Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Sinifdənxaric və məktəbdənkənar musiqi məşğələlərin məzmunu və planlaşdırılması



Yüklə 191,07 Kb.
səhifə23/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   19   20   21   22   23   24   25   26   ...   71
musiqi1 kopyası kopyası

Sinifdənxaric və məktəbdənkənar musiqi məşğələlərin məzmunu və planlaşdırılması

Məktəbdə keçirilən sinifdənxaric musiqi məşğələləri və kütləvi tədbirlər şagirdin əxlaq tərbiyəsinin, əqidə və dünyagörüşünü, estetik zövq və ideallarının formalaşmasında mühüm rol oynayır. Məqsədyönlü iş apardıqda musiqi şagirdin əqli inkişafına da təsir edir. Musiqinin istər dinlənilməsi və istərsə də öyrədilməsi – tərbiyəvi prosesdir. Məhz buna görə də məktəblərdə musiqi dərsi ilə bağlı sinifdənxaric işlərin planlaşdırılmasına və məzmununa xüsusi fikir verilməlidir. Əvvəl mənəvi tərbiyə əhəmiyyətli uşaq mahnılarına daha geniş yer verilirdi və şagirdlərdə vətənpərvərlik, beynəlmiləlçilik, yoldaşlıq, kollektivçilik və s.bu kimi keyfiyyətlər formalaşdırılırdı. Hal-hazırda bu keyfiyyətlərlə yanaşı digər keyfiyyətləri aşılayan müxtəlif mövzulu mahnılar da öyrədilir və şagirdlərin dünyagörüşü, bu sahədə bilikləri artır. 


Məktəbdə keçirilən tədbirləin mövzusu və keçirilmə tarixi müəllim tərəfindən müəyyənləşdirilir. Dərnəklərin isə təqvim-tematik planı tutulur və həftədə 2 dəfə keçirilməklə təsdiq olunmuş plan əsasında aparılır.



  1. Qamma və onun pillələri, Major və minor qammalarının quruluş formulu, tonallar

Yuxarı və aşağı istiqamətdə əsas səslərin öz yüksəkliyinə görə tonikadan tonikaya qədər ardıcıl düzülüşünə qamma deyilir. Qammanın musiqidə çox böyük əhəmiyyəti vardır, çünki ucalıq etibarilə səslərin münasibəti qammada daha aydın göstərilir.


Qammanın tərkibini 7 əsas səs təşkil edir ki, onlara qammanın pillələri deyilir. Qammanın pillələri rum rəqəmi ilə işarələnir.
Qammanın pillələrinin adları aşağıdakı cədvəldə göstərilir:
I pillə - Tonika
II pillə - Alt aparıcı ton
III pillə - Üst meridian
IV pillə - Subdominanta
V pillə - Dominanta
VI pillə - Submedianta
VII pillə - Yuxarı aparıcı ton
Major və minor qammalarının quruluş formulu. Tonallar. 
Qammanın və ya ladın I, III, V sabit pillələri böyük və yaxud major üçsəsli akkordunu əmələ gətirdiyinə görə buna major qamması deyilir. Major qammasının pillələri arası əmələ gələn ton və yarımtonların müəyyən qayda üzrə ardıcıl düzülüşü onun quruluş formulunu yaradır:
1t + 1t + ½ t + 1t + 1t + 1t + ½ t
B2+B2 + K2 +B2+B2 +B2 + K2
Bu formula ilə qurulan major qamması natural major adlanır. I natural major qamması Do major qammasıdır. Do major qammasında heç bir alterasiya işarəsi yoxdur.
Qammanın və ya ladın I, III, V sabit pillələri kiçik və yaxud minor üçsəsli akkordunu əmələ gətirdiyinə görə buna minor qamması deyilir. Natural major qammasının quruluş formulu natural major qammasından fərqlənərək aşağıdakı kimidir:
1t + ½ t + 1t + 1t + ½ t + 1t + 1t
B2+K2 + B2 + B2+ K2 + B2+B2
I natural minor qamması lya minor qammasından başlayır. Minor qammasının 3 növü vardır:
- natural, harmonik, melodik.
Bütün major qammaları hərfi sistemlə Dur, minor qammaları isə moll hecası ilə yazılır.
Ladın yerləşdiyi yüksəkliyə tonallıq deyilir. Tonallıq ladın əsası olan I pillənin adı ilə adlanır. Məsələn, “Do” səsindən qurulmuş major ladının I pilləsi “Do” olduğu üçün həmin ladın tonalı do major adlanır. Do major (C dur) dedikdə - tonalın “do”, ladın isə major olduğu bildirilir. Hər tonal (Do majordan başqa) müəyyən olunmuş alterasiya işarələrinə malikdir. Müxtəlif tonikalı tonallarda əsas səs düzümünün bəzi pillələrinin artırılması, bəzilərinin əskildilməsi lazım gəlir. Belə halda açardan sonra artırılması tələb olunan pillələrin sayı qədər diyez (#), və ya əskildilməsi tələb olunan pillələrin sayı qədər bemol (b) yazılır. Musiqidə 7 diyezli və 7 bemollu tonaldan istifadə olunur. Major və minor qammalarının səs heyətləri bir və üçsəslilərdən 2 müştərək səsin olmasına paralel tonallar deyilir. Hər bir natural major qammasının VI pilləsindən onun paralel minor qamması qurulur. Məsələn: Do major – lya minor (C dur – a moll), Sol major – mi minor (G dur – e moll), Fa major – re minor (F dur – d moll) və s.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin