Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə20/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏBƏBİYYAT:

  1. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008

  2. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: 1998.

  3. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı: 2010

  4. Xəlilov S. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti, 2005

  5. Müəllim hazırlığının və orta təhsilin perspektivləri. Bakı: Adiloğlu, 2005

  6. Həsənov A., Ağayev Ə. Pedaqogika. Dərslik. Bakı: Nasir, 2007

  7. Boxubor S.D. Razvitıe subcekta obrazovaniə. M.: 2005

  8. Qusinskiy G.N. Obrazovanie liçnosti. M.: İnterpraks, 1994

  9. Poləakov S.D. Psixopedaqoqika vospitanie. M.: Novaə şkola, 1996

  10. Poləakov S.D. Psixopedaqoqika vospitanie i obuçenie. M.: Novaə şkola,2004

  11. Fridiman L.M. Psixopedaqoqika obheqo obrazovaniə. M.: 1997

  12. Stones E. Psychopedagogy. Psychological Theroy and Practice of Teaching. New-York, 1979

Mövzu 12. Tərbiyənin psixoloji mexanizmləri və məqsədləri
Plan:


  1. Tərbiyə haqqında ümumi məlumat

  2. Tərbiyənin məqsədləri

  3. Tərbiyənin vəzifələri

Pedaqoji psixologiyada “tərbiyə” anlayışı birmənalı şərh olunmur. Tərbiyə anıayışı geniş (cəmiyyət hadisəsi, cəmiyyətin şəxsiyyətə təsiri və praktik olaraq sosializasiya ilə eyniləşdirilən proses kimi) və dar (təlim prosesində təhsil vermək məqsədi ilə tərbiyəçilərin və pedaqoqların xüsusi təşkil olunmuş fəaliyyəti kimi) mənada işlənilir.


Psixoloji istiqamətdə tərbiyə interiorizasiya prosesidir. Yəni şəxsiyyətlə münasibətdə olan, ona təsir edən xarici təcrübənin və biliklərin şəxsiyyətin davranışında, yönəlişliyində daxili plana keçməsi, müəyyən dəyər forması kəsb etməsidir.
Cəmiyyət hadisəsi kimi tərbiyə cəmiyyətin sosial tarixi inkişafının xüsusiyyətlərini özündə əks etdirən mənşəyə malikdir.
Psixoloqların qənaətincə, tərbiyə psixoloji hadisə kimi tərbiyə obyektində, yəni insanda müəyyən motivlərin, maraqların, idealların, dünyagörüşün və yönəlişliyin formalaşdırılması məqsədilə onun davranışına planlı və məqsədyönlü təsirdir.
Tərbiyə haqqında konsepsiyalarda tərbiyə prosesinə idarəetmə prosesi, tərbiyəvi fəaliyyətin təşkili kimi baxırlır və bunun əsnasında tərbiyəvi mühitə aid olan yararlı normaların yaradılması məsələlərinə və tərbiyəçinin şəxsiyyətinə daha çox diqqət yetirirlər. K.Uşinski haqlı olaraq göstərir ki, tərbiyə etmək üçün tərbiyə olunmaq lazımdır.
Qeyd olunmalıdır ki, tərbiyə prosesi – uşaq şəxsiyyətinin maksimum səviyyədə inkişafı üçün, onun müasir mədəniyyətin şərtlərinə uyğunlaşdırılması, insanın öz həyatının subyekti və strateqi olması uğrunda ləzımi keyfiyyətlərə yiyələnməsi üçün pedaqoqun və ya tərbiyəçinin məqsədyönlü, tutarlı və peşəkar fəaliyyətidir.
Mövcud konseptual yanaşmalara, tərbiyə konsepsiyalarına və onların ümumləşdirlməsindən çıxan nəticəyə görə tərbiyənin əsas məqsədi gənc nəslin tərbiyəsinin həyata keçirilməsinə yönəlmiş fəal yaradıcı fəaliyyətdir.
Bu proses şəxsiyyətin və cəmiyyətin ümumi maraqlarını izləməli, onun fiziki və əxlaqi sağlamlığını saxlamaq şərti ilə insanı inkişaf etdirməli və onun vətəndaş mövqeyini qorumalıdır.
Rus psixoloqları S.V.Sarıçev və İ.N.Loqvinov göstərirlər ki, tərbiyə prosesinin effektiv təşkili uşağın formalaşması üçün zəruri olan üç əsas həyat rolunu necə qavramasından çox asılıdır. Bunlar aşağıdakılardır:
- uşağın vətəndaş kimi formalaşması;
- layiqli ailə üzvü kimi formalaşması;
- şəxsiyyət kimi formalaşması.
Qeyd olunan bu üç cəhət uşaq tərəfindən adekvat qavranılırsa, o zaman tərbiyənin müəyyən mənada həyata keçdiyini söyləmək olar. Bunlarla yanaşı, tərbiyənin keyfiyyət göstəriciləri dəyər münasibətlərinin, ailə münasibətlərinin, ünsiyyət mədəniyyətinin, həyatda özünü idarəetmənin, intellektual, əxlaqi, incəsənət, iqtisadi, fiziki və əmək mədəniyyətinin inkişafından da asılıdır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin