Slavyan olkeleri tarixi. 1917-2015. pdf


SSRİ 20-ci illərin ikinci yarısı – 30-cu illərdə



Yüklə 1,22 Mb.
səhifə18/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   14   15   16   17   18   19   20   21   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ 20-ci illərin ikinci yarısı – 30-cu illərdə




Sanayelaúdirma siyasati. 20-ci illərin ikinci yarısında aqraq ölkəni sənaye dövlətinə çevirmək, onun iqtisadi müstəqilliyini təmin etmək və müdafiə qabiliyyətini möhkəmlətmək iqtisadi sahədə qarşıda duran əsas vəzifə idi. ÜİK (b) P-nın XIV qurultayı 1925-ci ilin dekabr ayında ümumi cizgilərlə olsa da öz qərarlarında sənayenin inkişaf etdirilməsinin zəruri olma- sından bəhs edərək tarixə sənayeləşdimə qurultayı kimi daxil olmuşdur. Xalq təsərrüfatının inkişaf etdirilməsi vəzifəsini irəli sürən qurultayın qərarında qeyd edilirdi ki, “SSRİ-nin iq- tisadi müstəqilliyini təmin etmək, SSRİ-ni dünya kapitalist təsərrüfatının əlavəsinə çevril- məkdən qorumaq üçün ölkəni sənayeləşdirmə istiqamətinə yönəltmək, istehsal vasitələri istehsalının inkişafını və iqtisadiyyatda hərəkət etmək məqsədilə ehtiyatların yaradılmasını təşkil etmək vacibdir.” Qurultaydakı müzakirələr göstərdi ki, SSRİ maşın və avadanlıq idxal edən ölkədən onu istehsal edən ölkəyə çevrilməlidir. Texniki cəhətdən yenidən qurulan so- sialist sənayesinin yaradılmasına xüsusi diqqət ayrılmışdır.
1926-cı ilin aprelində olan ÜİK (b) P MK-nın plenumunda əsasən sənayeləşdirmənin
həyata keçirilməsi üçün lazım olan yığım mənbələrindən bəhs edən təsərrüfat siyasəti məsə- lələri mükazirə edildi. MK-dan əsas məruzəçi olan A.İ.Pıkov qeyd edirdi ki, sənaye siyasə- tinin uğuru onun öz daxili mənbələrindən asılıdır. A.Rıkova görə fəhlələrə kömək edən kənd- lilər sayəsində kənd sənayenin sürətlə inkişaf etməsi üçün əsas yığım mənbəyinə çevriləcək, amma ondan inqilaba kimi əldə ediləndən az almaq lazımdır. 1926-cı ildə yaranan trotski- zinovyevçi müxalifətin adından plenumda L.D.Trotski çıxış edərək A.Rıkovu onda təqsirlən- dirdi ki, o, sənayeləşdirmənin sürətlə həyata keçirilməsinin zəruruiliyini və kəndin sənayeləş- dirmə üçün əsas yığım mənbəyi olması imkanını lazımınca qiymətləndirməmişdir. Q.Y.Zi- novyev, L.B.Kamenev, Q.L.Pyatakov və b. bu ruhda çıxış etdilər. Lakin İ.V.Stalin başda olmaqla plenum üzvlərinin böyük əksəriyyəti A.Rıkovu müdafiə etdi. L.V.Stalin “sosializm quruculuğu üçün zəruri olan sənaye inkişafının minimum həddi” tezisini əsaslandıraraq elan etdi ki, “sənaye kəndin tədricən güzaranının yüksəlməsinə əsaslanmalıdır.” 1926-cı il oktyab- rın 27-dən noyabrın 3-dək davam edən XV partiya konfransı maşınqayırmanı sənaye- ləşdirmənin əsas hissəsi elan edərək onun sürətli inkişafını həyata keçirməyi irəli sürdü. Eyni zamanda konfransda sənayeləşdirmə məqsədilə nəzərdə tutulan yığım mənbələri də müəyyən olundu. Sənayenin daxilində yeni əlavə məhsul kütləsinin dövriyyəsi, xalq təsərrüfatının baş- qa sahələrində gəlirlərin dövlət büdcəsi vasitəsilə istifadəsi, əhalinin gəlirlərinin kooperativ- lər, əmanət kassaları, kredit, dövlət istiqrazları və s. səfərbər edilərək sənayeləşdirmə işində istifadə edilməsi bura daxildir. 6mək məhsuldarlığının artırılması, qənaət rejimi və məhsulun maya dəyərinin aşağı salınması yığım mənbəyinin əsasını təşkil edirdi. Sənayeləşdirmə siya- sətinin başlanması 1927-ci il aprel ayında toplanan SSRİ IV Sovetlər qurultayının onu qanun- vericilik yolu ilə təsdiq etməsilə qüvvəyə mindi. İlk vaxtlar əsas diqqət köhnə sənaye müəs- sisələrinin yenidən qurulmasına verilirdi. Eyni zamanda Saratov və Rostov kənd təsərrüfatı maşınqayırma, Karsaknay misəritmə və s. müəssisələr kimi 500 yeni zavod tikilirdi. Türküs- tan-Sibir dəmir yolunun (Türksib) və Dnepr hidroelektrik stansiyasının (Dneprohes) tikinti- sinə başlandı. Sənaye müəssisələrinin inkişafı və genişləndirilməsi demək olar ki, müəssisə- lərin 40 %-nin öz ehtiyatları hesabına həyata keçirilirdi. Sənayedaxili yığım mənbəylərindən başqa milli gəlirin sənayenin xeyrinə uyğun yenidən bölünməsi də onun maliyyələşdiril- məsinə sərf edilirdi.
Sənayeləşdirmə siyasətinə keçilməsi sənayenin idarə edilməsi sisteminin dəyişdiril- məsini tələb edirdi. İdarəetmənin sahə sisteminə keçilməsi, xammalın, fəhlə qüvvəsinin, isteh- sal edilən məhsulun bölgüsünün mərkəzləşdirilməsini və bir yerdə olmasını nəzərdə tuturdu. Bütün bunları nəzərə alaraq SSRİ AXTŞ əsasında ağır, yüngül və meşə sənayesi xalq komis- sarlıqları yaradıldı. G.K.Orconikidze, İ.Y.Lyubimov və S.S.Lobov yeni yaranan komissar- lıqlara rəhbər təyin olundular. 1920-30-cu illərdə meydana gələn sənayenin idarə olunmasının forma və metodları təsərrüfatçılıq mexanizminin bir hissəsinə çevrilərk uzun müddət möv- cud olmuşdur. Son həddə çatan mərkəzləşmə, direktivlərlə müşayiət edilən rəhbərlik və yer- lərdə təşəbbüsün boğulması bu vəziyyət üçün xarakterik idi. Sənaye müəssisələrinin fəaliy- yətinin bütün sahələrinə qarışan təsərrüfat və partiya orqanlarının bu işdə rolu aydın müəyyən edilməmişdir.
1927-ci ilin dekabrında ÜİK (b) P-nın XV qurultayı birinci beşillik planın tərtib edil- məsi haqqında direktivləri qəbul etdi. Dövlət Plan Komitəsi və AXTŞ bu sənəd əsasında birinci beşillik planın tapşırıqlarını hazırlamağa başladı. SSRİ Dövlət Plan Komitəsinin sədri görkəmli alim Q.M.Krjijanovskinin təklifi ilə beşillik planın bir-birindən 20 % fərqi olan minimal və optimal variantları hazırlandı. 1929-cu ilin mayında V Ümumittifaq Sovetlər qu- rultayı optimal variantı qanun kimi qəbul etdi. Birinci beşillik plana qiymət verən tarixçilər bir məsələdə həmrəy idilər ki, onun tapşırıqları şişirdilmişdir, lakin miqyasına baxmayaraq, onun yerinə yetirilməsi real idi. Plan beşillik ərzində sənaye məhsulu buraxılışını 180, istehsal vasitələri istehsalını 230, kənd təsərrüfatı məhsullarını 55, milli gəliri 103% artırmağı nəzərdə tuturdu. Çuqun əridilməsi 10 mln ton, elektrik enerjisi hasilatı 22 mlrd. kvt. nəzərdə tutulurdu. Sənayedə əmək məhsuldarlığı 110, real əmək haqqı 71, kəndlilərin gəliri 67% artmalı idi. 1928/29-1932/33-cü illəri əhatə edən birinci beşillik planın tapşırıqlarının müəyyən edilmə-
sində görkəmli biokimyaçı alim A.N.Bax, enerji sahəsində adını tarixə yazdırmış İ.Q.Alek- sandrov və A.N.Vinter, aqrokimya elmi məktəbinin əsasını qoyan D.H.Pryanişnikov və b. mühüm rol oynadı. 1929-cu ilin dekabrında zərbəçilərin qurultayında İ.Stalin “Beşilliyi dörd ildə!” şüarın irəli sürdü. Bu vəzifəni yerinə yetirmək məqsədilə plan tapşırıqlarına yenidən baxılaraq artırıldı. Ölkə əvvəlcə planlaşdırılandan iki dəfə artıq əlvan və qara metal, avtomobil, kənd təsərrüfatı maşını, çuqun və s. hasil etməyə borclu idi. Məsələn, beşilliyin sonunda əvvəlcə planlaşdırılan 10 mln yerinə 17 mln ton çuqun əridilməli, 55 min yerinə 170 min traktor, 100 min yerinə 200 min avtomobil buraxılmalı idi. Yeni müəyyən edilən tapşırıq rəqəmləri sağlam düşüncənin məhsulu olmayıb, heç bir real əsasa söykənmirdi. Sənayenin inkifaşında “böyük sıçrayış” istiqaməti seçən partiyanın rəhbərliyi səhv olaraq belə hesab edirdi ki, siyasətdə olduğu kimi iqtisadiyyatda da kütlələri yüksək ideyalar uğrunda təşkil edib ruhlandıraraq onları aydın ideyaların həyata keçirilməsi uğrunda qəti mübarizəyə atmaq olar. Plan tapşırıqlarının süni surətdə şişirdilməsi və qüvvələrin son dərəcə gərginliyi beşilliyin vəzifələrinin bir çox hissəsinin yerinə yetirilməməsinə səbəb oldu. 1929-cu ildə birinci beşilliyin həm minimum, həm də optimal variantının planı yerinə yetirildiyi halda, 1931-ci ildə həta minimal plan belə yerinə yetirilmədi. Lakin buna baxmayaraq, xüsusilə beşilliyin ilk illərində ölkə sənaye müəssisələri tikintisi meydanını xatırladırdı. Belə ki, ölkənin şərqində mərkəzi Maqnitoqorsk və Kuznetsk olan yeni kömür-metallurgiya bazası Ural-Kuzbas mey- dana gəldi. Mariupol, Stalinqrad, Moskva, Nikopol və Pervouralskdə əlvan metaləritmə və boru prokatı zavodları salındı. Qorki və Moskvada iri avtomobil zavodları, Stalinqrad, Xarkov və Çelyabinskdə traktor zavodları, Rostov-Don və Zaporojyedə kənd təsərrüfatı maşınqayır- ma, Qorlovki, Kramatorsk, Sverdlovskdə ağır maşınqayırma zavodları tikildi. Bereznikovsk, Solikamsk, Bobrikdə kimya kombinatları işə salındı.
Ümumiyyətlə, birinci beşillik planda 1235 müəssisə, yerli elektrostansiya, mədən və neft yataqları nəzərə alınmaqla 1500-dən çox müəssisə tikilib istifadəyə verilməli idi. Məhz sovet adamlarının tükənməz əməyi sayəsində beşillik ərzində 1500 yeni sənaye müəssisəsi ti- kilib istifadəyə verildi. Başqa sözlə, SSRİ sənaye avadanlığı ixrac edən ölkəyə çevrildi. Sə- naye quruculuğunun geniş miqyası işə kütləvi fəhlə qüvvəsini cəlb etməyi tələb edirdi. Birinci beşillik illərində sənaye, tikinti və nəqliyyat sahələrinə 12,5 mln yeni fəhlə gəlmişdir ki, bunların da 8 mln nəfəri kənd yerlərindən gələnlərdən ibarət idi. Adamlar yeni ucalan zavod və müəssisələrdə gecə-gündüz demədən, özlərinə acımadan çalışırdılar. 1929-cu ildə sosia- lizm yarışı təşkil edilir, zərbəçi əmək briqadaları meydana gəlirdi. İlin sonunda iri müəs- sisələrin fəhlələrinin 26%-i zərbəçi briqada üzvü idi, yarışlarda isə fəhlələrin 65%-i iştirak edirdi. 1928-1932-ci illəri əhatə edən birinci beşilliyin sonlarında Donbas mədənçisi N.A.İzotovun adı ilə qabaqcılların izotov hərəkatı geniş yayılmışdır. İzotovçular yeni fəhlə- lərə istehsalat təlimi keçməyi bir vəzifə olaraq öz üzərlərinə götürdülər. Sənaye quruculu- ğundan əsl əmək xarüqələri yaradan fəhlələr çox vaxt ən ibtidai məişət şəraitindən belə məhrum idilər. İstehsalatda “hücum” ab-havasının yaradılması bəzən işin ritminin pozulma- sına və keyfiyyətin aşağı düşməsinə səbəb olurdu.
Birinci beşilliyin plan tapşırıqları ilk iki ildə yeni iqtisadi siyasətin ehtiyyatları hesabına sənayenin inkişafında artıqlaması ilə yerinə yetirildi. Plan tapşırıqlarının mərkəzdən süni olaraq dəyişdirilib artırılması və ehtiyatların azalması 30-cu illərin əvvəllərində sənayenin inkişaf sürətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb oldu. Belə ki, bu 1928-1929-cu illərdəki 23,7% əvəzinə, 1933-cü ildə 5%-ə düşdü. Beşilliyin yekun ilinin planları demək olar ki, yerinə yetirilmədi. Buna baxmayaraq, İ.Stalin elan etdi ki, birinci beşillik plan tapşırıqları dörd il üç ayda yerinə yetirilib. Bunu təsdiq etmək məqsədilə yalnız məhsulun manatla dəyəri hesablanırdı, natura cəhəti isə nəzərə alınmırdı. Xammal, avadanlıq, maşınların qiymətlərinin artması meydana gələn fərqin səbəbi kimi göstərilirdi. Natural göstəricilərə görə isə plan tapşırıqları yerinə yetirilməmişdir. Xüsusilə yüngül və yeyinti sənayesi ağır vəziyyətdə idi, belə ki, bu sahədəki göstəricilər hətta 20-ci illərin sonlarındakından aşağı idi. Belə bir vəziyyət ondan irəli gəlirdi ki, yüngül və yeyinti sənayesinə kifayət qədər diqqət ayrılmamış, başqa bir tərəfdən 20-30-cu illərin qovuşuğunda kollektivləşdirməyə keçilməsilə bağlı kəndin
ağır sarsıntıya məruz qalması ilə əlaqədar olmuşdur. Dəmir yol, dəniz və su nəqliyyatı sahəsində beşillik planda nəzərdə tutulan işlərin yalnız üçdə birini yerinə yetirmək mümkün oldu. Məhz “böyük sıçrayış” illərində xalq təsərrüfatının sahələri arasında dərin uyğunsuzluq yarandı ki, bu da onilliklər boyu SSRİ-nin iqtisadiyyatı və cəmiyyətinin xarakterik xüsusiy- yətinə çevrildi. Tarixçilər belə hesab edirlər ki, 1928-1932-ci illərdə birinci beşillik plan tapşırıqlarının pozulması İ.Stalin başda olmaqla bolşevik rəhbərliyini məcbur etdi ki, plan- laşdırmanı düzəltmək üçün beşilliyin təcili yerinə yetirildiyini elan etsinlər.
1934-cü ilin yanvar-fevralında ÜİK(b) P-nın XVII qurultayı 1933-1937-ci illəri əhatə edən ikinci beşillik planı təsdiq etdi. “Sıçrayışın” mənfi təcrübəsi planın tərtib edilməsinə onun göstəricilərini aşağı salmaq şərtilə son dərəcə ehtiyatla yanaşmağı tələb edirdi. Səna- yenin orta illik artım sürəti birinci beşillikdəki 30 yerinə 16,5%-ə düşmüşdür. Yüngül sənaye sahəsindəki geriliyi aradan qaldırmaq məqsədilə onun orta illik artım sürəti 18,5, ağır səna- yeninki isə xeyli az, yəni 14,5% müəyyən edildi. Sənayedə əmək məhsuldarlığını 63% artır- maq, məhsulun maya dəyərini isə 26% aşağı salmaq nəzərdə tutulurdu. Uralda, Qərbi və Şərqi Sibirdə, Başqırdstanda, Qazaxıstanda və Orta Asiyada sənayenin yeni dayaq mərkəzlərinin yaradılması planlaşdırılırdı. Yüngül və yeyinti sənayesini xammal mənbələrinə yaxınlaş- dırmaq üçün Orta Asiya, Sibir, Cənubi Qafqazda yeni toxuculuq müəssisələrinin salınması irəli sürüldü.
Birinci beşillikdə zay məhsulların çoxluğu fəhlələrin istehsalat təliminə xüsusi diqqət ayrılmasını tələb etdi. Birinci beşilllikdəki “Texnika hər şeyi həll edir!” şüarı indi “Kadrlar hər şeyi həll edir!” şüarı ilə əvəz edildi. 1932-ci ildən Xalq Ağır Sənaye Komissarlığına başçılıq edən Georgi Konstantinoviç Orconikidze (1886-1937) yeni ixtisaslı kadrların hazır- lanmasına, əmək məhsuldarlığının artırılmasına, sənayenin yeni sahələrinin yaradılmasına xüsusi fikir verirdi. 1934-cü ilin dekabrında Makeev metal zavodunun fəhlələri dövlət dota- siyası olmadan iş rejiminə keçmək təşəbbüsü ilə çıxış edərkən onları Serqo Orconikidze müdafiə etdi. Üç aydan sonra makeevçilər öz öhdəliklərini yerinə yetirdilər. Georgi (Serqo) Orconikidze Makeev zavodunun təcrübəsini bütün ağır sənayeyə yaydı ki, bunun da sayəsində 1936-cı ilin sonuna doğru dövlət dotasiyasına tələbat xeyli azaldı, zavodların öz ehtiyyatları hesabına maliyyələşdirilməsi iki dəfədən çox artdı.
1933-1937-ci illərdə sosializm yarışı yeni inkişaf mərhələsinə qədəm qoydu. 1935-ci ilin sentyabrında Donbasın mərkəzi İrmino mədəninin fəhləsi A.Q.Staxanov növbəsi vaxtı 7 ton norma yerinə 104 ton kömür çıxararaq Staxanov hərəkatının əsasını qoydu. Bu rekord məqsədli şəkildə hazırlanmışdır, əmək bölgüsündən istifadə nəticəsində əsas mədənçini iki
əlavə fəhlə müşayiət edərək mədənin möhkəmləndirilməsi işi ilə məşğul olurdular. A.Staxa- nov əsas diqqəti kömür çıxarmağa yönəltdi. Bir neçə gündən sonra həmən mədəndə M.D.Dyukanov rekordu 114 tona çıxardı. Staxanov hərəkatı başqa sahələrə də yayıldı. To- xucular Y.V. və M.İ.Vinoqradovalar, dəmirçi A.X.Busıqin, paravoz sürücüsü P.F.Krivonos və
b. bütün ölkədə şöhrət qazandılar. Staxanov hərəkatı geniş təbliğ olunurdu ki, bu da fəhlələrin daha yüksək əmək nəticələri əldə etməsinə səbəb oldu. Bəzən elə hallar olurdu ki, staxa- novçular üçün xüsusi şərait yaradılır və ya sadəcə olaraq başqalarının birlikdə gördüyü işlər onların adına yazılırdı. Getdikcə staxarovçular fəhlə sinifinin elit təbəqəsinə çevrildilər, onlar məşhurlaşaraq həyatda irəli getmək imkanı qazandılar.
Sənayeləşmə gündən-günə daha çox ixtisaslı kadrlara ehtiyac duyurdu. 1933-cü ilin payızında çoxyönlü ixtisaslar üzrə fəhlə kadrları hazırlamaq məqsədilə fabrik-zavod şagird məktəbləri (FZU) yenidən təşkil olunaraq peşə təhsil məktəblərinə çevrildilər. Çətin və mü- rəkkəb ixtisaslar üzrə təhsil müddəti uzadılaraq iki, sonra isə üç ilə çatdırıldı. İkinci beşillik
ərzində birinci beşillik dövründəkindən üç dəfə çox, yəni 1,4 mln fəhlə bu məktəbləri bitir- mişdir.
1933-1937-ci illəri əhatə edən ikinci beşillik plan tapşırıqları yüngül sənaye, ağır səna- yenin bir sıra sahələri, sosial sahədə yerinə yetirilməməsinə baxmayaraq, ümumi nəticələr bi- rinci beşillik göstəricilərindən xeyli yaxşı idi. 6mək məhsuldarlığı birinci beşillikdəki 41% yerinə iki dəfə artdı. Yeni müəssisələr bütün məhsulun 80%-ni verirdi. Kömür çıxarılması iki
dəfə, neft 1,4 dəfə, boru istehsalı üç dəfədən çox artdı. İkinci beşillik illərində 4500 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Ural maşınquraşdırma, Çelyabinsk traktor, Novo-Tula metallurgiya zavodları işə salındı. 1935-ci ildə Moskvada metropolitenin birinci xətti salındı. Ukraynada maşınqayırma, Özbəkistanda metal emalı zavodları işə başladı. 1933-cü ildə Belomor-Baltik, 1937-ci ildə Moskva adına kanallar istifadəyə verildi. İkinci beşillik plan tapşırıqlarının vaxtından əvvəl, yəni dörd il üç ayda yerinə yetirilməsi elan edildi. Buna baxmayaraq, 46 göstərici üzrə plan tapşırıqlarının yalnız 10-u üzrə planlar yerinə yetirilmişdir. Qalanları üzrə isə plan yalnız 70-77% yerinə yetirildi.
Sənayeləşdirmə yeni iqtisadi siyasətin sıxışdırılıb aradan çıxarılmasına səbəb oldu. Bütün maliyyə və maddi vəsaitin, fəhlə qüvvəsinin dövlətin əlində cəmləşməsi xüsusi böl- mənin məhvinə səbəb oldu. Dövlət müəssisələrinin idarə olunması dəyişdi. Təsərrüfat hesabı faktiki olaraq yox edildi. Böyük miqyaslı tikintilər, iri xərclər, aşağı məhsuldarlıq sənayenin gəlirlərinin aşağı düşməsinə səbəb oldu. Müəssisələrin daxili yığımı sənayeləşdirməni təmin etmirdi. Odur ki, dövlət vəsaiti və onun bölgüsünü öz əlində cəmləşdirdi. Bütün gəlirlər büd- cəyə keçirildi. Müəssisələr arasındakı topdansatış ticarəti dayandırıldı. Artıq xammal və avadanlıq satılmır, ayrılmış fond və limit əsasında mərkəzləşmiş qaydada bölünürdü. Maliyyə müstəqilliyini itirən müəssisələr özünüidarə imkanlarını da itirirdi. Beləliklə, sovet iqtisa- diyyatında idarəçiliyin inzibati-rəhbər modeli qələbə çaldı. Bu isə qısa müddətdə sənayenin sıçrayışı üçün əlverişli olduğu halda, texniki tərəqqi və məhsulun keyfiyyəti nöqteyi-nəzə- rindən əhəmiyyətli deyildir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin