(I qradient) , dalğaların davamiyyəti
(II qradient) v
ə intensivliyi
(III qradient) yuxarıdan aşağı doğru
azalır.
Şəkil:5-2 Döl qovuğunun formalaşması və uşaqlıq boynunu açması:1-daxili dəlik;2-xarici dəlik.
Oyanma və yığılma peysmeyker zonasında yaranır və konsentrik yayılır. Bu zona uşaqlıq bü-cağında ciftin əks istiqamətində yerləşir.
Sancı zamanı miometriumda yaranan deformasiyanın qaçı-cı dalğalarının yayılma sürəti 2-3 sm/saatdır. 15-20 saat ərzində bütün
uşaqlığı əhatə edir. Bu dalğa-lar damar şəbəkəsində qanın, uşaqlıq boşluğunda dölün, döl doğulduqdan sonra sonun yerdəyişmə-sinə
səbəb olur. Miometriumun damar şəbəkəsinə yığılan qan deformasiyanın qaçıcı dalğası ilə uşaqlıq boynuna keçir və təzyiqlə onu
doldurur. Nəticədə servikal toxuma şişkinləşir, ödemləşir, yumşalır, boyun elementləri dartılır. Bütün bunlar uşaqlıq boynunun açılmasına
səbəb olur.
Uşaqlıq dibindən aşağı seqmentə doğru yığılmaların amplitudası azalaraq uşaqlıq cismində 50-120 mm C st, aşağı seqmentdə 25-60
mm C. st təzyiq yaradır. Uşaqlığın yuxarı hissələri aşağı hissələrinə nisbətən daha intensiv yığılır
(kontraksiya) . Nəticədə uşaqlıq
əzələlərinin yerdəyişməsi baş verir
(retraksiya) . Sancılar zamanı uzununa dartılan köndələn əzələlər yığılır və bir-biri ilə çarpazlaşır.
Pauzalarda əzələ lifləri əvvəlki vəziyyətinə qayıtmır. Nəticədə aşağı şöbənin əzələləri yuxarı doğru yerdəyişmiş olur. Uşaqlıq cisminin
qalınlığı proqressiv artır və daha güclü yığılır. Köndələn yerləşmiş əzələ lifləri kontraksiya və retraksiya nəticəsində uşaqlıq boynunun
yumşalmış sirkulyar əzələlərini öz arxası ilə yuxarı dartır
(distraksiya ) və uşaqlıq boynunun açılmasına səbəb olur.
Uşaqlıq boynunu açılmasına döl qovuğu da kömək edir. Sancılar zamanı amniotik təzyiqin artması nəticəsində döl qovuğu uşaqlıq
boynu kanalına keçir, paz kimi təsir edərək uşaqlıq boynu dəliyini açır (şəkil: 5-2).
Dölün hərəkəti ilanın tikə udmasına bənzəyir. Miometral gərginlik, girdə bağların yığılması, qarındaxili təzyiqin artması nəticəsində
uşaqlıq öz fiksasiya nöqtəsinə doğru yerdəyişir. Hərəkət dölə keçir, nəticədə vahid yerdəyişən kompleks (uşaqlıq-döl) yaranır.
Miometrium yığılmasının zəifləməsi nəticəsində yenidən əmələ gələn