Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Tarksilah va kollektiv tahlükasizlik uğrunda SSRİ-nin faaliyyati



Yüklə 1,22 Mb.
səhifə24/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   20   21   22   23   24   25   26   27   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Tarksilah va kollektiv tahlükasizlik uğrunda SSRİ-nin faaliyyati. Tərksilah və kol- lektiv təhlükəsizlik uğrunda mübarizə SSRİ-nin xarici siyasət fəaliyyətinin mühüm istiqamət- lərindən biri idi. Tərksilah məsələsi Millətlər Cəmiyyətində, onun komissiyalarında müzakirə edilirdi. 1919-cu il yanvarın 25-də Paris konfransı Millətlər Cəmiyyətinin yaradılmasının zəruriliyi haqqında qətnamə qəbul etdi. 1919-cu ilin aprelində Millətlər Cəmiyyətinin 26 maddədən ibarət nizamnaməsi qəbul edildi. Nizamnaməyə görə Millətlər Cəmiyyətinin fəaliy- yətinə Məclis və Şura rəhbərlik edirdi. Şuranın 8 üzvündən dördü daimi (İngiltərə, Fransa, İtaliya, Yaponiya), dördü isə müvəqqəti idi. Millətlər Cəmiyyəti sülhü, təhlükəsizliyi, Versal sistemini qoruyub saxlamalı, mübahisəli məsələlərin dinc yolla həllinə səy göstərməli idi.
Tərksilah uğrunda fəaliyyət göstərmək məqsədilə 1920-ci ilin may ayında Millətlər Cəmiy- yətinin şurası hərbi ekspertlərdən ibarət daimi məsləhət komissiyası, 1921-ci ilin fevralında tərksilah məsələləri üzrə müvəqqəti komissiya yaratmışdı.
1925-ci ilin dekabr ayında Millətlər Cəmiyyətinin şurası tərksilaha dair beynəlxalq konfrans çağırmaq məqsədilə hazırlıq komissiyası yaratdı və SSRİ də komissiyanın Cenev- rədə keçirilən iclaslarına dəvət olundu. 1923-cü il mayın 10-da İsveçrədə Sovet diplomatı V.V.Varovskinin öldürülməsilə bağlı SSRİ nümayəndə heyəti komissiyanın ilk üç sessiya- sında iştirak edə bilməmişdir. 1927-ci ilin noyabr-dekabr aylarında hazırlıq komissiyasının dördüncü sessiyasında M.M.Litvinovun başçılığı altında Sovet nümayəndə heyəti iştirak et- mişdir. 1928-ci ilin mart ayında komissiyanın V sesiyasında Sovet tərəfi tam və ümumi tərk- silah təklifi ilə çıxış etdi. Bu təklifə görə dörd il müddətində bütün ölkələrdə silahlı qüvvələrin şəxsi heyətinin buraxılması, hərbi texnikanın, slahların və bazaların ləğv edilməsi, hərbi za- vodların bağlanması, müharibə təbliğatının qadağan edilməsi və s. nəzərdə tutulmuşdu. SSRİ- nin bu təklifi Qərb ölkələrinin nümayəndələri tərəfindən “əvvəlcə təhlükəsizlik, sonra silahların ləğv edilməsi” cavabı ilə qarşılandı. Belə olduqda Sovet nümayəndəsi qismən tərksilah keçirilməsini təklif etdi. Bu layihə 1929-cu ilin aprel-may aylarında komissiyanın VI sesiyasında müzakirə edildi, ancaq qəbul edilmədi.
1932-ci ilin fevralından 1934-cü ilin iyun ayınadək Cenevrədə 63 dövlətin iştirakı ilə tərksilah konfransının çoxsaylı komitə və komissiyalarının iclasları oldu. Tam və ümumi tərksilah prinsipi əsasında konfransın işinin qurulmasını təklif edən Sovet nümayəndə heyəti həm də qismən tərksilah keçirilməsinə, kütləvi qırğın silahlarının ləğv edilməsinə hazır olduğunu elan etdi. 1933-cü ilin oktyabrından Almaniyanın konfransın işində iştirak etmək- dən imtina etməsi və müharibə təhlükəsinin artması ilə əlaqədar olaraq Sovet dövləti sülhü qorumaq üçün Cenevre konfransının daimi fəaliyyət göstərməsini təklif etdi, lakin bu da qəbul edilmədi.
1929-cu il iyulun 10-da ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya dövlətləri tə- rəfindən qızışdırılan Çin millitaristləri SSRİ və Çinin birlikdə idarə etdikləri Şərq-Çin dəmir yoluna hücum etdilər, Sovet təsərrüfat binaları dağıdıldı, əsasən dəmir yolunda işləyən 200 nəfərdən çox sovet qulluqçuları həbs edildilər. Çjan Tszo-linin oğlu general Çjan Syue-lyanın başçılığı ilə 1929-cu il avqustun 18-də Çin təcavüzkarları SSRİ ərazisinə hücum etdilər. Avqustun 20-də SSRİ ilə Çin arasında münasibətlər kəsildi. V.K.Blyuxerin komandanlığı ilə xüsusi Uzaq Şərq ordusu noyabrın 17-də təcavüzkarları sovet ərazisindən qovdu. Dekabrın 3- də ABŞ, İngiltərə və Fransa “məsləhət” və “göstərişlərdən” ibarət bəyannaməni Sovet höku- mətinə verdilər. Sovet dövləti bildirdi ki, münaqişə iki dövlətə aid olduğu üçün danışıqlara heç bir digər dövlət qarışa bilməz. 1929-cu il dekabrın 22-də Xabarovskdə bağlanan sazişlə ŞÇDY-da münaqişə ləğv edildi və burada vəziyyət bərpa edildi.
Antisovet müdaxilə planlarının boşa çıxdığını görən İngilitərənin leyborist hökuməti SSRİ ilə münasibətləri dəyişdi. 1929-cu il iyulun 17-də İngiltərənin leyborist D.P.Makdonald hökuməti Sovet hökumətinə münasibətləri bərpa etməyi təklif etdi. Oktyabrın 3-də Londonda saziş bağlandı və SSRİ ilə diplomatik və ticarət münasibətləri bərpa edildi.
1929-cu ildə kapitalist dünyasında ağır iqtisadi böhran baş verdi, 1922-1929-cu illərdəki kapitalizmin nisbi sabitləşməsi dövrü sona çatdı. 6sas kapitalist dövlətlərinin iqtisadiyyatını böhran bürüdü və istehsal aşağı düşdü. Çoxılu taxıl, ət, süd, heyvanlar məhv edildi. Kütləvi aclıq başlandı. İstehsalın ümumi həcmi ABŞ-da 1923-cü ildə olduğundan 2 dəfə az idi. Ya- poniya və Almaniyada isə bu rəqəm 40 faiz təşkil edirdi. Böhran kütləvi işsizliyə səbəb oldu. 1929-cu ilin sonunda ABŞ-da işsizlərin sayı 12 milyon, Almaniyada 5,5 milyon, İngiltərədə 2,8 milyon idi. Ümumiyyətlə, bütün kapitalist ölkələrində işsizlərin sayı 30 milyona çatmışdı.
Dünya iqtisadi böhranı şəraitində beynəlxalq münasibətlər gərginləşdi. Bazarlar, nüfuz dairələri, kapital ixracı, müstəmləkələrin yeidən bölüşdürülməsi uğrunda mübarizə qızışdı. Nəinki Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrlə məğlub edilmiş ölkələr arasında, həmçinin kapitalist ölkələri ilə SSRİ arasındakı ziddiyyətlər də kəskinləşdi. Kapitalist ölkə- lərinin hakim dairələri yaranmış vəziyyətdən çıxış yolunu Sovet quruluşuna hücum etməkdə,
faşist rejimləri qurmaqda və SSRİ-yə qarşı müharibəyə hazırlaşmaqda görürdülər.
Kapitalist dövlətləri böhrandan SSRİ-yə qarşı müharibə aparmaq yolu ilə çıxmağı planlaşdıraraq hərbi müdaxiləni 1930-cu ilin yazı üçün nəzərdə tuturdular. SSRİ-yə qarşı böhtan kampaniyasına din xadimləri də qoşuldular və müharibəni dini pərdə altında aparmaq üçün Poma papası XI Piy 1930-cu il fevralın 2-də SSRİ-yə qarşı “səlib yüyüşünə” çağırdı. Bu çağırışın mənası “dini müdafiə üçün xaçlı yürüşü” pərdəsi altında sosialist dövləti ətafındakı düşmənçilik mühitini yaratmaqdan ibarət idi. 1929-cu ildən başlayaraq Vatikan Sovet dövləti
əleyhinə təbliğat və pozuculuq işləri aparmaq üçün kadrlar hazırlayırdı. Vatikana böyük dövlətlər, xüsusilə də ABŞ yardım edirdi. Təkcə 1929-cu ildə ABŞ Vatikana 1,5 milyon dollar ayırmışdır. Vatikanda ağqvardiyaçı knyaz Volkonski başda olmaqla xüsusi komitə yaradılmışdı, burada kommunizmə qarşı mübarizə metodları öyrədilirdi.
Kapitalist dövlətləri SSRİ-yə qarşı hərbi müdaxilə hazırlanmasın “Sovet dempinqi” şayəsi ilə əsaslandırmağa cəhd edərək göstərirdilər ki, böhranın səbəbi Sovet dövlətidir. SSRİ dünya bazarlarına dəyərindən ucuz qiymətə mallar çıxarır, bu isə ölkədə mövcud olan “məcburi” və ya “qul” əməyi ilə bağlıdır. Böhran dövründə dünya ixracatında SSRİ-nin payı isə cəmi 1,9 faiz təşkil etdiyi halda ABŞ, Fransa, Belçika, Rumıniya, Kanada, Yuqoslaviya, Polşa ölkələrinin hökumətləri sovet ixracatına qarşı ayrı-seçkilik tədbirləri görürdülər ki, bu da SSRİ-yə qarşı iqtisadi blokada təşkil etmək cəhdi idi. SSRİ iqtisadi blokadanın təşkilat- çılarına qarşı bir sıra əks-tədbirlər həyata keçirdi, belə ki, SSRİ-yə qarşı məhdudlaşdırıcı şərait yaradan ölkələrə mal sifariş edilməsi, həmin ölkələrdən mal satın alınması dayandırıldı və ya maksimum azaldıldı, onların gəmilərinin kirayə edilməsi, limanlardan, tranzit yolla- rından, bazarlardan istifadə edilməsi dayandırıldı. Bu tədbirlər kapitalist dövlətlərinin iqtisadi mənafeyinə zərbə endirdi, buna görə də onlar SSRİ-yə qarşı tətbiq etdikləri qadağaları ləğv etməyə məcbur oldular.
Həmçinin SSRİ-yə qarşı bir sıra fitnəkarlıq əməlləri törədildi. 1930-cu ildə Finlandiyada Sovet nümayəndəliyi binası dağıdıldı, Varşavada sovet səfirliyini partlatmağa cəhd göstərildi, 1931-ci ildə Moskvadakı Yapon səfirinin, 1932-ci ildə Almaniya səfirliyinin müşavirini öl- dürməyə cəhd göstərildi.
ABŞ, İngiltərə və Fransa Yaponiya ilə SSRİ arasında müharibə törətmək istəyirdilər. 1931-ci il sentyabrın 18-də, Yaponiya Mancuriyaya hücum etdi. Azad hərəkət etmək məq- sədilə Yaponiya 1933-cü il martın 27-də Millətlər Cəmiyyətindən çıxdı və səylə silahlanmağa başladı. Yapon təcavüzkarları Mancuriyanı Sovet İttifaqına hücum etmək üçün əməliyyat meydanına çevirdilər, burada strateji dəmir yolları, təyyarə meydanları, möhkəm istehkamlar tikdilər. Kvantun ordusunun əsgərlərini burada yerləşdirdilər. 1932-ci ilin martında Mancuri- yada Yaponiyanın təşəbbüsü ilə Mancou-qo dövləti yaradıldı. 1932-ci ilin iyununda Yaponiya hökuməti həmin dövləti de-fakto tanıdı, əslində isə Mancuriyanı yaponlar idarə edirdi. Uzaq Şərqdə ilk müharibə ocağı belə yaranmış oldu.
Sovet hökuməti sülh siyasəti yeridir və qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmağa çalışırdı. 1932-ci il fevralın 5-də Sovet dövləti Latviya ilə, mayın 4-də Estoniya ilə, iyulun 25- də isə Polşa ilə hücum etməmək haqqında müqavilə bağladı. 1932-ci il yanvarın 25-də SSRİ ilə Fransa arasında hücum etməmək haqqında müqavilə imzalandı və noyabrın 29-da bu müqavilə təsdiq edildi. Fransanın Şərqi Avropadakı müttəfiqləri Rumıniya və Polşa bu müqaviləni müdafiə etdilər. Finlandiya ilə də hücum etməmək haqqında 1932-ci il yanvarın 21-də müqavilə imzalandı. 1929-cu il dekabrın17-də Sovet İttifaqı ilə Türkiyə arasında 1925- ci il müqaviləsini uzatmaq haqqında, 1931-ci il martın 7-də buna əlavələr haqqında protokol imzalandı. 1931-ci ildə Sovet-Türkiyə ticarət sazişi imzaladı ki, bu da 1927-ci ildəkindən daha geniş ticarət hüquqları nəzərdə tuturdu. Sovet hökuməti Türkiyəyə 8 milyon ABŞ dolları həcmində kredit verdi. M.M.Litvinov Türkiyə dövlət rəhbərləri tərəfindən səmimiyyətlə qarşılandı. 1931-ci il iyunun 24-də bitərəflik və hücum etmək haqqında Sovet-6fqan müqaviləsi bağlandı. Sovet dövləti Çin ilə münasibətləri yaxşılaşdırmağa çalışırdı. 1932-ci il dekabrın 12-də Sovet İttifaqı ilə Çin arasında 1929-cu ildə kəsilmiş diplomatik münasibətlər bərpa edildi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin