ÜRƏYİN XARİCİ MASAJI Ürəyin xarici masajı yenidoğulmuş uşağın qan dövranını bərpa etmək və saxlamaq üçün aparılır:
*
həmişə effektiv ventilyasiya ilə eyni zamanda aparılmalı və ikinci şəxs tərəfindən həyata keçirilməlidir;
*
mütləq ağciyərlərin köməkçi ventilyasiyası ilə sinxronlaşdırılır;
*
ürəyin xarici masajının düzgün aparıldığına əmin olmalı (Əlavə №8-ə bax) (D)
30 saniyə ürəyin xarici masajı ilə ağciyərlərin köməkçi ventilyasiyası aparıldıqdan sonra reanimasiya tədbirləri 6 saniyə
müddətinə dayandırılır və ÜDS hesablanır.
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə
Əgər:
ÜDS>60/dəq., ürəyin xarici masajı dayandırılır və adekvat sərbəst tənəffüs bərpa olunana qədər ağciyərlərin
köməkçi ventilyasiyası davam etdirilir (B);
ÜDS<60/dəq.:
-
ağciyərlərin
köməkçi ventilyasiyasının effektliliyini yoxlamalı;
-
traxeyanın
intubasiyası
haqqında
fikirləşməli
(əgər traxeya daha əvvəl intubasiya
olunmayıbsa);
-
adrenalin yeritmək üçün göbək venasını kateterizasiya etməli (Əlavə №9-a bax).
DƏRMANLARIN YERİDİLMƏSİ Əgər digər reanimasiya tədbirləri vaxtında və düzgün aparılarsa, yenidoğulmuş uşaqların yalnız 1%-dən azının dərman
yeridilməsinə ehtiyacı olur.
Dərmanların yeridilməsi ürək fəaliyyətini normallaşdırmaq və qan dövranını bərpa etmək üçün vacibdir.
►
Adrenalin yeritməli:
yalnız v/d yeridilməni təmin etmək mümkün olmadıqda, ana məhluldan endotraxeal (əgər uşaq intubasiya olunubsa)
0,3- 1,0
ml/kq (Əlavə №10-a bax);
və ya
göbək venasına (əgər uşaq intubasiya olunmayıbsa) göbək kateteri ilə, ana məhluldan 0,1-0,3 ml/kq (B). Yeridilmə
yolu
– göbək venasından v/d (Əlavə №10-a bax) (C)
►
Fizioloji məhlul yeritməli (Ringer-laktat məhlulu):
əgər qan dövranı çatışmazlığı əlamətləri varsa (boz və avazımış dəri, “ağ ləkə simptomu”, zəif və periferiyada
aşkarlanmayan nəbz), 5-10 dəqiqə ərzində 10 ml/kq dozasında (C)
Dərmanların yeridilməsi zamanı reanimasiya tədbirləri davam etdirilməlidir.
30 saniyə sonra reanimasiya tədbirləri 6 saniyə dayandırılmalı və ÜDS təyin edilməlidir.
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə
Əgər:
ÜDS>60/dəq., ürəyin xarici masajı dayandırılır və sərbəst, müntəzəm tənəffüs bərpa olunana qədər ağciyərlərin
köməkçi ventilyasiyası davam etdirilir;
ÜDS<60/dəq., reanimasiya tədbirləri davam etdirilir (ürəyin xarici masajı və ağciyərlərin köməkçi ventilyasiyası);
lazım gələrsə, hər 3-5 dəqiqədən bir adrenalin təkrar yeridilir (təkrar yeridilmə yaxşı olar ki, göbək venasına olsun)
və qan dövranı çatışmazlığı əlamətləri saxlanılırsa, fizioloji məhlul (Ringer- laktat məhlulu) yeridilir;
dərmanların təkrar yeridilməsindən sonra ÜDS>60/dəq., amma sərbəst, müntəzəm tənəffüs bərpa olunmayıbsa,
ağciyərlərin köməkçi ventilyasiyası davam etdirilir.
Bəzi vəziyyətlər müşahidə edilir ki, bunlar da yenidoğulmuş uşağın reanimasiyasını çətinləşdirir və ya fəsadlaşdırır
(Əlavə №11-ə bax).
Əgər yenidoğulmuş uşağa reanimasiya tədbirləri aparılıbsa, onun gələcək müşahidə və müayinəsi üçün
reanimasiya və intensiv terapiya şöbəsinə (palatasına) köçürülməsi məsələsini qərarlaşdırmaq lazımdır.
Reanimasiya aparılmır:
►
hestasiya yaşı 23 həftədən aşağı və ya doğularkən çəkisi 400 q- dan az olan uşaqlara (B)
►
anensefaliya ilə doğulan uşağa
►
13 və 18-ci cüt xromosomların trisomiyası (Patau və Edvards sindromu) prenatal aşkar olunubsa
►
həyatla bir araya sığmayan çoxsaylı inkişaf qüsurları müəyyən olunubsa
►
həyat əlamətləri yoxdur və maserasiya varsa
Əgər uşaq doğularkən həyat əlamətləri yoxdur, lakin hələ doğuşun ikinci dövründə döldə ürək döyüntüləri eşidilibsə, ola bilər
ki, ölüm doğulmadan əvvəl baş verib. Ona görə də belə yenidoğulmuşa tam həcmdə reanimasiya tədbirlərinə başlamaq
vacibdir.