842) Sağlam skeletin hansı sümüyü adətən artıq yüklənmədən zədələnir?
A) Qabırqalar
B) Qamış sümük
C) İncək sümük
D) Bud sümüyün boyun
E) Ayaqdarağı sümükləri
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
843) Ayaqdarağı sümüklərin Doyçlender xəstəliyinin erkən mərhələsində xarakterik xüsusiyyəti nədir?
A) Kortikal qatının xırda ocaqlı boşalması
B) Ayaqdarağı sümüyün başının deformasiyası
C) Kortikal qatında düz işıqlı zolaq
D) Kortikal qatının zəif, çəp, şəffaf xətti və zəif periostal reaksiyası
E) Zəif periostal reaksiyası
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
844) Hansı xəstəliklər sarkomanı xatırladan patoloji sümük yaranma ilə fəsadlaşır?
A) Mərmər xəstəliyi
B) Osteopoykiliya
C) Sümük xondromatozu
D) Başaçatmamış osteogenezi
E) Fibroz displaziya
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
845) Hansı xəstəliklər “sürünən sınıq” (patoloji sümükyaranma) ilə fəsadlaşa bılər?
A) Meloreostoz
B) Fibroz displyaziya
C) Epifizar displaziya
D) Diafizar hiperostoz
E) Mərmər xəstəliyi
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
846) Hansı xəstəlik simmetrik sümük zədələnməsinə xasdır?
A) Çoxsaylı diafizar hiperostozlar
B) Meloreostoz
C) Sümük xondromatozu
D) Fibroz displaziya
E) Fibroz displyaziya
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
847) Fibroz displaziya hansı sümüklər üçün xarakterik sayılmır?
A) Əl və ayaq borulu sümüklər
B) Uzun borulu sümüklər
C) Kəllənin sümükləri
D) Hamısı düzgündür
E) Qabırqalar
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
848) Pedjet osteodistrofiya ilkin olaraq necə aşkarlanır?
A) Köbud trabekulyar şəkil
B) Xırda ocaqlı sümük strukturunun seyrəlməsi
C) Diffuzlu homogen sümük strukturunun seyrəlməsi
D) İri ocaqlı sümük strukturunun seyrəlməsi
E) Xal-xal lopa şəkil
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
849) Pedjet osteodistrofiya zamanı nə aşkar olunmur?
A) Tək sümüyün zədələnməsi
B) Hissəvi solitar sümüklərin zədələnməsi
C) Bir fəqərə cisminin pəncərə bənzər strukturası
D) Sistemli sümük skeletin zədələnməsi
E) Çox saylı sümüklərin zədələnməsi
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
850) Hematogen osteomiyelitin erkən periostal reaksiyası hansıdır?
A) İynəşəkilli
B) Sazaqlı
C) Şəbəkəli
D) Xətti
E) Soğanaq
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
851) Hematogen osteomiyelitin periostal reaksiyası və sümük dəyişiklikləri nə zaman rentgenoloji müəyyən olunur?
A) 7-10 gündən sonra
B) 5-ci gün
C) 1 ayda
D) 1,5 aydan sonra
E) 2-3 həftədə
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
852) Hematogen irinli osteomiyelitin fəsadı hansı ola bilər?
A) Maliqnizasiyası
B) İrinli artrit
C) Hiperostoz
D) Epifizioliz
E) Dəlik (fistula olması)
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
853) Sümükdə Brodi absesi harada lokalizasiya olunur?
A) Epifizdə
B) Diafizdə
C) Apofizdə
D) Metafizdə
E) Metaepifizdə
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
854) Vərəmli ostit üçün nə xarakterikdir?
A) Regional osteoporozu
B) Sümüyün destruksiyası
C) Periostal reaksiyası
D) Heç bir cavab düzgün deyil
E) Sümüyün atrofiyası
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
855) Kompakt osteomalar tipik olaraq harada lokalizasiya olunur?
A) Uzun borulu sümükləri
B) Qabırğalar
C) Çanaq
D) Kəllə qapağı və üz sümükləri
E) Fəqərələr
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
856) Sümükdaxili lokalizasiya olunan xoşxassəli şişlər və şişəbənzər xəstəliklər üçün daha xarakterik rentgenoloji əlamət hansıdır?
A) Qeyri-dəqiq kənarları
B) Hamar konturlar
C) Tərkiblərinin qeyri-homogen olması
D) Dəqiq konturları
E) Enli sklerotik qıraqları (val)
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
857) Skeletin radioizotop diaqnostika metodu ilə Yuinq sarkomasının müayinəsində nəyi müəyyənləşdirmək mümkündür?
A) Yuinq şiş kateqoriyasını dəqiqləşdirməyə
B) Sadalananların hamısı
C) Yuinq sarkamasını və sümük metastazlarını təyin etmək
D) Prosessin aktivliyini dəqiqləşdirmək
E) Daha effektiv terapiya planını seçmək
Ədəbiyyat: Т.И.Сиваченко, Д.С.Мечев «Руководство по Ядерной Медицине». Киев. 1998. 534с.
858) Osteoid-osteomasının diaqnostikasında nə vacibdir?
A) Kompyuter tomoqrafiya
B) Angioqrafiya
C) Tomoqrafiya
D) Rentgenoqrafiya
E) Tanqensial rentgenoqrafiya
Ədəbiyyat: «Секреты рентгенологии». Под ред. Дуглас С.Кац и др.. М.2003. 704 с.
859) Yanaşı sümüklərin kənarının destruksiyası hansı xəstəliklərə xarakterikdir?
A) Osteoid-osteoma
B) Metastatik şişlər
C) Qonşu orqanların xərçənginin nəticəsində yanaşı sümüyün zədələnməsi
D) Xoş xassəli şişlər
E) Birincili bəd xassəli şişlər
Ədəbiyyat: «Секреты рентгенологии». Под ред. Дуглас С.Кац и др.. М.2003. 704 с.
860) Bədxassəli sümük şişləri üçün daha xarakterik olan rentgenoloji əlamət hansıdır?
A) Kortikal qatın tədricən nazilərək qırılması
B) Kortikal qatın əyilməsi
C) Kortikal qatın kəskin qırılması
D) Kortikal qatın nazilməsi
E) Kortikal qatın üfürülmə fonunda qırılması (pika simptomu)
Ədəbiyyat: Веснин А.Г., Семенов И.И. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». М. 2002. 181 с.
861) Çoxsaylı sümüklərin zədələnməsi hansı xəstəlik üçün xarakterik deyil?
A) Angiosarkoma
B) Retikulosarkoma
C) Yuinq şişi
D) Xondrosarkoma
E) Bütün cavablar düzgündür
Ədəbiyyat: Веснин А.Г., Семенов И.И. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». М. 2002. 181 с.
862) Maliqnizasiya nadir hallarda nə zaman rast gəlir?
A) Digər borulu sümükələrin enxondroması
B) Çoxsaylı sümük-qığırdaq ekzostozları
C) Əl və ayaq borulu sümüklərin xondroması
D) Heç bir
E) Pedjet xəstəliyi
Ədəbiyyat: Веснин А.Г., Семенов И.И. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». М. 2002. 181 с.
863) Hansı xəstəliklərə laylanmış periostal reaksiya xarakterikdir?
A) Xondrosarkoma
B) Osteogen sarkoma
C) Fibrosarkoma
D) Yuinq sarkoması
E) Metastaz
Ədəbiyyat: Веснин А.Г., Семенов И.И. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». М. 2002. 181 с.
864) Sümüklərin solitar mielomasını təstiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Lokal ocağın biopsiyası
B) Rentgenoqrafiya
C) Sidikdə Bens-Djons zülalının yoxlanması
D) Sternal punksiya
E) Qanda zülalların təyini
Ədəbiyyat: Веснин А.Г., Семенов И.И. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». М. 2002. 181 с.
865) Osteoporoz zamanı sümük toxumalarının azalması nə ilə əvəzlənir?
A) Mineralsız osteoid
B) Sistlər
C) Qanedici sümük iliyi
D) Fibroz toxuma
E) Piy sümük iliyi
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
«Секреты рентгенологии». Под ред. Дуглас С.Кац и др.. М.2003. 704 с.
866) Sistemli osteoporoz zamanı kortikal maddənin azalması ilkin olaraq harada müşahidə olunur?
A) Qamış sümüyündə
B) Bud sümüyündə
C) Dirsək sümüyündə
D) Ayaqdarağı sümüklərdə
E) Əldarağı sümüklərdə
Ədəbiyyat: «Секреты рентгенологии». Под ред. Дуглас С.Кац и др.. М.2003. 704 с.
867) Osteomalyasiya üçün nə xarakterikdir?
A) Sümüklərdə çox saylı Loozer zonaları
B) Fəqərə cisimlərinin deformasiyası
C) Sümük strukturun sistemli seyrəlməsi
D) Kəllə qapağın nazikləşməsi
E) Kortikal qatın laylanması
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
868) Xroniki vena çatışmazlığına nə xarakterikdir?
A) Osteoliz
B) Destruksiya
C) Osteonekroz
D) Hipertrofiya
E) Periostoz
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
869) Xroniki vena çatışmazlığına nə xarakterikdir?
A) Osteoliz
B) Destruksiya
C) Osteonekroz
D) Hipertrofiya
E) Periostoz
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
870) Periferik sinir zədələnməsində sümükdə nə müşahidə olunur?
A) Osteonekroz
B) Atrofiya
C) Hipertrofiya
D) Hiperostoz
E) İynəvari periostoz
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
871) Sümüklərdə aseptik nekrozun inkişafına nə təsir etmir?
A) Hormonal təsir
B) Mexaniki yükləmə
C) Fosfor-kalsium metabolizminin pozulması
D) Mikrotravmalar
E) Sirkulyator pozulmalar
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
872) Hansı fəsad məhdud aseptik nekroza uygundur?
A) Sümük ankilozu
B) Oynağın natamam çıxığı
C) İrinli artrit
D) Oynaq “sıçan”ının əmələ gəlməsi
E) Patoloji sınıq
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
873) Aşağıda sadalanan rentgenoloji əlamətlərdən hansı leykoz üçün xarakterikdir?
A) Sümük atrofiyalar
B) Osteonekroz
C) Destruksiya
D) Osteoporoz
E) Osteoskleroz
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
874) Vərəmli artrit üçün nə xarakterik deyil?
A) Regional osteoporoz
B) Yaxın metafizin periostal reaksiyası
C) Natamam çıxığı
D) Səthilərin dağılması
E) Oynaq yarığının daralması
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
875) Revmatoidli artritin erkən rentgenoloji əlaməti hansıdır?
A) Osteoporoz
B) Oynaq yarığın daralması
C) Oynaq səthələrin eroziya
D) Subxondral skleroz
E) Periostit
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
876) Podaqra artritinin rentgenoloji simptomuna ən çox nə xarakterikdir?
A) Oynaq ucuların sümüklərin kistalı quruluşu
B) Oynaq səthələrin eroziya
C) Oynaqarası məsafəsinin genişlənməsi
D) Oynaqarası məsafəsinin daralması
E) Sümük ekstraartikulyar eroziyalar
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
877) Fiksasiyalı onurğa hiperostozu nəyin nəticəsidir?
A) Fizioloji lordozun və ya kifozun düzlənməsi (pozulması)
B) Bağın sinirlərinin zədələnməsi və sıxılması
C) Vertebro-bazilyar çatışmazlığı
D) Onurğa zədələnən seqmentlərinin fiksasiyasının
E) Onurğanın sabitsizliyi
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
878) Onurğa osteoxondrozunun hansı lokalizasiyasında nevroloji simptomatikanı müşahidə etmək olar?
A) Döş
B) Döş və bel şöbələrində
C) Bel
D) Bel-oma
E) Boyun
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
879) Spondiloliz hansı hissədə baş verir?
A) Arxa çıxıntının əsasında
B) Oynaq çıxıntının əsasında
C) Qövsun oynaqarası hissəsində
D) Qövsun səthələrində
E) Qövsun ayaqçılarında
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
880) Anadangəlmə fəqərə bloku qazanılmışdan nə ilə fərqlənir?
A) Onurğa hərəkətliyin pozulması
B) Bloklu seqmentin hündürlüyünün azalması
C) Diskin qalıqlarının saxlanması
D) Fəqərə cisimlərinin normal strukturu
E) Fəqərə arxa çıxıntıların birləşməsi ilə fərqlənir
Ədəbiyyat: Рейнберг С.А. Рентгенодиагностика заболеваний костей и суставов. М., 1964
881) Fəqərə kanalının genişlənməsinə nə xarakterik deyil?
A) Meninqoselye
B) Nevriomaya
C) Xərçəngin metastazlarına
D) Nevriomaya və meninqoselye
E) Beyin meningiomasına
Ədəbiyyat: Веснин А.Г., Семенов И.И. «Атлас лучевой диагностики опухолей опорно-двигательного аппарата». М. 2002. 181 с.
882) Sümüyün kortikal qatını zədələyən patologiyaların təyin olunmasında hansı müayinə üsulu daha üstündür?
A) Rentgenoskopiya
B) Radionuklid müayinə
C) KT
D) MRT
E) USM
Ədəbiyyat: Kraniospiral Maqnyetik Rzonans. Edit. Prof. Dr. İlhan Erden. 2003, səhfə 86
883) Böyrək distopiyasında və nefroptozda əsas differensial diaqnostik simptom nədir?
A) Böyrək arteriya çıxığının yerləşməsinin səviyyəsi
B) Böyrək ölçüləri
C) Sidik axarının uzunluğu və böyrək arteriya çıxığının yerləşməsinin səviyyəsi
D) Böyrək ləyəni yerləşməsi səviyyəsi
E) Sidik axarının uzunluğu
Ədəbiyyat: Г.Е.Труфанов, С.Б.Петров, В.В.Рязанов, А.М.Опекунова, А.В.Мищенко «Рентгенологический атлас мочевых органов» Санкт Петербург. 2007. 336 с.
884) Vərəmli papillit olmasının təstiq edən daha informativ üsul hansıdır?
A) Angioqrafiya
B) Ekskretor uroqrafiya
C) Retroqrad pieloqrafiya
D) Icmal rentgenoqrafiya
E) Tomoqrafiya
Ədəbiyyat: Г.Е.Труфанов, С.Б.Петров, В.В.Рязанов, А.М.Опекунова, А.В.Мищенко «Рентгенологический атлас мочевых органов» Санкт Петербург. 2007. 336 с.
885) Böyrək kavernozlu vərəmin olmasının ekskretor uroqrafiya zamanı nefrotik fazada xarakterik simptomu nədir?
A) Böyrəyin xarici konturlarının izlənilməməsi
B) “Ağ” böyrək
C) Intensiv qeyri-bərabərli kontrastlaşmış parenximası
D) Qeyri-kontrastlaşmış böyrək
E) Kontrastlaşmış parenximasının defekti
Ədəbiyyat: Г.Е.Труфанов, С.Б.Петров, В.В.Рязанов, А.М.Опекунова, А.В.Мищенко «Рентгенологический атлас мочевых органов» Санкт Петербург. 2007. 336 с.
886) Sağlam insanda böyrəklər hansı səviyyədə olur?
A) 1-5 bel fəqərəsi
B) 4-5 bel fəqərəsi
C) 12 döş və 1-2 bel fəqərəsi
D) 11-12 döş fəqərəsi
E) 8-10 döş fəqərəsi
Ədəbiyyat: Əliyev M. Insanın rentgen anatomiyası. Bakı, 1973. 130 s.
887) Aşağıdakı bəndlərdən yanlış olanı hansıdır?
A) Prostat vəzinin bədxassəli düyünləri 75% hallarda mərkəzi zonasında olur
B) Prostat vəzi xərçəngi 2/3 hallarında multifokal olur
C) Artefaktlar – müayinə zamanı görüntü keyfiyyətini məhdudlaşdırırlar
D) Qaraciyərin bədxassəli şişləri əsasən qaraciyər arteriyasından qidalanırlar
E) Yuxarıdaki bəndlərin hamısı yanlışdır
Ədəbiyyat: “Maqnetic Resonance Tomography”.Maximilian F.Reiser. Germany. 2008. 1524 p.
888) USM zamanı böyrəyin şişləri necə vizuallaşır?
A) Hiperexogen ardı ilə akustik güclənməsi olan kürəvari törəmə kimi
B) Anexogen aydın izlənən nazik divarlı törəmə kimi
C) Hiperexogen aydın qalın hüdudları olan, amma bəzən nahamar konturları olan törəmə kimi
D) Hipoexogen törəmə kimi
E) Az dərəcədə exogenliyi olan, qeyri-hamar strukturalı törəmə kimi
Ədəbiyyat: В.Н.Демидов, Ю.А.Пытель, А.В.Амосов «Ультразвуковая диагностика в уронефрологии». М.Медицина. 1989. 110 с.
Pediatriyada şüa diaqnostikasi
889) Tənəffüs orqanlarının rentgenoloji müayinəsi kimə lazımdır?
A) Yarımçıq doğulmuş uşağa
B) Tənəffüs çatmazlığı zamanı yarımçıq doğulmuş uşağlrla
C) Yüksək hərarəti olan uşağa
D) Ürək küyü olan uşağa
E) Qan dəyişikliyi olan uşağa
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
890) Anadan yeni doğulmuş uşaqlarda ağciyər açılması nə vaxt aşkar olunur?
A) 10 gün ərzində
B) 1-ci aydan
C) 48 saat müddətində
D) Birinci gündən
E) 1-ci həftədən
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
891) Döş qəfəsi rentgenoqrammasında uşaqlarda damar şəklini nə vaxt təsdiq etmək olur?
A) Üç yaşdan sonra
B) Anadan olan vaxtda
C) Bir yaşında
D) Birinci ay yaşında
E) 3-cü aydan sonra
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
893) Anadan yeni doğulmuş uşaqlarda plevral boşluqda mayenin olmasının səbəbi nədir?
A) Ağciyərin sətəlcəmi
B) Xilotoraks
C) Ürək çatmazlığı
D) Travmatik hemotoraks nəticəsi
E) İltihablı ekssudativ plevrit
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
894) Kiçik qan dövranının hipertenziyasının olması Vilsona-Mikiti sindromu ilə xəstələrdə hansı metod ilə müşahidə oluna bilər?
A) Rentgenoskopiya
B) Bronxoqrafiya
C) Tomoqrafiya
D) Rentgenokimoqrafiya
E) Angiopulmonoqrafiya
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
895) Qialin membran sindromuna aid olan ilkin əlamət hansıdır?
A) Ödəm sindromu
B) Ağciyərlərin üfürülməsi
C) Damar şəklinin güclənməsi
D) Damar şəklinin zəiflənməsi
E) Ocaqlıq kölgələr
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
896) “Ağ döş qəfəsi” sindromu anadan yeni doğulmuş uşaqlarda ağciyərlərin rentgenoqrammasında nə vaxt müşahidə olunur?
A) Pnevmoniya zamanı
B) Fetal mayenin ağciyərlərdə qalması
C) Yayılmış atelektazlarda
D) Jene sindromunda
E) Aspirasiya zamanı
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
897) Anadan yeni doğulmuş uşaqların ürək anatomiyasının xüsusiyətləri hansıdır?
A) Sağ mədəciyin tutumu soldakından çoxdur
B) Sol və sağ mədəciklər ölçüləri bərabərdir
C) Sol qulaqcıq sağdan daha böyükdür
D) Sol mədəcik ölçüləri qalan ürək kamerların ölçüsündən çox böyükdür
E) Ürəyin dairəvi forması olur
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
898) Ön düz proyeksiyada rentgenoqrammada sol ürək-damar kölgəliyin dörd qövsü var. Bu uşaqlarda hansı yaşdan aşkarlanır?
A) Üç yaşdan sonra
B) Üç aydan sonra
C) İkinci aydan
D) Bir yaşı tam olanda
E) İki yaşa yaxın olanda
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
899) Ön düz proyeksiyada rentgenoqrammada sol ürək-damar kölgəliyin dörd qövsü var. Bu uşaqlarda hansı yaşdan aşkarlanır?
A) Üç yaşdan sonra
B) Üç aydan sonra
C) İkinci aydan
D) Bir yaşı tam olanda
E) İki yaşa yaxın olanda
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
900) “Qar qızı” simptomu hansı anomaliyada rast gəlinir?
A) Ağciyər venaların total anomal drenaji
B) Ağciyər venaların natamam anomal drenaji
C) Qulaqcıqarası çəpərinin defekti
D) Mədəcikarası çəpərinin defekti
E) Fallo tetradasının qüsuru zamanı
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
901) “Türk qılıncı” sindromu hansı anomaliyada rast gəlinir?
A) Sağ ağciyər venaların aşağı boş venaya anomal drenaji
B) Ağciyər venaların natamam anomal drenaji
C) Sağ ağciyər venaların yuxarı boş venaya anomal drenaji
D) Qulaqcıqarası çəpərin defekti
E) Sol mədəcik-sağ qulaqcığın əlaqəsi
Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
902) Anadan yeni doğulmuş uşaqlarda icmal qarın boşluğunun müayinəsini nə ilə dəqiqləşdirmək olar?
A) Rentgenoskopiya
B) Rentgenoqrafiya
C) Ultrasəs
D) Magnit-rezonans üsulu
E) Rentgen kontrast müayinəsi
Ədəbiyyat: Г.Е.Труфанов, С.Б.Петров, В.В.Рязанов, А.М.Опекунова, А.В.Мищенко «Рентгенологический атлас мочевых органов» Санкт Петербург. 2007. 336 с.
903) Körpə uşaqlarda böyrək displaziyalarından gözə çarpan dərəcədə böyrək çatışmamazlığına səbəb olan nədir?
A) Multisistoz böyrək
B) Polisistoz
C) Hipoplaziya
D) Süngəri böyrək
E) Distopiya
Ədəbiyyat: В.Н.Демидов, Ю.А.Пытель, А.В.Амосов «Ультразвуковая диагностика в уронефрологии». М.Медицина. 1989. 110 с.
904) Antenatal hidronefrozun səbəbi nədir?
A) Uretranın arxa qapaqları
B) Sidik axarının deliyin obstruksiyasının
C) Sidik kisəsi-sidik axarının reflyuksu
D) Böyrək ləyənin obstruksiyası
E) Bütün cavablar düzgündür
Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с. (c.338)
905) Qida borusunun müayinəsində uşaqlarda əsas işlənən rentgen kontrast preparatı hansıdır?
A) Qazlı maye
B) Neyon preparat
C) İkiyodlu sudaərilmiş preparat
D) Üçyodlu sudaərilmiş preparat
E) Barium məhlulu
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
906) Hansı xəstəlik zamanı 1-3 aylıq uşaqlarda çox diqqətlə kontrast maddəni “per os” vermək lazımdır?
A) Doğuş zamanı zədəsi olan
B) Yarımçıq doğulmuş uşağda
C) Hidrosefaliya
D) Qəbizlik olan
E) Susuzlaşdırma zamanı
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
907) Kiçik yaşlı uşaqlara yuxarı həzm traktın müayinəsi zamanı kontrast mayenin hansı həcmini birdəfəlik yemək porsiyasına nisbətini vermək lazımdır?
A) 33%
B) 45%
C) 50%
D) 20%
E) 100%
Ədəbiyyat: Власов П.В. Рентгено диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
908) Kəskin naməlum səbəbli qarın ağrılarında hansı müayinədən başlamaq lazımdır?
A) Rentgenoskopiya
B) Ultrasəs müayinə
C) Termoqrafiya
D) Kompyuter tomoqrafiya
E) İcmal qarın rentgenoqrafiya
Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку. 2001. 522 c.
Dostları ilə paylaş: |