
A.Səhhət «qəmli» yox,  «qəmli-qəmli» deyir. Azərbaycan dilində zərf üçün təkrarlıq
xüsusiyyəti xarakterikdir və Səhhət «qəmli-qəmli» işlətməklə şeirə əlavə bədii
semantika bəxş eləməklə şeirə həzinlik, bədii məlahət gətirir.
«Çto-to slışitsə rodnoy. V dolqix pesnəx əmşika» misralarını «Sürücünün
şərqisində vətən səsi dinlənir» şəklində tərcüməsi isə Səhhətin bədii tapıntısıdır. Burada
«slışitsə» felini tərcüməçi qulaq asmaq, eşitmək əvəzinə «dinlənir» sözü ilə əvəz
etməklə bədii tapıntıya nail olmuşdur.
«Tərcümələrdə ayrı-ayrı misraların sintaktik quruluşunu saxlamaq hallarına da
təsadüf edilir. Bu, bədii tərcümədə az təsadüf edilən bir yol olsa da, şair Azərbaycan
dilinin incəliklərini dərindən bilməsi hesabına belə çətinliklərin öhdəsindən uğurla
gəlirdi» [6, 220].


296
Orijinalda olan sözləri başqa dillərə çevirərkən hansı dilə tərcümə olunursa, o
dilin bütün xüsusiyyətlərini, ifadələrinin hansı forma və məzmunda işləndiyini nəzərə
almaq lazımdır. Bu mənada orijinalın məzmununu, üslub xüsusiyətlərini saxlamaq
Səhhətin başlıca tərcümə prinsipi idi. Bu prinsipə əməl edən Səhhətdə çevrilən material
hərfi tərcüməyə çevrilmirdi.
Krılov çətin tərcümə olunan şairlərdəndir. Onun satirasında, məzəli ifadələrinin
gözəlliyini vermək mümkün deyildir. Xalq yumoru ilə xalq dilində yazan Krılovda milli
kolorit güclüdür. Krılovu tərcümə etmək mütərcimdən böyük məharət istəyir.
A.Səhhət bu çətinliklərin öhdəsindən gələrək böyük məharətlə Krılovu tərcümə
etmişdir. Təmiz rus xalq dilində yazan Krılovu Səhhət təmiz Azərbaycan dilində
tərcümə edirdi.
Krılovun «Kvartet»i belə başlanır:
Prokazniüa – Martışka,
Osel,
Kozel,
Do kosolapıy Mişka
Zateəli sıqratğ Kvartet,
Dostali not, basa, alğta, dve skripki.
İ seli na lujok pod lipki –
Plenətğ svoim iskusstvom svet [7, 34].
A.Səhhətin tərcüməsi («Sazəndələr»):
Dəcəl meymun, çolaq ayı, çəp keçi,
Bir ulağa yoldaş oldu hər üçü,
Dörd səslicə, bir musiqi nəğməsi,
Çalmağa həmahəng oldu cümləsi.
İki kamança, iki tar tapdılar,
Oturdular, tərəf bəzim qurdular [8, 90].


297
A.Səhhət göründüyü kimi, təmsilin satirik ruhunu saxlayaraq «dəcəl», «çolaq»
sifətlərini saxlamaqla yanaşı, «keçi» sözünə «çəp» sifətini əlavə etmiş, nəticədə
satirik vəziyyəti şiddətləndirmişdir.
A.Səhhətin yüksək sənətkarlıqla bədii tərcümə nümunələri yaratmasının əsas
səbəblərindən biri orijinalın dilini – rus dilini bilməsindən irəli gəlirdi. Özbək
ədəbiyyatşünası T.Sultanov çox düzgün olaraq yazır ki,  «znanie əzıka oriqinala –
znaçitelğnoe podsporğe perevodçeskoy rabote, ibo tolğko vladeə gtim əzıkom,
perevodçik mojet postiç naüionalğnıy kolorit proizvedeniə, eqo izobratitelğnıe kraski,
osobennosti stilistiki i izbejat izkatenii, oşibok» [9, 88].
A.Səhhətin tərcümə dili poetik, aydın, xəlqidir. A.S.Puşkinin «Qış» şeirinin
tərcüməsindən:
Budur, şimal yeli qopub guvuldar,
Sürükləyib buludları vıyıldar.
Budur, yenə qış necə ki var gəlir,
Şaxta gəlir, soyuq gəlir, qar gəlir.
Səpir qarı ocaqlara, kollara,
Dərələrə, təplərə, yollara [«Məktəb», 1911, №2].
Puşkinin gözəl şeiriyyətinin təsiri nəticəsində Səhhət təmiz azərbaycanca bədii
cəhətdən kamil sənət əsəri yaratmışdır. Zəngin Puşkin yaradıcılığından Səhhətin
çevirdiyi «Qış» şeirində «guvuldar», «vıyıldar», «xırıldar» kimi leksik vahidlər – təqlidi
sözlər işlətmiş, «necə ki var» frazeoloji birləşməsini poetik şəkildə səsləndirmiş, şeirdə
səslərin alliterisiyasını yaratmış və ana dilində səlis ədəbi-bədii şeir dilinin nümunəsini
yaratmışdır.
Krılov və Puşkindən əsərin əvvəllərində R.Əfəndiyevin tərcümələri də var.
R.Əfəndiyev də Krılovun «Kvartet»ini və Puşkinin «Qafqaz» şeirini dilimizə
çevirmişdir. A.Səhhətin tərcümələri sənətkarlıq və bədii keyfiyyət baxımından yüksək


298
olduğundan tədqiqatda onlardan söhbət açdıq. Rəşid bəy tərcümələrində sadə xalq
sözləri işlətsə də, dilin sadəliyinə fikir verilsə də, Səhhət tərcüməsi vəzn oynaqlığına,
aydınlığı və xəlqiliyinə görə üstündür və oxucular tərəfindən indi də sevilə-sevilə
oxunur.
XX əsrin əvvələrində rus uşaq ədəbiyyatından Azərbaycan dilinə olunan
tərcümələrin leksik-frazeoloji və bədii ifadə xüsusiyyətlərindən danışdıqda əvvəldə
qeyd etdiyimiz kimi satirik əsərlərin, o cümlədən Krılov təmsillərinin tərcüməsinə
diqqət yetirmək lazımdır. Elə bu cəhətdən də A.Şaiqin tərcümələri maraqlıdır. Ədibin
tərcümə leksionu zəngindir. Krılovun təmsillərinin satirik ruhunu saxlamışdır. Şaiqin
tərcümə leksikası sinonimlərlə zəngindir. Sözlərin üslubi məqamlarına görə öz yeri var.
Rus dilindəki satirik məna ifadə edən sözlərin yumorlu qarşılığını işlədərək çox vaxt
sinonimik cərgə yaradır. Şaiq tərcüməyə elə sözlər seçir ki, həmin söz rus dilindəkinə
uyğun olsun. Necə deyərlər, mənaca eyni mənşəli sözlər.
«Cırcırama və qarışqa» təmsili didaktik məzmuna görə Krılovun yaradıcılığında
xüsusi yer tutur. Şaiq Krılovdan etdiyi bu tərcümədə istədiyi əxlaqi-tərbiyəvi fikrini
verə bilmiş, bədii təsvir üsulu saxlamışdır. Şaiqin tərcümədə bəzi frazeoloji vahidləri və
idiomlatik ifadələri (məsələn,  «İ komu je v um poedet – na jeludok pot qolodnıy,
poprıqun Strekoza, Leto krasnoe və s.») atması təmsilin dilimizdəki mətnindəki satirik
ruhu, məzmun bütövlüyünü, ifadə tərzini azaltmamışdır.
Krılovun «Strekoza i murovey» təmsilinin ruscasından:
Poprıqunğə Strekoza.
Leto krasnoe propela;
Oqlənutğsə ne uspela,
Kak zima katiq v qlaza.
Pomertvelo çisto pole,
Net uje dney tex svetlıx bole,
Kak pod kajdım ey listkom
Bıl qotov i stol i dom.


299
Vse proşlo, s zimoy xolodnoy
Nujda, qolod nastaet:
Strekoza uj ne poët i t.
A.Şaiqin tərcüməsindən:
Cırcırama yay, bahar
Nəğmə oxur biqərar.
Hər çiçəyin yarpağı –
Olmuş idi oylağı.
Eyşə alışmış idi,
Başı qarışmış idi,
Tutdu xəbər bir zaman,
Qış yetişib, ay aman!
Yayı keçirmiş hədər,
Yox daha gündən əsər.
Qaldı o biçarə ac,
Tapmadı başqa əlac [10, 78].
Krılovun təmsili 30 misradan ibarətdir. A.Şaiq təmsili 28 misrada,  7 şeir
ölçüsündə, bayatı formasında tərcümə etmişdir. Gördüyümüz kimi, tərcümə orijinala
bədiilik və intonasiyasına görə çox yaxındır. Tədqiqatçı M.Mehdiyevə «Cırcırama və
qarışqa» təmsilinin tərcüməsi haqda belə yazır:  «S bolğşim taktom peredaet Şaik
krılovskie opisaniə strekozı i muravğə. On podiskivaet takie ustoiçivıe slovo-soçitaniə,
takie idiomı, kotorıe ne tolğko peredaet krılovkuö mıslb, no i vossozdaöt dux narodnosti
krılovskoy basni» [11, 119].
Tərcümənin keyfiyyətindən bəhs edən akademik M.Arif də çox düzgün olaraq
yazır ki,  «Cırcırama və qarışqa» təmsilinin tərcüməsində Şaiq daha çox bədiiliyə


300
müvəffəq olmuşdur. Əslində tamamilə yaxın, bədii cəhətdən qüvvətli olan bu
tərcümədən cırcıramanın qayğısızlığı, sonrakı peşimançılığı, qarışqanın mənalı və
hazırcavab mükalimələri elə bir incə kinayəli verilmişdir ki, oxucuda tam bədii təsir
oyadır. Şaiq «Cırcırama və qarışqa» təmsilini 1912-ci ildə tərtib etdiyi «Gülzar»
dərsliyinə də daxil edilmişdir. A.Şaiqin, A.Səhhətin və başqa mütərcimlərin
tərcümələrində Krılovun dilindəki didaktik məzmunlu fikirləri, rus atalar sözləri həmin
tərcüməçilərin vasitəsilə dilimizdə zərb-məsəl şəklində işlənməyə başlamışdır.
Krılovdakı idiomatik ifadə və frazeoloji birləşmələrin qarşılığı onun tərcüməçiləri
tərəfindən böyük məharətlə poetikcəsinə verilirdi. Məsələn, «Ac qarına bir nəfər nəğmə
oxurmu məgər?»  («Cırcırama və qarışqa»),  «Bərəkallah, qüvvətlicə Alabaş Filin üstə
əcəb gedir baş».

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin