Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə65/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   61   62   63   64   65   66   67   68   ...   101
qədər az şeyə sahibəm, nə qədər az şey mənə sahibdir

Nə qədər çox şeyə sahibəm, nə qədər çox şey mənə sahibdir

Sahib olduğum şeylər azaldıqca artır qiymətim

Sahib olduğum şeylər çoxaldıqca azalır qiymətim

O qədər asan şeylər var ki, çətindir, bir o qədər də çətin olanlar asan

Haydı, gedək qızım!

Birdən yaşlı qadın gənc qızın əlindən tutub getməyə qalxdı. Ağ­lım­da ondan soruşmaq istədiyim çox sual vardı. Ancaq sadəcə biri di­li­mə gəldi:

- Qoca, zəhmət olmasa getmədən əvvəl mənə təpədən çox uzaq ol­madığımı deyə bilərsənmi? – deyə soruşdum.

- Qapqara bir qaranlıqda dibi olmayan bir çuxurun kəna­rın­da­san, – deyə cavab verdi.

Qoca və gənc qız mağaradan çıxdılar və gözdən itənə qədər köl­gə­ləri mağaranın divarlarında əks oldu. Nəyə görə ürpəndiyimi başa düşə bilmir­dim. Sonra bu ürpəntini başqa ürpəntilər izlədi. Elə bil ma­ğa­ranın divarları ət­rafa buz kimi soyuq hava tənəffüs edirdi. Dişlərim so­yuqdan bir-birinə dəy­­­­məyə başlamışdı. Səpələnmiş, qarışmış düşün­cə­lərim də eləcə. O gündən o saata qədər başıma gələnləri düşünüb an­lamağa çalışırdım, amma nafilə! Səv­­­van yoxuşunun sirri! Zarafatçı mü­hafizəçi! Bu yaşlı və onun yanındakı gənc qız! Çılpaq, hər tərəfi çü­rü­müş, axmaq, yaralı, aclıq və soyuqdan yor­­­ğun düşən mən; belə bir ma­ğarada və belə bir çuxurun kənarında axı nə işim var? Bir mənası yox idimi bütün bunların? Əcaba nə idi? Yoxsa artıq tə­pə­­­yə ya­xın­laş­mış­dım? Əcəba ora çıxa biləcəmmi? Bu gecənin bir başqa ge­cə­­si olacaqmı?

Düşüncələrimi topladığım an, bir it hənirtisini eşitdim və ma­ğa­ra­nın yaxınlığında, həm də çox yaxınlığında bir işıq parıltısı gördüm.

Görürsənmi canım, şansa inananlara şans necə də gülür! Şans­dan heç vaxt ümidini üzmə!” − deyə yaşlı, kürəyi qozbel, dizləri bü­kül­müş və saq­qal­­ları göbəyinə qədər uzanmış bir adam səsləndi. Da­nış­dı­ğı qadın da onun­la eyni yaşlarda, qozbel, dizləri bükülmüş və ağ­zında diş­­dən və sümükdən əsər qalmamış bir mağaraya bənzəyirdi. Başında isə saçdan çox qıla ox­şa­yan bir neçə dağılmış tel vardı. İki yaşlı insan əl­­lərindəki lampanın işığında mə­nə diqqət etmədən mağarada do­laş­dı­lar. İkisi də çox nadir dadı olan mey­və­ni yemiş kimi yalamağa baş­la­dılar.

Şansın bu gecə toyumuz üçün hazırladığı bu əvəzsiz saray, doğ­rudan da bizim sevgimizə layiqdir. İtirdiyin əsanın əvəzinə bu əsa da gözəldir və sağ­lamdır. Bundan sonra artıq səndələməyəcəksən.

Yaşlı adam boğazını udacaq kimi çıxan bu sözləri qısa-qısa kəl­mə­lərlə deyirdi. Sonra isə əsanı əlinə aldı və yoldaşına verdi. Yaşlı qa­dın isə bir ana­nın övladını qucaqladığı kimi əsanı qucaqladı və başdan so­na əsanı solmuş bar­maqları ilə tumarlamağa başladı. O an sanki yaş­lı kişi mənim varlığımı hiss etdi. Mənə üzünü çevirmədən yol­da­şı­na:

Bu yabancı sarayımızı dərhal tərk etməlidir. Bu gecə bütün ya­­ra­dıl­mış­lardan uzaq, gecəmizin xəyallarını birgə quracağıq, – dedi.



Qocanın sözlərini eşitdiyim an, elə bil şimşək məni vurmuşdu. O an­­da, xüsusilə itin, elə bil sahibinin əmrini yerinə yetirmək üçün diş­lə­ri­ni mə­nə göstərib yaxınlaşdığını gördüm. Mağaradan dərhal çıxmaq la­zım idi, çün­ki ona qarşı gələ biləcək taqətim yox idi. Bu səhnənin qor­xusundan tir-tir əs­məyə başladım. Sanki başqa biri tərəfindən idarə edi­lən və heç bir ha­ki­miy­yətimin olmadığı bir maşın kimi, gah durur, gah da mağaranın çıxışına do­ğru yürüyürdüm. Bu müddət ərzində, var gü­cümlə danışmağa, özümü mü­­dafiə etməyə və haqqımı dilə gətirməyə çalışırdım. Nəhayət böyük bir səy­dən sonra;

Əsamı aldınız. Xeyirli olsun! Bu gecə sığındığım bir tək bu ma­ğara­dan məni çıxaracaq qədər zalımmısınız? – deyə bildim.



Lakin onlar mənə bir kəlimə belə cavab verməyə enmədilər. Əksinə:

Əsasız yürüyən insan

Səndələməkdən canı qurtarar hən an

Bir evdən diksinən insan

Hər yerdə yaşaya bilər hər zaman

Bizə yazıqlar olsun, əsaların əsiriyik!

Bizə yazıqlar olsun, evlərin əsiriyik!

Bizə yazıqlar olsun, bizə yazıqlar olsun!

deyə mızıldanmağa başladılar.



Bir tərəfdən mırıldanır, bir tərəfdən də üzümə baxmadan, solmuş barmaqlarıyla yataqlarını hazırlayırdılar. Bu məni qorxutdu:

Əllərimi görmürsüz? Ayaqlarımı görmürsüz? Mən bu yoxuşun çə­tin yol­larında izini itirmiş qara bəxtli bir səyyaham. Bura qədər yo­lu­mu qa­nım­la salmışam. İndi isə bu qap-qaranlıq, sizin yaxşı ta­nı­dı­ğı­nız qorxunc dağın bir qarış yerini belə görə bilmirəm. Sizdə heç mər­hə­mət hissi yoxdur? Cəza al­maqdan qorxmursuz? Əgər sabaha qədər bu mağarada sizinlə birlikdə qal­ma­ğıma icazə vermirsizsə, o zaman heç olmasa lampanızı mənə borc verin, – dedim.



Başqa bir mahnı ilə mənə cavab verdilər:

Sevgi satın alına bilməz

İşıq borc alına bilməz

Sev ki, görülməyəni görə biləsən

İşıq saç ki, istədiyin yerə gedə biləsən

Yolun haradır?

İnilti günü!

Yerin nəfəs almadığı gün!

Gecənin qəlbinin vurmadığı gün!

Sabahın işığının olmadığı gün!

İki yaşlı və ya gəlin ilə bəy, məni o qədər dəyərsiz gördükləri üçün hirsimdən partlamaq dərəcəsinə çatmışdım. Lakin hirsimə hakim ol­dum və faydasız olduğunu bildiyim halda onlara yalvarmağa baş­la­dım. Çünki gizli bir qüvvənin məni mağaraya itələdiyini hiss edirdim.

Ey mələk üzlü qocalar, gecənizin gözəlliyini pozmaram. Mən də sev­gi­ni yaşadım. Buna görə də sizə rahatlıqla əsamı hədiyyə edə­cə­yəm. Toy ge­cə­si üçün seçdiyiniz bu mağaranı sizin xətrinizə tərk edə­cə­­yəm. Lampanızı mə­nə vermədiniz, ancaq sizdən kiçik bir xahiş edə bi­­lərəmmi? Əcəba məni ma­ğaradan çıxarıb təpəyə doğru istiqamə­t­lən­di­rə bilərsinizmi? Həm is­ti­qa­mə­timi, həm də yolumu azmışam. Dağa nə qədər çıxdığımı və daha nə qədər çı­xacağımı bilmirəm.



Yalvarışlarım onlara heç təsir etmədi. Əksinə əvvəlki kimi mırıl­da­mağa davam etdilər:

Nə qədər çıxdıqsa, o qədər endik

qədər endiksə, o qədər çıxdıq

Nə qədər zənginləşdiksə, o qədər fəqirləşdik

Nə qədər fəqirləşdiksə, o qədər zənginləşdik

Malları bizə borc, bizim mallarımız bizə borc

Nə xoş hal o kimsəyə ki

Hesaba çəkilənə və borcu hesab etməyənə!

Ürəyim sıxıldı; hirsimdən partlayacaqdım. Çünki bu yaşlı in­san­lar­la danışmağın bir faydası yox idi. Lakin saman çöpünə sarılan, bo­ğul­maq üzrə olan biri kimi idim. Onlardan son ricam isə mağaradan çıxdığım zaman ilk addımımı hansı tərəfə atmam idi. Çünki atacağım hər bir addım ölüm ola bilərdi. Səbirsizliklə onların cavabını göz­lə­yir­dim. Ancaq çox keçmədi ki, yenə o qəribə mahnılarından birini oxu­ma­ğa başladılar. Üzülmüşdüm və ağlım əməlli başlı qarışmışdı.

Ey dərin çuxurun qucağı

Necə də qaranlıqsan!

Ey dərin çuxurun kənarı

Necə də yumşaqsan!

Kərtənkələ və dəvə quşu

Dəniz və bulud

Günəş və fitil

Meymun və ceyran

Düyü və gəvən ağacı

Torpaq və kül

Cücə və div

Mirvari və palçıq

Ağızdakı dad

Burunda tilov iynəsi

Peşmanlıq pəncərəsindən

Yoxluq çuxurundan

Gurultu ordadır

Səssizlik burda

İstəyirsənsə öl, yaşamaq üçün!

İstəyirsənsə yaşa, ölmək üçün!

Birdən lampa söndü. Lampanın sönməsi ilə o qəribə iki varlıqla ra­zı­laş­­maq ümidim də bitdi. İməkləyə-iməkləyə mağaradan çıxdım. İt isə sü­rün­mə­­yə davam etməyim üçün təkidlə məni izləyirdi. Mağaranın bayırında aya­ğa qalxdım və bütün varlığımla qapqaranlığın ortasında olduğumu hiss et­dim.

Addım-addım yürüməyə başladım. Üçüncü addımda birdən da­ğın ayağımın altından sürüşdüyünü, nəfəsimi daraldan və aşağıya, ən di­­bə doğru məni çəkən bir qaranlığın girdabında boğulduğumu hiss etdim.

Mən o zülmət qaranlıqda dərin çuxurun zindanında olduğum za­man, göz­lərimin önündən keçən son şəkil, o iki cin varlığın şəkilləri idi. Nəfə­si­min burnumun dəliklərimdə donmuş bir halda mırıldadığım son sözlər də onların sözləri idi.

İstəyirsənsə öl yaşamaq üçün!

İstəyirsənsə yaşa ölmək üçün!


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin