Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Hakimiyyat uğrunda partiyadaxili mübariza



Yüklə 1,22 Mb.
səhifə20/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   16   17   18   19   20   21   22   23   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Hakimiyyat uğrunda partiyadaxili mübariza. “Üçlər” məğlub olduqdan sonra 1926-cı ilin aprelində Q.Y.Zinovyev, L.B.Kamenev, L.D.Trotski və onların tərəfdarları K.Radek, Y.A.Preobrajenski, Q.L.Pyatakov, Q.Y.Sokolnikov, V.A.Antonov-Ovseyenko, N.İ.Muralov, A.Q.Şlyapnikovun “fəhlə müxalifətinin” fəalları, T.V.Sapranovun “demokratik mərkəzçilər”
qrupunun daxil olduğu yeni, müxtəlif baxışlı adamları birləşdirən müxalifət meydana gəldi. Daxilən çox da möhkəm olmayan bu müxalifət bir-birilə şəxsi və nəzəri görüşlərinə görə çəkişən adamlardan təşkil olunmasına baxmayaraq, onların hamısı İ.Stalinə qarşı birləşmiş- dilər. Müxalifət partiyanın yeritdiyi siyasi kursun dəyişdirilməsini tələb edirdi. Bunun üçün ağır sənaye sürətlə inkişaf etdirilməli, fəhlələrin həyat şəraiti və partiyanın demokratikləşməsi yaxşılaşdırılmalı, qolçomaqların varlanmasına qarşı mübarizə aparılmalı idi. Bir neçə min nəfərədən ibarət olan müxalifətçilər gizli təşkilatlar yaradaraq, bir sıra müəssisələrin ilk partiya özəklərində çıxış edərək onları partiyanın rəhbərliyinə qarşı qaldırmağa cəhd edirdilər. 1926-cı ilin iyul pleniumunda müxalifətin müraciəti kəskin müzakirələrə səbəb oldu ki, bu zaman AXTŞ-ın sədri, DSİ-nin başçısı F.E.Dzerjinski ürək tutmasından vəfat etdi. Siyasi Bü- roda Q.Y.Zinovyevi Y.E.Rudzutak əvəz etdi. İ.Stalinin adamları A.A.Andreyev, L.M.Kaqa- noviç, G.K.Orconikidze, A.İ.Mikoyan və S.M.Kirov Siyasi Büro üzvlüyünə namizədlər sıra- sına daxil edildilər.
Trotskiçi-Zinovyevçi müxalifət bloku partiya daxilində fraksiya və qruplaşma azadlığı tələb edir, partiya aparatını tənqid edərək, rəhbərliyə qarşı mübarizə aparırdılar ki, bu da 20-ci illərin axırlarına kimi davam etdi. 1926-cı il oktyabrın 23-26-da olan MK-nın plenumunda L.D.Trotskini və L.B.Kamanevi Siyasi Büronun tərkibindən çıxardılar. Q.Y.Zinovyevin ye- rinə Kominternin İcraiyyə Komitəsinin sədri vəzifəsinə N.İ.Buxarini təyin etdilər. İ.Stalinin “ayrıca götürülmüş bir ölkədə sosializmin qurulması” haqqında tezisi XV partiya konfran- sında (27 oktyabr – 3 noyabr 1926-cı il) yekdilliklə qəbul edilərək, müxalifət liderləri ciddi tənqid atəşinə tutuldu. Dövlət Siyasi İdarəsinin ciddi nəzarəti altında olan müxalifət liderləri sentyabr ayında islahat proqramı ilə çıxış edərək tələb etdilər ki, növbəti XV partiya qu- rultayında seçiləcək MK-nın tərkibi aparatdan asılı olmayaraq kütlə ilə sıx əlaqədə olsun. Bu sənədi gizli çap etdirdikləri üçün 1927-ci il 21-23 oktyabrdakı MK plenumunda L.Trotski və Q.Zinovyev MK-nın üzvlüyündən çıxarıldı. 1927-ci il noyabrın 7-də Oktyabrın 10-cu il dö- nümü bayramında Q.Zinovyev və K.Radek Leninqradda, X.Rakovski Xarkovda, Y.A.Pre- obrajenski və L.Trotski Moskvada öz şüarları ilə çağırışlarını təkrar etdilər. Buna cavab ola- raq noyabrın 14-də L.Trotski və Q.Zinovyevi partiyadan xaric etdilər. L.Kamenev və X.Ra- kovskini MK-nın tərkibindən azad etdilər. Partiyanın XV qurultayında isə müxalifətin 93 nəfər fəal üzvü partiyadan çıxarıldı. 1928-ci ilin yanvarında L.Trotski və 30 nəfər müxalifət üzvü Alma-Ataya sürgün edildi.
1928-ci il Donbasın “Donuqol trestində” burjua mütəxəssislərinin qərbin maliyyə qüvvələri ilə birgə əlaqəsindən meydana gələn sənaye təxribatı əməlləri aşkar edildi. Bir neçə həftədən sonra 1922-ci ildə keçirilmiş eserlər üzərindəki açıq məhkəmə prosesindən sonra ilk dəfə 53 nəfərə qarşı açıq məhkəmə prosesi təşkil olundu. Beş nəfər ölüm hökmü, qalanları müxtəlif müddətə həbs cəzası aldı. Təbliğat xarkterli proses əslində kommunistləri müxalifətə qarşı təmayülçü və o cümlədən “qolçomaq təhlükəsinə” və “sağdan təhlükəyə” qarşı səfərbər etməyə xidmət edirdi. Yeni iqtisadi siyasətin tərəfdarları ilə əleyhdarları arasında MK-da, Siyasi Büroda amansız mübarizə gedirdi. İ.Stalini müdafiə edən V.M.Molotov, Y.E.Rudzutak, K.E.Voroşilov az da olsa üstünlük təşkil edirdilər. M.İ.Kalinin tərəddüd edir, A.İ.Rıkov, M.P.Tomski, N.İ.Buxarin isə “sağ müxalifəti” təmsil edirdilər. 1928-ci il iyulun 4- dən 12-nə kimi davam edən ÜİK (b) P MK-nın pleniumunda çıxış edən İ.Stalin qeyd etdi ki, yeni iqtisadi siyasət dalana daxil olub, gərgin sinfi mübarizə şəraitində kapitalist elementlərinin kəskin müqaviməti məcbur edir ki, kəndliləri sənayeləşdirmənin ehtiyaclarına tabe edək. Bu çıxışdan dəhşətə gələn N.Buxarin belə hesab edirdi ki, Baş katibin mülahizələri ölkəni terror, vətəndaş müharibəsi və aclığa məhkum edəcək. Sentyabrın 30-da N.Buxarin “Pravda” qəzetində “İqtisadçının qeydləri” məqaləsini dərc etdirərək müxalifətin proqramını şərh etdi. Müəllifə görə planlaşdırmanın ziyanlı olması, qiymətləndirmədəki səhvlər, sənaye mallarının çatışmazlığı kənd təsərrüfatı kooperativlərinə köməyin effektsiz olması ölkədəki böhranın səbəbləri idi. Kəndlilərə güzəştə gedərək bazarların açılması, taxılın satınalma qiymətinin yüksəldilməsi və xaricdən çörək alınması hesabına vəziyyəti düzəltmək olar. 1928-ci il oktyabrın 21-də L.D.Trotski İ.Salinin “sol ideyaya” yaxın olan sənayeləşdirmənin
sürətli inkişafı və kənd təsərrüfatının sosialist bölməsinin genişləndirilməsi planına qarşı bütün kommunistləri mübarizə aparmağa çağırıdı. Bundan istifadə edən Siyasi Büro L.D.Trotskini gizli “antisovet partiyası” yaratmaqda ittiham edərək 1929-cu il yanvarın 21-də SSRİ-dən Türkiyəyə sürgün etdi. Həmin gün V.İ.Leninin ölümünün 5-ci il dönümü müna- sibəti ilə N.Buxarin “Pravda” qəzetində “Leninin siyasi vəsiyyətinə” həsr etdiyi məqalə dərc etdirdi. O, öz məqaləsində Leninin “sülh, tədrici və könüllülük” prinsipinə əsaslanan koopera- siya planı ilə İ.Stalinin məcburi kollektivləşmə layihəsinin fərqini açıb göstərdi. 1929-cu ildə MK-nın aprel plenumu müxalifətin ləğv edilməsini başa çatdırdı. Tezliklə N.İ.Buxarin “Prav- da” qəzetinin baş redaktoru vəzifəsindən azad edildi, iyulun 3-də isə Kominternin rəhbərli- yindən uzaqlaşdırıldı. A.İ.Rıkov Xalq Komissarlar Sovetinin sədri vəzifəsindən istefa verdi. Bir neçə ay ərzində 170 min nəfər (11%) “partiya xəttinə siyasi müxalifətdə” olduğu maddəsi ilə partiya üzvlüyündən xaric edildi. 1929-cu il MK-nın noyabr plenumunda N.İ.Buxarin Siyasi Büro tərkibindən xaric edildi. Həmkarlar İttifaqının sədri vəzifəsindən azad edilmiş M.P.Tomskinin yerinə N.M.Şvernik seçildi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin