Şamil Vəliyev – 50


«Vətən dili!» keçmişimiz, bugünümüz



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   43   44   45   46   47   48   49   50   ...   63
«Vətən dili!» keçmişimiz, bugünümüz
XIX əsrin II yarısında çağdaş şəraitdə önəmli, həyati mahiyyət qazanan xalq,
M.F.Axundzadə və H.B.Zərdabi öndə olmaqla yüzilliyin müxtəlif dönəmlərində
A.Ə.Hüseynzadə,
C.Ünsizadə,
A.O.Çernyayevski,
S.Vəlibəyov,
F.Köçərli,
R.Əfəndiyev, S.M.Qənizadə, N.Nərimanov, M.T.Sidqi və başqalarından ibarət müxtəlif


257
zümrələrdən, təbəqələrdən çıxmış ziyalılar H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev
kimi milyonerlər qoşuldu.
Cəmiyyətin islah edilərək yenidən formalaşmasında mühüm əhəmiyyət kəsb edən
mədəni atributlar – məktəb, ədəbiyyat, dil, mətbuab, nəşriyyat, əlifba, dərslik, teatr və
s. müzakirə olunmağa başladı. Əlli il davam edən müzakirələr çağdaş kapitalizmin
inkişafında azəri türklərinin tərəqqi yolları haqqında ideyaları, fikirlərinə aydınlıq
gətirdi.
Azərbaycan təhsil tariximizə 1874-cü ildə, Şamaxıda Hacı Səid Ünsizadənin
məsləhəti, Seyid Əzim və Səid Ünsizadənin yaxından iştirakı ilə açılan «məclis»
məktəbi ilk təşəbbüs rolunu oynasa da, milli xalq maarifimizin inkişafında, 1879-cu ildə
Gürcüstanın Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasının azərbaycanlılar
üçün «Azərbaycan şöbəsi» xüsusi, əvəzsiz rol oynadı.
Burada ilk dəfə olaraq Azərbaycan ibtidai məktəbləri üçün pedaqoji kadrlar
hazırlanmağa başladı. «Azərbaycan şöbəsi»nin müdiri A.O.Çernyayevski seminariyada
azərbaycanlılar üçün açılıb xüsusi ibtidai məktəbdə səsli metodu ərəb əlifbasının
tədrisinə tətbiq etdi. O, bu uğurlu sınaqla xalq maarifi sahəsində tam bir çevriliş
yaratmağa nail oldu» (prof. Xeyrulla Məmmədov)
A.O.Çernyayevski keçdiyi nümunə dərslərinin mətnlərinin əsasında dərslik tərtib
edib (I hissə)  1882-ci ildə kitab halında nəşr etdirdi. Bununla da bütün müsəlman
aləmində səsli üsula istinad edən ilk əlifba dərslikləri meydan gəldi. Beləliklə, «üsuli-
cədid» adlı təhsil hərəkatı yarandı.
A.O.Çernyayevski 1888-ci ildə S.Vəlibəyovla «Vətən dili» dərsliyinin II hissəsini
tərtib etdilər.
Ötən il «Vətən dili» dərsliyinin I və II hissələri AMEA-nın M.Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə latın qrafikalı əlifba ilə çap olunub.
Tərtib, transfonoliterasiya, ğn söz, qeyd, şərhlər, sözlük və cədvəllər istetadlı şərqşünas
alim Vüqar Aydın oğlu Qaradağlıya məxsusdur. Elmi redaktorlar akademik Vasim
Məmmədəliyev və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevdir.


258
Hər iki redaktor dərsliklərin yeni nəşrinə «Ön söz» yazmaqla həm «Vətən
dili»nin tarixi əhəmiyyətini, həm də V. Qaradağlınınkollektivin görə biləcəyi işin
təkbaşına öhdəsindən gəlməsini dəyərləndiriblər.    «…Vüqar Qaradağlının «Vətən
dili»nə müraciət olduqca təqdirəlayiqdir. Tərtibçi üç il ərzində apardığı gərgin iş
sayəsində «Vətən dili»nin leksik, stilistik, struktur və b. məsələləri müasir elmi tələblərə
cavab verə biləcək səviyyədə araşdırıb maraqdı nəticələrə gəlməyə müvəffəq olmuşdur.
O, təkcə mətni transfonoliterasiya etməklə kifayətlənməyib, eyni zamanda mətnə 3200-
dən artıq haşiyə vermiş, həmçinin 105000-dən artıq sözdən ibarət tezlik lüğəti və 40-a
yaxın cədvəl tərtib etmiş orijinal, tədqiqat əsəri hesab edilə biləcək hazırki nəşri çapa
hazırlamışdır» (akademik Vasim Məmmədəliyev)
Bu gün tarixi xidmətləri unudulmuş, yalnız pedaqoji tarixi ilə məşqul olan beş-üç
mütəxəssisin yaddaşında yaşayan «Vətən dili»nin nəşri günümüzün mədəni bir
hadisəsidir. Bu mənada fid. elm. nam. Vüqar Qaradağlı trixi iş görmuşdur. O, «Vətən
dili»ni tənqidi mətnini çapa hazırlayıb. Diqqəti xüsusi cəkən odur ki, V. Qaradağlı
dərsliyin tarixi orfoqrafiyasını qoruyub saxlayır. Bu, o deməkdir ki, çapdan
mütəxəssislər-filoloqlar və tədris-təhlil tarixçiləri, metodistlər orijinal kimi istifadə edə
biləcəklər. Bu nəşr müxtəlif sahələr üzrə onlarla tədqiqat üçün mövzu verəcəkdir»
(AMEA-nın müxbir üzvü Tofiq Hacıyev).
Bəli,  «Vətən dili» artıq tədqiqatçıların stolüstü kitabına çevriləcəkdir. Ərəb
əlifbasına biletlər də orijinalı oxumaqda müəyyən çətinliklərə çevrilmişdir. Ərəb
əlifbasını bilməyən «tədqiqatçıların» işini Vüqar Qarabağlı» lap yüngülləşdirmişdir.
Qurani-Kərimin dilimizə ilk tərcüməsini sonrakı çox saylı təkrar nəşrlərinin
redaktoru olan Vüqar bəy deyərmiş asan işlərdən uzaq qaçır. Çox zəhmətli, gərgin
əziyyətli bir işin öhdəsindən məharətlə gəlmişdr.
Həmçinin folklorşünaslarımız üçün də bu nəşr bir mənbədir. İlk dəfə şifahi xadq
ədəbiyyatının nümunələri buraya toplanılmış, yazıya alınmışdır.
Bu gün ali məktəblərin filologiya və ibtidai təhsil fakültəsində bakalavar, eləcə də
magistr təhsili alanlara. «Vətən dili» ndən mühazirələr oxunmalıdır. Onlara bu nəşr dərs


259
vəsaiti kimi tövsiyə olunmuşdur.  «Mən deyərdim «Vətən dili» ilk dərslərimiz
olduğundan onda müqəddəslik var.  «Vətən dili» bizə doğmadır. Bu qiyabi doğmalığı
əyaniliyə çevirən V.Qaradağlıya elmi ictimaiyyətin hər bir nümayəndəsi, eləcə də
soydaşları öz şükranlarını bildirir və bildərəcəklər.
Tərtibçi «müqəddimə» də çox düzgün olaraq yazır:  «Bu gün adlarını
qəribləşdirən, atalarının adlarını, soyadlarını hətta fikrlərin dəyişdirənlər, bir sözlə
əsillərini dananlar, azərbaycanlı, müsəlman olduqlarından utananlar üçün «Vətən dili
əvəzsiz qaynaqdır («Vətən dili» səh.26).
Ümumiyyətlə, tədqiqatçı qarşısına qoyduğu məqsədə çatıb, çətin vəzifənin
öhdəsindən məharətlə gəlib və elmi-pedaqoji ictimaiyyətə, oxuculara maraqlı bir
tədqiqat təqdim etmişdir. Əsər dərslik, ümumiyyətlə, pedaqoji fikir tarixinin
araşdıranlar üçün qiymətli mənbədir.  «Çox qiymətli cəhətlərdən biri odur ki,
V.Qaradağlı dərslikdəki mətnlərin sözlüyünü, mükəmməl
mükəmməl lüğətini
hazırlamışdır. Bu lüğət təkcə haqqında danışılan kitabın yox, bütğvlükdə klassik
ədəbiyyatın dilini bilməklə – tələblərə, aspirantlara, orta məktəb müəllimlərinə ömək
edəcəkdir. Mən bu sözünü Əkrəm Cəfərin «Hophopnaməyə hazırladığı lüğətə müqayisə
edərdim» (T.Hacıyev).
Vüqar, adaşım, qardaşım, qələmdaşım, nəhayət soydaşım, Vətənini sevən
təəssübkeş vətəndaşım. Böyük iş görmüsən. Böyük alimlər də işinə qiymət verib. Hələ
veriləcək də. Allah bu xidmətini mükafatlandıracaq, dövlət də xalq də və nəhayət tarix
də… Ulu baban H.Qaradağlının – ədəbiyyat tariximizə, atan Aydın Qaradağlının
dünyanın ən məsləhətli avazı səs yoldaşımıza həqq olunub. Sənin bu işlərin, geniş
erudisiyan, yaradıcılığının geniş coğrafiyası məni sevindirir. Vaxt gələcək sənin də
haqqında yazılacaq, əsərlərin XXI əsrdə çap olunacaq. Ot kökü üstə bitər. Ata nəslin
H.Qaradağlı, ana nəslin C.Cabbarlıya ilişkilidir. Hər iki şəcərən şərəflidir. Özü də şərəfli
yol tutmusan. Vaxt gələcək balaların fəxr edəcək.


260
«Vətən dili» bizim azəri türkcəmizdir. Dünyadakı 50 milyonluq soydaşlarımızın
canları qədər sevdikləri Azərbaycan dilidir. Qeyd etdiyim kimi, «Vətən dili» hamımıza
doğmadır, müqəddəsdir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin