112) Hansı ağ ciyər xəstəliyində obstuksiyanı törədən iltihabi reaksiya bronxial astmanı törədən iltihabi reaksiyadan fərqlənir və ağırlıq dərəcəsindən asılı olmur?
A) Ağ ciyərlərin vərəmi
B) Plevritlər
C) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
D) Kəskin xəstəxanadaxili pnevmoiya
E) Sarkoidoz
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
113) Hansı ağ ciyər xəstəliyi öskürək, bəlğəmin ifrazı, təngənəfəsliyin artması ilə
müşayiət olunur, hava axını surətinin tam bərpa edilməyən məhdudlaşması ilə xarakterizə edilir, proqressivləşir, xroniki tənəffüs çatışmazlığı və xroniki ağ çiyərin formalaşması ilə nətiçələnir?
A) Ağ ciyərlərin vərəmi
B) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
C) Kəskin xəstəxanadan kənar pnevmoniya
D) Bronxial astma
E) Kəskin bronxit
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
Dostları ilə paylaş: |