909) Qida borusunun yuxarı sfinkteri nə vaxt işləməyə başlayır?
A) Bir yaşında
B) Ana bətnində udma aktı başlayan kimi
C) Anadan olan kimi
D) 10 yaşında
E) 1 həftəlik yaşında
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
910) Anadangəlmə pilorostenozun əsas simptomu nədir?
A) Mədənin pilorik sahəsinin uzanması
B) Mədənin çox genişlənməsi
C) Hiperperistaltika
D) Antiperistaltika
E) Kontrastın mədədən bağırsağa keçməsinin ləngiməsi
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
911) Anadangəlmə pilorostenozun pilorospazmadan əsas fərqi nədədir?
A) Mədənin pilorik sahənin azalması
B) Bağırsağın köpməsi
C) Kontrastın mədədən bağırsağa keçməsinin 3 saatdan sonra başlaması
D) Hiperperistaltika
E) Pilorik sahənin daralması
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
912) Anadan yeni doğulmuş uşaqlarda anadangəlmə 12 barmaq bağırsağının tam keçməməzliyinin əsas səbəbi nədir?
A) 12 barmaq bağırsaq soğanağın deformasiyası
B) Üzükvari formalı mədəaltı vəzi
C) 12 barmaq bağırsağın olmaması
D) Embrional qoşqu ipləri ilə bağırsaqların sıxılması
E) 12 barmaq bağırsağın atreziyası
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
913) Anadan yeni doğulmuş uşaqlarda arterio-mezenterial kompresiyasının əsas səbəbi nədir?
A) Müsariqəsi kökünün qısalması
B) Bağırsağın yarımçıq dönməsi
C) Yuxarı müsariqə arteriyası qarın aortasından aralması bucağın böyüməsi
D) Yuxarı müsariqə arteriyası qarın aortasından aralması bucağın azalması
E) Ana bətnində keçirilmiş peritonit
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
914) 12 barmaq bağırsağın aşağı atreziyasının əsas səbəbi nədir?
A) 12 barmaq bağırsağın proyeksiyada əlavə mayenin horizontal səviyyəsi
B) 12 barmaq bağırsağın proyeksiyada mayenin iki əlavə horizontal səviyyələri nazik və çənbər bağırsaqları ilgəklərində qazın tam olmaması şərti ilə
C) Kontrastın 12 barmaq bağırsağın yolunda çətin keçməsi
D) Kontrastın 12 barmaq bağırsağın yolunda keçməsinin ləngiməsi
E) bağırsaq ilgəklərində qazın tam olmaması
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
915) Mekonial keçməməzliyinin əsas simptomu nədir?
A) Xırda maye gilələrin nazik bağırsaqlarda şəffaqlıq simptomunun yaranması
B) Mədənin qaz qovuğunun böyüməsi
C) Bağırsaq ilgəklərində Kloyber kasaları və alaqapıların (arkaların) olması
D) Bağırsaq ilgəklərində horizontal səviyyələri
E) Qarın boşluğunun kalsifikasiyası
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
916) Kiçik yaşlı uşaqlarda ileosekal invaqinasiyasının dəqiq əlaməti nədir?
A) İcmal qarın boşluğunun rentgenoqrammada bağırsaq ilgəklərində Kloyber kasaları və alaqapıların (arkalar) olması
B) Bağırsaq ilgəklərində mayenin horizontal səviyyələri
C) Havalı irriqoskopiyada ileosekal qapağı nahiyəsində dairəvi və ya oval şəkildə əlavə kölgəlik
D) İrriqoskopiyada kor bağırsaqdan qalça bağırsağa barium keçməsinin ləngiməsi
E) Havalı irriqoskopiyada kor bağırsaqdan qalça bağırsağa havanın keçməsinin ləngiməsi
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
917) Pediatriyada bağırsaq invaqinasiyasının 90%-nı nə təşkil edir?
A) Çəmbər-çəmbər
B) Qalça-qalça
C) Qalça-qalça-çəmbər
D) Heç biri
E) İleosekal (qalça-çəmbər)
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с. (c.325)
918) Uşaqlarda hansı yaşda bağırsaq invaqinasiyası baş verə bilər?
A) 8 yaşdan – 10 yaşa qədər
B) 6 aydan – 3 yaşa qədər
C) 6 aya qədər
D) 5 yaşdan – 8 yaşa qədər
E) 10 yaşdan – 12 yaşa qədər
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с. (c.325)
919) Uşaqlarda bağırsaq invaqinasiyasının baş vermə səbəbi nədir?
A) Qeyri-xodjinski limfoması
B) Bağırsağın dublikasion kistası
C) Mekkelev divertikulu və bağırsağın dublikasion kistası
D) Bütün cavablar düzgündür
E) Mekkelev divertikulu
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с. (c.325)
920) Hirşbrunq xəstəliyinin əsas əlaməti hansıdır?
A) S-vari bağırsağın düz bağırsağa keçiriliciyinin daralması
B) S-vari bağırsağın əlavə ilgəki
C) Bağırsaq ilgəklərində mayenin horizontal səviyyələri
D) S-vari bağırsağın diametrinin böyüməsi
E) S-vari bağırsağın peristaltikasının olmaması
Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
921) Sağlam uşaqların ümumi öd axacağının eni USM-i zamanı nəyə bərabərdir?
A) Qaraciyər qapı venasının 1/3 diametrin hissəsinə
B) Qaraciyər qapı venasının 1/2 diametrin hissəsinə
C) Qaraciyər qapı venasının diametrinə
D) Qaraciyər qapı venasının 1/4 diametrin hissəsinə
E) Qaraciyər qapı venasının 3/4 diametrin hissəsinə
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
922) Sağlam uşaqlarda ümumi öd axacağının divar qalınlığı USM zamanı nəyə bərabərdir?
A) 3 mm –dək
B) 2 mm –dək
C) Bilinmir
D) 5 mm
E) 1 mm –dək
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
923) Anadan yeni doğulmuş uşaqlarda mədəaltı vəzinin sərtliyi qaraciyər parenximasına nisbəti hansıdır?
A) Azdır
B) Dəyişir
C) Müqaisə olmur
D) Eynidir
E) Çoxdur
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
924) USM zamanı şəkərli diabetli uşaqlarda ən çox rast gəlinən simptom hansıdır?
A) 1-ci qaraciyər seqmentinin indeksinin dəyişilməsi
B) Qaraciyər sərtləşməsinin dəyişilməsi
C) Piyli hepatoz
D) Mədəaltı vəzin ölçülərinin dəyişməsi
E) Mədəaltı vəzin sərtləşməsinin dəyişməsi
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
925) Dirsək oynaq nahiyəsinin birinci sümükləşmə nöqtəsi haradan başlayır?
A) Medial epikondilusu
B) Kondilus
C) Lateral epikondilusu
D) Başçığı
E) Blok
Ədəbiyyat: И.Г.Лагунова «Рентгеноанатомия скелета». М. Медицина. 1981. 368 с.
926) Uşaqlarda dirsək oynaq nahiyəsində daha çox rast gəlinən sınıqlar hansıdır?
A) Dirsək çıxıntısı
B) Kondilusüstü sınığı
C) Mil sümüyün başı
D) Bazu sümüyün distal metafizi
E) Dirsək sümüyün tac çıxıntısı
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964.
927) Uşaqlarda bud-çanaq oynağı USM zamanı hansı datçikdən istifadə olunur?
A) Sektorlu
B) Mikrokonveks
C) Konveks
D) Fərqi yoxdur
E) Xətti
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с.
928) USM zamanı bud-çanaq oynağının asetabul qiymətlənmə bucağının əsas xətti haradan keçir?
A) “Y”-bənzər qığırdağın ortasında
B) Limbusun əsasında
C) Sirkə kasası medial kənarında
D) Sirkə kasası ortasında
E) Qalça sümüyün kənarında
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с
929) USM zamanı R.Qraf metodu ilə bud-çanaq oynağının müayinəsi uşağın hansı uzanma vəziyyətində aparılır?
A) Lorens-1 vəziyyətində
B) Arxa
C) Yan
D) Ağız üstü
E) Şaquli vəziyyətində
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с.
930) USM zamanı R.Qraf metodu ilə uşaqlarda bud-çanaq oynağının müayinəsində normada alfa və betta bucaqlarının ölçüləri nə qədərdir?
A) Alfa – 60º yuxarı və betta – 55º qədər
B) Alfa və betta – 50º qədər
C) Alfa – 29,5º qədər və beta – 65,5º qədər
D) Alfa – 60º qədər və betta – 55º yuxarı
E) Alfa – 50º yuxarı və betta – 65º qədər
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с.
931) Bud-çanaq oynağının sabitliyini hansı kliniki simptom göstərir?
A) Hər iki bud əti büküşlərinin asimmetriyası
B) Budun artma ilə xaric edilməsi simptomu
C) Sürüşən simptom
D) Zədə ətrafı xarici rotasiyasının simptomu
E) Budun qısılması simptomu
Ədəbiyyat: И.Г.Лагунова «Рентгеноанатомия скелета». М. Медицина. 1981. 368 с.
932) Anadan yeni doğulmuş uşaqlarda sirkə kasasının asetabulyar indeksinin norması neçədir?
A) 30 qədər
B) 35 qədər
C) 40-dən 45 qədər
D) 35-dən 40 qədər
E) 50 yuxarı
Ədəbiyyat: И.Г.Лагунова «Рентгеноанатомия скелета». М. Медицина. 1981. 368 с.
933) Anadangəlmə bud-çanaq oynağının çıxığı diaqnostikasında hansı simptom əsasdır?
A) Zədə bud sümüyünün başının sümükləşmə nöqtəsinin gec meydana çıxması
B) Misallardan heç biri doğru deyil
C) Bud sümüyün proksimal hissəsinin dislokasiyası
D) Şenton xəttinin pozulması
E) Sirkə kasasının açıq əyilməsinin düzlənməsi (qeyri-inkişafı)
Ədəbiyyat: И.Г.Лагунова «Рентгеноанатомия скелета». М. Медицина. 1981. 368 с.
934) Zədə epifiziolizi zamanı “sümük lövhəsi” simptomu nə ilə xarakteriza edilir?
A) Metafizdən sümük fraqmentinin qopması
B) Epifizioliz epifizin sümük fraqmentinin qopması ilə
C) Epifizioliz epifiz və metafiz sınığı ilə
D) Misallardan heç bir doğru deyil
E) Epifizioliz kənar metafiz sınığı ilə
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964.
935) Uşaqlarda onurğanın boyun şöbəsinin ən çox rast gəlinən natamam çıxığı aşağıdakılardan hansıdır?
A) Transdental
B) Rotasion natamam çıxıqlar
C) Luksasion
D) Peridental
E) Transliqamentoz
Ədəbiyyat: «Секреты рентгенологии». Под ред. Дуглас С.Кац и др.. М.2003. 704 с.
936) Beyindaxili təzyiqin artması nəticəsində türk yəhərinin formasını dəyişməsi uşaqlarda hansı yaşdan etibarən aşkar olunur?
A) Bir yaşdan
B) Bütün yaşlardan
C) On yaşdan
D) Birinci həftəsindən
E) Üç yaşdan
Ədəbiyyat: «Секреты рентгенологии». Под ред. Дуглас С.Кац и др.. М.2003. 704 с.
937) Adətən hansı metafizar böyümə zonası səviyyəsində zədə epifiziolizi baş verir?
A) Hipertrofik qığırdaq hüceyrələri
B) Proliferativ qığırdaq hüceyrələri
C) Bütün cavablar düzgündür
D) Hazırlıq olan kirəcləşmə zonası
E) Kolonnalı qığırdaq hüceyrələri
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
938) Hansı bədxassəli şişlərin kliniki əlamətləri ilə onu xatırladan osteomiyelit xəstəliyi arasında differensial diaqnostika aparılmalıdır?
A) Yuinq sarkoması
B) Fibrosarkoma
C) Bədxassəli osteoblastoklastoma
D) Xondrosarkoma
E) Osteosarkoma
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964.
939) Yarımçıq doqulmuş uşaqlarda neyrosonoqrafiya zamanı subependimal qanaxma harada təyin olunur?
A) Beyin parenximasında
B) Quyruqlu nüvənin başları, kaudotalamik şırım
C) Kaudotalamik şırım
D) Yan mədəciklərin damarlı kələfləri
E) Yan mədəciklərin periventrikulyar nahiyəsi
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
940) Yeni doğulmuş uşaqlarda neyrosonoqrafiya zamanı yan mədəciklərdə qanaxma daha çox harada təyin olunur?
A) Kaudotalamik şırımlar nahiyəsində
B) Periventrikulyar nahiyədə
C) Damar kələfi
D) Ön buynuzu subependimal hissələrində
E) Beyin parenximasında
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
941) 5 – 10 yaşda olan sağlam uşaqlarda böyrək ləyəninin eni nə qədərdir?
A) 7 mm
B) 5 mm
C) 3 mm
D) 9 mm
E) 1 sm
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
942) Yeni doğulmuş uşaqlarda ilk günlərdə USM zamanı böyrək piramidalarının sərtləşməsi nəyin əlamətidir?
A) Pielonefrit
B) Böyrəyin inkişaf qüsuru
C) Reflyuks
D) Tranzitor metabolik dəyişiklik
E) Nefrokalsinoz
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
943) Yeni doğulmuş uşaqlarda ilk günlərdə USM zamanı böyrək piramidalarının sərtləşməsi nəyin əlamətidir?
A) Pielonefrit
B) Böyrəyin inkişaf qüsuru
C) Reflyuks
D) Tranzitor metabolik dəyişiklik
E) Nefrokalsinoz
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
944) Böyük yaşlı uşaqlarda USM zamanı böyrək piramidalarının sərtləşməsi nəyin əlamətidir?
A) Böyrəyin inkişaf qüsuru
B) Nefrokalsinoz
C) Reflyuks
D) Pielonefrit
E) Transitor metabolik dəyişiklik
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698 с.
945) Qızlarda kisəli sidik axarı reflyuksunun ən çox rast gəlinən növü hansıdır?
A) Obstruktiv
B) İltihablı və obstruktiv
C) İltihablı
D) Medikamentoz
E) Anadangəlmə
Ədəbiyyat: В.Н.Демидов, Ю.А.Пытель, А.В.Амосов «Ультразвуковая диагностика в уронефрологии». М.Медицина. 1989. 110 с.
946) Enən sistoqrafiya üçün göstərişlər hansılardır?
A) Spina bifida lateralis
B) Sidiyini saxlaya bilməməsi
C) Uretra sfinkterinin vəziyyətinin bilinməsi
D) Anomal sidik axarı şübhəsi
E) Spina bifida posterior
Ədəbiyyat: Панов Н.А., Гингольд А.И., Москачева К.А. Рентгенодиагностика педиатрии. М., 1972
947) Uşaqlarda sistoqrafiya zamanı aşağıdaki fəsadlardan hansına rast gəlmək olar?
A) Venalı reflyuks
B) Fornikal reflyuks
C) Tubulyar reflyuks
D) Qarışmış reflyuks
E) Fərqi yoxdur
Ədəbiyyat: Панов Н.А., Гингольд А.И., Москачева К.А. Рентгенодиагностика педиатрии. М., 1972
948) Uçan ulduz quyruğu artefektı hansı zamanda USM-də köməklik göstərir?
A) Polisistoz
B) Öd-daşlı xəstəliyi
C) Bağırsaq divertikulu
D) Mədəaltı vəzin xərçəngi
E) Appendisit
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с.
949) Uçan ulduz quyruğu artefektı hansı zamanda USM-də köməklik göstərir?
A) Polisistoz
B) Öd-daşlı xəstəliyi
C) Bağırsaq divertikulu
D) Mədəaltı vəzin xərçəngi
E) Appendisit
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с.
950) Onurğa beyninin konusu hansı onurğa sütununun səviyyəsindədir?
A) 5-ci bel fəqərəsinin yuxarı səthi
B) 5-ci bel fəqərəsinin aşağı səthi
C) 3-ci bel fəqərəsinin yuxarı səthi
D) 1-ci bel fəqərəsinin aşağı səthi
E) 4-cü bel fəqərəsinin aşağı səthi
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
Pozitron emission tomoqrafiya (PET) və radionuklid diaqnostikası.
951) Radionuklid diaqnostikası digər müayinə metodlarından nə ilə fərqlənir?
A) Anatomik dəyişiklikləri göstərir
B) Struktur dəyişiklikləri göstərir
C) Morfoloji dəyişiklikləri göstərir
D) Funksional dəyişiklikləri göstərir
E) Sadalananların hamısı
Ədəbiyyat: Б.В.Билетов «Стандартизованные Методики Радиоизотопной Диагностики». 1995. 390 с.
952) Radionuklid diaqnostikasında hansı cihazdan istifadə olunur?
A) RUM
B) Qamma-kamera
C) Aloka
D) Densitometr
E) TUR
Ədəbiyyat: Т.И.Сиваченко, Д.С.Мечев «Руководство по Ядерной Медицине». Киев. 1998. 534с.
953) Aşağıdaki izotoplardan hansı daha çox onkoloji diaqnostikada istifadə olunur?
A) P 32 (fosfor)
B) C 14 (karbonium)
C) Tl 201 (tallium)
D) İ 131 (yod)
E) Tc 99m (teknesium)
Ədəbiyyat: Б.В.Билетов «Стандартизованные Методики Радиоизотопной Диагностики». 1995. 390 с.
954) Onkoloji praktikada sümüklərin izotop müayinəsi nə zaman istifadə olunur?
A) Şişin xəsəsinin təyin olunmasında
B) Şişin lokalizasiyasının təyin olunmasında
C) Metastazların aşkar olunmasında
D) Şişin yerli invaziyasının təyin olunmasında
E) Şiş ölçüsünün təyin olunmasında
Ədəbiyyat: Б.В.Билетов «Стандартизованные Методики Радиоизотопной Диагностики». 1995. 390 с.
955) Hansı müayinə metodu skelet sümüklərində metastazların erkən aşkar olunmasında daha yararlıdır?
A) MRT
B) KT
C) Rentgenoqrafiya
D) Osteossintiqrafiya
E) Osteodensitometriya
Ədəbiyyat: Б.В.Билетов «Стандартизованные Методики Радиоизотопной Диагностики». 1995. 390 с.
956) Qalxanvari vəzin radionuklid skanoqrammasında nə müəyyən olunur?
A) Ölçüsünün təyini
B) Sadalananların hamısı
C) Anatomik dəyişikliklərin təyini
D) Funksional dəyişikliklərin təyini
E) Struktur dəyişikliklərin təyini
Ədəbiyyat: Г.А.Зедгенидзе «Клиническая Рентгенорадиология». Москва. 1995. 364 с.
957) Qalxanvari vəzin radionuklid müayinəsi zamanı aşkar olunan soyuq ocaq (cold node) daha çox hansı xəstəliyə xarakterikdir?
A) Sadalananların hamısı
B) Qalxanvari vəzin adenoması
C) Qalxanvari vəzin düyünlü hipotiroidi
D) Qalxanvari vəzin diffuzlu hipertiroidi
E) Qalxanvari vəzin xərçəngi
Ədəbiyyat: Elgazzar A.H., Shehab D. Nuclear Medicine. Berlin 2001. 502 p.
958) Qalxanvari vəzin hansı exoqrafik ölçülərini ölçmək lazımdır?
A) Hər payın tək ölçüsü
B) Hər payın perimetrik ölçüləri
C) Hər payın çəp-köndələn ölçüləri və boğaz hissəsinin ölçüsü
D) Hər payın uzunluğunu və boğaz hissəsinin ölçüləri
E) Hər payın uzunluğunun, qalınlığın, eninin ölçüləri
Ədəbiyyat: «Практическое руководство по ультразвуковой диагностике» под ред. Митькова. M. Видар-М. 2003. 698с.
959) Qalxanvari vəzi xərçənginin sintiqrafik əlamətləri hansıdır?
A) Qeyri düzgün konturlu hipoaktiv sahə
B) Diffuz hipertiroid
C) Qeyri düzgünkonturlu hiperaktiv sahə
D) Düzgün konturlu hipoaktiv sahə
E) Düzgün konturlu hiperaktiv sahə
Ədəbiyyat: Т.И.Сиваченко, Д.С.Мечев «Руководство по Ядерной Медицине». Киев. 1998. 534с.
960) Radionuklid müayinə metodu onkoloji xəstəliklər zamanı nəyi dəqiqləşdirməyə imkan verir?
A) Sadalananların hamısı
B) Zədələnmənin lokalizasiyasını, metastazları və onların yayılmasını dəqiqləşdirməyə
C) Toxumada 0,5 sm-dən çox olan şişi təyin etməyə
D) Toxumada 0,5 sm-ə qədər olan şişi təyin etməyə
E) Daha effektiv terapiya planını seçməyə
Ədəbiyyat: Т.И.Сиваченко, Д.С.Мечев «Руководство по Ядерной Медицине». Киев. 1998. 534с.
961) Prostat vəzi xərçəngi zamanı skelet sümüklərinin müayinəsi üçün ən informativ müayinə metodu hansıdır?
A) MRT
B) Sümük sintiqrafiya
C) KT
D) Osteodensitometriya
E) Rentgenoqrafiya
Ədəbiyyat: Р.А.Лопаткин, Ю.Я.Глейзер, Е.Б.Мазо «Радиоизотопная Диагностика». Москва. 1995. 315 с.
962) Süd vəzi xərçəngində skelet sümüklərinə metastaz şübhəsi olan xəstəyə ən informativ müayinə metodu hansıdır?
A) Rentgenoqrafiya
B) Densitometriya
C) MRT
D) Osteosintiqrafiya
E) KT
Ədəbiyyat: Р.А.Лопаткин, Ю.Я.Глейзер, Е.Б.Мазо «Радиоизотопная Диагностика». Москва. 1995. 315 с.
963) Ağciyər xərçənginin differensial diaqnostikasında daha informativ müayinə metodu hansıdır?
A) Pozitron Emission Tomoqrafiya (PET)
B) KT
C) MRT
D) Ağciyər sintiqrafiyası
E) Rentgenoqrafiya
Ədəbiyyat: Abdel-Nabi H., Lamonica D.M. Staging of Primary Carcinomas with Flourine 18 deoxyglucose. 2003. 760 p.
964) Limfa vəzilərinin şiş nəticəsində zədələnməsinin əlamətlərindən biri hansıdır?
A) Ümumi exogenliyin aşağı enməsi
B) Formasının yastılaşması
C) Ölçülərinin böyünməsi
D) Kürəvari formada olması
E) Ümumi exogenliyin artması
Ədəbiyyat: С.Г.Миронов, Ю.Н.Касаткин «Детская радиология». М.Медицина.1993. 209с.
965) Onkoloji xəstəliklər zamanı hibrid PET-CT müayinəsində istifadə olunan radiofarmpreparatı hansıdır?
A) Flor 18 – deoksiglukoza
B) Gallium 67
C) İ 124
D) Tc HM PAO
E) Tc MİBİ
Ədəbiyyat: Blasberg R.G. Molekular Imaging and Cancer Therapy. 2005. pp.2034-2003
966) Radionuklid diaqnostika metodu ilə Yuinq sarkomanın müayinəsində nəyi müəyyənləşdirmək olar?
A) Prosessin aktivliyinin təyini
B) Bütün sadalananlar
C) Zədələnmənin ölçüsünü təyin etmək
D) Zədələnmənin lokalizasiyasını və metastazlarını təyin etmək
E) Zədələnmənin lokal invaziyasını təyin etmək
Ədəbiyyat: Р.А.Лопаткин, Ю.Я.Глейзер, Е.Б.Мазо «Радиоизотопная Диагностика». Москва. 1995. 315 с.
967) Hepatosintiqrafiya zamanı daxil olan Tc 99m nişalanmış radiokolloid miqdarı 2-4 MBk/kq təşkil edir. Əgər xəstəni çəkisi 70 kq olarsa hansı maksimal dozanı vena daxili vurulmaq olar?
A) 4 MBk
B) 210 MBk
C) 140 MBk
D) 100 MBk
E) 280 MBk
Ədəbiyyat: Г.А.Зубовский «Лучевая и ультразвуковая диагностика заболеваний печени и желчных путей». М.Медицина. 1988. 240 с. (c48)
968) Hepatosintiqrafiya zamanı qaraciyər ilə dalaq arasında radiokolloid paylanması nisbəti normada neçə faiz təşkil edir?
A) 85%-92% və 15-8%
B) 80-88% və 20-12%
C) 70-82% və 30-18%
D) 50% və 50%
E) 98% və 2%
Ədəbiyyat: Г.А.Зубовский «Лучевая и ультразвуковая диагностика заболеваний печени и желчных путей». М.Медицина. 1988. 240 с. (c43)
969) Hepatosintiqrafiyada qaraciyər çatışmazlığı zamanı hansı orqan əlavə olaraq radiokolloidi toplayir?
A) Sadalananların hamısı
B) Sümük iliyi
C) Miokard
D) Qalxanvari vəzi
E) Mədəsi
Ədəbiyyat: Г.А.Зубовский «Лучевая и ультразвуковая диагностика заболеваний печени и желчных путей». М.Медицина. 1988. 240 с.
Dostları ilə paylaş: |