Ümumi ekologiya fənninin məqsəd və vəzifələri


Pestisidlərin ətraf mühitə təsiri



Yüklə 72,91 Kb.
səhifə19/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   ...   12   13   14   15   16   17   18   19   20
Ümumi ekologiya

21.Pestisidlərin ətraf mühitə təsiri
22. Xlor üzvi pestisidlər

Pestisidlər fiziki, kimyəvi və səciyyəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən zəhərli maddələrdir. Pestisidlər zərərvericilərlə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq məqsədilə geniş istifadə olunur. Kimyəvi tərkibinə görə pestisidlər xlor-üzvi, fosfor-üzvi, karbamat, piretrin və piretroidlərə bölünür. Xlor-üzvi pestisidlər tərkibində 5 və daha çox xlor atomu saxlayan üzvi birləşmələrdir. Bu qrup pestisidlər sintez olunan və kənd təsərrüfatında ilk istifadə edilən pestisidlərdir. Onların çoxu insektisid kimi həşəratların bir çox növü ilə mübarizə üçün istifadə olunub. Lakin həmin pestisidlər ətraf mühitdə uzunmüddətli qalma effektinə sahibdirlər. Onlar həşəratların sinir sistemini zədələyərək qıcolma və iflicə səbəb olur. Bu da öz növbəsində həşəratın ölümü ilə nəticələnir. Xlor-üzvi pestisidlərə DDT, lindan, endosulfan, aldrin, dieldrin və xlordan daxildir. DDT-nin istehsalı və istifadəsinin illər öncə bir çox inkişaf etmiş ölkələrdə dayandırılmağına baxmayaraq, inkişaf etməkdə olan bəzi tropik ölkələrdə hələ də, xüsusən malyariya təhlükəsi yarandığı zaman istifadə olunur.



23. Qida və qida məhsulları

İnsanların sağlam yaşamaları üçün düzgün qidalanma vacib şərtlərdən biridir. İstehsal, tədarük və istehlakda qida məhsullarından səmərəli və qənaətli istifadə olunmaması nəticəsində qida qıtlığı yaranır ki, bu da istehlakçı bazarına sintetik əsaslarla hazırlanmış məhsulların daxil olmasına imkan yaradır. Yetərli miqdarda və balanslı qaydada təhlükəsiz və keyfiyyətli qida qəbul etmək hər bir fərdin ən təməl hüquqlarından biridir. Qida təhlükəsizliyi – qida məhsulunun yetişdirilmə, yığım, emal, paketləmə, saxlanma, daşınma, paylanma, satış və istehlak mərhələlərində insan sağlamlığına zərərli ola biləcək hər növ amildən qorunması üçün planlaşdırılmış əməliyyatlardan ibarət bir sistemdir. Qida təhlükəsizliyinə mənfi təsir edən amillər bioloji, kimyəvi və fiziki çirklənmələr və istehsal zamanı yol verilən xətalı əməliyyatlardan qaynaqlanır. Bu baxımdan “qida təhlükəsizliyi” qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən hər bir fərdin öz vəzifələrini düzgün icra etməsi ilə təmin oluna bilər. İlkin istehsal (tarla və ferma) işçilər qidanın yetişdirilməsi, toplanması, sortlaşdırılması, paketlənməsi və saxlanılması üçün təhlükəsiz metodlardan istifadə etməklə, yarana biləcək təhlükələri minimuma endirməlidirlər. İstehsal, istehsalçılar müvafiq sanitariya-gigiyena norma və qaydalarına riayət edərək, düzgün və təhlükəsiz istehsal metodlarından istifadəni, həmçinin işçi heyətinin mütəmadi maariflənməsini təmin etməklə, yarana biləcək təhlükələrin qarşısını almalı, yaxud da minimuma endirməlidirlər.




Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin