TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə53/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   49   50   51   52   53   54   55   56   ...   141
DƏRSLİK

qaçıcı dalğalar 
uşaqlığı əvvəlki vəziyyətinə qaytarır, doğuş 
kanalının aşağı hissəsinin müqavimət gücü nəticəsində döl qət etdiyi məsafədə fiksasiya olu-nur. Sonrakı uşaqlıq yığılmalarında proses 
təkrarlanır.
Son dövrünə qədər cift, cift meydançası və onun altındakı miometrium vahid mühüt təşkil edir və deformasiyanın dalğalarını ötürür.
Son dövründə cift döl kimi hərəkət edir. Fərq ondadır ki, döl bütün uşaqlıq boşluğunu tutur, cift isə yalnız onun bir səthini. Döl 
doğulduqda bütün uşaqlıq yerini dəyişir, cift doğulduqda ciftin bir hissəsi. Beləliklə, bu nəzəriyyəyə görə uşaqlıq boynunun açılması, 
dölün və ciftin irəliləməsi doğuş prosesinin elementləri olub bir-biri ilə təbii hərəkətedici qüvvə-deformasiyanın qaçıcı dalğaları ilə birləşir.
§ 2. Xəbardaredici əlamətlər 
Hamiləliyin 38-39-cu həftələrində qadın orqanizmində, uşaqlıqda, ana-döl münasibətində, orqanizmi doğuşa hazırlayan müəyyən 
dəyişikliklər baş verir. Bu dövr hazırlıq dövrü adlanır və bir çox əlamətlər kompleksi ilə özünü göstərən doğuş müjdələri ilə qurtarır.
1.Döl başı çanağın giriş müstəvisinə dirənir və ya onun üzərində az hərəkətlidir. 
İlk do-ğanlarda 38-ci həftədə, təkrar doğanlarda 
doğuş fəaliyyətinin başlanması ilə başlayır. Uşaqlıq dibi enir, qarın və göbək qabarır. Diafraqmanın ekskursiysının sərbəstləşməsi 
nəticəsində tənəffüs yün-gülləşir (əvvəllər--IX ayda diafraqma uşaqlıq dibi tərəfindən yuxarıya döş qəfəsinə doğru sıxılırdı).
2.Döl qovuğunun aşağı hissəsi uşaqlıq divarından ayrılır. 
Servikal kanalın sekretor funk-siyası artır.
3.Uşaqlıq boynu mərkəzdə, çanağın ötürücü xəttinə uyğun gəlir 
(bir barmağı sərbəst bu-raxır) daxili dəlik aşağı seqmentə keçir. 
Doğuşa qədər uşaqlıq boynu yetişmiş olur.
4.Servikal kanaldan “selikli tıxac” düşür 
bu da özünü uşaqlıq yolundan selikli, bəzən qan qarışıqlı ifrazatla göstərir. 
5.Qadının çəkisi 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin