Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə67/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   63   64   65   66   67   68   69   70   ...   101
Adamın yanaqlarından iki damla göz yaşı axdı və böyük cüssəsi sarsılmağa başladı. Ona yazığım gəldi və:

Əgər bu adamı xatırlamaq sənə əziyyət verirsə, hekayənin davamını anlatma.



Ey bəxtəvər elçi, könlün rahat olsun! Bu sıxıntı göz yaşları, kapitanlığın dadını bilib onu öz əlləriylə yox edən bir insanın kibrinin göz yaşlarıdır. Bu kibri bəzən özünün və kapitanlığının yasını tutur. Bu, öldürücü ağzın hakimiyyətidir! Dişlərini yaşadan ruhun ha­kimiy­yə­ti qarşısında qıcırdadır! İzin ver, qoy kibir ağlasın! Çünki o, bundan son­ra başqa göz yaşı tapa bilməyəcək. İzin ver hakimiyyət dişlərini qıcırdatsın! Çünki yaxında o da dişlərini itirəcəkdir.

Eyib olsun gözlərimə! Onun ilahi halını ilk dəfə gördükləri za­man kaş ki, dumanlı olmasaydılar! Eyib olsun qulaqlarıma! İlahi alim­li­yi ilə onlara danışdığı zaman, kaş ki, dünyanın hikməti ilə dol­ma­say­dı­lar! Eyib olsun dilimə! Ruhun özünə batırılmış olan dilinə qarşı gəl­di­yim zaman, kaş ki, dilimi arı sancsaydı! Lakin qürurum və qor­xu­la­rım başıma bəla oldular. Yəqin ki, hələ də bəla olacaqlar.

Bərabər yeddi il keçirdik. Bu illər içində onu təvazökar, etibarlı, nəzakətli, sakit təbiətli, qabiliyyətli və yoldaşının ən kiçik bir istəyində belə özünü tamamilə onun istəyinə istinad edən biri kimi tanıdıq. Ad­dım atıb gəzdiyi zaman elə bil havada süzülürdü. Bir kəlmə belə da­nış­mır­dı. Biz onun susma andı verdiyini sanmışdıq. Əvvəllər aramızdan bə­ziləri onu ələ salaraq səssizliyini pozmağa çalışdılar. Lakin o bütün bu hərəkətləri çox təmkinlə qarşıladı. Sonra artıq hər kəs onun səs­siz­li­yinə hörmətlə yanaşdı və onu narahat etməməyə çalışdılar. Ancaq onun səssizliyi, onunla yoldaşlıq edənlərin əksinə məni narahat edir, təm­kinliyi isə məni qorxudurdu. Bir neçə dəfə onun səssizliyini və təmkinliyini pozmağa çalışdım. Lakin faydasız idi!

Adının Mirdad olduğunu dedi. Biz də elə çağırırdıq onu. Lakin kim idi, haralı idi, kimin oğlu idi, nədən xoşlanırdı − bunlar haqqında bizə heç bir şey anlatmamışdı. Amma bütün bunlara baxmayaraq onun varlığı bizə çox təsir etmişdi.

Mirdanın gəlişindən yeddi il müddətində bolluq içində yaşadıq. Çünki o illər ərzində gəminin gəliri yeddi qat artmışdı. Məhz bu illər ər­zində də qəlbim ona uyğunlaşdı, hətta yoldaşlara onu bizdən biri ki­mi qəbul etmələrini belə xahiş etdim. Xüsusilə Tanrının təqdiri ilə onun aramıza gəldiyinə, məhz yoldaşımızın öldüyü vaxt gəldiyinə diq­qət çəkdim.

Elə o vaxt, heç gözləmədiyimiz bir anda bir hadisə baş verdi. Heç kəs bunu təxmin edə bilməzdi. Xüsusilə də mən yazıq! Mirdad do­daqlarındakı möhrü sındırmışdı. Bununla da fırtına qopmuşdu. Güclü bir sel kimi gələn və bütün yoldaşları önünə alan səssizliyinin ar­xa­sın­da gizlətdiyi hislərini və düşüncələrini söyləməyə başlamışdı. Sona qə­dər onunla mücadilə edən Şəmadimdən başqa hər kəs bu selə uy­muş­du. Mən kapitan səlahiyyətimin gücü ilə selin qarşısında durmaq, onun axarını tərsinə çevirmək istədim. Lakin yoldaşlar Mirdadın gücündən başqa bir güc qəbul etmək istəmədilər. Artıq o əfəndi olmuşdu, Şə­ma­dim isə vəzifəsində yetərsiz qalmışdı. Doğru olmağım və ya təh­did­lə­rim fayda vermədiyi zaman mən hiylə etdim, yaltaqlandım. Bəzi yol­daş­ların başını pul ilə aldatdım. Bəzilərinə isə böyük torpaq sahələri vəd etməklə yoldan çıxartdım. Əgər Mirdad bunu öyrənib işimi poz­ma­say­dı, mən hər kəsi öz tərəfimə çəkəcəkdim.

Mirdadın müjdələdiyi inanc çox maraqlı və eyni zamanda çətin idi. Hamısı kitabda izah edilmişdi. Lakin onun haqqında danışmağım doğru olmaz. Buna təəccüb etməyin. Çünki Mirdad sizi qarın qat­ran­dan daha qara olduğuna, qatranın da qardan daha ağ olduğuna inan­dıra bilərdi. Söylədiyi dəlillər elə qəti idi ki, onları inkar etmək müm­kün deyildi. Danışma tərzi isə, canlı və axıcı idi. Axıcı danışma tərzim ol­madığına və dəlil gətirə bilmədiyimə görə belə bir silaha nə ilə cavab verə bilərdim? Məndə gəminin möhründən başqa silah qalma­mış­dı. Onsuz da bu silahın da mənə faydası olmadı. Çünki yoldaşlar Mir­dadın cazibəsinə və gözəl danışıq tərzinə məftun olmuşdular. Məni yazılacaq hər sənədi imzalamağa və gəminin möhrü ilə möhürləməyə məcbur etməyə başladılar. Beləliklə də, inanclı bir çox nəslin hədiyyə etdiyi geniş əraziləri hissə-hissə payladılar. Sonra isə Mirdad ətraf kəndlərdəki ehtiyac sahiblərinə hədiyyələr göndərdi. Gəmidə qeyd olunan iki festivaldan biri − Üzüm festivalı (ikincisi Gəmi festivalıdır) − qeyd edildiyi zaman Mirdad gəmidəki bütün hədiyyə və əşyaları çölə çıxarıb, toplanan insanlara paylamağı əmr etdi.

Bütün bunları bu günahkar iki gözümlə gördüm və yaşadım. Mir­­dada qarşı hiss etdiyim qəzəb və nifrətimdən partlayan qəlbimə yaz­­­dım bütün bunları. Əgər nifrət qılınc kimi kəsə bilsəydi, mən qəl­bim­­də qaynayan bu nifrətlə min Mirdad öldürə bilərdim. Lakin onun sev­­gisi mənim nifrətimdən çox böyük idi. Qürurum da yerin dibinə gi­rib, ayaqlar altına düşdükdən sonra geri gəldi. Əslində Mirdad mə­nim­­lə güləşmədən məni yerlə bir etdi. Düzdür, mən olunla savaşdım, mü­­­cadilə etdim, ancaq bu savaş əslində mənim öz nəfsimlə idi. O çox ça­­lışdı ki, tərtəmiz sevgisi və sonsuz səbri ilə gözlərimdəki qapqara pər­­dələri qaldırsın! Lakin mən gözlərimə daha qalın və daha da qara pər­­dələr axtardım. O mənimlə nə qədər mülayim davrandısa, mən onun­­la o qədər kobud oldum.

Mirdadla eyni sahədə savaşdıq. Lakin onun sanki nəhəng bir or­du­su vardı. Mən isə köməkçisi olmayan yalnız bir insan kimi... Əgər yol­daşlarım mənə kömək etsələrdi, onu məhv edəcəkdim, qəlbini si­nə-si­ndən çıxardıb, yeyəcəkdim. Əfsuslar olsun ki, yoldaşlarım ona tərəf ol­dular. Necə də xain idilər! Necə də qorxaqdılar! Mirdad! Mirdad! Nəhayət intiqamını məndən aldın!


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin