Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə58/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   54   55   56   57   58   59   60   61   ...   101
Biz tez-tez öz uşaqlarımız üçün laylay oxuyuruq ki, özümüz ya­taq.
Bizim sözlərimiz əqlin qonaqlıq masasından tökülən qırıntılar­dan artıq bir şey deyil.
Dərrakə həmişə poeziyanın ilişdiyi daşdır.
Ən böyük müğənni bizim sükutumuzu oxuyandır.
Dahi gecikmiş baharın əvvəlindəki moruğun nəğməsidir.
Hətta ən çox pərvazlanmış ruh da fiziki ehtiyaclardan kənar qala bilməz.
Bəli, nə səndən, nə də məndən az dərəcədə musiqiçi deyil; ancaq onun aləti bir az kökdən düşüb.
Heç bir ehtiraslı cəhd söndürülməmiş qalmır.
Mən heç vaxt mənim ikinci «mən»imlə tam razılaşmamışam. Yə­qin həqiqət ikimizin arasındadır.
Sənin ikinci «mən»in həmişə sənin qüssəni çəkir. Axı o, qüssə üzə­rində böyüyür; deməli, hər şey gözəldir.
Ruh və bədən arasında mübarizə yalnız o kəslərin əqllərində ge­dir ki, onların ruhları mürgüləyir, bədənləri isə solub.
Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə.
Biz ancaq onun üçün yaşayırıq ki, gözəlliyi kəşf edək. Qalan şey­lər intizarın əlvanlığıdır.
İblis sən doğulan günü öldü.

Ona görə də mələyi görmək üçün sənə cəhənnəmdən keçmək lazım deyil.
Nəyə isə malik olmaq istəyirsənsə, onu tələb etməməlisən.
Kişi qadının əlinə toxunanda, hər ikisi əbədiyyətin ürəyinə toxunur.
Məhəbbət – iki sevən arasında örtükdür.
Qadınların kiçik qüsurlarını bağışlamayan kişilər heç vaxt on­la­rın böyük məziyyətlərindən zövq ala bilməzlər.
Hər gün təzələnməyən məhəbbət adətə çevrilir, bu da öz növbəsində köləliyə.
Məşuqlar daha çox bir-birini yox, aralarındakını qucaqlayırlar.
Məhəbbət və şübhə heç vaxt yola getməzlər.
Biz heç vaxt bir-birimizi başa düşməyəcəyik, əgər dilimizi yeddi sözə gətirməsək.
Yalnız sonsuz kədər və ya sonsuz sevinc sənin həqiqi mahiyyətini açmağa qadirdir.

Əgər sən açılsan, sən gərək günəşin altında çılpaq oynayasan, ya da öz yükünü daşımalısan.
Sən arxası günəşə dayananda, ancaq öz kölgəni görürsən.
Sən gündüzlər, günəşin altında azadsan, sən gecələr, ulduzların altında da azadsan;

Sən nə günəş, nə ay, nə ulduz olmayanda da, azadsan.

Sən hətta bütün varlıqlara göz yumanda da azadsan.

Ancaq sən sevdiyinin köləsisən, çünki onu sevirsən.

Və sən səni sevənin köləsisən, çünki o, səni sevir.
Mən qonağı kandarda saxladım və dedim: «Xeyr, ayağını gi­rən­də yox, çıxanda sil».
Alicənablıq o deyil ki, sən mənə elə bir şey verdin ki, mənim ona ehtiyacım səndən çoxdur. Elə bir şeydir ki, sən mənə sənin özünün ötüşə bilməyəcəyin bir şeyi verəsən.
Biz tez-tez gələcək günlərdən borc götürürük ki, keçmiş günlərin borclarını qaytaraq.
Olur ki, mənim də yanıma mələklər və iblislər gəlirlər, ancaq mən asanca onlardan qurtuluram.

Mələk gələndə köhnə duanı oxuyuram, o da darıxır.

İblis gələndə köhnə bir günah edirəm, o da çıxıb gedir.
Bu o qədər də pis həbsxana deyil, ancaq mənim kameramı qonşu kameradan ayıran divar mənim xoşuma gəlmir.

Ancaq etiraf edim ki, mənim ağlımdan da keçmir ki, ya nəzarətçini qınayım, ya da bu həbsxananı Tikəni.
Ola bilsin ki, sən balıq istəyəndə sənə ilan verənin başqa bir verəcəyi yoxdur. Deməli, bu, onlar tərəfdən bir alicənablıqdır.
Olur ki, yalan müvəffəqiyyət gətirir, ancaq o, ömrünü özü­nə­qəsd­lə başa vurur.
Sən bir damcı belə qan axıtmayan qatili, heç nə oğurlamayan oğ­runu, bir kəlmə olsun yalan danışmayan yalançını əfv edəndə, hə­qi­qə­tən alicənabsan.
Qoy, öz kirli əllərini sənin paltarına silən o paltarı özünə gö­tür­sün. Ona o lazım ola bilər, sənə isə heç vaxt.
Heyf ki, sərraflar heç vaxt mehriban bağban ola bilmirlər.
Xahiş edirəm, anadangəlmə nöqsanlarını sonradan qazandığın xoş mə­ziy­­yət­lərin altında gizlətmə. Qoy, mənim nöqsanlarım mənimlə qalsın, onlar mənə bənzəyir.
Mən tez-tez etmədiyim cinayətləri öz adıma çıxırdım ki, başqası mənim yanımda özünü sərbəst hiss eləsin.
Hətta həyatın maskası da daha dərin sirrin maskasıdır.
Sən başqası haqqında ancaq özünü nə dərəcədə yaxşı tanı­ma­ğı­na uyğun olaraq mühakimə yürüdə bilərsən.

İndi mənə de görüm, kim günahkardır, kim günahsız?
Həqiqətən o kəs ədalətlidir ki, özünü sənin cinayətlərində yarı günahkar bilir.
Ola bilər ki, insan özünüqoruma hissindən özünü öldürür.
Qədim zamanlarda bir İnsan var idi ki, insanları çox sev­di­yin­dən və insanların onu çox sevdiyinə görə onu çarmıxa çəkmişdilər.

Maraqlı işdir, mən dünən 3 dəfə ona rast gəldim.

Birinci dəfə o, polisdən xahiş edirdi ki, bir əxlaqsız qadını həbs­xa­­naya at­masın. İkinci dəfə avaralarla avaralanırdı. Üçündü dəfə mə­bə­din divarları­nın yanında cəsusla yumruq davasına çıxmışdı.
Xeyir və Şər haqqında deyilənlərin hamısı doğrudursa, onda mə­nim bütün həyatım ardı-arası kəsilməyən (davamlı) bir cinayətdir.
Tez-tez mən nifrəti özünümüdafiə hissindən edirdim, ancan güclü olsaydım, heç vaxt belə bir silaha əl atmazdım.
Sən deyəndə ki, «Mən səni anlamıram», bu sözlər mənə layiq olmayan tərifdir, sənə isə layiq olmayan təhqirdir.
Həyatın qəlbinə çatmaqla, sən anlayacan ki, sən cinayətkardan uca, peyğəmbərdən aşağı deyilsən.
Topalın öz çəliyini düşməninin başında sındırmaması daha müdrik olardı.
Həyat addımlamadır. Kim yavaş gedirsə, o [addımlama], onun üçün çox sürətlidir, buna görə də, kənara çıxır.

Kimin addımı sürətlidirsə, onu [addımlamanı] qeyri-adi asta hesab edir və o da kənara çıxır.
Həqiqətən xeyirxah olan o kəsdir ki, bütün qəddar hesab edi­lən­lər­lə vəhdətdədir.
Bizim hamımız məhbusuq, ancaq bəzilərinin kameralarının pən­cə­rəsi var, bəzilərinin yoxdur.
Təəccüblüdür ki, biz öz yalnışlıqlarımızı daha çılğın müdafiə edirik, nəinki öz haqlılığımızı.
Biz öz günahlarımızı bir-birimizə etiraf etsəydik, gülərdik ki, bizim necə də az uydurmalarımız var.

Bir-birimizə məziyyətlərimizi açsaydıq, yenə eyni şeyə gülərdik.
Fərd insanın qoyduğu şərtilikləri keçməyənə qədər insanın qoy­du­ğu qanunların fövqündədir; ondan sonra isə o, bizdən nə ucadır, nə aşağı.
Başqasının nöqsanını deməkdən böyük nöqsan varmı görəsən?
Kimsə sənə gülsə sənin ona yazığın gələ bilər, amma sən də ona gülsən, bunu özünə bağışlaya bilməzsən.

Kimsə səni incitsə, sən bu incikliyi unuda bilərsən, amma sən onu incitsən, bunu həmişə xatırlayacan.

Doğurdan, o biri sənin ən həssas mahiyyətindir, sadəcə başqa bir bədənə bürünüb.
Gözəlliyin hüdudlarından kənarda nə din var, nə elm.
Mən odam, mən həm də quru çırpıyam, mənim bir hissəm digər hissəmi məhv edir.

Müdriklik o zaman daha müdriklik olmur ki, ağlamaq üçün çox qü­rur­lu, gülmək üçün çox ciddi, özündən qeyrisini axtarmaq üçün çox özünəqapalı olur.
Biz səninlə, dostum, həyata, bir-birimizə,

öz-özümüzə yad olacağıq,

O günə qədər ki, sən səslənəcən və mən səni eşidib,

düşünəcəm ki, bu, mənim öz səsimdir;

Mən sənin qarşında dayananda,

özümü güzgünün qarşısında hesab edəcəm.
Ancaq ürəkləri sirrlər saxlayan kəslər bizim ürəklərin sirlərini anlamağa qadirdir.
Sənin sevincin və kədərin böyüyəndə bütün dünya kiçilir.
İstək həyatın yarısıdır, laqeydlik ölümün yarısıdır.
İman ürəklərdəki oazisdir ki, ora təfəkkürün karvanı heç vaxt çata bilməz.
Qəribədir ki, onurğası olmayan varlıqların ən bərk zirehi var.
Mən sənin qarşında təmiz güzgü kimi dayananda, sən mənə bax­dın və öz əksini gördün. Onda sən mənə dedin: «Mən səni sevirəm».

Əslində, sən məndə özünü sevdin.
Sən öz məhəbbətinlə başqa birinə yapışırsansa, o, məziyyət olmaqdan çıxır.

Mən öz ürəyimdən inci yaratmağa çalışan balıqqulağı kimiyəm. An­caq deyirlər ki, inci balıqqulağının xəstəliyindən başqa bir şey deyil.



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin