Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Azərbaycan xalq musiqisi, Muğam sənətı haqqında



Yüklə 191,07 Kb.
səhifə50/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   46   47   48   49   50   51   52   53   ...   71
musiqi1 kopyası kopyası

Azərbaycan xalq musiqisi, Muğam sənətı haqqında

Azərbaycan musiqisi – Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqidir. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlarda Qobustan qayaüstü rəsmlərdən başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar və rəqslər səslənir.

Muğam sənəti. Müasir Azərbaycan muğamları dəstgah, kiçik həcmli muğamlar və zərbi (ritmik) muğamlardan ibarətdir.
Muğamın əsasını məqam-lad təşkil edir. Məqam-lad pərdələri müəyyən vəzifə daşıyan müxtəlif quruluşlu səs sırasıdır.
Muğam bir kök ətrafında melodik gəzişmələrdən ibarət olub bədii-estetik təəssürat doğuran vokal-instrumental və ya instrumental əsərdir.
Azərbaycan muğamlarının tərkib hissəsini 12 dəstgah, 5 kiçik həcmli muğam və 9 zərbi (ritmik) muğam təşkil edir.
Dəstgah – yeganə lad, lakin rəngarəng məzmuna malik silsilə və ya çoxhissəli musiqi əsəridir. Dəstgahın əsas xüsusiyyəti – şöbə, guşə, təsnif və rənglərin məntiqi prinsip əsasında ardıcıllıaşmasıdır. 12 dəstgah bunlardır:
1.Rast​8.Mahur-hindi, 2.Şur​9. Bayatı-Qacar, 3.Segah​10. Dügah, 4.Çahargah​11. Zabul segah, 5.Bayatı-Şiraz​12. Orta mahur, 6.Şüştər, 7.Humayun
Muğam dəstgahlarının şöbələri arasında dəqiq ritmə əsaslanan instrumental təsnif və ya instrumental rənglər ifa olunur. Dəstgahlar üçlük tərəfindən müşayiət olunur.
Kiçik həcmli muğamlar bunlardır:
1.Qatar, 2.Rahab, 3.Şahnaz, 4.Bayatı-Kürd, 5.Dəşti
Zərbi muğamlar zərb musiqi alətlərinin müşayiəti ilə ritmik şəkildə ifa olunan muğamlardır:
1.Heyratı​6.Ovşarı, 2.Arazbarı​7.Heydəri, 3.Simayi-Şəms​8.Kəsmə şikəstə
4.Qarabağ şikəstəsi​9.Mani, 5. Mənsuriyyə
Hər bir forma muğamın adı müxtəlif məna kəsb edir: lad-məqam səciyyəli (Şur, Humayun), musiqinin obraz-emosional quruluşu ilə (Simayi-Şəms, Rast, Dilkəş), yer adları ilə (Zabul, Bayatı-Şiraz, Bayatı-İsfahan, Qarabağ Şikəstəsi, Arazbarı), şəxsi adlarla (Mani, Mirzə Hüseyni, Mənsuriyyə), ifaçılıq priyomları ilə (kəsmə şikəstə), rəqəmlərin ardıcıllığı ilə (Yegah, Dügah, Segah, Çahargah və s.)


Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin