Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə36/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

452 


 

Sısqa güclü, güclü sısqa bəyənir, 

Öz yönü var sevilənin, sevənin. 

Qurulubdu öncə belə dolanış, 

Bəyənmişdir bu dirriyi yaranış, 

Bir-birini dəyişməkdə yaz,yay,qış, 

Öz yönü var sevilənin, sevənin. 

 

Üstəlik də irişmələr, qılıqlar, 



Ərköyünlər, bir də könlü sınıqlar, 

Utancaqlar, utanmayan sırtıqlar, 

Öz yönü var sevilənin, sevənin. 

 

Öz yer-yurdu, öz vamı var hərənin, 



Tanı sevgi görməyəni, görəni, 

Gözdən qaçan, bir də gözə girəni, 

Öz içində uluyanı, hürəni, 

Öz yönü var sevilənin, sevənin. 

 

Oğul, qızım dayanıbdır böyründə, 



Aydır sanki, durub günəş yerində, 

O da sanki sevir səni ürəkdən, 

Öz yönü var sevilənin, sevənin. 

 

                      Alanərlə minbaşının görüş söylənci 



 

Enib girdi dərinliyə Alan da, 

Dayaz-dərin, alçaq-hündür, bitişik. 

Getdi Alan minbaşını görməyə, 

Dayaz-dərin, alçaq-hündür, bitişik. 

 

Dedi:-Başçı, mən uzaqdan gəlmişəm, 



Mən özümə səni yaxın bilmişəm, 

Neçə kərə dirilmişəm, ölmüşəm, 

Buludlarla göz yaşımı silmişəm, 

Dayaz-dərin, alçaq-hündür, bitişik. 

 

Mənə əl tut, mənə bir az yardım et, 



Yaraqlıyam, məndən yeni toplum et, 

Mən güclüyəm, məni yurda durum et

Dayaz-dərin, alçaq-hündür, bitişik. 

Başçı baxdı, güldü ona acıqdan, 

-Mən bezmişəm-dedi-səntək yoluqdan, 

Nə çıxacaq sənin kimi yazıqdan, 

Dayaz-dərin, alçaq-hündür, bitişik. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

453 


 

Mən görürəm sən doğudan gəlibsən, 

Diyən bizi yazıq-yuzuq bilibsən, 

Bura hələ gəlməmişdən ölübsən, 

Dayaz-dərin, alçaq-hündür, bitişik. 

 

Dedi:-Gördüm, yaraqlısan, potasan, 



Öz yeri var sıralarda görkəmin. 

Sənin kimi mən də gözə çarpanam, 

Öz yeri var sıralarda görkəmin. 

 

Bacarıqda seçilirsən nə ilə, 



Mənim ilə bacarmazsan sən hələ, 

İstəyirsən bir döyüşək, bax belə, 

Öz yeri var sıralarda görkəmin. 

 

Başçı qılınc çəkdi, gəldi yaxına, 



Güc göstərmək istəyirdi çoxuna, 

Alan baxdı, asta dedi yoğuna, 

Öz yeri var sıralarda görkəmin. 

 

-Gəl güləşək, sınaqlanaq, yaraqsız, 



Lap soyunaq, biz başmaqsız, dolaqsız, 

Sən dayaqlı, güclü, mənsə dayaqsız, 

Öz yeri var sıralarda görkəmin. 

 

Soyundular, güləşdilər, qızdılar, 



Diz, dirsəklə yeri qat-qat qazdılar, 

Güvəndilər güclərinə, azdılar, 

Öz yeri var sıralarda görkəmin. 

 

Başçı dedi:-Burax, ordan yapışma, 



Yay kimisən, çox açılıb, yığışma, 

Alan dedi:-Məndən heçnə soruşma, 

Öz yeri var sıralarda görkəmin. 

-Sən güclüsən, güc qaynayır gönündə, 

Yerə vurma məni alay önündə, 

Əl tutaram sənə ağır günündə, 

Yıxıl mənə bu gedişdə, dönümdə, 

Öz yeri var sıralarda görkəmin. 

 

O düşündü,”Çox güclüdür bu oğlan, 



Dilə tutum onu, çıxım aradan, 

Görünür ki, güclü olub anadan,” 

Öz yeri var sıralarda görkəmin. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

454 


 

Güləşdilər, güc verdilər qol-qıça, 

Yoruldular, tərli, lüm-lüt, yalıncaq, 

İkisi də buğa güclü qoç, qoçaq, 

Öz yeri var sıralarda görkəmin. 

 

Birdən onun ağzı-burnu əzildi, 



Ayaqları lapdan yerdən üzüldü, 

Minbaşının sözü, səsi nəzildi, 

Əl-qol atdı, göydə səsi kəsildi

Öz yeri var sıralarda görkəmin. 

 

Dedi:-Məni yerə vurma, qoy yerə, 



Ərlik göstər, bizə baxan ərlərə, 

Bundan sonra mən başçıyam, sən ərən, 

Öz yeri var sıralarda görkəmin. 

 

                   *** 



Alan onu qoydu yerə yavaşca, 

Güləş yeydir, gözlənilməz olanda. 

Basar, basıq kimdir, artıq bilindi, 

Güləş yeydir, gözlənilməz olanda. 

 

Yanılmışdı başçı belə seçimdə, 



Öc qaynadı minbaşının içində, 

Güc duymuşdu onun sonzuz gücündə, 

Gözündəsə Alan qanlı biçimdə, 

Güləş yeydir, gözlənilməz olanda. 

Başçı dedi, Alan bura gələndir, 

Bundan sonra o toplumda ərəndir, 

El yolunda o qanını verəndir, 

Güləş yeydir, gözlənilməz olanda. 

 

O düşündü,”yenilməzdir yaradan, 



Bir gün onu çıxardaram sıradan, 

Apararam, götürərəm aradan, 

Nə bilərlər ölüb, qalıb harada,” 

Güləş yeydir, gözlənilməz olanda. 

 

Başçı bir gün çağırtdırdı Alanı, 



Dedi:-Get tap itmiş ana-balanı, 

Dağıt məni gözdən salan yalanı, 

Güləş yeydir, gözlənilməz olanda. 

 

Gəz dağları, meşələri, çölləri, 



Dolaş bir-bir yaxın, uzaq elləri, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

455 


 

Dindir gözəl çiçəkləri, yelləri, 

Ara gölü, çayı, axan selləri, 

Güləş yeydir, gözlənilməz olanda. 

 

Qap, yaxala, öldür, gətir onları, 



Axsın gərək yalan üstə qanları, 

Daha çatıb o qızların sonları, 

Güləş yeydir, gözlənilməz olanda. 

 

Ellər mənə yalan-qoşma qoşubdur, 



Ölçü-biçi cızığını aşıbdır, 

Ta dözmürəm, öc-acığım daşıbdır, 

Güləş yeydir, gözlənilməz olanda. 

 

Alan dedi:-Görkəmləri nə sayaq, 



Başçı dedi:-Qız bəstəboy, utancaq, 

Ana gözəl, ancaq yoxdur qanacaq, 

Güləş yeydir, gözlənilməz olanda. 

 

Alan dedi:-Yaxşı, gedib tutaram, 



Bir qaranlıq dustaqlığa qataram, 

İzin versən kölə edib sataram, 

Güləş yeydir, gözlənilməz olanda. 

                 *** 

Başçı yaman tutqun idi, acıqlı, 

Qancıl gərək dörd bölünə qılıncla. 

-Mən onlara on il çörək vermişəm, 

Qancıl gərək dörd bölünə qılıncla. 

 

Tapsan, öncə mənə söylə, mən bilim, 



Öldürəndə gözlə məni, mən gəlim

Qılınc ilə hərəsini dörd bölüm, 

Qancıl gərək dörd bölünə qılıncla. 

 

Alan indi başa düşdü qarını, 



Qarı niyə minbaşıdan qorunur, 

O, çağırır yardımına tanrını, 

Qancıl gərək dörd bölünə qılıncla. 

 

Gəldi gördü iki gözəl yanaşı, 



Üstlərində bir ölkənin daş-qaşı, 

Daş-qaş, qaş-göz, qol biləyə yaraşır, 

Qancıl gərək dörd bölünə qılıncla. 

 

-Qarı nənə-dedi-hanı, hardadır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

456 


 

Qızlar dedi:-Oturublar, burdadır, 

Dedi:-Qızlar, sizin işiz dardadır, 

Qancıl gərək dörd bölünə qılıncla. 

 

-Qarı nənə mənəm,Alan,bax,belə, 



Görünürəm indi gözəltək sənə, 

Daha, Alan, qarı olmam mən yenə, 

Qancıl gərək dörd bölünə qılıncla. 

 

Biz başçının qorxusundan köçəri, 



Gah qaçırıq, gah doluruq içəri, 

Ağı əkib burda ağrı biçirik, 

Qancıl gərək dörd bölünə qılıncla. 

 

Biz qorxudan burda acıq, yalavac, 



Sən iyidsən, bizə doğru bir yol aç, 

Özümüzdən biz qaçırıq, sən də qaç, 

Qancıl gərək dörd bölünə qılıncla. 

Başçı mənim qız balama vurulub, 

Dirriyimiz uçub göyə sovrulub, 

Ağlamaqdan qızım solub saralıb, 

Qancıl gərək dörd bölünə qılıncla. 

                  *** 

-Mən qızımı qoruyuram qancıldan, 

Ata olsun qıza gərək atalıq. 

O deyir ki, qızın səndən gözəldir 

Ata  olsun gərək qıza atalıq. 

 

Qarı kimi geyinərəm, gəzərəm, 



Qızım ərə gedənətək dözərəm, 

Bala deyib yarpaq kimi əsərəm, 

Ata olsun gərək qıza atalıq. 

 

İstəmirəm məni gözəl görsünlər, 



Qızıma yox,mənə çiçək versinlər, 

Dul anadan çiçək-öpüş dərsinlər, 

Ata olsun gərək qıza atalıq. 

 

Buna görə qarı nənə olmuşam, 



Buna görə çöl-bayırda qalmışam, 

Öz-özümdən mən öc-acıq almışam, 

Ata olsun gərək qıza atalıq. 

 

Alan dedi:-Sən çox yaxşı anasan, 



Ana başdır,bunu gərək qanasan, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

457 


 

Sən qızınla qoşa uçan durnasan, 

Ata olsun gərək qıza atalıq. 

 

                *** 

Alan getdi ova, qızı apardı, 

Qız tanrının gülümüdür hər yerdə

Alan ona könül verdi, ad verdi, 

Qız tanrının gülümüdür hər yerdə. 

 

Onlar getdi kolluqları dolaşdı, 



Qurdlar ilə tapışaraq ulaşdı, 

Ayı ilə, zolaqlıyla qarpışdı, 

Qaban ilə, tülkü ilə yollaşdı, 

Quşlar ilə yuvalandı, tapışdı, 

Qız tanrının gülümüdür hər yerdə. 

 

Dedi:-Adın Ana olsun, Anna yox, 



Dedi:-Sən bir göyərçinsən,sona yox, 

Sən doğmasan,ta kimsəsiz durna yox, 

Qız tanrının gülümüdür hər yerdə. 

 

Ana dedi:-Nə gözəldir çiçəklər, 



Gülə qonan kəpənəksoy ürəklər, 

Buludlardan uca durur diləklər, 

Diləklərdə şaxan qızıl şimşəklər. 

Qız tanrının gülümüdür hər yerdə. 

 

Alan dedi:-Bu yuxudur görürəm, 



Yoxsa Ana adlı çiçək dərirəm, 

Mən deyəsən öz sevgimdə itirəm, 

Qız tanrının  gülümüdür hər yerdə. 

 

               *** 



Ana dedi:- Apar məni Doğuya, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

Məni apar sevgililər yurduna, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

-Mən qorxuram anam əri başçıdan, 



O qancıldan bizi qurtar, yaradan, 

Gəl, bu gecə qaçaq, çıxaq aradan, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

-Biz  ananı yalqız qoya bilmərık, 



Yalqız qoysaq daha deyib gülmərik, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

458 


 

Yüz yaşasaq biz dincliklə ölmərik, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

Doğu yanda sökülürdü dan yeri, 



Tutulmuşdu dodaqları, dilləri, 

Titrəyirdi kirpikləri, əlləri, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

Evə gəlib nə gördülər, qan-qada, 

Qarı nənə düşüb qalıb arada, 

Bu qan nədir, söylə, böyük yaradan, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

Nənə ölüb, ev dağılıb, dam uçub, 



-Kimdir belə qan axıdan bu qancıl, 

Aldadıbdır məni deyən yalançı, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

Qız sarsılıb ağzı üstə yıxıldı, 



Bunun ilə ana evi dağıldı, 

Yaraqlılar gəlib sıx-sıx yığıldı, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

Başçı dedi:-Bu Alandır,bu da mən, 



Budur mənim arvadımı öldürən, 

Alan, bunu öldürmüsən niyə sən, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

Qoy el bilsin, Alan kimdir, mən kiməm. 



Kim giribdir ərənsayaq görkəmə, 

İndi görək güc gələcək kim kimə, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

Alan dedi:- Sənsən bunu törədən



Sənsən məni, onu, bunu öyrədən, 

Sənsən başı öclə dolu bir gödən, 

Sevgi birdir uzaq Doğu, Batıda. 

 

                  *** 



Qız ayıldı, çox ağladı, sıtqadı, 

Güclü olur çoxu ölüm qabağı. 

Saçlarını yolub tökdü torpağa, 

Güclü olur çoxu ölüm qabağı. 

 

Qız bir azdan ələ aldı özünü, 



Dedi:-Bilin,mən deyirəm düzünü, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

459 


 

Mən tuturam minbaşıya üzümü, 

Güclü olur çoxu ölüm qabağı. 

Sən əl atdın qızlığıma, yanıldın, 

Ana-bala nisgilində qan oldun, 

Boşa çıxdı əlin,bizdən yan oldun, 

Güclü olur çoxu ölüm qabağı. 

 

On il səndən uzaq gəzdik, töküldük, 



Ev-eşikdən uzaq düşdük, söküldük, 

Kökdən qopduq, biz yenidən əkildik, 

Güclü olur çoxu ölüm qabağı. 

 

Bir aydır ki, Alan gəlib buraya, 



O giribdir barış deyə araya, 

Ancaq toxdaq olmayıbdır yaraya, 

Güclü olur çoxu ölüm qabağı. 

 

Başçı dedi:-Qoy kəsilsin başları, 



Atılsınlar qabağına quşların, 

Qoy qalmasın daş üstündə daşları, 

Güclü olur çoxu ölüm qabağı. 

 

Qolu bağlı Alan çıxır irəli, 



Yaraqlılar çıxıb gedir, seyrəlir, 

Qalanlarsa ağlamsınır, kövrəlir, 

Güclü olur çoxu ölüm qabağı. 

 

Deyir:-Məni öldürünüz qızı yox, 



Atalığı batıb qana, özü yox, 

O, dup-duru qızdır, varda gözü yox, 

Güclü olur çoxu ölüm qabağı. 

 

Çağırıram başçımızı vuruşa, 



İstəyirəm ondan bir söz soruşam, 

Əl uzatsın biz əl tutaq yarışaq, 

Güclü olur çoxu ölüm qabağı. 

 

                   *** 



Alan birdən dönüb baxır meşəyə, 

Son əl yeri, son inamdır inanış. 

O ulayır, boz qurdları çağırır, 

Son əl yeri, son inamdır inanış. 

Gur ulartı səsi gəlir uzaqdan, 

Başçı gedir, durur bir az qıraqda, 

Yaraqlılar qorxur,tutur yaraqdan, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

460 


 

Son əl yeri, son inamdır inanış. 

 

Qurd sürüsü lap yaxında görünür, 



Hamı qorxur, sarılığa bürünür, 

Kimi qaçır, kimi yerlə sürünür, 

Son əl yeri, son inamdır inanış. 

 

-Boz Qurd-deyib Alan çıxır irəli, 



Alan qurda, qurd Alana güvənir, 

İti dişlər boğazlara dirənir, 

İrəlidə nə vardısa kürünür, 

Son əl yeri, son inamdır inanış. 

 

Üç qurd alıb minbaşını dağıdır, 



Qurd dırnaqla, caynaqla qan axıdır, 

Çoxunu da yerə sərən qorxudur, 

Son əl yeri, son inamdır inanış. 

 

Ana baxır, o inanmır gözünə, 



Ovsunlanıb Alan Boz Qurd sözünə

Gah bayılır, gah da gəlir özünə, 

Son əl yeri, son inamdır inanış. 

                      *** 

Bir ay keçir, qırx gün keçir olandan, 

Yeni gəlir, unudulur olanlar. 

El yığışıb başçı qoyur Alanı, 

Yeni gəlir, unudulur olanlar. 

 

Alan qurda, yaraqlıya baş olur, 



Bu düşdüyü yerdə ağır daş olur, 

“Minel” deyib hərdən uçar quş olur, 

Yeni gəlir, unudulur olanlar. 

 

Hərdən gizli “Tunqər ata” söyləyir, 



Hərdən əski paltarını iyləyir, 

Hərdən “Minel” söyləyərək kövrəlir, 

Yeni gəlir, unudulur olanlar. 

       Çatanər söylənci 

 

Ox dalınca Çatan getdi durmadan, 



Ad dəyişir, ancaq el, yol dəyişmir. 

At səyirtdi, Misirelə girdi o, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

 

Dəyişmişdi Firon yeni Fironla, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

461 


 

Üz-üzəydi yəhudilər Harunla, 

Yaşayırdı ellər əski durumla, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

 

Günəş idi Misirelin tanrısı, 



Kəsi-küsü, sevgi, inam tanrısı, 

Tanrılıqdı, fironluqdu ağrısı, 

Tanrıinanc yaşayırdı yarısı, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

 

Ölməz yaşam sözü girib araya, 



Ölməzliyi yaşadırdı mumiya,  

Ölməz sevgi, ölüm durub sıraya, 

Ölməzlik də söykənmişdi buraya, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

 

El qumluqda ölməz ağac əkirdi, 



Ölməzliyə daş Başevlər tikirdi, 

Ölməzliklər Başevlərə çökürdü, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

 

Yəhudilər Misireldən köçürdü, 



Dönməzliyə yüz minlər and içirdi, 

Ağızlar od, gözlərsə yaş tökürdü, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

 

Çatan çatdı belə gündə ölkəyə, 



O sığındı lüm-lüt, yoxsul bölgəyə, 

Bir ağac yox sığınasan kölgəyə, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

Qayıqçılar aldı onu araya, 

Dedilər ki, hardan gəldin buraya, 

Gəl bir yerdə qızıl balıq ovlayaq, 

Ad  dəyişir, ancaq el, yol dəyişmir. 

 

O dedi:-Mən minminbaşı oğluyam, 



Kökdən, dibdən Tur şahına bağlıyam, 

Çətin sizlə burada baş saxlayam, 

Ad dəyişir, ancaq el, yol dəyişmir. 

                  *** 

Bir balıqçı ona dedi:-Ay Çatan, 

Kişi gərək hər bir işi baçarsın. 

Şah oğlu da gərək ovu öyrənə, 

Kişi gərək hər bir işi bacarsın. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

462 


 

Deyən yaxşı bacarırsan üzməyi, 

Sular üstə ilan kimi gəzməyi, 

Qarmaqları sıra ilə düzməyi, 

Kişi gərək hər bir işi bacarsın. 

 

Qayıq üstdə ayıq, sayıq durarsan, 



Balıqlara ip, ilişkən qurarsan, 

İriləri bizuc ilə vurarsan, 

Kişi gərək hər bir işi bacarsın. 

 

Balıq kürü tökür başı yuxarı, 



Sən də tərsə üzməlisən axarı, 

O başını hərdən sudan çıxarır, 

Kişi gərək hər bir işi bacarsın. 

 

Onda balıq ilişkənə tez düşür, 



Gözləsən də bu hərdən-bir görüşü, 

Hərdən dalğa ov işinə qarışır, 

Hərdən balıq dalğa ilə yarışır, 

Ovçu gərək üzə dalğa qarışıq, 

Kişi gərək hər bir işi bacarsın. 

 

Çatan baxdı göy sulara saraldı, 



Burulqanı görcək gözü qaraldı, 

Bəbəkləri xırdalaşdı, daraldı, 

Kişi gərək hər bir işi bacarsın. 

 

Biri onu itələdi yarğandan, 



Çaya düşdü, səs çıxmadı Çatandan, 

Yoxlanırdı o beləcə yalandan, 

Kişi gərək hər bir işi bacarsın. 

 

Çatan batdı, sarsılarkən dözümü, 



Bir balıqçı suya atdı özünü, 

Su altında açdı iki gözünü, 

Kişi gərək hər bir işi bacarsın. 

 

Çatan sudan asılmışdı, asılqan, 



Fırladırdı onu iti burulqan, 

Nil suları nə amansız, nə yaman, 

Kişi gərək hər bir işi bacarsın. 

                *** 

Balıqçılar onu çəkdi çıxartdı, 

Oddur,sudur,külək,bunlar yamandır. 

Dedilər ki, yoxlayırdıq biz səni. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

463 


 

Oddur, sudur, külək, bunlar yamandır. 

 

Çatan dedi:-Məni tutdu burulqan, 



O fırlatdı, saldı məni ayaqdan, 

Çox şey gördüm orda,balıq,quş,qaban, 

Oddur, sudur, külək, bunlar yamandır. 

 

Bundan sonra qoşuluram sizlərə, 



Qurban olum bu qırışmış üzlərə, 

Su altında məni tapan gözlərə

Oddur, sudur, külək, bunlar yamandır. 

 

Atı satdı, qayıq aldı, su atı, 



İki avar onun qoşa qanadı, 

Dedi,”Gedək, suda üzək, su atım,” 

Oddur, sudur, külək, bunlar yamandır, 

Tez öyrəndi, tez alışdı Nilə o, 

Seldə yaxşı üzəmmirdi hələ o, 

Tutammırdı iri balıq hələ o, 

Oddur, sudur, külək, bunlar yamandır. 

 

Əlləşirdi üzsün başı yuxarı, 



Qayçılasın qollarıyla axarı, 

Aldadandı çayın axar-baxarı, 

Oddur, sudur, külək, bunlar yamandır. 

 

Lil gəlirdi sular yağış yağanda, 



Sevinirdı gündüz günəş çıxanda, 

Yatımlıydı çən döşündən qalxanda, 

Oddur, sudur, çovğun, bunlar yamandır. 

 

Sevinirdi dalı üstdə üzəndə, 



Qısılırdı yanı üstdə üzəndə, 

Böyrü üstdə, qarnı üstdə üzəndə, 

Oddur, sudur, külək, çovğun yamandır. 

  

Sevinirdi tutduqların sayanda, 



Şappıldayıb çay yarğanı yuyanda, 

Şırıltını, pıçıltını duyanda, 

Oddur, sudur, külək, çovğun, yamandır. 

 

Balıq sanki tanıyırdı Çatanı, 



Balıq deyə suya batıb çıxanı, 

Çay döşəyi, bulud isə yorğanı, 

Oddur, sudur, külək, çovğun yamandır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

464 


 

                   *** 

Bir şah vardı,çaylar şahı,Aman şah, 

Ölkəsinə tanrı ola şah gərək. 

Sara qızı gözəl idi bu şahın, 

Ölkəsinə tanrı ola şah gərək. 

 

Çaylar şişib yazda aşıb daşanda, 



Seldən, sudan ellər, kəndlər şaşanda, 

Qoşar çaya üztut, mahnı qoşanda, 

Ölkəsinə tanrı ola şah gərəg, 

Selə kəsi verirdilər, batırdı, 

Kəsi-qızı sel-su alıb yatırdı, 

Sel-sulara kəsi dinclik qatırdı, 

Ölkəsinə tanrı ola şah gərək. 

 

Kəsi gəzəl olmalıydı, lap gözəl, 



O yatımlı olmalıydı hər gözə, 

Qız kəsiydi daşqın çaya, dənizə, 

Ölkəsinə tanrı olsun şah gərək, 

 

Gizlədirdi şah qızını hamıdan, 



Gizlədirdi ağsaqqaldan, tanrıdan, 

Utancaqdı şah öz qızı sarıdan, 

Ölkəsinə tanrı ola şah gərək. 

 

Çox gözəllər atılmışdı sellərə, 



Mahnı olub düşmüşdülər dillərə, 

Bu kəsilər dözülməzdi ellərə, 

Ölkəsinə tanrı ola şah gərək. 

 

Ancaq bir gün Nil basanda çölləri, 



Çox atdılar suya atla, kəlləri, 

Kəl almadı qabağını sellərin, 

Ölkəsinə tanrı olsun şah gərək. 

 

Daha gözəl qalmamışdı ölkədə, 



Biri vardı, şah qızıydı, kölgədə. 

İş aşmırdı buğa, gamış, cöngədən, 

Ölkəsinə tanrı olsun şah gərək. 

 

Ağsaqqallar bir ocağa yığışdı, 



Başbilənlər bir-biriylə barışdı, 

Şahın ölkə işlərinə qarışdı, 

Ölkəsinə tanrı ola şah gərək. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin