Ekstremal vəziyyətlərdə doğuşun idarə edilməsi və ağırlaşmalar zamanı təxirəsalınmaz yardım. Doğuşun baş vermə səbəbləri və tənzim olunması Doğuşun başlanması və başa çatması, əsasən uşaqlığın yığılma fəaliyyəti nəticəsində baş ve-rir. Uşaqlığın yığılması bütün cinsi
yetişkənlik dövründə müşahidə edilir, lakin hamiləlik, doğuş və zahılıq dövründə xüsusi əhəmiyyət kəsb edir. Normal hamiləliyin
gedişində uşaqlığın yığılması fi-zioloji haldır, dölün inkişafına və cift qan dövranına mənfi təsir göstərmir. Doğuş zamanı bu yığıl-malar
elə həddə çatır ki, dölü doğuş yollarından qovur.
Doğuşun baş verməsini izah edən bir neçə nəzəriyyələr vardır. Bu nəzəriyyələrə mexaniki, immunoloji, cift, biokimyəvi, endokrin və s.
nəzəriyyələr aiddir. Nəzəriyyələrin heç biri doğum fəa-liyyətinin yaranma səbəbini tam izah etmir. Müasir dövrdə doğuş mürəkkəb,
çoxmərhələli, reflekto-ri proses kimi qəbul olunur. Sinir-humoral və fetoplasentar sistemin qarşılıqlı təsiri nəticəsində uşaqlıq əzələlərinin
yığılması baş verir bu da doğuşun başlanmasına səbəb olur. Doğum fəaliyyəti-nin başlanmasına bir çox faktorlar təsir edir.
1.Sinir-reflektor – beyin qabığının oyanıqlığı azalır, onurğa beyninin oyanıqlığı artır, uşaqlı-ğın əzələ liflərinin uşaqlığı yığan maddələrin
(oksitosin) təsirinə həssaslığı artır.
2.Hormonal – hamiləliyin sonuna progesteronun sintezi azalır, estragen kompleksinin sintezi artır. Estragen uşaqlığın energetik
potensialını artırır, uşaqlıq boynunda struktur dəyişikliklər yaradır.
3.Neyro-humoral – hamiləliyin sonuna oksitosin, serotonin, noradrenalin, melotonin, asetil-xolin, prostoqlandinlər və s. bioloji aktiv
maddələrin sintezi artır. Uşaqlığın oksitosinə həssaslığı hamiləliyin sonuncu həftələrində başlayır, doğuşun I dövrünün aktiv fazasında və
II, III dövrlərində maksimuma çatır.
Oksitosin uşaqlığın tonusunu artırmaqla sancıların amplitudasıını stimulə edir.