TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Ekstremal vəziyyətlərdə doğuşun idarə edilməsi və ağırlaşmalar zamanı təxirəsalınmaz yardım



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə50/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   46   47   48   49   50   51   52   53   ...   141
DƏRSLİK

Ekstremal vəziyyətlərdə doğuşun idarə edilməsi və ağırlaşmalar zamanı təxirəsalınmaz yardım. 
Doğuşun baş vermə səbəbləri və tənzim olunması
Doğuşun başlanması və başa çatması, əsasən uşaqlığın yığılma fəaliyyəti nəticəsində baş ve-rir. Uşaqlığın yığılması bütün cinsi 
yetişkənlik dövründə müşahidə edilir, lakin hamiləlik, doğuş və zahılıq dövründə xüsusi əhəmiyyət kəsb edir. Normal hamiləliyin 
gedişində uşaqlığın yığılması fi-zioloji haldır, dölün inkişafına və cift qan dövranına mənfi təsir göstərmir. Doğuş zamanı bu yığıl-malar 
elə həddə çatır ki, dölü doğuş yollarından qovur.
Doğuşun baş verməsini izah edən bir neçə nəzəriyyələr vardır. Bu nəzəriyyələrə mexaniki, immunoloji, cift, biokimyəvi, endokrin və s. 
nəzəriyyələr aiddir. Nəzəriyyələrin heç biri doğum fəa-liyyətinin yaranma səbəbini tam izah etmir. Müasir dövrdə doğuş mürəkkəb
çoxmərhələli, reflekto-ri proses kimi qəbul olunur. Sinir-humoral və fetoplasentar sistemin qarşılıqlı təsiri nəticəsində uşaqlıq əzələlərinin 
yığılması baş verir bu da doğuşun başlanmasına səbəb olur. Doğum fəaliyyəti-nin başlanmasına bir çox faktorlar təsir edir.
1.Sinir-reflektor 
– beyin qabığının oyanıqlığı azalır, onurğa beyninin oyanıqlığı artır, uşaqlı-ğın əzələ liflərinin uşaqlığı yığan maddələrin 
(oksitosin) təsirinə həssaslığı artır.
2.Hormonal 
– hamiləliyin sonuna progesteronun sintezi azalır, estragen kompleksinin sintezi artır. Estragen uşaqlığın energetik 
potensialını artırır, uşaqlıq boynunda struktur dəyişikliklər yaradır.
3.Neyro-humoral 
– hamiləliyin sonuna oksitosin, serotonin, noradrenalin, melotonin, asetil-xolin, prostoqlandinlər və s. bioloji aktiv 
maddələrin sintezi artır. Uşaqlığın oksitosinə həssaslığı hamiləliyin sonuncu həftələrində başlayır, doğuşun I dövrünün aktiv fazasında və 
II, III dövrlərində maksimuma çatır. 
Oksitosin 
uşaqlığın tonusunu artırmaqla sancıların amplitudasıını stimulə edir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin