Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Intervallar haqqinda umumi melumat



Yüklə 191,07 Kb.
səhifə45/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   41   42   43   44   45   46   47   48   ...   71
musiqi1 kopyası kopyası

Intervallar haqqinda umumi melumat

İnterval latın sözü olub “məsafə”, “ara” deməkdir. 2 səs yüksəkliyi arasında olan məsafəyə interval deyilir. İntervallar musiqidə 2 cür olur: harmonik və melodik. Harmonik intervallar 2 səsin bir yerdə səslənməsidir


Melodik intervallar səslərin ardıcıl və ya sıçrayışla yuxarı və aşağı istiqamətdə hərəkətidir:
İntervalın aşağı səsi onun əsası, yuxarı səsi isə zirvəsi adlanır.
Hər hansı birsəsli melodiya melodik intervallar əsasında qurulur. Çoxsəsli melodiya isə harmonik və həm də melodik intervallar əsasında qurulur.
İntervalların əsası ilə zirvəsi arasındakı məsafəni ölçmək üçün pillə sayından istifadə edilir. Yəni verilmiş hər hansı bir interval daxilindəki pillələrin sayına görə xüsusi ada malik olur. Buna uyğun olaraq intervallar pillə sayına görə latınca (latınca say adları) aşağıdakı kimi adlanır.
1.Prima ​2.Sekunda 3.Tersiya 4.Kvarta
5. Kvinta 6. Seksta 7. Septima 8. Oktava
Yuxarıda adı çəkilən bütün intervallar sadə intervallar adlanır. Oktava çərçivəsindən böyük olmayan intervallara sadə intervallar deyilir.
2. İntervalların pillə və keyfiyyət ölçüsü. Eyni adlı intervallar aralarındakı tonların sayına görə müxtəlif olur. İntervalların ölçüsünü yalnız pillələrin miqdarı deyil, həm də həcmindəki ton və yarımtonların miqdarı da təyin edir. Buna görə də ton və yarımton, intervalların keyfiyyət növünü təyin etmək üçün ölçü olaraq qəbul olunmuşdur.
Bu intervalların hamısının tersiya olmasına baxmayaraq, tərkibindəki tonların miqdarına görə onlar bir-birindən fərqlənirlər. Deməli, tərkibindəki ton və yarımtonların sayına görə intervalların müxtəlif növləri vardır: xalis, böyük, kiçik, artırılmış, əksildilmiş və s.
Musiqidə oktavadan artıq intervallar işlədilir ki, bunlara mürəkkəb intervallar deyilir. Mürəkkəb intervallar sadə intervalların (prima, sekunda, tersiya və s.) oktava ilə birləşməsindən əmələ gəlir. Mürəkkəb intervallar adlanır:
1. Nona – 9. I səsə nisbətən 9-cu səsdir, ya da oktava və primanın birləşməsindən əmələ gəlir. 2. Desima – 10. 2+8 3. Undesima – 11. 3+8 4. Duodesima – 12. 4+8 5. Tersdesima – 13. 5+8 6. Kvartdesima – 14. 6+8 7. Kvintdesima – 15. 7+8
4. İntervalların dönməsi. Sadə intervalların zirvəsi yerində saxlanılaraq əsası bir oktava yuxarı və yaxud əsası yerində saxlanılaraq zirvəsi bir oktava aşağı aparılarsa, buna intervalın dönümü deyilir. Belə ki, intervalın alt səsi üst səsin yerini və ya üst səsi alt səsin yerini tutur. 



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin