TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə49/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   45   46   47   48   49   50   51   52   ...   141
DƏRSLİK

ÜRƏYİN XARİCİ MASAJI 
Ürəyin xarici masajı yenidoğulmuş uşağın qan dövranını bərpa etmək və saxlamaq üçün aparılır: 

həmişə effektiv ventilyasiya ilə eyni zamanda aparılmalı və ikinci şəxs tərəfindən həyata keçirilməlidir; 

mütləq ağciyərlərin köməkçi ventilyasiyası ilə sinxronlaşdırılır; 

ürəyin xarici masajının düzgün aparıldığına əmin olmalı (Əlavə №8-ə bax) (D) 
30 saniyə ürəyin xarici masajı ilə ağciyərlərin köməkçi ventilyasiyası aparıldıqdan sonra reanimasiya tədbirləri 6 saniyə 
müddətinə dayandırılır və ÜDS hesablanır. 
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə 
Əgər: 

ÜDS>60/dəq., ürəyin xarici masajı dayandırılır və adekvat sərbəst tənəffüs bərpa olunana qədər ağciyərlərin 
köməkçi ventilyasiyası davam etdirilir (B); 

ÜDS<60/dəq.: 

ağciyərlərin 
köməkçi ventilyasiyasının effektliliyini yoxlamalı; 

traxeyanın 
intubasiyası 
haqqında 
fikirləşməli 
(əgər traxeya daha əvvəl intubasiya 
olunmayıbsa); 

adrenalin yeritmək üçün göbək venasını kateterizasiya etməli (Əlavə №9-a bax). 
DƏRMANLARIN YERİDİLMƏSİ 
Əgər digər reanimasiya tədbirləri vaxtında və düzgün aparılarsa, yenidoğulmuş uşaqların yalnız 1%-dən azının dərman 
yeridilməsinə ehtiyacı olur. 
Dərmanların yeridilməsi ürək fəaliyyətini normallaşdırmaq və qan dövranını bərpa etmək üçün vacibdir. 
► 
Adrenalin yeritməli: 

yalnız v/d yeridilməni təmin etmək mümkün olmadıqda, ana məhluldan endotraxeal (əgər uşaq intubasiya olunubsa) 
0,3- 1,0 
ml/kq (Əlavə №10-a bax); 
və ya 

göbək venasına (əgər uşaq intubasiya olunmayıbsa) göbək kateteri ilə, ana məhluldan 0,1-0,3 ml/kq (B). Yeridilmə 
yolu 
– göbək venasından v/d (Əlavə №10-a bax) (C) 
► 
Fizioloji məhlul yeritməli (Ringer-laktat məhlulu): 

əgər qan dövranı çatışmazlığı əlamətləri varsa (boz və avazımış dəri, “ağ ləkə simptomu”, zəif və periferiyada 
aşkarlanmayan nəbz), 5-10 dəqiqə ərzində 10 ml/kq dozasında (C) 
Dərmanların yeridilməsi zamanı reanimasiya tədbirləri davam etdirilməlidir. 
30 saniyə sonra reanimasiya tədbirləri 6 saniyə dayandırılmalı və ÜDS təyin edilməlidir. 
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə 

Əgər: 
ÜDS>60/dəq., ürəyin xarici masajı dayandırılır və sərbəst, müntəzəm tənəffüs bərpa olunana qədər ağciyərlərin 
köməkçi ventilyasiyası davam etdirilir; 
ÜDS<60/dəq., reanimasiya tədbirləri davam etdirilir (ürəyin xarici masajı və ağciyərlərin köməkçi ventilyasiyası); 
lazım gələrsə, hər 3-5 dəqiqədən bir adrenalin təkrar yeridilir (təkrar yeridilmə yaxşı olar ki, göbək venasına olsun) 
və qan dövranı çatışmazlığı əlamətləri saxlanılırsa, fizioloji məhlul (Ringer- laktat məhlulu) yeridilir; 

dərmanların təkrar yeridilməsindən sonra ÜDS>60/dəq., amma sərbəst, müntəzəm tənəffüs bərpa olunmayıbsa, 
ağciyərlərin köməkçi ventilyasiyası davam etdirilir. 
Bəzi vəziyyətlər müşahidə edilir ki, bunlar da yenidoğulmuş uşağın reanimasiyasını çətinləşdirir və ya fəsadlaşdırır 
(Əlavə №11-ə bax). 
Əgər yenidoğulmuş uşağa reanimasiya tədbirləri aparılıbsa, onun gələcək müşahidə və müayinəsi üçün 
reanimasiya və intensiv terapiya şöbəsinə (palatasına) köçürülməsi məsələsini qərarlaşdırmaq lazımdır. 
Reanimasiya aparılmır: 
► 
hestasiya yaşı 23 həftədən aşağı və ya doğularkən çəkisi 400 q- dan az olan uşaqlara (B) 
► 
anensefaliya ilə doğulan uşağa 
► 
13 və 18-ci cüt xromosomların trisomiyası (Patau və Edvards sindromu) prenatal aşkar olunubsa 
► 
həyatla bir araya sığmayan çoxsaylı inkişaf qüsurları müəyyən olunubsa 
► 
həyat əlamətləri yoxdur və maserasiya varsa 
Əgər uşaq doğularkən həyat əlamətləri yoxdur, lakin hələ doğuşun ikinci dövründə döldə ürək döyüntüləri eşidilibsə, ola bilər 
ki, ölüm doğulmadan əvvəl baş verib. Ona görə də belə yenidoğulmuşa tam həcmdə reanimasiya tədbirlərinə başlamaq 
vacibdir. 


31 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin